Ormilitarism
Kanalga Telegram’da o‘tish
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Ko'proq ko'rsatish7 301
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-297 kunlar
-7230 kunlar
Postlar arxiv
7 300
Tramp:
Hörmüz boğazı tam açıqdır və ticarət üçün hazırdır, keçid tam mümkündür. Lakin İranla bağlı dəniz blokadası qüvvədə qalmağa davam edəcək və İranla razılaşmamız 100% tamamlanana qədər tam şəkildə tətbiq olunacaq.
7 300
İranın yüksək rütbəli hərbi rəsmisi Hörmüz boğazının açılması ilə bağlı bildirib:
Yalnız hərbi olmayan gəmilərə, müəyyən edilmiş marşrutlar üzrə və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə keçidə icazə verilir.
Mülki gəmilər İranın Limanlar və Dəniz Təşkilatının müəyyən etdiyi marşrutlara riayət etməlidir.
7 300
ABŞ İranla müharibə səbəbindən silah ehtiyatlarının azalması ilə əlaqədar bəzi Avropa müttəfiqlərinə silah tədarükündə gecikmələr barədə qeyri-rəsmi xəbərdarlıq edib.
Pentaqon hazırda prioriteti öz ehtiyaclarına və davam edən əməliyyatlara verir.
7 300
USS Tripoli desant hücum gəmisində təqdim olunan yemək.
Kiçik porsiya tuşonka ət və bir ədəd tortilla lavaşı.
7 300
ABŞ-ın USS Abraham Lincoln aviadaşıyıcısında xidmət edən dənizçilər İran yaxınlığında uzunmüddətli dislokasiya zamanı keyfiyyətsiz yemək və kiçik porsiyalardan şikayət edirlər.
Əməliyyatlar və təchizat xətlərində yaranmış çətinliklər səbəbindən heyət dənizdə məhdud təminatla yetinir, bu isə mənəvi ruhun aşağı düşməsinə gətirib çıxarır.
Ailələrin sözlərinə görə, dənizçilər tez-tez ac qalır, poçt xidmətindəki problemlər isə əlavə qida və ya ləvazimat göndərilməsini çətinləşdirir.
7 300
Donald Tramp İranın nüvə silahına sahib olmasına qəti şəkildə qarşı olduğunu bildirib və qeyd edib ki, bu məsələ ilə bağlı uzunmüddətli məhdudiyyət deyil, tam qadağa mövcud olmalıdır. Onun sözlərinə görə, İran artıq razılaşmaya daha yaxın mövqedədir və iki ay əvvəl qəbul etmədiyi şərtlərə indi hazırdır. Tramp iddia edib ki, Tehran nüvə silahına malik olmamaq barədə razılıq verib və bu istiqamətdə müəyyən öhdəliklər götürüb. O əlavə edib ki, əgər razılaşma əldə olunmasa, döyüş əməliyyatları yenidən başlaya bilər, lakin hazırda prosesin müsbət nəticələnəcəyi ehtimalı yüksəkdir.
Livanla bağlı məsələyə toxunan Tramp mümkün atəşkəsin “Hizbullah”ı da əhatə edəcəyini və təşkilatın buna əməl edəcəyini düşündüyünü bildirib. O, uyğun vaxtda Livana səfər edə biləcəyini də qeyd edib.
Roma Papası ilə fikir ayrılığı barədə danışan Tramp, onunla münaqişədə olmadığını, sadəcə bəzi məsələlərdə razılaşmadığını vurğulayıb və düzgün hesab etdiyi mövqeni müdafiə etdiyini deyib.
ABŞ-da yanacaq qiymətlərinə dair sualı cavablandıran Tramp qiymətlərin o qədər də yüksək olmadığını bildirib. Eyni zamanda, ərəb ölkələrinin müəyyən maliyyə töhfələri verəcəyini düşündüyünü qeyd edib.
Tramp çıxışında Avropa ölkələrini də ABŞ-dan daha çox neft və qaz almağa çağırıb.
7 300
Rusiyanın Tuapse şəhərində neft terminalı, neft emalı zavodu və neft bazası bu gün Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri tərəfindən hücuma məruz qalıb.
Gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumu nəticəsində limandakı texnoloji avadanlıqlar yanmağa başlayıb. Hadisə yerində yanğının söndürülməsi üzrə qərargah fəaliyyət göstərir. Yanğının söndürülməsinə 157 nəfər və 49 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar vilayəti üzrə qüvvələri cəlb olunub.
7 300
Türkiyə komando briqadalarının sayını artıracağını açıqlayıb.
Yeni briqadalar mövcud olanlardan fərqli şəkildə strukturlaşdırılacaq. Onlar daha çox müasir təhdidlərə və əməliyyat konsepsiyalarına uyğunlaşdırılacaq.
Əvvəlki məlumatlara görə, təxminən 15 yeni briqadanın yaradılması hədəflənir.
7 300
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, dünən İran bayrağı altında üzən və Bəndər-Abbas limanından yola çıxan bir yük gəmisi ABŞ blokadasından yayınmağa cəhd edib. USS Spruance (DDG 111) esminesi gəmini istiqamətini dəyişməyə məcbur edib və nəticədə gəmi yenidən İrana doğru yönəlib. Məlumata əsasən, blokada başlayandan indiyədək 10 gəmi geri qaytarılıb.
7 300
3D printerdə çap olunmuş plastik gülləyə malik 5,45 mm-lik hissəli (qəlpəli) antidron patronu.
Güllənin içində diametri 3,5 mm olan 7 ədəd hissəcik yerləşir. Videodakı sınaqlar zamanı hərəkətsiz vəziyyətdə asılmış dron 18 metr məsafədən vurulub.
7 300
+3
İranın F-4 Phantom II qırıcısı, ABŞ–İran danışıqlarının ikinci mərhələsi ilə bağlı müzakirələr üçün dünən Tehrana gedən Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Muniri daşıyan təyyarəni müşayiət edib.
7 300
+2
ABŞ Hərbi Hava Qüvvələrinin B-21 Raider strateji bombardmançısının ilk dəfə havada yanacaq doldurması təlimindən.
7 300
Rusiya Silahlı Qüvvələrinin BTR-82A zirehli transportyoruna afrikalı döyüşçülərin sürətli minib-enmə təlimi prosesi.
Heç bir ləvazimat olmadan və sakit şəraitdə bu hərəkətləri yerinə yetirmək belə çətin olduğu görülür. Döyüş şəraitindən isə danışmağa belə ehtiyac yoxdur.
7 300
NATO-nun Baltic Air Policing missiyası çərçivəsində fransızlar Baltik dənizi üzərində Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus İl-20M (RF-93611) kompleks radioelektron, foto-kəşfiyyat və radioanaliz təyyarəsini Rafale qırıcıları ilə müşayiət ediblər.
İl-20M təyyarəsinin sərnişin kabinəsinin ön hissəsinin hər iki tərəfində “A-87P” perspektivli aerofoto çəkiliş kameraları və “Romb-4” ümumi radiotexniki kəşfiyyat stansiyası quraşdırılıb. Füzelyajın alt hissəsində yerləşən gondolda “İqla-1” yan baxış radiolokasiya stansiyasının anteni yerləşir.
Təyyarədə “Kvadrat-2” radiotexniki kəşfiyyat stansiyası və “Vişnya” uzun diapazonlu radioanaliz avadanlığı da quraşdırılıb. Ekipaj 5 nəfərdən və radiotexniki sistem operatoru olan 8 nəfərdən ibarətdir.
7 300
+1
Dönək bu məsələyə burda çox adam zolaqdakı izləri zərbə izi kimi başa düşsə də, bunlar zolağı yararsız hala salmaq üçün İran tərəfindən ora yığılmış torpaq təpələridir. Eləcədə təyyarələrin məhv edildiyi yerin ətrafı da, torpaq təpə zolağı ilə örtülüb.
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
