cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

𝔻𝕦̈𝕤𝕦𝕟𝕔𝕖𝕧𝕒𝕣𝕤𝕒

✨يارب✨ 𝐃𝐮̈𝐬𝐮̈𝐧ə 𝐛𝐢𝐥𝐦ə𝐤 𝐮̈𝐜̧𝐮̈𝐧 𝐬𝐮𝐚𝐥𝐢𝐧 𝐨𝐥𝐦𝐚𝐥ı𝐝ı𝐫. 𝐒𝐮𝐚𝐥𝐢𝐧 𝐲𝐨𝐱𝐝𝐮𝐫𝐬𝐚 𝐝𝐞𝐦ə𝐥𝐢, 𝐝𝐮̈𝐬𝐮̈𝐧𝐦ə𝐤 ü𝐜̧ü𝐧 𝐱𝐚𝐦𝐦𝐚𝐥ı𝐧 𝐲𝐨𝐱𝐝𝐮𝐫. 𝐃𝐮̈𝐬𝐮̈𝐧𝐜ə𝐧𝐢𝐧 𝐲𝐚𝐧𝐚𝐜𝐚ğı 𝐬𝐮𝐚𝐥𝐝𝐢𝐫, 𝐬𝐮𝐚𝐥!

Ko'proq ko'rsatish
Reklama postlari
805
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-47 kunlar
-3430 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Mühüm bir mətləbə toxunmaq istəyirəm. Son zamanlar gözlənilməz ölüm xəbərləri, məxsusən tanıdığımız simaların vəfat etməsi ürəklərdən ağır bir daş asıb. Bu situasiya özəlliklə iki yöndən qəlblərə nüfuz edir. Birinci nöqtə öz əhlinə xasdır ki, bu örtüyü qaldırmaq niyyətimiz yoxdur. Onlar Rəbbinin hüzurundadırlar, hansı aləmdə olmalarından asılı olmayaraq. Gələk, ikinci nöqtəyə. Bu ləhzələrdə şeytanın barmağı öz işin görməkdədir. Hədəf isə insanı Rəbbinə qarşı küskünləşdirib, yə's- məyusluq haləti yaratmaqdır. Müqəddəs kitab isə bu haləti kafir dəstənin sifəti olaraq vurğulayır. Bu halda qəlbə xovf yeridərək titrək vəziyyətdə saxlayır. Sanki hər an Yaradandan təhlükə toxunacağı illüziyasını şəkilləndirir. Guya ki, dünya bizim möhkəm qalamızdır ki, ordan bir addım kənara atsaq, həlak olarıq. Bu da öz növbəsində getdikcə panik atak və s. kimi mental xəstəliklər törədir. Halbuki dünya da, qəbir də, Qiyamət səhnəsi də Allahın hüzurudur. Onun qəzəbindən yeganə qaçış elə Onun Özünə tərəfdir. Biz Yaradan barəsində gözəl gümanda olmalıyıq ki, qarşılığın görək. Məsələ təkcə günah-savab kriteriyası ilə bağlanmır. Rəbb bizim qəlbimizə baxır. Biz Ona sığınacaq yerimiz olaraq baxırıq, yoxsa...?! Allah bizi əfv eləsin. O böyüklüyün Sahibinə qarşı qara düşüncələr ən aşağısı cinayətdir. Onun rəhməti hər şeyi öz qucağına alıb. O, rəhm eləməyəndə kim eləyəcək?! Axirətdəki Allah elə burdakı Allahdır.
Hammasini ko'rsatish...
👍 1
Yükün tikandırsa,özün əkmisən,gərçi ipəkdirsə özün tikmisən. #Mövlana http://t.me/dusuncevarsa
Hammasini ko'rsatish...
👍 5
İslam fiqhində halal olan alış-verişin növləri: (nağd, nisyə və sələm) 1. Nəğd alış-verişdə mal müştəriyə və onun qiyməti (məsələn pulu) satıcıya təqdim olunur. 2. Nisyə alış-verişdə mal müştəriyə və onun qiyməti müəyyən zamandan sonra satıcıya ödənilir. (nisyə alış-verişdə zamanın müəyyən olunması şərtdir.) 3. Sələm alış-verişdə malın qiyməti öncədən satıcıya verilir və müəyyən müddətdən sonra mal müştəriyə təhvil verilir. Xatırlatma: - El arasında işlənən "sələm" “riba-faiz” mənasındadır. Dini mətnlərdə isə, "sələm" anlayışı tamami ilə ribadan fərqli olan bir alış-veriş növüdür. - Sələmə sələf və muhavicdə deyilir. - Riba alış-veriş növü İslam dinində haram alış-verişlərdən sayılır. #fiqh #terminlər #islam_ticarəti Tural Salmanov
Hammasini ko'rsatish...
👍 4
✍🏼Mürtəza Mütəhhəri "Bir qurup insan gəmiyə minib yola düşdülər.Hər bir sərnişin öz yerində əyləşmişdi. Sərnişinlərdən biri, əyləşdiyi yerin yalnız ona məxsus olduğunu iddia edərək oranı deşməyə başladı. Əgər digər sərnişinlər ona mane olsaydılar, nə özləri qərq olardılar, nə də o biçarə." (Bu, "mən özümə cavabdehəm" deyən və cəmiyyət arasında günah və pozğunluğu yaymaq istəyən şəxslərə gözəl misaldır. Onlar öz çirkin əməlləri ilə təkcə özlərinə deyil, yaşadığı cəmiyyətin bütün üzvlərinə zərbə vururlar). 📚"Cəmiyyət və tarix" http://t.me/dusuncevarsa
Hammasini ko'rsatish...
👍 3
Photo unavailableShow in Telegram
Şəxsiyyəti hər açıq qapıdan girməməkdə gördüm. İlqar Kamil @dusuncevarsa
Hammasini ko'rsatish...
👍 4
Qəbirdə 99 əfi ilan Feyz Kaşani yazır ki, əhli-sünnə mənbələrində belə bir hədis yer almışdır: “Həzrət Peyğəmbər (s): "Həyatı sıxıntılı olacaq" ayəsinin kimin haqqında nazil olduğunu bilirsinizmi? – deyə soruşur. Səhabələr: “Allahın rəsulu yaxşı bilər”, - deyə cavab verirlər. Həzrət Peyğəmbər (s) buyurur: “Kafirin qəbr əzabı ilə bağlıdır. Allah-taala 99 əjdahanı onun canına salar. Onların hər birinin 9 başı var. Onlar qiyamətə qədər həmin günahkarı sancar və bədəninə zəhər axıdarlar”. Bəzi alimləri bu hədisi şərh edərkən yazmışlar: “İlanların sayının 99 olması təəccüblü deyil. Bu say, ehtimal ki, pis əxlaq, təkəbbür, riyakarlıq, paxıllıq, kin saxlamaq və sair xüsusiyyətləri simvolizə edir. Sözügedən çirkin xüsusiyyətlərin sayı ayrı-ayrı növləri ilə birlikdə 9 başlı əjdaha sayı qədər edir”. Şeyx Bahayi və digər alimlər yazırlar: “99 böyük əjdaha Allah-taalanın 99 adını da bildirə bilər. Bu adları sayanlar cənnətə daxil olur. Habelə Allahın 99 rəhməti var. Onların vasitəsilə Qiyamətdə bəndələrə rəhm ediləcək, lütfkarlıq göstəriləcək. Hədislərdə bə buna işarə edilmişdir. Kafirə gəldikdə isə, o Allahı bu adların heç biri tanımamış, hamısını inkar etmişdir. Buna görə də Allah-taala bu adların hər birinin müqabilində böyük bir əfi ilan yaradıb. Qəbirdə insana hücum edən də məhz onlardır”. Qeyd: Bu qəbildən olan saylar ağılın dərkinin fövqündədir. Peyğəmbərlik və imamət çırağı olmadan heç kəs onları aydınlada bilməz. Ən yaxşı seçim mötəbər hədislər qarşısında təvazökarcasına təslim olmaqdır. Xülasə, hədis düz olacağı təqdirdə ən ağlabatan və məqbul yol onu təvazökarlıqla qəbul emtəkdir. Çünki bu cür təfərrüatları müəyyən etmək əqli arqumentin imkanları xaricindədir. Buna görə də onu qəbul və inkar etmək əqli dəlil və arqumentin səlahiyyətində deyil. Düşüncəli insan üçün sübut və izahı yalnız mötəbər nəqli əsasdan asılı olan bir məsələyə etiraz etmək bəyənilən iş deyiı. Sədrül-mütəəllihin Səmaət ibn Mehranın ağıl və cəhalətin qoşunlarının sayından bəhs edən, ağlın 75, cəhalətin isə 75 əsgəri olduğu qeyd edilən məşhur hədisini şərh edərkən yazır: “Bu, fəlsfə və ağılın anlaya biləcəyi bir elm deyil. Bu, eynilə qəbirdə insana 99 əfi ilanın daraşacağından bəhs edən hədis kimidir...” Əllamə Cavadi Amuli yazır: “Son dörd əsrdə insan ağlının bariz nümunəsi olan Sədrül-mütəəllihin sözügedən hədisi şərh edərkən yazır: “Bu qeyd edilən say, yəni 75 rəqəminin mənası yalnız peyğəmbərlik nuru və Peyğəmbərin əhli-beyti, məsum imamların vilayət çırağı ilə izah edilə bilər. Ağıl bu incəliyə əsla vara bilməz. İslam maarifində ağılla vəhy daim yanaşı olmalıdır. Bəzi maariflərdə vəhy, bəzisində ağıl çırağından, bəzisində isə hər ikisindən istifadə etmək lazımdır””. Əllamə Cavadi Amuli - Quranda məad - İsra nəşrləri P.S. Əllamə Cavadi Amuli Molla Sədraya son dörd yüz ilin insan ağlının bariz nümunəsi deyir! Eşitdiyimiz və öyrəndiyimiz qədər bu iki şəxsiyyət ağıl və fəlsəfənin çooox yüksək zirvəsindədir. Amma din, Quran, Əhli-beyt (ə) maarifinə təvazökar baxışları adamı heyran edir. Yoxsa ki, Quranı üzündən oxuya bilməyənləri, oxuduqlarını ordan-burdan oğurladıqları tərcümələrlə, şərhlərlə bayraq edəblərin əllaməlik iddiası etdiklərini görəndə adam deməyə söz tapa bilmir. Famil. B.
Hammasini ko'rsatish...
👍 4
00:45
Video unavailableShow in Telegram
10.19 KB
👍 4
Müəlləqə sahibi söyləyir "Cahil insanla üzləşdiyində özünü vur cahilliyə.." Deyirəm necə də faydalı hikmətdir! Cahillə, istənilən bir məs'ələ olursa olsun, mübahisə etmək ən zərərli və faydasız işdir. Nəticəsi vaxtın itkisi, başın ağrısıdır. Yalnız elmə, dünyagörüşünə, ümumbəşəri əxlaqi prinsiplər və insani dəyərlərə sahib kəslərlə dialoqdan zövq alır, danışdıqca yorulmuram. Qarşı tərəfi dinləmək də, müxatəbə fikrimi söyləmək də mənə xoş gəlir. Mənim düşüncəmə görə baxışı dünyaya açıq olan elmli bir dinsiz, özünü dindar sayıb da şəriət çərçivəsində görərək başqalarını aşağı vğ dəyərsiz zənn edən "dindardan" qat-qat dəyərlidir. Mənim baxışımda təməlində təfəkkür, anlayış və əhatəli elm yatmayan dinin faydası yoxdur.
Hammasini ko'rsatish...
👍 7
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.