Ormilitarism
Kanalga Telegram’da o‘tish
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Ko'proq ko'rsatish7 296
Obunachilar
-424 soatlar
-87 kunlar
-6430 kunlar
Postlar arxiv
7 296
İran Türkiyəyə daha bir ballistik raket atıb.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, İrandan atılan ballistik raket Türkiyə hava məkanına daxil olub və NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Raketin qalıqları Qaziantep yaxınlığına düşüb, itki qeydə alınmayıb.
7 296
ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzində İranın neft tankeri olduğu güman edilən üç gəmiyə zərbələr endirdiyi bildirilir.
7 296
Ən kritik planda bu münaqişənin sonunu ABŞ/İsrailin dəstəyi ilə Şimal-qərbi İranda yaradılan qondarma kürd dövləti ilə bitəcəyini düşünürəm.
7 296
İranın mövcud vəziyətində hələdə şərq istiqamətində salamat qalan raket atış sistemləri qalıb. Bu barədə yazmışdım.
7 296
İranın yeraltı strukturlarına qarşı ABŞ xüsusi təyinatlı qruplarının cəlb edilməsi danışılır ancaq bu məsələ ABŞ-ın sıradan piyada qoşunu göndərmək məsələsindən daha çətindir.
Birinci olaraq İranın yeraltı infrastrukturu necə dizayn edilib onları orda nə təhlükələr gözləyir deyə planın hazırlanması, sadəcə əldə edilən məlumatların hesabınadır. Yəni içərdən bir sızıntı ABŞ kəşfiyatına nə danışıbsa ABŞ kəşfiyatı bu dəqiqə o infrastrukturu elə təsvir edir. Risk 50/50dir.
Bəs zərbələrdən sonrakı vəziyyət? Mövcud bilinən dəhlizlər dağılıbsa və başka ehtiyat dəhlizlər varsa deməkki ABŞ ın əlindəki o krokilərdə boş kağızdır.
ABŞ Xüsusi Təyinatlı Qüvvələri bir qüvvə kimi riskə atılması gərəkməyən ABŞ Ordusunun incisidir. Belə bir əməliyat ilə ABŞ çox sayda XTQ itirərsə bu mövcud hakimiyətin sonunu gətirər.
7 296
Kürd qrupları ilə İranda rejimi devirmək və ya İranı işğal etmək mümkün deyil. Hər şey kənara say nisbəti düz gəlmir.
ABŞ hər hansısa faciəvi səbəb olmadan quru qoşunu göndərmək kimi ənənəyə sahib deyil. İran kimi yerdə əməliyyat aparması üçün ABŞ ordusu bu indi başlasa 15-20 gün ərzində qoşunların yerdəyişməsi prosesini aparmalıdır. Burda təkcə piyada daşınması deyil, tanklar, toplar, pdmlər , mobil zrab və digər vasitələrin köçürülməsi aitdir. Bunların heç biri köçürülmədiyi üçün demək olar ki ABŞ-ın piyada qoşunlarını İrana göndərmək kimi bir planı heç düşünməyib.
7 296
Bu gün isə dalana dirənən ABŞ/İsrail cütlüyünün raket ataraq hər hansısa xüsusi nəticə əldə etməyi mümkün deyil. Dalanın sonunda quru əməliyyatı planı görünür. Ya ABŞ və koalisyası yada qərbdə yerləşən kürd qrupları ilə.
7 296
Hal hazırda politik şəkildə nələr baş verəcəyini proqnozlaşdıra bilməyəcəm.
Hazırkı vəziyyətdə nələr öyrənmişik hamıya məlumdur.
Hamıya məlum olmayan məsələ isə İsrailə və İranın yeraltı strukturuna nə qədər zərər dəydiyinin bilinməməsidir.
İsrailə dəyən zərərlərin senzura səbəbi və peyk çəkilişlərinin olmaması səbəbi ilə bilmək olmur. Amma mütləq şəkildə hansısa zərər var. İranın yeraltı strukturunun vəziyyətinidə peykən bilmək olmur.
Birinci mərhələdə ABŞ və İsrail cütlüyünün dini lideri öldürməsi və davamında xalqında dəstəyi ilə ölkədəki hakimiyəti ələ alması gözlənirdi. Məhz buna görə Rza Pəhləvi başlarda efirlərdə idi amma indi yoxdur. Yeni dini liderinlə seçilməyi ilə İslam İnqilabı bir növ cavanlıq generasiyası keçirmiş oldu. Xalq kənar düşmənə qəzəbləndiyi üçün hakimiyətə əks deyil, hakimiyətə tərəf sıxışmağa davam edəcək. Bəlkədə ilk hadisələr olduğu vaxt ABŞ indiki etdiyini etsə idi o zaman bir şeylər bacarardı. Çünki xalq çönmüşdü.
7 296
Türkiyə regionun təhlükəsizliyini gücləndirmək məqsədilə Şimali Kipr Türk Respublikasına altı ədəd F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirib.
7 296
Bəhreynin ən böyük neft emalı zavodu olan BAPCO emalı zavodu bu gün səhər saatlarında İranın zərbələrinə məruz qalıb.
7 296
Ötən gün yayılan dezinformasiyalar
1- BƏƏ İrana zərbə endirib.
2 - Sistani fətva verib.
7 296
Ukraynanın ATACMS və Storm Shadow raketləri ilə Donetsk hava limanındakı Rusiya "Shahed" dron anbarına endirdiyi son zərbələrlə bağlı
Hədəf hava limanının "yeni terminalı" adlanan hissəsi idi. Bu məkan bir çoxlarının yaddaşında 2012-ci ildə UEFA Avro-2012 zamanında minlərlə azarkeşin öz milli komandalarına dəstək olmaq üçün oraya gəlməsi ilə yadda qalıb.
Aradan keçən 14 il ərzində Rusiya həmin yeri Ukrayna şəhərlərinə hücum etmək üçün istifadə olunan "Shahed" dronlarının saxlanc və buraxılış mərkəzinə çevirib.
7 296
Eyni yayım kanalı 7842khz-ya dəyişib.
Radio qəbul edicilər düşünürki 7910khz tezliyinə jamming edilib.
7 296
"Patriot" müdafiə sisteminin raketi nasazlıq səbəbindən sıradan çıxaraq Bəhreynin paytaxtı Manama şəhərində yaşayış məhəlləsinə düşüb.
7 296
+2
Xocir və Şahruddakı bərk yanacaqlı raket mühərrikləri və raket istehsalı müəssisələrinin aşağı keyfiyyətli peyk şəkilləri
Birinci görüntü: "Shahid Hemmat" sənaye qrupuna məxsus Xocir sənaye kompleksinin ümumi planını əks etdirir.
Zərbə nəticəsində İranın maye yanacaqlı raketləri üçün oksidləşdirici olan azot turşusu istehsal edən "Shahid Cheragi Industries" müəssisəsi, həmçinin bərk yanacaqlı raket mühərrikləri istehsalı bölməsi zərər görüb.
İkinci görüntü: Xocir kompleksi ərazisində yerləşən yeni bərk yanacaqlı raket mühərriki istehsalı xəttini göstərir.
Qarışdırıcıların və tökmə sexlərinin yerləşdiyi binalar zərbələr nəticəsində dağılıb.
Həmçinin təyinatı məlum olmayan çox sayda bina da zərər çəkib.
Üçüncü görüntü: Şahruddakı bərk yanacaqlı raket istehsalı müəssisəsini göstərir.
Tökmə və qarışdırma sexləri, eləcə də İsrail Müdafiə Nazirliyinin iddiasına görə, döyüş başlıqlarının istehsal xəttinin bir hissəsi zədələnib.
7 296
İsfahanın cənubundakı raket bazası: 3 mart tarixli görüntüdə iki tunel girişinin ətrafında zərbə izləri müşahidə olunur, lakin zərbələr nəticəsində onların çöküb-çökmədiyi bəlli deyil.
Kaşandakı raket bazası: Görüntüdə yerüstü tikililərin dağıldığı və iki nəqliyyat vasitəsinin məhv edildiyi görünür.
Kirmanşahın şimalındakı raket bazası: Bütün yerüstü binalar tamamilə dağıdılıb, tunel girişlərinin isə zədələndiyi ehtimal edilir. Yolda da zərbə izləri var, lakin hədəfin nə olduğu məlum deyil.
Təbrizin cənubundakı raket bazası: Yeni inşa edilmiş RLS günbəzləri və köməkçi binalar yerlə-yeksan edilib, tunel girişləri zədələnib. Yol boyu çox sayda mərmi çuxuru görünür.
Dezfuldakı raket bazası: Yerüstü binalar zərbələr nəticəsində tamamilə sıradan çıxıb.
Bid-Kanehdəki raket bazası: Tunel girişlərinə bunker dağıdan sursatlarla zərbələr endirilib. Nəzarət-buraxılış məntəqəsi və köməkçi binalar dağıdılıb, ətrafdakı çuxurlar isə buraxılış qurğularının hədəf alındığını göstərir.
İsfahanın şimalındakı raket bazası: Yeraltı sığınacaqları tərk etməyə çalışan buraxılış qurğularının məhv edilməsi davam edir. Görüntüdə ən azı iki məhv edilmiş qurğudan sızan yanacaq izləri aydın görünür.
Xorqudakı raket bazası : Təkrar zərbələrə məruz qalan bazada bu dəfə əsas hədəf tunel girişləri olub. Bunker dağıdan sursatların istifadəsi dəqiq bilinməsə də, girişlər ağır zədə alıb. Həmçinin bir buraxılış qurğusunun vurulma izi aşkar edilib.
Yəzdindəki raket bazası: Zərbələr tunel girişlərinə və köməkçi binalara endirilib. Yol kənarındakı çuxurlar buraxılış qurğularını vurma cəhdlərindən xəbər versə də, nəticənin uğurlu olduğunu demək çətindir. Çünki iz yoxdur
Lardakı raket bazası: Tunellərə endirilən zərbə izləri ilə yanaşı, köməkçi binaların əksəriyyəti dağıdılıb. Yollardakı izlər isə böyük ehtimalla hərəkətdə olan buraxılış qurğularını hədəf almaq məqsədi daşıyıb.
7 296
Sistaninin fətva verməsi məsələsi dəqiq deyil. Sistani ilə razılığ əldə edilib ki, bu əməliyyat başlayıb.
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
