uz
Feedback
Ormilitarism

Ormilitarism

Kanalga Telegram’da o‘tish

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Ko'proq ko'rsatish
7 303
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-307 kunlar
-7430 kunlar
Postlar arxiv
+2
Bir vaxtlar və indi

Bir vaxtlar və indi
+1
Bir vaxtlar və indi

Atəşkəsdən əvvəl Rusiyanın “Gerbera” dronu Kiyevdə Ukrayna Ali Radasının binasını görüntüləyib.

Ukraynanın fiber optik kabellə idarə olunan FPV dronlarını daşıyan yerüstü robot kompleksi.
+3
Ukraynanın fiber optik kabellə idarə olunan FPV dronlarını daşıyan yerüstü robot kompleksi.

+2
CENTCOM ABŞ-ın qoyduğu dəniz blokadasını pozaraq İran limanına daxil olan M/T Sea Star III və M/T Sevda tanker gəmilərinə endurilən zərbə görüntülərini yayıb.

+3
Pentaqonun UFO-larla bağlı arxiv materiallarından yayımlanan maraqlı kadrlar. Videoda xaotik hərəkət edən, ulduz formasında parlaq obyekt görünür, fotoda isə 1969-cu ildə “Apollon-12” missiyası zamanı Ay səthinə eniş vaxtı səmada müxtəlif formalı işıqlı obyektlər qeydə alınıb.

+3
Yunan balıqçıları Starlink terminalı ilə təchiz olunmuş, Ukraynanın MAGURA tipli kamikadze katerlərinə bənzəyən pilotsuz kater aşkar ediblər. Ekipajsız kater Lefkada adası yaxınlığında bir mağarada tapılıb və Sahil Mühafizəsinə təhvil vermək üçün yedəyə alınıb. Bir ehtimal Yunanıstan adalarından Ukrayna xüsusi xidmət orqanları tərəfindən Aralıq dənizində Rusiya “kölgə donanması” gəmilərinə qarşı bu tip vasitələrin buraxılması üçün gizli baza kimi istifadə oluna bilər. Digər versiyaya görə isə bu kater başqa ölkənin, məsələn Liviya sahillərindən üzərək həmin əraziyə gəlib çıxa bilər.

Polşa Avropa İttifaqı ilə 43,7 milyard avroluq böyük kredit müqaviləsi imzalayıb. Bu, Aİ-nin 150 milyard avroluq yeni müdafiə
Polşa Avropa İttifaqı ilə 43,7 milyard avroluq böyük kredit müqaviləsi imzalayıb. Bu, Aİ-nin 150 milyard avroluq yeni müdafiə proqramı çərçivəsində imzalanan ilk və ən böyük razılaşmadır. Polşa ilkin 6,5 milyard avro (15%) ilkin vəsait alacaq. Qalan pullar isə 2030-cu ilə qədər xərclənəcək. Bu vəsaitlər əsasən hava hücumundan müdafiə, antidron sistemləri, artilleriya, sursat və sərhədlərin möhkəmləndirilməsinə yönəldiləcək. Pulların böyük hissəsi, yəni təxminən 89%-i Polşanın öz müdafiə sənayesinə veriləcək.

İran Hərbi Dəniz Qüvvələri Barbados bayrağı altında hərəkət edən Ocean Koi neft tankerini xüsusi əməliyyat ilə nəzarətə götürüb. Əməliyyat İranın neft ixracına mane olmaq və ölkənin maraqlarına zərər vermək cəhdinə cavab olaraq həyata keçirilib. İran hərbçiləri tankerə daxil olaraq gəmidə öz bayraqlarını qaldırıblar.

Dünən atəşkəsə bir saat qalmış Ukrayna ordusu Xəzər dənizində Rusiyanın Xəzər donanmasına və Kaspiysk limanına zərbələr endirib.

Arxa cəbhə

Zelenski Moskvada 9 May Qələbə paradının keçirilməsinə icazə verən fərman imzalayıb.

Kim Çen In yeni esmines Çoe Hyonu dənizə buraxıb.
+1
Kim Çen In yeni esmines Çoe Hyonu dənizə buraxıb.

Pakistan yeni Fatah-3 hipersəs qanadlı raketini ictimaiyyətə təqdim edib. O, Çin şirkəti Guangdong Hongda tərəfindən istehsal
+1
Pakistan yeni Fatah-3 hipersəs qanadlı raketini ictimaiyyətə təqdim edib. O, Çin şirkəti Guangdong Hongda tərəfindən istehsal olunan HD-1 raketinin lokallaşdırılmış versiyası kimi qiymətləndirilir. Yolüstü mobil buraxılış sistemi olan bu raketin Mach 3–4 sürətinə, 290–450 km uçuş məsafəsinə və 240–400 kq döyüş başlığına malik olduğu bildirilir. O, həm quru hədəflərinə dəqiq zərbə, həm də dəniz üzərindən aşağı hündürlükdə uçaraq gəmi əleyhinə zərbələr üçün nəzərdə tutulub.

İran animasiyalarından daha pis nə ola bilərdi deyə düşünürdük
İran animasiyalarından daha pis nə ola bilərdi deyə düşünürdük

Türkiyə İstanbulda SAHA 2026 sərgisində KAAN qırıcısının seriyalı istehsalına dair ilk müqaviləni imzalayıb. Razılaşma beşinc
Türkiyə İstanbulda SAHA 2026 sərgisində KAAN qırıcısının seriyalı istehsalına dair ilk müqaviləni imzalayıb. Razılaşma beşinci nəsil gizli döyüş təyyarəsinin inkişaf mərhələsindən çıxıb daxili istehsala keçidini nəzərdə tutur.

İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Yaponiya xarici ərazidə döyüş tətbiqi həyata keçirib. Yaponiya Balikatan 20
İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Yaponiya xarici ərazidə döyüş tətbiqi həyata keçirib. Yaponiya Balikatan 2026 təlimləri çərçivəsində Filippin ərazisinə təxminən 1400 hərbçi yerləşdirib. Bu, ABŞ və Filippinin indiyə qədər ən böyük birgə təlimidir. Yaponiya Özünümüdafiə Qüvvələri Ilokos Norte bölgəsindən Type 88 gəmiəleyhinə raketlər buraxaraq sahildən 50–75 km məsafədə istismardan çıxarılmış BRP Quezon gəmisini batırıb. Təlimlərdə ABŞ, Filippin və Avstraliya qüvvələri də iştirak edir və ssenari Cənubi Çin dənizində amfibiya hücumunun dəf edilməsini simulyasiya edir. Çin isə bunu “yenidən hərbiləşmə” və “odla oynamaq” kimi qiymətləndirərək tənqid edib. Təlimlər 20 aprel – 8 may tarixlərini əhatə edir və təxminən 7 ölkədən 17 minə yaxın hərbçi iştirak edir.

+1
Çinin Guangjian-21A sistemi Yük maşını üzərində quraşdırılmış, dronlara qarşı “hard-kill” tipli lazer müdafiə kompleksi. İranın dron hücumlarına qarşı müdafiə məqsədilə Dubay Beynəlxalq Hava Limanında yerləşdirilib.

Əməliyyatın ilkin mərhələsində Rusiya “Lanset”ləri Ukraynanın yaxın və orta arxa cəbhəsində vəziyyəti ciddi şəkildə dəyişmişdisə, indi eyni dəyişikliklərin artıq Rusiya üçün orta və uzaq arxa cəbhədə baş verməsi riski yaranır.

Süni intellekt və Starlink terminalları ilə təchiz olunmuş “Hornet” kamikadze dronları cəbhə xəttindən 120 km uzaqlıqda, Mariupol üzərində ətraf yollar üzrə Rusiya logistikasını hədəfə alarkən. Ölçülərinə görə ABŞ istehsalı olan “Hornet”, “Lanset”dən ciddi şəkildə fərqlənmir. Belə hədəfləri klassik zenit-raket kompleksləri ilə aşkar edib məhv etmək olduqca çətin və səmərəsizdir. Starlink təchiz olduğu üçün radioelektron mübarizə ilə də zərərsizləşdirmək çətinləşir. Çox güman ki, buna qarşı mübarizə əsasən adi atıcı silahlarla təchiz olunmuş qrupların cəlb edilməsi və cəbhə xəttindən 100–150 km dərinlikdə əsas yollar boyunca antidron dəhlizlərinin yaradılması ilə məhdudlaşacaq. Digər mümkün variant dron-tutucuların tətbiqinin genişləndirilməsidir. Lakin bunlar problemin nəticələrinə qarşı passiv mübarizə üsullarıdır. Bu təhlükəyə real cavab yalnız həmin dronları buraxan və idarə edən qüvvələrin məhv edilməsidir. Amma bunun üçün Rusiya Silahlı Qüvvələrinin kifayət qədər kəşfiyyat və zərbə imkanları yoxdur.