uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Dövlət Proqramı

Dövlət Proqramı

Kanalga Telegram’da o‘tish

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar

Ko'proq ko'rsatish
1 748
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-77 kun
-1130 kun
Postlar arxiv
📢DİQQƏT! 📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir. Son müraciət tarixi: 20.05.2025 Vəzifə: Hüquqşünas Vəzifə öhdəlikləri: • Proqramla bağlı müqavilələrin və digər hüquqi sənədlərin layihələrini hazırlayaraq nəzərdən keçirilməsi və danışıqlar aparılması; • Sənədləşmədə hüquqi riskə nəzarət edilməsi; • Qanunvericiliyə edilən dəyişiklik və yeniliklərin daimi izlənilməsi; • Normayaratma fəaliyyətində iştirak etmək; • Proqramın icrası zamanı ortaya çıxan məsələlərə dair hüquqi dəstəyin göstərilməsi; • Daxili nəzarət fəaliyyətinə dəstək göstərilməsi; • Sənədlər icra edilməzdən əvvəl müvafiq təsdiqlərinin olmasının təmin edilməsi; • Dövlət Proqramının fəaliyyəti zamanı yaranan hüquqi məsələlər üzrə rəylərin hazırlanmasının təşkil edilməsi; • Dövlət orqanları ilə mütəmadi yazışmaların, eləcə də dövlət orqanlarında zərurət yarandıqda iştirakın təmin olunması; • Məhkəmə mübahisələri, Mediasiya prosesləri ilə bağlı müvafiq müdafiə və iddia sənədlərinin, şikayətlərin, məktubların və s sənədlərin tərtib olunması; • Rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirmək; QEYD: CV-lərinizi “Hüquqşünas” başlığı ilə Aysel.Amiraslanova@edu.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #hüquqşünas #vakansiya #işvar

photo content

❓Dövlət Proqramına müraciət zamanı Beynəlxalq fənn olimpiadalarının qalibi olan namizədləri hansı güzəştlər gözləyir? Bu sualın cavabını videoçarxı izləyərək öyrənə bilərsiniz. Xatırladaq ki, 2025/2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir. ⏳Müraciət üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #sənədqəbulu

✍🏻📚Eksklüziv olaraq, BMU-İNHA İDP çərçivəsində Cənubi Koreyanın İNHA Universitetində təhsil alan azərbaycanlı tələbələr üçü
+3
✍🏻📚Eksklüziv olaraq, BMU-İNHA İDP çərçivəsində Cənubi Koreyanın İNHA Universitetində təhsil alan azərbaycanlı tələbələr üçün onlayn formatda DİM-in magistraturaya qəbul imtahanı həyata keçirilib. Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində hazırda Koreya Respublikasında təhsil alan IV kurs tələbələri üçün növbəti dəfə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib. Bu, xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya ikinci dəfə onlayn formada həyata keçirilən qəbul imtahanı kimi tarixə düşüb. İlk belə imtahan keçən tədris ilində BMU-İNHA İDP tələbələri üçün təşkil olunmuşdur. ➡️ DAHA ƏTRAFLI

📚✍🏻 ADA və Corc Vaşinqton Universitetləri arasında akademik əməkdaşlıq genişlənir ADA Universiteti ilə ABŞ-nin Corc Vaşinqt
📚✍🏻 ADA və Corc Vaşinqton Universitetləri arasında akademik əməkdaşlıq genişlənir ADA Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti ("GWU") arasında 2020-ci ildən etibarən qurulan akademik əməkdaşlıq hər il daha da genişlənir. Belə ki, ikili diplom proqramları çərçivəsində başlayan tərəfdaşlıq zamanla tələbə və professor mübadiləsi, elmi tədbirlərin təşkili və birgə tədqiqat fəaliyyətləri kimi sahələri də özündə əhatə etməyə başlayıb. Yaxın günlərdə isə ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvləri "GWU"nun akademik heyəti ilə ABŞ-də görüşəcəklər. Görüş zamanı proqramların hazırkı vəziyyəti, kadr hazırlığı və yeni tədris istiqamətləri müzakirə olunacaq. ➡️ ƏTRAFLI

🇦🇿 Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi H
🇦🇿 Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dünyaya göz açdığı gündür. Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında, onun inkişaf etdirilməsində misilsiz xidmətləri var. O, bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib. Onun böyük siyasi iradəsi, müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi müstəqilliyimizi əbədiyyətə çevirdi, xalqımızı hüquqi, sivil, demokratik dövlət quruculuğu istiqamətində qətiyyətlə irəliyə apardı. Unudulmaz şəxsiyyəti sevgi və hörmətlə anırıq! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #ümummillilider #10may #doğumgünü

❓Dövlət Proqramına Beynəlxalq təhsil proqramlarının sertifikatı ilə müraciət edən namizədlərdən hansı sənədlər tələb olunmur? Bu sualın cavabını videoçarxı izləyərək öyrənə bilərsiniz. Xatırladaq ki, 2025/2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir. ⏳Müraciət üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #sənədqəbulu

🇦🇿📚🏆 BMU - İNHA İkili Diplom Proqramı tələbələri “Robotex”in Türkiyədə keçirilən mərhələsində I yerin qalibi olub Bakı Mü
+1
🇦🇿📚🏆 BMU - İNHA İkili Diplom Proqramı tələbələri “Robotex”in Türkiyədə keçirilən mərhələsində I yerin qalibi olub Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) tələbələrinin təmsil olunduğu “DeepSense” komandası “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən mərhələsində birinci yeri tutub. ➡️ DAHA ƏTRAFLI

İş öhdəlikləri: · Dövlət Proqramı İdarəetmə Qrupuna aid ştat cədvəlinə əsasən əmək haqqı və digər xərclərin ödənilməsi; · Əmək haqqı ilə bağlı aylıq, rüblük və illik statistik hesabatların təqdim edilməsi; · Ümumi mühasibat uçotunun təşkili və aparılması; · İnventarizasiyanın aparılmasında iştirak edilməsi; · Əsas vəsaitlərlə bağlı illik statistik hesabatın təqdim edilməsi; · Dövlət Proqramı üzrə malların (iş və xidməti) satınalınmasının mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına dəstək göstərilməsi; · Dövlət Proqramı çərçivəsində fəaliyyətin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak edilməsi; · Dövlət Proqramının icrası ilə bağlı xərclərin ödənilməsi üçün sənədlərin Dövlət Xəzinədarlıq Agentliyinin İnformasiyanın İdarəedilməsi Portalına göndərilməsi; · Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi ilə bağlı təqdimatların icra olunması; · Proqram iştirakçılarının təqaüd kartlarının sifarişinin təmin edilməsi; · Proqram iştirakçılarının bank əməliyyatları ilə bağlı yaranmış sorğuların tərəfdaş bankla əlaqələndirilməsi; · Beynəlxalq ikili diplom proqramlarının xərclərinin maliyyələşdirilməsi bağlı sifariş sənədlərinin hazırlanması və maliyyələşdirən quruma təqdim edilməsi; · Rəhbər tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi. QEYD: CV-lərinizi “Mühasib” başlığı ilə Nuray.Ashrafli@edu.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

📢DİQQƏT! 📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir. Son müraciət tarixi: 13.05.2025 Vəzifə: Mühasib #ElmVəTəhsil
📢DİQQƏT! 📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir. Son müraciət tarixi: 13.05.2025 Vəzifə: Mühasib #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #mühasib #vakansiya #işvar

📢 Dövlət Proqramı İdarəetmə Qrupu aylıq xəbər icmalını diqqətinizə təqdim edir. 📌 Dövlət Proqramlarına aid aylıq xəbər icma
📢 Dövlət Proqramı İdarəetmə Qrupu aylıq xəbər icmalını diqqətinizə təqdim edir. 📌 Dövlət Proqramlarına aid aylıq xəbər icmalında Proqram iştirakçılarının akademik uğurları və nailiyyətləri ilə tanış ola bilərsiniz. ➡️ KEÇİD LİNKİ

📚🏆 BMU-İNHA İDP tələbələri “EduHack 2025” hakatonunda qalib olub Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universit
+3
📚🏆 BMU-İNHA İDP tələbələri “EduHack 2025” hakatonunda qalib olub Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələrindən ibarət komada Bakı Konqres Mərkəzində keçirilən “EduHack 2025” beynəlxalq təhsil texnologiyaları hakatonunda uğur qazanıb. ➡️ DAHA ƏTRAFLI

📚✍🏻 "2019-2023 Dövlət Proqramı" doktorantının kitabı çap edilib Dövlət Proqramı iştirakçısının müəllifi olduğu kitab dinlər
+1
📚✍🏻 "2019-2023 Dövlət Proqramı" doktorantının kitabı çap edilib Dövlət Proqramı iştirakçısının müəllifi olduğu kitab dinlər tarixi üzrə, xüsusilə erkən xristianlıqda Gnostisizm üzərindən aparılan araşdırmadır. Magistratura tezisinin daha da genişləndirilmiş, zənginləşdirilmiş və kitab halına salınmış formasıdır. Hazırda Türkiyənin əksər onlayn kitab mağazalarında satışı davam etməkdədir. Qeyd edək ki, Məmmədxan Məmmədxanov "2019-2023 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikasının “Istanbul University" ali təhsil müəssisəsində “Humanitar və sosial” ixtisas istiqaməti üzrə doktorantura təhsili alır. Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

🇺🇸🇦🇿📚 ABŞ-nin Viskonsin-Madison Universitetində "Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbiri baş tut
+4
🇺🇸🇦🇿📚 ABŞ-nin Viskonsin-Madison Universitetində "Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbiri baş tutub ABŞ-nin Viskonsin-Madison Universitetində "Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbiri baş tutub Tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, adət-ənənələrini və milli dəyərlərini geniş auditoriyaya tanıtmaq və müxtəlif mədəniyyətlər arasında körpü yaratmaq olub. Tədbirdə universitetin professor-müəllim heyəti, Viskonsin və İllinoys ştatlarında yaşayan Azərbaycan icmasının üzvləri də daxil olmaqla 100-dən çox iştirakçı bir araya gəlib. Qonaqlar Azərbaycan musiqisi, rəqsləri və sənət nümunələri ilə tanış olub, maarifləndirici videoçarxlar izləyiblər. 👉🏻DAHA ƏTRAFLI

İş öhdəlikləri: · Dövlət Proqramı İdarəetmə Qrupuna aid ştat cədvəlinə əsasən əmək haqqı və digər xərclərin ödənilməsi; · Əmək haqqı ilə bağlı aylıq, rüblük və illik statistik hesabatların təqdim edilməsi; · Ümumi mühasibat uçotunun təşkili və aparılması; · İnventarizasiyanın aparılmasında iştirak edilməsi; · Əsas vəsaitlərlə bağlı illik statistik hesabatın təqdim edilməsi; · Dövlət Proqramı üzrə malların (iş və xidməti) satınalınmasının mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına dəstək göstərilməsi; · Dövlət Proqramı çərçivəsində fəaliyyətin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak edilməsi; · Dövlət Proqramının icrası ilə bağlı xərclərin ödənilməsi üçün sənədlərin Dövlət Xəzinədarlıq Agentliyinin İnformasiyanın İdarəedilməsi Portalına göndərilməsi; · Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi ilə bağlı təqdimatların icra olunması; · Proqram iştirakçılarının təqaüd kartlarının sifarişinin təmin edilməsi; · Proqram iştirakçılarının bank əməliyyatları ilə bağlı yaranmış sorğuların tərəfdaş bankla əlaqələndirilməsi; · Beynəlxalq ikili diplom proqramlarının xərclərinin maliyyələşdirilməsi bağlı sifariş sənədlərinin hazırlanması və maliyyələşdirən quruma təqdim edilməsi; · Rəhbər tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.

📢DİQQƏT! 📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir. Son müraciət tarixi: 05.05.2025 Vəzifə: Aparıcı mühasib QEYD
📢DİQQƏT! 📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir. Son müraciət tarixi: 05.05.2025 Vəzifə: Aparıcı mühasib QEYD: CV-lərinizi “Aparıcı mühasib” başlığı ilə Aysel.Amiraslanova@edu.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #aparıcımühasib #vakansiya #işvar

📚🇦🇿 Ürəkləri Vətən eşqi ilə döyünən, doğma Vətənimizin hüdudlarından kənarda təhsil alan Dövlət Proqramı təqaüdçüləri Azərbaycanın milli maraqlarını layiqincə qorudular. Belə ki, ABŞ-da təhsil alan Dövlət Proqramı təqaüdçüləri Ceyhun Xəlilov, İnqilab Hüseynzadə və Murad Qurbanov qondarma “erməni soyqırımı”nın anım günündə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayişinin qarşısını alıblar. Qeyd edək ki, hər üç Proqram iştirakçısı "2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "University of California, Berkeley" ali təhsil müəssisəsində “Hüquq" ixtisası üzrə magistratura səviyyəsində təhsil alır. Proqram iştirakçımızın bu cür uğurlarının daimi olmasını arzu edirik! https://youtu.be/sN8o393PjX8

📚 Dövlət Proqramı iştirakçısı kibercinayətkarlığa qarşı beynəlxalq hüquqi əməkdaşlıq mövzusunda Yale Hüquq Məktəbində çıxış
+3
📚 Dövlət Proqramı iştirakçısı kibercinayətkarlığa qarşı beynəlxalq hüquqi əməkdaşlıq mövzusunda Yale Hüquq Məktəbində çıxış edib Dövlət Proqramı iştirakçısı Orxan Abdulkərimli, təhsilini davam etdirdiyi Yale Hüquq Məktəbində (Yale Law School) beynəlxalq hüquq sahəsində əhəmiyyətli bir tədbirin həm təşkilatçısı, həm də panel iştirakçısı qismində çıxış edib. Belə ki, tədbir çərçivəsində panel müzakirəsi BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasına həsr olunmuş və bu konvensiyanın hazırlanmasında birbaşa iştirak etmiş tanınmış beynəlxalq hüquq ekspertlərinin iştirakı ilə baş tutmuşdur. Orxan Abdulkərimli tədbirdə Azərbaycanı Konvensiya üzrə danışıqlarda təmsil etmiş nümayəndə və əsas məruzəçi qismində təcrübəsindən, eləcə də kibercinayətkarlıqla mübarizədə hüquqi mexanizmlərin tətbiqindən bəhs etmişdir. Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik! ➡️ ƏTRAFLI

📚✍🏻 BMU - İNHA İkili Diplom Proqramı tələbələrinin iştirak etdiyi "RoboCode" robotik kodlama düşərgəsi uğurla yekunlaşıb Az
+4
📚✍🏻 BMU - İNHA İkili Diplom Proqramı tələbələrinin iştirak etdiyi "RoboCode" robotik kodlama düşərgəsi uğurla yekunlaşıb Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi", Türkiyənin "Bilişim Vadisi" və "SAHA Robotics" şirkəti ilə birgə keçirilən "RoboCode" robotik kodlama düşərgəsi uğurla yekunlaşıb. Bir ay davam edən düşərgəyə ümumilikdə 321 nəfər müraciət edib. Kriteriyalara uyğun olaraq, seçilmiş 70 iştirakçı onlayn və fiziki formatda təşkil olunan intensiv təlimlərdə iştirak edib. Təlim proqramına "ROS-un əsasları", "Robotların simulyasiyası", "Robot hərəkət sistemləri" və digər qabaqcıl texnoloji mövzular daxil olub. ➡️ ƏTRAFLI

📚✍🏻 Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri ASAN Könüllüləri​ ilə görüş keçirib Daha əvvəl məlumat verdiyimiz kimi
+6
📚✍🏻 Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri ASAN Könüllüləri​ ilə görüş keçirib Daha əvvəl məlumat verdiyimiz kimi Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən 2025/2026-cı tədris ili üzrə “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilinin təşviq edilməsi, tələbələr arasında geniş maariflənmə işinin aparılması məqsədilə gənclərlə silsilə görüşlərə start verilib. 👉🏻ƏTRAFLI

Dövlət Proqramı - Telegram kanali @stateprogramme statistikasi va tahlili