Ormilitarism
Kanalga Telegram’da o‘tish
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Ko'proq ko'rsatish7 305
Obunachilar
+324 soatlar
-107 kunlar
-6130 kunlar
Postlar arxiv
7 305
ABŞ və İsrail İsfahanda yerləşən, İranın və regionun ən iri polad istehsal müəssisələrindən biri olan “Mobarakeh Steel Company” zavoduna zərbə endirib.
Bundan sonra Xeyrabad və Ərak sənaye zonasında yaşayan sakinlər üçün xəbərdarlıqlar edilib.
Zərbələr təkcə hərbi obyektlərlə məhdudlaşmır, eyni zamanda sənaye infrastrukturu da hədəf alınır.
7 305
+3
ABŞ-a məxsus Avenger hava hücumundan müdafiə sistemlərinin MacDill Hərbi Hava Qüvvələri bazasına (CENTCOM-un qərargahı) doğru hərəkət etdiyi müşahidə olunub. Ehtimal edilir ki, sistemlərin İran dronlarına qarşı yerləşdirilməsi planlaşdırılır.
7 305
SEPAH bildirir:
Bu səhər ABŞ-ın prezidentinin Hörmüz boğazının açıq olması ilə bağlı verdiyi yanlış açıqlamalardan sonra müxtəlif ölkələrə məxsus üç konteyner gəmisi icazəli keçid üçün müəyyən edilmiş dəhlizə doğru hərəkət edib, lakin SEPAH Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığından sonra geri qaytarılıb.
SEPAH Hərbi Dəniz Qüvvələri bir daha bəyan edib ki, Hörmüz boğazı bağlanıb və bu ərazidə istənilən hərəkət sərt cavabla qarşılanacaq.
7 305
Çin Tayvan boğazı yaxınlığındakı aviabazalarda hücum dronlarına çevrilmiş 200-dən çox J-6 qırıcı təyyarəsi yerləşdirib.
Ekspertlər bildirir ki, bu dronlar mümkün münaqişənin ilkin mərhələsində kütləvi şəkildə istifadə olunaraq Tayvanın hava hücumundan müdafiə sistemlərini yükləmək üçün nəzərdə tutulub. Həmdə ənənəvi PUA-lardan çox qanadlı raketlər kimi istifadə edilə bilər.
7 305
ABŞ Ordusu çağırış limitini genişləndirmək üçün maksimum yaş həddini 35-dən 42-yə qaldırır.
Ordu həmçinin marixuana ilə bağlı bir dəfə məhkumluğu olan müraciətçilərə də icazə verəcək.
Bu addım çağırış çatışmazlığını aradan qaldırmaq üçün uzunmüddətli strategiyanın bir hissəsidir.
7 305
Ağ Ev və Pentaqon Yaxın Şərqə əlavə 10 min ABŞ hərbiçisinin göndərilməsini nəzərdən keçirir.
Qərarın gələn həftə verilməsi gözlənilir.
7 305
Belə xəbər yazanda bir vaxtlar Antonosvk körpüsü yadıma düşür. Köhnələr yaxşı bilir. Hər səhər yeməyindən sonra 1 dəfə vurulurdu.
7 305
Hizbullah ilk dəfə FPV drondan istifadə edərək İsrailə məxsus Merkava tankını vurub.
7 305
+3
Şiraz
Görüntülər şəhər boyu səpələnmiş CBU-105 Sensor Fuzed Weapon bombasının bir neçə BLU-108 subsursatını göstərir.
Hər 1,000 funtluq CBU-105 bombası 10 ədəd BLU-108 zireh əleyhinə subsursat daşıyır.
Hər BLU-108 radar altimetri, kiçik reaktiv mühərriki və “skeet” adlanan dörd silindrik formalaşdırılmış partlayıcı mərmi ilə təchiz olunub ki, bu da hər bombada ümumilikdə 40 partlayıcı mərmi edir.
Bu skeetlər termal sensorlardan istifadə edərək zirehli nəqliyyat vasitələrini və yük maşınları kimi digər hədəfləri aşkar edir. Hədəf aşkarlandıqda, yuxarıdan nüfuzedici mərmi atır. Hədəf tapılmadıqda isə əvvəlcədən müəyyən olunmuş müddətdən sonra öz-özünü məhv edir.
7 305
+1
RUSI bildirir ki, ABŞ, İsrail və müttəfiq ölkələr İranda 25 gün davam edən müharibə ərzində 1767 ədəd qanadlı və ballistik raket, həmçinin 3448 ədəd uzun mənzilli hava və raket müdafiə sistemi raketi istifadə ediblər.
Ballistik və qanadlı raketlər (1767 ədəd):
-912 ədəd hava-yer AGM-158 JASSM qanadlı raketi;
-535 ədəd dəniz-yer BGM-109 Tomahawk qanadlı raketi;
-320 ədəd MGM-140 ATACMS və PrSM ballistik raketi.
Uzun mənzilli hava və raket müdafiə sistemi raketləri (3448 ədəd):
-1285 ədəd PAC-3 MIM-104 Patriot sisteminə;
-563 ədəd Tamir Iron Dome raket müdafiəsinə;
-431 ədəd SM-2, SM-3 və SM-6 raketi AEGIS gəmiləri üçün;
-402 ədəd PAC-2 raketi MIM-104 Patriot üçün;
-340 ədəd THAAD interceptoru;
-135 ədəd David’s Sling;
-122 ədəd Arrow-2 və Arrow-3 raketləri;
-117 ədəd PAC-2 və PAC-3 raketləri (Səudiyyə Ərəbistanı);
-53 ədəd Aster raketi.
Buraya AGM-88, AIM-120, GBU-39, JDAM, GMLRS və digər minlərlə raket və bomba daxil deyil.
7 305
1988-ci ildə SEPAH-ın rəhbəri Möhsün Rezayi rəhbərliyə məktub yazdı ki, savaşı davam etdirmək üçün silah yoxdur. O bildirdi ki, qələbə üçün bizə 5 il ərzində 350 briqada, 2500 tank, 1000 təyyarə və 300 helikopter lazımdır. İranın bunları almaq şansı yox idi, təbii ki.
Bütün bu yazının ən önəmli yeri isə o zamankı parlamentin sədri Haşimi Rəfsəncaninin verdiyi hesabatdır. Rəfsəncani yazırdı ki, son itkilərdən sonra daha əhali əsgər getmək, könüllü olmaq istəmir. Savaşın əvvəlində fanatik şəkildə orduya yazılıb əliyalın güllə üstünə qaçan əhali, daha bunu etmək üçün könüllü orduya yazılmır. Ölən əsgərlərin yerinə yenisini tapmaq çətinləşir.
7 305
Bu uğursuzluqdan sonra İraq düşünürdü ki, İran daha hücum etməz. Amma İran, əksinə, iki həftə sonra son gücü ilə Bəsrəni ələ keçirib savaşı bitirmək üçün hücum etdi. İraq üçün bu hücum gözlənilməz idi, amma Bəsrədə çox qatlı müdafiə xətti qurmuşdular.
İraq mühəndisləri süni göl yaradıb ora elektrik vermişdi, minalar basdırmışdı. Həmçinin İraq ordusu ərazini xırda kvadratlara bölüb, hər kvadrat mərkəzinə min top mərmisi atmaq planı qurmuşdu.
İran İraq müdafiəsinə 'insan seli' göndərdi. İki ay sonra İran ordusu Bəsrənin 10 kilometrliyinə çatmışdı, amma davam edəcək nə əsgəri, nə silahı, nə də texnikası yox idi. İki ay ərzində 60-90 min arası iranlı əsgər öldü, yaralandı və ya itkin düşdü.
Onların bir qismi süni göldə elektrik cərəyanı ilə ölmüşdü. 'Kərbəla-5' əməliyyatı ilə İran ordusu hər mənada sıfıra düşdü.
7 305
Tarix :
1986-cı il 24 dekabrda İran ordusu 'Kərbəla-4' əməliyyatına başladı. İran ordusunun elit dalğıc bölmələri suyun altı ilə gözlənilməz hücum etməli idi. İran rəhbərliyi elə düşünürdü ki, İraq Şəttül-Ərəb çayı tərəfdən hücum gözləmir. İranın düşüncəsinin əksinə, İraq ordusu hücumun oradan olacağını bilirdi və hazır idi.
Nəticə necə oldu? On minlərlə iranlı elit dalğıc, xüsusi təyinatlı və əsgər onları hazır gözləyən tələyə düşdü. Çayın ortasında üstlərinə düşən projektor işığı altında atəşlə məhv edildilər. Baxın, 100 yox, 200 yox, on minlərlə əsgər qısa zamanda məhv oldu.
7 305
Tasnim agentliyinin SEPAH mənbəsinə istinadən bildirilir ki, ABŞ quru əməliyyatına başlasa, İran 1 milyondan çox döyüşçünü səfərbər etməyə hazırdır.
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
