uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 296
Obunachilar
-424 soatlar
-87 kunlar
-6430 kunlar
Postlar arxiv
Məncə bu regionda nələrsə olacaq.
Məncə bu regionda nələrsə olacaq.

İranın raket bazalarından İsrailə yönəlmiş raket hücumları ölkənin mərkəzinə və şərqinə doğru sürüşür. İsraildəki xəbərdarlıq
+3
İranın raket bazalarından İsrailə yönəlmiş raket hücumları ölkənin mərkəzinə və şərqinə doğru sürüşür. İsraildəki xəbərdarlıqlara və İranda raketlərin fırlatıldığı andan etibarən yayımlanan məlumatlara əsaslanan analizdə, dünən 6 hücum dalğası təsbit edilib. Dünən Yəzd, İsfahan, Fars və Tehran olmaqla 4 əyalətdən İsrailə 6 dalğa raket hücumu təşkil olunub. Həmçinin, son günlərin araşdırılması göstərir ki, İranın qərb və şimal-qərb hissələrindəki bazalardan (bir dalğa istisna olmaqla) heç bir raket atəşlənməyib. Əgər yaxın günlərdə də vəziyyət eyni qalarsa, belə başa düşmək olar ki, ölkənin qərbindəki raket qurğularının və buraxılış məntəqələrinin zərərsizləşdirilməsi uğurla nəticələnib və atışlar ölkənin mərkəzinə və şərqinə doğru sürüşüb; bu isə bəzi raketlərin uçuş məsafəsinin onların maksimal mənzilini aşmasına səbəb olacaq.

İranın İsfahan şəhərinə endirilən hava zərbələrinin kadrları. Maraqlıdır ki, zərbə yerlərindən olan bəzi kadrlar qismən senzu
+4
İranın İsfahan şəhərinə endirilən hava zərbələrinin kadrları. Maraqlıdır ki, zərbə yerlərindən olan bəzi kadrlar qismən senzuralanmağa başlayıb. Vaxtilə bu, əvvəlcə Ukraynada, sonra isə Rusiyada baş verməyə başlamışdı.

Bizim başımız qarışıb İrana amma məlumatınız olsun aylar əvvəl burda Rusiyanın starlinkə çıxışının dayanmasının ona çox problemlər yaradacağını qeyd etmişdik. İndi isə vəziyyət həqiqətən çox bərbaddır.

Ukrayna Baş Kəşfiyyat İdarəsi (QUR) Kerç bərə keçidində fəaliyyət göstərən "Slavyanin" və "Avanqard" dəmir yolu bərələrinə en
+3
Ukrayna Baş Kəşfiyyat İdarəsi (QUR) Kerç bərə keçidində fəaliyyət göstərən "Slavyanin" və "Avanqard" dəmir yolu bərələrinə endirdiyi zərbələri paylaşıb. Zərbələr"Starlink" sistemli kamikadze PUA-ları tərəfindən endirilib.

Martın 13-nə olan məlumata görə İranın Hörmüz boğazında tanker və yük gəmilərinə endirdiyi məlum zərbələr və onların yerləşdi
+1
Martın 13-nə olan məlumata görə İranın Hörmüz boğazında tanker və yük gəmilərinə endirdiyi məlum zərbələr və onların yerləşdiyi yerlər.

Hürmüzqan əyalətində hərbi dəniz bazasının da yerləşdiyi Bəndər-Abbas limanı ərazisində İran HHM-i tərəfindən vurulmuş ABŞ Hə
+6
Hürmüzqan əyalətində hərbi dəniz bazasının da yerləşdiyi Bəndər-Abbas limanı ərazisində İran HHM-i tərəfindən vurulmuş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "MQ-9 Reaper" kəşfiyyat-zərbə PUA-sının qalıqları.

Dubaydakı zərbə olaraq dəfələrnən servis edilən video 28 Fevral Manama Bahraindəki zərbədir. Bu video isə başka rakursdan qeydə alınıb.

Dünən Downtown Dubay-ın vurulması barədə xəbər tirajalandı. Downtownda yaşayan yaxınlarıma zəng edib vəziyyəti soruşdum və onlar təqzib etdilər.

Görünməyən savaş gedir və bunu görməyinizi çox istəyirəm. Avropa ABŞ-dan öz acığını media üzərindən çıxmağa çalışır. Buna görədə ABŞ və Avropa media baronları arasında məlumat savaşı yaşanır. Bu savaş davam etdikcə biz BƏƏ-nin Dohanın vurulmadığı halda vurulması xəbərlərini çox eşidəcəyik.

Burda yazmağımda məqsəd eyni tip videoların bişirilib yenidən bizə servis etmələridir. Buna bənzər daha bir video 28 Fevralda Bahrain Manamada qeyd edilib. O videoda dəfələrnən bişirilib yenidən servis edilir.

Citibank-ın vurulması olaraq medyaya düşüb. Citibankın Dubayda belə hündür binası yoxdur.

Hardasa 2 gün əvvəlin videosudur.

Dubay

Dezavantajı isə swarm istifadə üçün bahalı olmasıdır. Şahed PUA-sının üstünlüyü onun ucuz və qiymətsiz olmasıdır.

Buda onu digərlərindən daha avantajlı hala salır. Çünki Şahed kimi PUA-lar konkret bilinən hədəfə atılır.

Alışılan bir çox kamikaze puaların əvəzinə nu pualar kəşfiyyat aparıb hədəf tapmadıqda geri dönə bilər.

Səlcuq Bayraktar yeni "K2" kamikadze PUA-sını təqdim etdi. 2.000 kilometrdən çox mənzil. 200 kiloqramlıq döyüş başlığı. Hazırlıqsız qısa uçuş-enmə zolaqlarından qalxış.

İran Xarq adasına hücuma cavab olaraq Birləşmiş ərəb Əmirliklərinin üç limanına zərbələr endirməyə hazırlaşdığını elan edib. Əhaliyə təxliyə üçün zaman verib.