Dövlət Proqramı
Kanalga Telegram’da o‘tish
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Ko'proq ko'rsatish1 745
Obunachilar
+124 soatlar
-47 kun
-1730 kun
Postlar arxiv
1 745
12 iyul 2023-cü il tarixində saat 16:00-da "2022-2026 Dövlət Proqramı" çərçivəsində "Xarici universitetlərə qəbul" adlı vebinar həyata keçiriləcək. Qeyd edək ki, vebinarda iştirak etmək üçün 11.07.2023-cü il tarixi saat 16:00-dək qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/1CEYXOl3KWwwb1DnkT3f9WQhT7gJ2Sh1s_1aBEfMr41w/edit
Qeyd: Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.
#dpiq #xaricdetehsil #DövlətProqramı #EduAz #vebinar
1 745
07 iyul 2023-cü il tarixində saat 17:00-da "2022-2026 Dövlət Proqramı" çərçivəsində "Xarici ölkədə yaşanılan çətinliklərin öhdəsindən necə gəlinə bilər" adlı vebinar həyata keçiriləcək. Qeyd edək ki, vebinarda iştirak etmək üçün 06.07.2023-cü il tarixi saat 16:00-dək qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/1CEYXOl3KWwwb1DnkT3f9WQhT7gJ2Sh1s_1aBEfMr41w/edit
Qeyd: yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.
#dpiq #xaricdetehsil #DövlətProqramı #EduAz
1 745
5 iyul 2023-cü il tarixində "2022-2026 Dövlət Proqramı" çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə dair canlı məlumat sessiyası həyata keçiriləcək. Qeyd edək ki, məlumat sessiyasında proqrama dair ətraflı məlumat verilərək izləyiciləri maraqlandıran suallar cavablandırılacaq. Məlumat sessiyasına dair detallar:
Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili;
Saat: 16.00;
Platforma: Dövlət Proqramının rəsmi İnstagram səhifəsi.
#dpiq #xaricdetehsil #DövlətProqramı #EduAz #canliyayim
1 745
“2019-2023 Dövlət Proqramı” çərçivəsində BMU-İNHA arasında bakalavriat səviyyəsində icra olunan ikili diplom proqramına 2023/2024-cü tədris ili üçün qəbul prosesi aparılan mühəndislik ixtisaslarından biri də “Elektrik mühəndisliyi”dir.
Proqram haqqında ətraflı məlumat: https://dp.edu.az/az/news/3565
Qeyd edək ki, qeydiyyat prosesi üçün son tarix 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib.
#dpiq #ElmVəTəhsilNazirliyi #bmuinha #DualDiplomaProgram
1 745
"2019-2023 Dövlət Proqramı" çərçivəsində bakalavriat səviyyəsi üzrə mühəndislik ixtisasları üzrə BMU-İNHA arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının direktoru Humay Cəfərli "Azərbaycan müəllimi" qəzetinə proqram haqqında müsahibə vermişdir. Humay Cəfərli beynəlxalq ikili diplom proqramının icrası və əhəmiyyəti, proqrama yeni qəbul kampaniyası barədə öz fikirlərini oxucularla bölüşmüşdür.
Müsahibə ilə keçiddən tanış olmaq olar: https://muallim.edu.az/news.php?id=25183
BMU - İNHA İkili Diplom Proqramı
#EduAz #ElmVəTəhsilNazirliyi #ikilidiplom #bakalavriat #bmuinha
1 745
"2019-2023 Dövlət Proqramı" çərçivəsində İsveçrənin "Zurich University" ali təhsil müəssisəsində təbiət ixtisas istiqaməti üzrə təhsil alan doktorant Elxan Yusifov, “2007-2015 Dövlət Proqramı” çərçivəsində Kanadanın “Queen`s University” ali təhsil müəssisəsindən məzun olan Cəmil Muradov ilə birgə “Azərbaycan Neyroelm Cəmiyyəti” (ANC) təsis etmişdir. Azərbaycanda ilk neyroelm cəmiyyəti olan ANC-nin məqsədi sinir sisteminin heyrətamiz inkişafını tədqiq edən peşəkarlar arasında tədqiqat, təhsil və əməkdaşlığın inkişaf etdirilməsidir. Qeyd edək ki, cəmiyyətin idarə heyətinin üzvlərindən ikisi - Sadiq Niftullayev və Ərtoğrul Alışbəyli - “2007-2015 Dövlət Proqramı” çərçivəsində Kanadada neyroelm üzrə bakalavr təhsili almışlar və hazırda bu istiqamətdə araşdırlmalarını davam etdirirlər.
ANC haqqında ətraflı məlumat vebsaytdan əldə oluna bilər: neuroscience.az
#ElmVəTəhsilNazirliyi #dpiq #doktorantura #doktorantlarimizitaniyaq #xaricdətəhsil #EduAz
1 745
Elm və təhsil naziri #ADPU ilə ABŞ universitetinin ikili diplom proqramının məzun günündə iştirak edib
#ElmVəTəhsilNazirliyi #EduAz #məzungünü #dpiq #ikilidiplom
Ətraflı: https://dp.edu.az/az/news/3561
1 745
BDU və HUJI arasında magistratura səviyyəsində ”Biotexnologiya” ixtisası üzrə həyata keçiriləcək ikili diplom proqramına qəbul müvafiq tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
İkili diplom proqramına müraciət etmək istəyənlərdən aşağıdakılar tələb olunur:
· “Biologiya”, “Kimya”, “Kimya mühəndisliyi”, “Fizika” və ya “Ekologiya” ixtisaslarından biri üzrə bakalavr dərəcəsinə malik olmaq;
· Yüksək akademik göstəriciyə malik olmaq (Ümümi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – 80+);
· IELTS balı minimum 6 və ya internet əsaslı TOEFL testində minimum 89 bal;
· Bakalavr dərəcəsinin alındığı ali məktəbin professor-müəllim heyətindən tövsiyə məktubu;
· Tibbi arayış.
Ətraflı: https://dp.edu.az/az/news/3559
#dpiq #EduAz #ElmVəTəhsilNazirliyi #ikilidiplom
1 745
📢24 iyun saat 15:00-da "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsillə bağlı canlı yayım olacaq.
📌Müvafiq suallarınıza aydınlıq gətirmək üçün canlı yayımı izləməyi unutmayın.
✅️Qeyd edək ki, növbəti tədris ili üzrə proqrama son müraciət tarixi 14 iyul 2023-cü ildir.
#ElmVəTəhsilNazirliyi #dpiq #EduAz #xaricdetehsil #magistratura #bakalavriat
1 745
"2022-2026-cı illər üzrə xaricdə təhsil üçün Dövlət Proqramı"na müraciət etmiş namizədlərin müsahibələri davam edir.
✅Qeyd edək ki, sözügedən proqrama 2023-2024-cü tədris ili üzrə müraciət üçün son tarix 14 iyul 2023-cü ildir.
https://www.youtube.com/watch?v=V8ObyWeIAro
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil
1 745
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə müraciət etmiş şəxslərin müsahibələri davam edir. Prosesi izləmək məqsədilə iyunun 21-də media nümayəndələrinin iştirakı ilə müsahibələrin təşkil edildiyi mərkəzə mediatur keçirilib.
Ətraflı: https://dp.edu.az/az/news/3556
#dpiq #EduAz #ElmVəTəhsilNazirliyi #xaricdetehsil #magistratura #bakalvriat
1 745
Dövlət Proqramına son müraciət tarixi 14 iyul 2023-cü ildir.
Ətraflı: https://dp.edu.az/az/news/3554
#xaricdetehsil #ElmVəTəhsilNazirliyi #EduAz #dpiq #bakalvriat #magistratura
1 745
İyun ayının 5-dən etibarən 2023/2024-cü tədris ili üçün Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU - İNHA İkili Diplom Proqramı) dair onlayn qeydiyyat prosesinə start verilib. Qeydiyyat prosesi üçün son tarix 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib.
Ətraflı: https://dp.edu.az/az/news/3553
#dpiq #ElmVəTəhsilNazirliyi #bmuinha
1 745
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın 6.1-ci bəndində verilən prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər təqaüd üçün müraciət edə biləcəklər. Sənəd qəbulu 14.07.2023-cü il tarixinədək həyata keçiriləcək.
Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.
Ətraflı: https://dp.edu.az/az/news/3554
#dpiq #ElmVəTəhsilNazirliyi #xaricdetehsil
1 745
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Krallığının “Queen’s University Belfast” ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil alan Məmmədzadə Mirazər, Paşayeva Nuriyyə və İmanzadə Ülkər və digər azərbaycanlı tələbələr tərəfindən Gənclər Fondu və ASAP-ın dəstəyilə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş "Azərbaycan dünəndən bu günə" adlı tədbir təşkil olunub. Tədbirdə müxtəlif ölkələrin tələbələri iştirak edərək Azərbaycanın tarixi və bu günü haqqında geniş məlumat əldə ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Daha sonra ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov video müraciətlə çıxış edərək Azərbaycanın Dövlətçilik tarixi, eyni zamanda Müstəqillik gününün tarixi ilə bağlı məlumat verib.
Ətraflı: https://dp.edu.az/az/news/3552
#xaricdetehsil #EduAz #ElmVəTəhsilNazirliyi #dpiq #DövlətProqramı #magistratura #bakalavriat
1 745
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulunun müddəti 14 iyul 2023-cü il tarixinədək uzadılıb.
______________________________________________________________
Bununla da cari müraciətlər sırasında qəbul sənədi və digər məsələlər üzrə çatışmazlıqları olan namizədlərə sözügedən halları aradan qaldıraraq müraciətlərini tamamlamaları üçün imkan yaradılır.
Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz:
https://dp.edu.az/uploads/fileuploads/2022/12/bb6c86b54d0f4881a38cac1ae80b4a8f.pdf
Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.
#dpiq #ElmVəTəhsilNazirliyi #xaricdetehsil #DövlətProqramı
1 745
BMU - İNHA İkili Diplom Proqramının I kurs tələbəsi Nəsib Əhmədovun proqram haqqında təəssüratları
Ətraflı: https://dp.edu.az/az/news/3547#.ZHXlT3ZBzIU
https://www.youtube.com/watch?v=uRynlC0Y6h8
#dpiq #ikilidiplom #bmuinha #bakalavriat
1 745
"2019-2023 Dövlət Proqramı" çərçivəsində Malayziyanın “University of Malaya” ali təhsil müəssisəsində sosiologiya ixtisası üzrə doktorantura təhsili alan Elçin Hüseynov Bakı Dövlət Universitetində "Etnoqrafik tədqiqat metodu" adlı mövzuda vebinar keçirmişdir.
#dpiq #DövlətProqramı #doktorantlarimizitaniyaq #doktorantura #ElmVəTəhsilNazirliyi
1 745
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Krallığının “University of Glasgow” ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil alan Əliyeva Ləman, Hacızadə Kamran, Məmmədova Nərgiz, Ələkbərov Cavid, Quliyeva Ətir, Xasməmmədov Murad, İsmayılova Samirə, Məmmədova Fatimə və digər azərbaycanlı tələbələr 28 May – Müstəqillik Günü münasibəti ilə tədbir keçirmişdir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr iştirak ediblər. Tədbir zamanı Azərbaycanın müstəqillik tarixindən bəhs edilmiş və sonda Müstəqillik Gününə həsr olunmuş “Breyn Rinq” intellektual yarışı keçirilmişdir. Qalib olan komandaya Azərbaycana dair attributlar və kitablar hədiyyə edilmişdir.
#ElmVəTəhsilNazirliyi #dpiq #MüstəqillikGünü #DövlətProqramı #xaricdetehsil
1 745
Mayın 24-də Bakı Dövlət Universiteti (#bdu) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında #ikilidiplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi keçirilib.
#ElmVəTəhsilNazirliyi #EduAz #dpiq
Ətraflı: https://dp.edu.az/az/news/3539
