cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi "Telegram" kanalı

Ko'proq ko'rsatish
Reklama postlari
4 692
Obunachilar
+1024 soatlar
+557 kunlar
+16430 kunlar
Postlar arxiv
👍 5 1
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib May ayının 20-də saat 12:00-da Binə Atçılıq Mərkəzində media nümayəndələrinin iştirakı ilə Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib. Əvvəlcə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşəbbüsü ilə dünyada və ölkəmizdə ilk dəfə baş tutacaq Peşəkar Çövkən Liqası haqqında məlumat verilib, daha sonra komandalararası qarşılaşmaları müəyyən etmək məqsədilə püşkatma mərasimi keçirilib. Bildirilib ki, 21 may 2024-cü il tarixində saat 13:45-də keçiriləcək açılış mərasimində milli atlarımızın iştirakı ilə 10 peşəkar Çövkən komandasının (Ağstafa Dilbaz, Elit, Embawood, Köhlən, Çövkən Qarabağ, Omar, Polad, Sərhədçi, Şirvan və Zəfər) mövsüm ərzində çempionluq uğrunda mübarizəsi başlayacaqdır. Tədbirdə Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda nümayiş etdirdiyi möhtəşəm şou-kompozisiyanın göstəriləcəyi və püşkatmanın nəticələrinə uyğun olaraq komandalar arasında birinci turun ilk iki oyununun keçiriləcəyi qeyd olunub. Xüsusi olaraq media nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu il keçiriləcək Prezident Kubokunun və yeni yaradılan Peşəkar Çövkən Liqasının (PÇL) qalibləri yeni ilin əvvəlində Superkubokda qarşılaşacaq və nəticəyə əsasən Azərbaycan çempionu elan ediləcək. Əlavə olaraq Bakıda Beynəlxalq Çövkən Federasiyasına üzv ölkələrin komandalarının iştirakı ilə keçiriləcək dünya çempionatının tarixi və qaydaları açıqlanıb. Sonda mətbuat nümayəndələrinin suallarına cavab verilib. https://dsx.gov.az/news/1738
Hammasini ko'rsatish...
👍 5 1
Photo unavailableShow in Telegram
👍 16 1🫡 1
👍 17👏 1🙏 1🫡 1
👍 12🫡 2🙏 1
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib May ayının 18-də Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər gənc əsgərlərə nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi Müzəffər Ali Baş Komandana sadiq, cəsur, nizam-intizamlı olmağı, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətən sərhədlərini göz bəbəyi kimi qorumağı, əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar. Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb. Dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər. Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb. https://dsx.gov.az/news/1737
Hammasini ko'rsatish...
🙏 8👍 6
👍 27 3
Dövlət sərhədinin mühafizəsi bu gün! Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti ərazisində sərhədçilər qarlı hava şəraitində sərhədlərimizi mühafizə edirlər. Zəfər və qəhrəmanlıq simvolu olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısından bəhrələnən sərhədçilərimiz yaz fəslində hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq dövlət sərhədlərimizin çətin keçilən relyefə malik ərazilərində öz xidməti vəzifələrini şərəflə yerinə yetirirlər. Həmin ərazilərdə xidmət aparan hərbi qulluqçular qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını uğurla icra edir, müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edirlər. https://dsx.gov.az/news/1736
Hammasini ko'rsatish...
16👍 2
Photo unavailableShow in Telegram
İdmansevərlərin nəzərinə ! Azərbaycan Respublikası Atçılıq Federasiyasının ilk dəfə təşkil etdiyi Peşəkar Çövkən Liqasına start verilir. Milli atlarımızın iştirakı ilə 10 peşəkar Çövkən komandası mövsüm ərzində çempionluq uğrunda mübarizə aparacaq. Açılış mərasimi Binə Atçılıq Mərkəzində 21 may 2024-cu il tarixində saat 14:00-da başlanacaq. Giriş sərbəstdir! Tədbirin unudulmaz perfomansı Qarabağ atlarının bu il Londonda köstərdiyi canlı şousudur. Rəsmi hissədən sonra azarkeşləri 2 maraqlı oyun gözləyir. Peşəkar Çövkən Liqasında iştirak edən komandalara dəstək olaq. Rəsmi yayım tərəfdaşı: CBC Sport
Hammasini ko'rsatish...
👍 18
👍 27