uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 296
Obunachilar
-424 soatlar
-47 kunlar
-6730 kunlar
Postlar arxiv
Repost from Caucasian Live
🇮🇷 Əli Laricani və oğlunun tabutları @CaucasianLive
🇮🇷 Əli Laricani və oğlunun tabutları @CaucasianLive

Bu vasitənin davamlı istifadəsi nəzərə alsaq İranda bunu qoyun kimi sadəcə şəhərə atmayıbsa İsrail daxilindəki infrasturkturlarda ciddi zədələr müşahidə edəcəyik.

MRBM kimi ciddi bir balistik vasitəni kasset tipli başlıqlarla istifadənin əsas məqsədi düşmənin açıq sahede yerləşən minimum divizyon səviyyəsində maksimum korpus səviyyəsində hədəfləri , aerodromları , açıqda yerləşən təminat anbarları, qoşum cəmləşmə rayonları, sənaye şəhərlərinin sənaye zonaları və qisməndə limanların vurulması üçündür.

CENTCOM: Bir neçə saat əvvəl ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığındakı İran sahil xətti boyu yerləşən möhkəmləndirilmiş İran raket poliqonlarına qarşı çox sayda 5000 funtluq dərinliyə nüfuz edən sursatlardan uğurla istifadə edib. Bu poliqonlardakı İran gəmiəleyhinə qanadlı raketləri boğazdakı beynəlxalq gəmiçilik üçün təhlükə yaradırdı.

Ucuz dronlar ənənəvi hava üstünlüyünü sürətlə sarsıdır və müharibə iqtisadiyyatını dəyişir. İran müdafiə sistemlərini sıradan
+3
Ucuz dronlar ənənəvi hava üstünlüyünü sürətlə sarsıdır və müharibə iqtisadiyyatını dəyişir. İran müdafiə sistemlərini sıradan çıxarmaq üçün kütləvi dron hücumlarından (həftədə 1000-dən çox) istifadə edir. Hər bir dronun qiyməti 20.000–50.000 dollar olduğu halda, önləyici raketlərin qiyməti 3 milyon dollardan çoxdur.

NATO hərbi dəniz təlimində Ukraynanın rəhbərlik etdiyi qüvvələr dəniz dronlarından istifadə edərək NATO donanmalarını məğlub
NATO hərbi dəniz təlimində Ukraynanın rəhbərlik etdiyi qüvvələr dəniz dronlarından istifadə edərək NATO donanmalarını məğlub edib və əsas zəif tərəfləri üzə çıxarıblar. Ukrayna komandası hər 5 ssenaridə qalib gəlib və simulyasiyada bir freqatı batırıb. NATO qüvvələri çox vaxt dronları heç aşkar belə etməyiblər.

Ötən gecə İran hədəf ayrımı etmədən İsrailə kassetli MRBM atəşləyib.
Ötən gecə İran hədəf ayrımı etmədən İsrailə kassetli MRBM atəşləyib.

+3
Gecə saatlarında İsrailə İran tərəfindən zərbələr endirilib.

Laricaninin ölümü təsdiqlənib.
Laricaninin ölümü təsdiqlənib.

Niyə bir birinizə nəyisə sübut etməyə çalışırsız? Hər kəs öz inandığı və bildiyi ilə niyə sakit dayanmır? Niyə hər kəs çalışırkı öz bildiyi yalanı və ya gerçəyi qarşı tərəfdəkinə də aşılasın? Sizin emosional yanaşdığınız bir məsələyə kiminsə yanaşmaması sizin üçün niyə böyük bir problemə çevirilir? Zamanınıza , gözünüzə , əsəblərinizə yəni canınıza yazığınız gəlmir? Yorulmursuz?

İran səmalarında Eurofighter Typhoon-un aşkarlandığı barədə video paylaşılıb. Mən bunu daha çox Mirage F2000-ə bənzədirəm.

SEPAH Qolamrza Süleymaninin ölümünü təsdiqləyib.

Repost from Caucasian Live
🇮🇱🗣️ "Bu foto köhnə fotodur və bu günə aid deyil. Bütün mənbələrim bunu təsdiq edir". - İsrailli müstəqil jurnalist Moşe K
🇮🇱🗣️ "Bu foto köhnə fotodur və bu günə aid deyil. Bütün mənbələrim bunu təsdiq edir". - İsrailli müstəqil jurnalist Moşe Kohen | @CaucasianLive

ABŞ-nin Milli Kəşfiyyat və Terrorla Mübarizə Mərkəzinin direktoru Joseph Kent İranla bağlı davam edən müharibəyə etiraz edərək istefa verib və verdiyi açıqlamalarla prosesin arxa planına dair ciddi suallar yaradıb. O bildirib ki, bu müharibəni mənəvi baxımdan dəstəkləyə bilmir və İranın ABŞ üçün birbaşa təhlükə yaratmadığını düşünür. Kent öz hərbi keçmişinə istinad edərək 11 dəfə müharibədə iştirak etdiyini və həyat yoldaşı Shannon Kentin həyatını İsrailin təşviq etdiyi münaqişə fonunda itirdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırkı qarşıdurma ABŞ xalqına real fayda gətirmir və bu səbəbdən amerikalı gənclərin belə bir müharibədə həyatını itirməsi əsassızdır. Kent daha irəli gedərək iddia edib ki, müharibənin başlanmasında İsrail və onun ABŞ daxilindəki təsir imkanlarının rolu olub. O, yüksək səviyyəli israilli rəsmilərin və medianın ABŞ-ni İranla müharibəyə sürükləmək üçün dezinformasiya kampaniyası apardığını bildirib. Bu kampaniyanın məqsədinin İranın yaxın və qaçılmaz təhlükə kimi təqdim edilməsi və sürətli qələbə illüziyası yaratmaq olduğunu qeyd edib. Kentə görə, bu yanaşma əvvəllər İraq zamanı tətbiq olunan taktikanın təkrarıdır və ABŞ bu dəfə də eyni səhvi təkrarlamaq riski ilə üz-üzədir. Sonda o, ABŞ rəhbərliyinə, xüsusilə Trumpa müraciət edərək İranda aparılan əməliyyatların mahiyyətini və kimin maraqlarına xidmət etdiyini ciddi şəkildə dəyərləndirməyə çağırıb. Kentin istefası təkcə fərdi qərar deyil, həm də ABŞ daxilində bu müharibəyə münasibətdə fikir ayrılıqlarının dərinləşdiyini göstərən siqnal kimi qiymətləndirilir.

"NATO-nun yardımına ehtiyacımız yoxdur, onlar olmadan da Hörmüzü aça bilərik. Ən dəhşətlisi odur ki, İranın nüvə silahı əldə etməsini istəməyən bütün ölkələr ordu göndərməkdən imtina edir. Bu addım bizim üçün unudulmaz addım olacaq". - Tramp

İkinci məsələ ABŞ-ın Çinə olan elektronika və texnologiya asılılığı məsələsi. Burada balans tərs istiqamətdə işləyir. Çin dün
İkinci məsələ ABŞ-ın Çinə olan elektronika və texnologiya asılılığı məsələsi. Burada balans tərs istiqamətdə işləyir. Çin dünyada nadir torpaq elementlərinin emalında dominantdır və qlobal bazarın böyük hissəsini nəzarətdə saxlayır . Bu materiallar isə mikroçiplər, hərbi texnologiyalar, elektromobillər və AI infrastrukturu üçün kritikdir. Bu, gələcəkdə “enerji vs texnologiya” qarşılığı ola bilər. Əgər ABŞ Hörmüz üzərində real nəzarət əldə etsə: – Çin enerji baxımından ciddi təzyiq altına düşər – ABŞ isə Çin üzərində strateji rıçaq qazanar

Baxış bucağı Mövzuya sistemli baxanda üç əsas xətt ortaya çıxır: enerji (Hörmüz), texnologiya (elektronika və nadir metallar)
Baxış bucağı Mövzuya sistemli baxanda üç əsas xətt ortaya çıxır: enerji (Hörmüz), texnologiya (elektronika və nadir metallar) və ticarət müharibəsi (rüsumlar). Hörmüz dünya enerji arteriyası sayılır və gündəlik neftin təxminən 20%-i buradan keçirdi. Çin isə bu marşrutdan ən çox istifadə edən ölkələrdən biridir. Bəzi hesablamalara görə Çin idxal etdiyi neftin təxminən 45-50%-ni bu boğazdan alır. Burada bir əmma var. Çin son illər bu asılılığı azaltmağa çalışırdı. Yəni Çin riskinn fərqində idi. Alternativlər qururdu. (Rusiya, Mərkəzi Asiya, LNG, bərpa olunan enerji)x. ABŞ üçün isə vəziyət fərqlidir. ABŞ enerji baxımından daha müstəqildir və Hörmüz onun iqtisadiyyatı üçün həyati deyil. Bu da strateji üstünlük yaradır. ABŞ üçün Hörmüz bir təzyiq alətidir, Çin üçün isə bu gün risk nöqtəsidir.

Tramp indidə İranın 24 mina döşəyən gəmisi olduğunu iddia edib və onların hamısının batırıldığı bildirilib. O, dünən bu rəqəm
Tramp indidə İranın 24 mina döşəyən gəmisi olduğunu iddia edib və onların hamısının batırıldığı bildirilib. O, dünən bu rəqəmin 22 olduğunu demişdi. Daha əvvəl isə 31 olduğunu demişdi.

Trump NATO haqqında:
NATO çox axmaq bir səhv edir... Bu, böyük bir sınaq idi. Onlar orada olmalı idilər.