cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi "Telegram" kanalı

Ko'proq ko'rsatish
Reklama postlari
4 758
Obunachilar
+1024 soatlar
+197 kunlar
+11630 kunlar
Postlar arxiv
👍 15
👍 14
🫡 5 4👏 2
DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib May ayının 15-də Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirdə mərasim iştirakçıları Fəxri xiyabana gələrək Dahi Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Akademiyanın Döyüş Bayrağı sıra meydanına gətirilib və gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, tariximizin ən böyük sərkərdəsi cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın ard-arda möhtəşəm zəfərlər yaşadığını, döyüş meydanında, xüsusi əməliyyatlarda Silahlı Qüvvələrimizin gücünü, qüdrətini, sarsılmazlığını və vətənə bağlılığını nümayiş etdirdiyini, Azərbaycan zabitinin örnək hünəriylə dünyaya səs saldığını qürur hissi ilə vurğulayıb. Bildirilib ki, bu gün sırada dayanan məzunlar ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunduqdan sonra zabit rütbələrini alan ilk Azərbaycan vətəndaşlarıdır. Gənc zabitlərin DSX Akademiyasında aldıqları təhsil, onların vətənə bağlılığı qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə şərait yaradacaq və daim zabit andına sadiq qalaraq Vətənimiz Azərbaycana şərəf və ləyaqətlə xidmət edəcəkləri əminliklə ifadə olunub. Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyələndirilməsində komandir və pedaqoji heyətinin xüsusi rolu olan bu ali təhsil müəssisəsində əcnəbi vətəndaşların da təhsil alaraq 5 illik zabit hazırlığı kursunu uğurla başa çatdırmaları DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin bariz nümunəsi olduğu qeyd edilib. Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbərliyi sərhədçi adına layiq görülən məzunları təbrik edib, onların valideynləri ilə görüşüb və gənc sərhədçi-zabitlərlə xatirə fotoşəkli çəkdirilib. https://dsx.gov.az/news/1735
Hammasini ko'rsatish...
👍 15 2
👍 14🫡 2
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb May ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (8-i azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. https://dsx.gov.az/news/1733
Hammasini ko'rsatish...
👍 18
👍 16 3
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında narkotik vasitə aşkar olunaraq götürülüb Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir. May ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Ələt reydində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 10.7 mil məsafədə ümumi çəkisi 26 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. https://dsx.gov.az/news/1732
Hammasini ko'rsatish...
9👍 5👏 3
👍 24 2