uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 284
Obunachilar
-224 soatlar
-187 kunlar
-7530 kunlar
Postlar arxiv
Normalda istifadə edilən qadanlardan daha fərqli dizayna malikdir. Bu dizaynın ona daha az enerji ilə daha çox məsafə qət etm
Normalda istifadə edilən qadanlardan daha fərqli dizayna malikdir. Bu dizaynın ona daha az enerji ilə daha çox məsafə qət etməsinə şərait yaradır. Digər məsələ isə diqqətimdən yayınmadı. Bu yeni versiyalar daha səssizdir. Normalda bunların turbo fit səsi olmalıdır. Videolarda isə buna rast gəlinmir.

Fransız aviasiya daşıyıcısı Charles de Gaulle və onun dəstəsi Baltik dənizindəki səfərini dayandıraraq Şərqi Aralıq dənizinə
Fransız aviasiya daşıyıcısı Charles de Gaulle və onun dəstəsi Baltik dənizindəki səfərini dayandıraraq Şərqi Aralıq dənizinə yönəldilir.

İstifadə edilən iki fərqli tipdə Tomahawk
+1
İstifadə edilən iki fərqli tipdə Tomahawk

Bağdad GZ yenə bilindiyi kimi. Bağdadın Yaşıl Zona ətrafında təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında genişmiqyaslı toqquşmalar baş verib.

İsrail Tehran şəhərinin mərkəzində İranın dövlət televiziyası və radiosunun baş qərargahını hədəf alıb.

Peyk görüntüləri İranda Konarekdəki hərbi obyektlərə endirilən zərbələrin nəticələrini göstərir. Konarek hava limanında yerlə
+7
Peyk görüntüləri İranda Konarekdəki hərbi obyektlərə endirilən zərbələrin nəticələrini göstərir. Konarek hava limanında yerləşən PUA istehsalı obyekti. Montaj sexi və digər binalar ciddi şəkildə dağılıb. Konarek hava limanındakı qoruyucu hər bir sığınacaq dəqiq nüfuzedici zərbə alıb. Hərbi-dəniz bazası, burada bir sıra binalar dağılıb və ya zədələnib, ən azı iki gəmi batıb, onlardan biri “Alvand” tipli fregatdır.

Biz İranın doqquz hərbi gəmisini məhv edib batırdıq, bəziləri olduqca böyük və vacib idi. Qalanlarını da təqib edirik və tezliklə onlar da dənizin dibində üzəcəklər Tramp

İsrail Hərbi Hava Qüvvələrinin rəsmiləri bildirir ki, 30 saat ərzində İrana 2,000 sursat atılıb. İsrail Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabiti deyib ki, qüvvələr “24 saatdan az müddətdə hava üstünlüyünü ələ keçirdi,” Tehran üzərində uçaraq atəş gücü qurğuları və rejim infrastrukturunu hədəf alıblar. 700-dən çox uçuş həyata keçirilib. Pilotlar indi ballistik raket buraxılış qurğularına, komanda mərkəzlərinə və İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirirlər.

Fotoşəkildə 28 fevraldan 1 mart gecəsinə keçən zaman B-2 Spirit bombardmançısının KC-46 tankeri vasitəsilə İrana zərbələr endirmədən əvvəl yanacaq doldurma anı göstərilib.

Bombardmançıların uçuş marşrutu “Midnight Hammer” əməliyyatına bənzəyir. Uçuş Transatlantik uçuşu, Aralıq dənizi üzərindən keçid və İrana daxil olaraq bombalanma mərhələsini əhatə edib. Uçuşlar stopsuz həyata keçirilib və hava-doldurma əməliyyatları KC-46A Pegasus təyyarələri ilə təmin olunub.

4 Spristsin hərəsi 16 ədəd daşısa 64 edir.

MOP əvəzinə bu bombadan istifadə olunması maraqlıdır. B-2A Spirit bombardmançı təyyarəsi daxili silah bölmələrində cəmi 16 ədəd GBU-31 JDAM daşıya bilər.

900 kqlıq bomba deyilirsə bu, GBU-31 tipli aviabombadır böyük ehtimal GBU-31(V)3/B JDAM istifadə olunub. Bunlar BLU-109/B nüf
900 kqlıq bomba deyilirsə bu, GBU-31 tipli aviabombadır böyük ehtimal GBU-31(V)3/B JDAM istifadə olunub. Bunlar BLU-109/B nüfuzedici bombaları əsasında hazırlanıb.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Fox News-a əməliyyatın başlanğıc mərhələsində İrana zərbələr endirmək üçün B-2A Spirit s
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Fox News-a əməliyyatın başlanğıc mərhələsində İrana zərbələr endirmək üçün B-2A Spirit strateji bombardmançı təyyarələrinin istifadə olunduğunu təsdiqləyib. Dörd B-2 təyyarəsi İranda yeraltı ballistik raket obyektlərinə onlarla 900 kq-lıq bomba atıb.

Tramp İranla bağlı bildirib: Onlar danışmaq istəyirlər və mən də danışmağa razı olmuşam, buna görə onlarla danışacağam. Bunu daha tez etməli idilər. Daha praktik və asan olanı daha əvvəl verməli idilər. Çox gözlədilər.

İordaniyanın iki F-16 təyyarəsi AIM-120 və AIM-9 “hava-hava” raketləri ilə İranın Shahed-136 kamikadze dronlarına qarşı havaya qaldırılıb.

"İrana qarşı hərbi əməliyyatlar "qrafikdən qabaqdadır". - Tramp

Arash-2 dronunun ABŞ-ın Küveytdə yerləşən Camp Buehring bazasına endirdiyi zərbə. Kadrlari ABŞ hərbçiləri çəkib. Kadrda həmçinin M4 Sherman tankının abidəsi görünür.