uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Dövlət Proqramı

Dövlət Proqramı

Kanalga Telegram’da o‘tish

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar

Ko'proq ko'rsatish
1 748
Obunachilar
-224 soatlar
-57 kun
-1330 kun
Postlar arxiv
📚🗓 Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri SABAH qruplarının (SABAH groups) tələbələri ilə görüş keçirib Dövlət Pr
+6
📚🗓 Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri SABAH qruplarının (SABAH groups) tələbələri ilə görüş keçirib Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən 2025/2026-cı tədris ili üzrə “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilinin təşviq edilməsi, tələbələr arasında geniş maariflənmə işinin aparılması məqsədilə gənclərlə silsilə görüşlərə start verilib. Belə görüşlərdən biri də 19.02.2025-ci il tarixində, SABAH qruplarının tələbələri ilə keçirilib. Görüş çərçivəsində gənclərə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları, proqrama qəbul şərtləri və mərhələləri barədə ətraflı məlumat verilib. ➡️ DAHA ƏTRAFLI

✍🏻📚 Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında “Biotexnologiya” ixtisaslaşmas
+3
✍🏻📚 Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında “Biotexnologiya” ixtisaslaşması üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramının idarəedilməsini təmin edən Rəhbər Komitənin növbəti görüşü baş tutub. 👉🏻 ƏTRAFLI

📚🎙 Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Təhsil TV-də "Elmin içindən" podkast layihəsinin qonağı olub. https://youtu.be/_ARYR_Egj9I

Əziz tələbələr və məzunlar! Dövlət Proqramı İdarəetmə Qrupu ilə uğurlu karyeraya başlamaq üçün ilk addım atmağa hazırsınız❓ ✅
Əziz tələbələr və məzunlar! Dövlət Proqramı İdarəetmə Qrupu ilə uğurlu karyeraya başlamaq üçün ilk addım atmağa hazırsınız❓ ✅Məqsədimiz karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır. Təcrübəniz müddətində siz komanda işi ilə tanış olacaq, təhsil sahəsində təcrübə qazanacaq və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə iştirak edəcəksiniz. 3 ay müddətində davam edəcək könüllü təcrübə proqramının sonunda sizlərə tövsiyə məktubu təqdim olunacaq. Namizədlərdən CV-lərini “Könüllü” başlığı ilə Nuray.Ashrafli@edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi🗓 15 fevral, 2025-ci il

Gənclər cəmiyyətin gələcəyini formalaşdıran ən vacib qüvvədir. 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclər
Gənclər cəmiyyətin gələcəyini formalaşdıran ən vacib qüvvədir. 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edirik!🇦🇿 #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #2fevral #gənclərgünü

📚✍🏻🎥 BMU - İNHA İkili Diplom Proqramı tələbələrinin hazırladıqları "Zəngəzur" PUA-sı ilə bağlı xüsusi reportaj https://www.youtube.com/watch?v=Qwm5cVVnOSQ

📚✍🏻 "2019-2023 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikasının “Istanbul University" ali təhsil müəssisəsində humanit
📚✍🏻 "2019-2023 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikasının “Istanbul University" ali təhsil müəssisəsində humanitar və sosial istiqaməti üzrə doktorantura təhsili alan Əbülfəz Sadıxzadənin müəllifi olduğu "Kesin Hükmün Olumlu Etkisi" kitabı nəşr olunub. 👉🏻 DAHA ƏTRAFLI

📚🅰️ Dövlət Proqramı iştirakçısı Zərinə Məcidova yaz və payız semestrlərini yüksək göstəricilərlə (“A/A”) başa vurmuşdur. Bu
📚🅰️ Dövlət Proqramı iştirakçısı Zərinə Məcidova yaz və payız semestrlərini yüksək göstəricilərlə (“A/A”) başa vurmuşdur. Bundan əlavə, Proqram iştirakçısı akademik fəaliyyətinə görə “Margrit Mondavi” mükafatına layiq görülüb. Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik. 👉🏻DAHA ƏTRAFLI

✍🏻 Dövlət Proqramı məzunu yeni vəzifəyə təyin olunub. "2022-2028-ci illər üçün Dövlət Proqramı"nın məzunu, Uppsala Universit
✍🏻 Dövlət Proqramı məzunu yeni vəzifəyə təyin olunub. "2022-2028-ci illər üçün Dövlət Proqramı"nın məzunu, Uppsala Universitetində “Külək enerjisi layihələrinin idarə edilməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsili almış Fəqan Abdurəhmanov, Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Direktor müavini vəzifəsinə təyin olunub. Dövlət Proqramı məzunumuzu təbrik edir, uğurlarının daimi olmasını arzu edirik! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #karyerauğuru

🅰️📚 Dövlət Proqramı iştirakçısı Cəlil Hüseynov payız semestrini yüksək göstəricilərlə (“A”) başa vurmuşdur. Qeyd edək ki, C
🅰️📚 Dövlət Proqramı iştirakçısı Cəlil Hüseynov payız semestrini yüksək göstəricilərlə (“A”) başa vurmuşdur. Qeyd edək ki, Cəlil Hüseynov "2022-2028 Dövlət Proqramı" çərçivəsində Sinqapur Respublikasının "National University of Singapore" ali təhsil müəssisəsində Kompüter elmləri" ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alır. Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur

🥀Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 35 il ötür. Faciənin günahsız
🥀Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 35 il ötür. Faciənin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik! 🌺 #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #20yanvar #qanlıyanvarfaciəsi #35il

🔹 Dövlət Proqramı məzunlarının məşğulluğunun artırılamsı istiqamətində görüş keçirilib. Yanvarın 17-də Dövlət Proqramı İdarə
+4
🔹 Dövlət Proqramı məzunlarının məşğulluğunun artırılamsı istiqamətində görüş keçirilib. Yanvarın 17-də Dövlət Proqramı İdarəetmə Qrupunun əməkdaşları ilə dövlət və özəl sektoru təmsil edən işəgötürən qurumların nümayəndələri arasında görüş keçirilib. 👉🏻 DAHA ƏTRAFLI

📚 Bu gün Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Təhsil TV-də "Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üzrə universitet və proqramların siyahısı" barədə danışıb və vətəndaşları maraqlandıran sualları cavablandırıb. https://youtu.be/i5_L0p0vo08?t=3

📚✍🏻BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb Qonaqla görüşən rektor Yaqub Piriyev iki uni
📚✍🏻BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb Qonaqla görüşən rektor Yaqub Piriyev iki universitet arasında icrası uğurla davam edən ikili diplom proqramının (BMU-İNHA İDP) əlaqələri daha da gücləndirdiyini vurğulayıb, həmçinin gələcək əməkdaşlığın perspektivlərinə toxunub. Rektor bildirib ki, qlobal iqlim böhranına cavab verməklə bağlı ötən il BMU ilə Layihə Qrupu arasında imzalanan tərəfdaşlıq sazişi istiqamətində konkret fəaliyyət planının ortaya qoyulması müsbət haldır və səmərəli əməkdaşlığın gözəl nəticələr verəcəyinə inanır. 👉🏻ƏTRAFLI

🔴 Təhsil TV-də "Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üzrə universitet və proqramların siyahısı"nı müzakirə edəcəyik.
🔴 Təhsil TV-də "Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üzrə universitet və proqramların siyahısı"nı müzakirə edəcəyik. Mövzu ilə bağlı sualınızı bu postun “Rəy” bölməsində qeyd edə bilərsiniz. #ElmVəTəhsilNazirliyi #TəhsilTv #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #siyahı

📚✍🏻 Dövlət Proqramı iştirakçısının məqaləsi nüfuzlu jurnalda dərc olunub Belə ki, "2019-2023 Dövlət Proqramı" çərçivəsində
📚✍🏻 Dövlət Proqramı iştirakçısının məqaləsi nüfuzlu jurnalda dərc olunub Belə ki, "2019-2023 Dövlət Proqramı" çərçivəsində İsveçrə Konfederasiyasının “Zurich University" ali təhsil müəssisəsində təbiət ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Elxan Yusifovun müəllifi olduğu məqalə nüfuzlu “Developmental Biology” jurnalında dərc olunub. Məqaləni oxumaq üçün 👉🏻keçid.

📢 "2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2025-2026-cı tədris ili üzrə dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilmişdir. https://youtu.be/nMH2CTZyusg

2025-2026-cı tədrİs İlİ üzrə unİversİtet və proqramların sİyahısı İlə necə tanış olaq❓ 📢 2025/2026-cı tədris ili üzrə "2022-
+3
2025-2026-cı tədrİs İlİ üzrə unİversİtet və proqramların sİyahısı İlə necə tanış olaq❓ 📢 2025/2026-cı tədris ili üzrə "2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilmişdir. Təlimata uyğun olaraq siyahı ilə tanış ola bilərsiniz. Veb-səhifəyə 👉🏻 keçid.

🇦🇿 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2025-ci il münasibətilə Sizi təbrik edirik!🎄 #ElmVəTəhsilNaz
🇦🇿 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2025-ci il münasibətilə Sizi təbrik edirik!🎄 #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #yeniil #31dekabrdünyaazərbaycanlılarınınhəmrəylikgünü #31dekabr

❗️📢 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün universitet və proqramların siyahısı açıql
❗️📢 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün universitet və proqramların siyahısı açıqlanıb 2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. ℹ️ SİYAHI İLƏ TANIŞ OLMAQ ÜÇÜN LİNKƏ KEÇİD EDİN👇🏻 https://dp.edu.az/az/news/4865