Ormilitarism
Kanalga Telegram’da o‘tish
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Ko'proq ko'rsatish7 303
Obunachilar
+324 soatlar
-107 kunlar
-6130 kunlar
Postlar arxiv
7 305
Pentagon-un İranın nəzarətində olan Abu Musa adasını ələ keçirməyi nəzərdən keçirdiyi, adanın Hörmüz boğazının girişinə yaxın olduğu və həm İran, həm də BƏƏ üçün strateji əhəmiyyət kəsb etdiyi bildirilir.
7 305
İranın Fars xəbər agentliyi ABŞ-ın strateji və iqtisadi baxımdan mühüm olan Xarq (Kharg) adasına və ya digər İran ərazilərinə qarşı quru əməliyyatı həyata keçirməsi halında Birləşmiş Ərəb Əmirliklərindəki enerji infrastrukturunu hədəf alacaqlarını açıqlayıb.
Bunlara duzsuzlaşdırma zavodları, atom elektrik stansiyaları və BƏƏ üzrə digər enerji mərkəzləri daxildir.
7 305
Eyni zamanda istifadə olunan vasitələrdə də dəyişiklik baş verib. Başlanğıcda təxminən 3,5 milyon dollar dəyərində olan Tomahawk və JASSM kimi uzaqmənzilli bahalı raketlərdən geniş istifadə olunurdusa, hava hücumundan müdafiə sistemləri zəiflədikcə daha ucuz və kütləvi sursatlara, xüsusilə JDAM dəstli aviabombalara üstünlük verilib. Bu da gündəlik əməliyyat xərclərini azaltmağa və zərbələrin tempini qorumağa imkan verib.
İranda isə dinamika əks istiqamətdə inkişaf edib: ilk dörd gün ərzində İran 2000-dən çox PUA və 500-dən artıq ballistik raket buraxdıqdan sonra, buraxılış qurğuları, anbarlar və komanda elementlərinə endirilən zərbələr nəticəsində, eləcə də ehtiyatların daha ehtiyatla istifadə olunması səbəbilə atışların intensivliyi 80–90 faiz azalıb.
İran raket və dronlarının 80–90 faizinin qarşısının alındığı bildirilir ki, bu göstərici müasir hava hücumundan müdafiə sistemlərinin ən uğurlu nümunələri ilə müqayisə olunur.
Lakin bu effektivlik çoxsaylı ZRK raketlərinin artıq sərfi hesabına əldə edilib.
7 305
+1
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) hesabat yayıb.
İlk sutkada ABŞ əvvəlcədən müəyyən edilmiş hədəflər siyahısı üzrə 1000-dən çox zərbə endirib. Paralel olaraq İsrail də yüzlərlə əlavə hədəfi vurub. Bundan sonra intensivlik azalmağa başlayıb və 10-cu günə qədər gündə təxminən 300–500 hədəf səviyyəsində sabitləşib.
24-cü günə qədər ABŞ ümumilikdə təxminən 9000 hədəfi vurub. Bu mərhələdə “asan” hədəflərin böyük hissəsi tükənib. Sonrakı zərbələr, xüsusilə yeraltı obyektlərə qarşı əməliyyatlar, daha uzun kəşfiyyat, təsdiqləmə və planlaşdırma prosesi tələb edir.
7 305
İranın Handala Hack Team qrupu FBI direktoru Keş Patelin şəxsi elektron poçtunu sındıraraq onun şəxsi foto və sənədlərini yayıblar
Yayımlanan materiallara 2010–2019-cu illərə aid yazışmalar və fotolar daxildir.
7 305
Bəhreyn ötən gecə İran tərəfindən raket və dron ilə vurulub.
Zərbələrdən biri neft obyektinə (BAPCO) dəyib və nəticədə böyük yanğın baş verib.
7 305
Yəmən husiləri müharibənin başlamasından sonra ilk dəfə İsrailin cənubuna raket atıb.
İsrail raketin havada vurulduğunu açıqlayıb.
7 305
Trump:
Bunu deməyim bəlkə də düzgün səslənmir, amma mənim irsimin böyük sülhyaradıcı kimi yadda qalmasını istərdim. Mən həqiqətən də özümü sülhyaradıcı hesab edirəm. İndi belə görünməyə bilər, amma düşünürəm ki, mən sülhyaradıcıyam.
7 305
Dünən Tzu Trampın bir sıra açıqlamaları :
Region “İranın terroru və aqressiyasından azad olacaq Yaxın Şərqin formalaşmasına hər zamankından daha yaxınıq”. ABŞ-ın çox az adamın bildiyi yeni silahlara sahib olduğunu qeyd edib. ABŞ hələ minlərlə hədəfi saxlayır və onların tezliklə vurulacaq. Onun sözlərinə görə, raket buraxılış qurğularının 97 faizi artıq sıradan çıxarılıb. Tramp Hörmüz boğazının açılması məsələsinə də toxunaraq, bunun mütləq baş verməli olduğunu deyib. Böyük Britaniyanın təyyarədaşıyan gəmilərini tənqid edən Tramp onların sürətli və effektiv olmadığını bildirib. NATO barədə isə mümkün böyük münaqişə halında alyansın kifayət qədər etibarlı olmayacağını iddia edib. O, Səudiyyə Ərəbistanına təşəkkür edərək bu ölkənin ABŞ-a dəstəyini xüsusi qeyd edib. Eyni zamanda Türkiyə rəhbərliyini də müsbət qiymətləndirib və ölkənin ABŞ-ın bəzi məsələlərdəki gözləntilərinə uyğun davrandığını deyib. Tramp əlavə edib ki, ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışına razılaşıb və bu təyyarələrin çox seçilmiş ölkələrə verildiyini vurğulayıb. Çıxışında o, Hindistan və Pakistan arasında gərginliyin qarşısını aldığını da iddia edib.
7 305
İranın Buşehr Atom Elektrik Stansiyası cümə gecəsi gec saatlarda üçüncü dəfə hücuma məruz qalıb.
Rəsmilər xəbərdarlıq edir ki, stansiyada radioaktiv material mövcuddur və hər hansı ciddi zərbə böyük nüvə insidentinə səbəb ola bilər.
7 305
Təsdiqlənib. İranın raket və dron zərbələri ilə ötən gün Prince Sultan Hərbi Hava Bazasını vurub və ABŞ-a məxsus bir neçə yanacaq doldurma təyyarəsinə ziyan dəyib.
Bu, bazaya edilən ikinci hücumdur.
7 305
Yəmən Husiləri ABŞ və İsrailə qarşı birbaşa hərbi əməliyyatlara hazır olduqlarını açıqlayıb.
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
