Ormilitarism
Kanalga Telegram’da o‘tish
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Ko'proq ko'rsatish7 300
Obunachilar
-324 soatlar
-217 kunlar
-6830 kunlar
Postlar arxiv
7 300
ABŞ ordusunun Küveytdə dağıdılmış komanda məntəqəsi.
İranın zərbəsi nəticəsində burada 6 amerikalı hərbçi həlak olub.
CBS News-un daha əvvəl bildirdiyinə görə, bu taktiki əməliyyat mərkəzi yuxarıdan birbaşa zərbələrə qarşı kifayət qədər qorunmaya malik olmayıb və yalnız səth üzrə T formalı beton baryerlərlə möhkəmləndirilib.
Yayılan fotoda yerdə sovet istehsalı sərbəst düşən FAB tipli aviabomba görünür. ABŞ isə zərbələrin İran dronları ilə endirildiyini bildirir. Bombanın orada necə peyda olduğu isə sual doğurur
Bomba haradansa düşənə də bənzəmir.
7 300
Rus istehsalı PKM pulemyotu ilə təchiz olunmuş və avtomatlaşdırılmış qüllənin sınaqları.
Sistem uzaqmənzilli kamikadze dronları və hətta FPV dronlarını məhv etmək üçün nəzərdə tutulub.
Hədəfin izlənməsi avtomatik həyata keçirilir, lakin atəş əmri operator tərəfindən verilir. Bildirilən təsir məsafəsi 100–500 metr arasındadır.
7 300
+1
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Gerald R. Ford aviadaşıyıcısında olan bir dənizçinin üzərində “ABŞ Hərbi Dəniz Qüvvələrinə qoşul — iri bədənli venesuelalıları xilas et!” yazılmış nişan olan fotosu Pentaqonun rəsmi DVIDS platformasında paylaşılıb. Foto daha sonra silinib.
7 300
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MQ-4C Triton kəşfiyyat pilotsuz aparatı, 7700 siqnalını verib. Sürətlə hündürlük itirən PUA Hörmüz boğazı üzərində açıq izləmə sistemlərindən yoxa çıxıb.
MQ-4C Triton-un bir ədədinin qiyməti 200 milyon dollardan çoxdur.
7 300
Sistemin tək zəifliyi döyüş başlığının yetərsiz qalmasıdır. Amma yenədə hansısa hava vasitəsini döyüşdən uzaqlaşdırmaq üçün kifayətdir.
7 300
Hər kəs müharibədə İranın balistik raketlərindən danışsa da, məncə bu müharibənin baş qəhrəmanlarından birincisi elə AD-08 sistemidir.
7 300
İran bildirib ki, Hörmüz boğazı ABŞ gəmiləri üçün açıqdır, lakin bunun üçün Tehrandan icazə alınmalıdır.
7 300
“İran əməliyyatı davam etdiyi dövrdə buna etiraz olaraq istefa vermiş ABŞ-nin teror ilə mübarizə direktoru bu gün bildirib ki, ABŞ NATO-dan ayrılaraq qarşıdakı mümkün İsrail–Türkiyə qarşıdurmasında İsraili dəstəkləməyə çalışır.
Təxminən ay yarım əvvəl isə İsrailin keçmiş və ehtimal olunan gələcək baş naziri Naftali Bennett də qeyd etmişdi ki, növbəti hədəf məhz Türkiyədir.
Kent :
“Təəssüf ki, NATO-dan çıxmaq xarici qarışıqlıqlardan uzaqlaşmaq üçün olmayacaq. Biz NATO-dan ona görə çıxacağıq ki, Türkiyə və İsrail sonda Suriyada toqquşanda İsrailin tərəfini tuta bilək. Bu, bizim Suriya hökumətinin devrilməsinə kömək etməyimizdən və keçmiş Əl-Qaidə/İŞİD liderini prezident təyin etməyimizdən sonradır. Yaxın Şərqdə həm od vuran, həm də yanğınsöndürən rolunu oynamağı dayandırmağın vaxtıdır, buna sadəcə dəyməz.”
7 300
SEPAH Hörmüz boğazından keçən ticarət gəmiləri üçün alternativ marşrutlar barədə bəyanat yayıb.
Məqsəd İsrail və ABŞ ilə müharibə zamanı yerləşdirilmiş dəniz minalarından yayınmaqdır.
Bəyanatda deyilir: “Hörmüz boğazından keçməyi planlaşdıran bütün gəmilərin diqqətinə çatdırılır ki, dəniz təhlükəsizliyi prinsiplərinə əməl etmək və mümkün mina toqquşmalarından qorunmaq üçün… boğaz daxilində alternativ hərəkət marşrutlarından istifadə etməlidirlər.” Eyni zamanda, bəyanatda boğazdan keçən gəmilər üçün alternativ giriş və çıxış yolları ilə bağlı təlimatlar da təqdim olunub.
7 300
İran tələb edir ki, Hörmüz boğazından keçən neft tankerləri rüsumu kriptovalyuta ilə ödəsinlər. Buna Bitcoin və Tether-in USDT-si və ya USD1 kimi stabilkoinlər daxildir.
Gəmilərə tapşırılıb ki, ərazidən keçməzdən əvvəl yükləri barədə məlumatları İran hakimiyyətinə e-poçtla göndərsinlər.
Hakimiyyət isə buna cavab olaraq keçid üçün qiymət təklif edir və bu rüsumun rəqəmsal valyuta ilə ödənilməsi tələb olunur.
Financial Times-ın məlumatına görə, rüsumun məbləği hər barel neft üçün 1 dollar səviyyəsində müəyyən edilib.
7 300
Tramp:
Bizə lazım olanda NATO yanımızda deyildi və yenə ehtiyacımız olsa, yenə də yanımızda olmayacaq.
Qrenlandiyanı xatırlayın — o böyük, pis idarə olunan buz parçasını!
7 300
“Bütün saxta bəyanatlara baxmayaraq, bu məsələlər artıq çoxdan həll olunub: nüvə silahı olmayacaq və Hörmüz boğazı açıq və təhlükəsiz qalacaq.
Eyni zamanda, bizim güclü ordumuz qüvvə toplayır və istirahət edir; əslində isə növbəti qələbəsini səbirsizliklə gözləyir”
Trump
7 300
Sadəcı İran atəşkəs rejiminin üç bənd üzrə pozulduğunu bəyan edib. Bunlara Livanda döyüş əməliyyatlarının davam etməsi, İran ərazisi üzərində dron uçuşları və İranın uranı zənginləşdirmə hüququnun inkar edilməsi daxildir.
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
