cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

_abituriyentler_ve_telebeler_

Düzgün ixtisas seçimi sizin gələcəyinizə təsir edən ən əsas məqamdır ❗ Sizdə Düzgün İxtisas Seçimi Etdirmək İstəyirsizsə Müraciət Edə Bilərsiniz ❗ Instagram: muxtarov_kurslari Instagram: _abituriyentler_ve_telebeler_

Ko'proq ko'rsatish
Reklama postlari
3 719
Obunachilar
-324 soatlar
-157 kunlar
+330 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

3 və 10 mart 2024-cü il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 10496 şagird 29966 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Edilən bütün müraciətlər araşdırılıb, haqlı qeydlər nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib. Müraciətlərin 302-si boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 652‑si isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən onsuz da tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb. Şagirdlərin nəzərinə çatdırırıq ki, elektron apellyasiya ərizələrinə (https://apelyasiya.dim.gov.az/) daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Qeyd edək ki, bununla bağlı (apellyasiya prosesinin başa çatması ilə bağlı) şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat göndərilib. Apellyasiya Komissiyası tərəfindən düzəliş edilən halların (iki imtahan üzrə birlikdə bütün yazı işlərinin 0,08%-i) 514-ü yerdəyişmə halları (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), 45-i şagirdin xəttinin çətin oxunması, 21-i cavab vərəqində yazı işinin yerinə yetirilməsi üçün nəzərdə tutulan çərçivədən kənara çıxma halları, qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır. Müsbət həll olunan işlərlə bağlı müvafiq düzəlişlər 3-4 iyun 2024-cü il tarixlərində şagirdlərin rəsmi imtahan nəticələri ilə bağlı səhifələrində öz əksini tapacaq. Xatırladaq ki, 3 və 10 mart 2024-cü il tarixlərində keçirilmiş imtahanlarda ümumilikdə 105000-dən çox şagird iştirak edib və bu şagirdlər 2,5 milyondan çox yazı işi yerinə yetiriblər. Qeyd: Əvvəlcədən elan edildiyi kimi kodlaşdırma ilə bağlı olan müraciətlər (məsələn eyni sətirdə iki dairənin qaralanması, dairənin üzərində “X” işarəsi qoyulması, dairəni tam qaralamaq əvəzinə digər işarələrin qoyulması və s.) nəzərə alınmayıb.
Hammasini ko'rsatish...
👍 2
Photo unavailableShow in Telegram
3 və 10 mart 2024-cü il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 10496 şagird 29966 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Edilən bütün müraciətlər araşdırılıb, haqlı qeydlər nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib. Müraciətlərin 302-si boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 652‑si isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən onsuz da tam bal ilə qiymətləndirilib) olub.
Hammasini ko'rsatish...
Apellyasiya prosesi bitdikdən sonra mobil telefonunuza bu barədə SMS göndəriləcək. Həmin andan etibarən araşdırmanın nəticəsi (ekspert rəyi) sizin apellyasiya müraciəti səhifənizdə əks olunacaq! Yəni bura daxil olaraq öyrənə biləcəksiniz: 3 mart üçün http://apelyasiya.dim.gov.az/pLogin 10 mart üçün: http://apelyasiya.dim.gov.az/pLogin
Hammasini ko'rsatish...
👍 2
Photo unavailableShow in Telegram
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 30 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 5 - 10 iyun tarixlərində aparılacaq. https://eservices.dim.gov.az/2024/netazd/?frm=egov
Hammasini ko'rsatish...
👍 1
Photo unavailableShow in Telegram
Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün iştirakçılar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2024-cü il mayın 23-dən 27-dək (saat 23:59-dək) Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/jurnalistikaanket) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Ətraflı: https://dim.gov.az/news/13393/
Hammasini ko'rsatish...
👍 2
Photo unavailableShow in Telegram
I və IV ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər imtahana buraxılış vərəqini çap edə bilərlər: https://eservices.dim.gov.az/BRXV/login/login?usdcnt=1&usd=byS%2FSttzEd4%3D
Hammasini ko'rsatish...
👍 2
Photo unavailableShow in Telegram
👍 2
Photo unavailableShow in Telegram
Neçə bal toplamısız❓
Hammasini ko'rsatish...
👍 3
Photo unavailableShow in Telegram
Prezident İlham Əliyev Şahin Bayramovu Qarabağ Universitetinə rektor təyin etdi❗️
Hammasini ko'rsatish...