cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

🕌QƏRİBLƏRİN İMAMI🕌

❤ İmam Rzanın 🥀(ə.s)həyatı 💫 💚 Hərəmə aid şəkil və videolar 📽 💙 Hədis ,dua və məqalələr 📜 💜 Fəzilət və kəramətlər 🪔 🧡 Mərsiyyələr 🎼 💛 Moizələr 🎤 ○KANALIN SAHİBİ👤 : ○Bizimlə əlaqə📩: @Hus3yn_bot

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
417
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

🕌SADİQ YOLU 313🌹 Salamun Ələykum Və Rəhməturllah «𝙳𝚊𝚡𝚒𝚕𝚒𝚗𝚍ə 𝚀𝚞𝚛'𝚊𝚗𝚍𝚊𝚗 𝚋𝚒𝚛 𝚜̧𝚎𝚢 𝚘𝚕𝚖𝚊𝚢𝚊𝚗 𝚔𝚒𝚖𝚜ə 𝚡𝚊𝚛𝚊𝚋𝚊 𝚎𝚟 𝚔𝚒𝚖𝚒𝚍𝚒𝚛» 𝙰𝚕𝚕𝚊𝚑ı𝚗 𝙿𝚎𝚢𝚐̆ə𝚖𝚋ə𝚛𝚒 (𝚜) ○Bizimlə əlaqə📩: @Hus3yn_bot https://t.me/cennetinesqi
Hammasini ko'rsatish...
2_5425012116866206484.mp46.25 MB
━━━━━━ ◆ ✦ ◆ ━━━━━━ ✍️ Hz.Peyğəmbər (s.a.v): Nә qәdәr ki, mömin insаn bеş vахt nаmаzа әmәl еdir, şеytаn оndаn qоrхur... Еlә ki, bеş vахt nаmаz zаyа çıхаrıldı, şеytаn cürәtlәnir vә insаnı böyük günаhlаrа sövq еdir... 📚 Vәsаiluş-şiә, c.3, səh.18 ━━━━━━ ◆ ✦ ◆ ━━━━━━🕌SADİQ YOLU 313🌹 Salamun Ələykum Və Rəhməturllah «𝙳𝚊𝚡𝚒𝚕𝚒𝚗𝚍ə 𝚀𝚞𝚛'𝚊𝚗𝚍𝚊𝚗 𝚋𝚒𝚛 𝚜̧𝚎𝚢 𝚘𝚕𝚖𝚊𝚢𝚊𝚗 𝚔𝚒𝚖𝚜ə 𝚡𝚊𝚛𝚊𝚋𝚊 𝚎𝚟 𝚔𝚒𝚖𝚒𝚍𝚒𝚛» 𝙰𝚕𝚕𝚊𝚑ı𝚗 𝙿𝚎𝚢𝚐̆ə𝚖𝚋ə𝚛𝚒 (𝚜) ○Bizimlə əlaqə📩: @Hus3yn_bot https://t.me/cennetinesqi
Hammasini ko'rsatish...
4_6003688406574434333.mp31.70 MB
👍 2
👎
💬
İmam Əli (ələyhissəlam) buyurur: إن الأثوب ثلاثة... فذنب مغفور وذئب غير مفور وب نرجو لصاحبه وتخاف عليه Günahlar üç qrupdur: 1. Bağışlanan günahlar. 2. Bağışlanmyan günahlar. 3. Elə günahlar da vardır ki, onların bağışlanıb-bağışlanmayacağı məlum deyil. (O həzrət sonra sözünün davamında buyurur): Bağışlanan günahlar elə günahlardır ki, Allah tərəfindən bu dünyada onlar üçün cəza tədbirləri müəyyən olunub. Daha belə olan surətdə bədənin ikinci dəfə qiyamətdə də cəzalandırılması, Allahın həkimlik məqamından uzaqdır. Bağışlanmayan günahlar isə insanların bir-birlərinə qarşı etdiyi günahlardır. (Misal üçün, əgər insan mo'min bir şəxsin malını onun icazəsi olmadan mənimsəyibsə, bu halda ancaq və ancaq gərək malın sahibindən halallıq alsın). Üçüncü növ günahlar isə insanların gizlində etdiyi günahlardır ki, bir özü, bir də Allahı bilir. Bu halda Allah-təala insan üçün tövbə qapısını açıq qoyub. Hər bir zaman tövbə edib Allahın dərgahına üz gətirə bilər. Tövbə etdikdən sonra belə bir şəxs bir tərəfdən Allahın rəhmətinə ümidli, digər tərəfdən isə etdiyi günahların nəticəsindən nigarandır. Biz də belə 16 bir bəndə haqqında həm ümidvar, həm də nigaranıq. 16 Birahül-anvar, 6-ca cild, sah. 30.
Hammasini ko'rsatish...
🌱 Övladlarımızı ibadətə necə rəğbətləndirə bilərik? ⚘ Valideyn birbaşa öyüd-nəsihət etməkdən mümkün qədər çəkinsin və öz istəklərini dolayısı yollarla irəli çəksin. İmam Riza (əleyhis-salam) buyurur ki, atamın belə dediyini eşidim: “Nəsihət ağırdır (mülayim deyildir) və başqalarına ağır gəlir.”¹ ⚘ Ailənin yanında daha artıq və səmimi iştiraka iltizamlı olmaq (bu, xüsusilə atanın vəzifəsidir), xüsusilə bütün ailə üzvilərinin hazır olduğu zaman. Bu iş ailə mühitində mehr-məhəbbətə və səmimiyyətə səbəb olur. ⚘ Valideyn və tərbiyəçilərin sözü ilə əməl və rəftarı arasında tam uyğunluq olmalıdır. Başqalarından tələb edib istədiyimiz işlərə əvvəlcə özümüz əməl etməliyik. İmam Sadiq (əleyhis-salam) buyurur: “Camaatı dildən başqa şeylə (əməllə) xeyir işlərə çağırın.² Əmr formasında bəyan növündən, ciddi tələbkarlıqdan çəkinmək, zorakılıq və təhdiddən uzaq olmaq, hökmlərin hikmətini bəyan və təhlil etmək. Çünki İslamın məntiq üzündən bəyan olunmaması çox ağır xəsarət vuraraq müsəlman cavanların dindən qaçması ilə nəticənə bilər. Necə ki, məsihilərin öz dinlərindən qaçması və İslam dininə üz gətirmələri onların öz dinlərindən məntiqi cəhətdən qane olmamaları olmuşdur.³ ⚘ Övladın dini məkanlarda və məclislərdə iştirakına şərait yaratmaq (bu şərtlə ki, xurafatlardan və məntiqsiz şeylərdən uzaq olsun), onu bu məkanlara istiqamətləndirməkdə məntiqi səylər göstərmək, dini sahələrdə müvəffəq olan nümunələri övlada tanıtdırmaq və s. onun dini təlimlərə iltizamlı olmasına səbəb olacaqdır. Əgər belə dini mərasimləri və yığıncaqları öz evinizdə keçirsəniz və o bu məclisdə müəyyən bir məsuliyyəti öhdəsinə alsa, bu istiqamətdə daha təsirli olar.  آخِرُ الدَّوَاءِ اَلْکَیّ “Sonuncu çıxış yolu dağ basmaqdır.”⁴  Əgər bir müddətdən sonra mehribançılıq üzündən olan üslublar müsbət nəticə verməsə, yalnız bu zaman ciddi tələbkarlıq və kobud yolladan istifadə etmək olar. Lakin diqqətli olmaq lazımdır ki, başqa üslublarda olduğu kimi, bu üslublarda da ifrata yol verməyək. Çünki tam əks nəticə verə bilər. Digər tərəfdən də, qeyd olunan üslubların faydalı olmasına xatircəm olmayınca axırıncı üslubdan istifadə etmək tövsiyə olunmur. Buna görə də övladın evdən qovulması layiqli iş hesab olunmur. Hər bir halda əgər mürəbbi və xüsusi şəkildə valideyn övladın tərbiyəsi ilə əlaqədar öhdəsinə aldığı məsuliyyətdə səhlənkarlığa, təqsirə yol verməsə, bununla belə təsirli olmasa, özünü danlamamalıdır. Çünki insan qərar qəbul etmə məqamında azaddır.⁵  📚 _Mənbələr_ ¹ “Kəşful-ğummə”, 3-cü cild, səh. 84 ² Mühəddis Nuri (rəhmətullah əleyh), “Müstədərkul-vəsail”, 8-ci cild, səh. 456 ³ Doktor Sacidi, “Din qorizi çera, din gərayi çesan?”, səh. 226 ⁴ Əllamə Məclisi (rəhmətullah əleyh), "Biharul-ənvar", 31-ci cild, səh. 503 ⁵ _İnsan/3_: Biz ona haqq yolu göstərdik. İstər (ne´mətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir).
Hammasini ko'rsatish...
Ruhun çıxarılmasının necəliyi “Me”rac“ hədislərinə əsasalanır ki, xülasəsi belədir: Həzrət Əzrailin qarşısında bütün bəşəriyyətin adı qeyd olunmuş bir lövhə mövcuddur. Ömrü sona yetmiş, əcəli çatmış insanın adı bu lövhədən silinir və Əzrail dərhal onun ruhunu çıxarır. Mümkündür (eyni bir anda) minlərlə adamın adı silinsin və Əzrail də eyni bir anda onların ruhunu çıxarsın. Təəccüblü bir şey yoxdur, axı bir külək də minlərlə çırağı bir dəfəyə söndürə bilir. Hamı öz Rəbbinə tərəf qayıdır. Ruhları Əzrail ayırır, amma həqiqətdə Allah öldürür. Çünki bu iş Allah-Tərəfindəndir. ÖLDÜRƏN ALLAHDIR, ƏZRAİLDİR, YOXSA MƏLƏKLƏR? Buna görə də Qur᾽ani-Məcid ruhun çıxarılmasının bir yerdə Allaha (39-cu surə, 41-ci ayə), digər yerdə Əzrailə (32-ci surə, 11-ci ayə), daha başqa yerdə isə Əzrailə bağlı mələklərə (41-ci surə, 26-cı ayə) aid edir. Hər üçü həqiqətdir. Çünki Əzrail və ona bağlı mələklər Allah-Taalanın əmri ilə canları alırlar. Məsələn, əgər bir sultan öz sərkərdələri və qoşunu vasitəsilə bir ölkəni fəth edirsə “filan ölkəni sultanın qoşunu fəth etdi” və ya “filan sərkərdə fəth etdi” deməyin heç bir eybi yoxdur və həqiqətdə qoşunun hökmranlığını və rəhbərliyini öhdəsinə alan sultan fəth etmişdir. Əlbəttə, bu misallar məsələnin dərk olunması üçündür, yoxsa əsil mətləbimiz bundan çox-çox ucadır. RƏBBİMİZ ÖLÜM ÜÇÜN VASİTƏLƏR YARADIB Bir sözlə, ölüm məqamı Allah-Taala ruhu, canı alır. Amma diqqət etməliyik ki, Allah dünyanı səbəblər evi kimi yaratmışdır, o cümlədən ölüm üçün də vasitələr müəyyən etmişdir. Məsələn, damdan yıxılmaq, xəstələnmək, öldürülmək və sair. Əlbəttə bütün bunlar səbəbdir. Axı ölənlərdən də ağır xəstəliyə tutulanlar vardır ki, yaşayırlar. Deməli, bu (xəstəlik), təklikdə ölümə səbəb olmur. Bəli, yalnız ömür sona yetdikdə Allah onun ruhunu çıxarır. Necə ki, bə᾽zən tam sağlam adamların qəfil ölümünə şahid oluruq. CAN VERƏNLƏR ÜÇÜN ÖLÜM MƏLƏYİNİN SURƏTİ Növbəti söhbətimiz ölüm mələyinə aiddir. Ruhu çıxarmaq üçün gələn bu mələk can verənlərə müxtəlif şəkillərdə görünür. Rəvayətə görə Həzrəti İbrahim (əleyhissalam)-a kafir şəxsin canını alan vaxtda Əzrailin surətini görməyi arzuladı. Bildirildi ki, buna taqətin çatmaz. Amma İbrahim (əleyhissalam) görmək istədiyini tə”kid etdi. Əzrail özünü deyilən surətdə İbrahim (əleyhissalam)-a göstərdi; rənki qara, bədəninin tükləri biz-biz durmuş, pis qoxulu, qara libaslı, ağız və burnundan od qığılcımları püskürən bir kişi! İbrahim qəşş etdi... Özünə gəldiyi zaman buyurdu: “Əgər kafir şəxsə heç bir əzab verilməzsə, səni görmək əzabı ona bəsdir.” ÖLÜM ANINDA MƏLAİKƏ VƏ ŞEYTANLARIN İŞTİRAKI Can verən insanı son anda da sapdırmaq, azdırmaq qəsdiylə şeytanlar ona sol tərəfdən yaxınlaşır. Məlaikələr isə sağ tərəfdə hazır olurlar. Şeytanların işi həmişə adamları aldatmaqdır, xüsusilə can verən vaxtda, hətta imanlı adamların da imanlarını oğurlamaq üçün çalışırlar. Çünki səadət və bədbəxtliyin mizanı işin son nəticəsidir. İnsan yaşadığı tərzdə ölər və öldüyü təzrdə də dirilər. Hansı arzularla ömür sürmüsənsə, o arzularla da ölərsən. Əgər arzun Əli (əleyhissalam)-ın cəmalını görməkdirsə, munisin onun cəmalı olar. Yox əgər, arzun həva-həvas (şəhvət, tamah və s.) olmuşdursa, o son anda da üzə çıxar. Lakin, Rəbbimiz imanlı şəxsləri qoruyacağını və”d etmişdir. Şeytan belə insanlara yol tapmaz (14-cü surə, 32-ci ayə). Əbu Zəkəriyya Raziyə ölüm anında söylədilər: “De, “la ilahə illəllah” (Bir Allahdan savayı heç bir mə”bud yoxdur). Dedi: “Söyləmirəm.” Qəşş halına düşdü. Huşu başına gələndə dedi: “Gözlərimin qarşısına bir şəxs gəlib deyirdi ki, əgər xoşbəxt olmaq istəyirsənsə, de İsa Allahın oğludur. Cavab verdim ki, demərəm. Sonra çox israr edib “la ilahə illəlah” söylə, dedi. Cavab verdim ki, sən istədiyin üçün demərəm. Bir silahlı gəlib onu kənarlaşdırdı. İndi isə həqq kəlmələrini deyirəm.” Şəhadət kəlmələrini dilinə gətirib, dünyadan köçdü. Axı bir ömür sədaqətlə vahid Allaha pərəstiş etmiş insana can verən halda şeytan necə qalib gələ bilər?! Yox əgər ömrü şeytanla yaxınlıqla ötmüşsə, həmin saatda da munisi şeytandır. CAN VERMƏNİN ASANLIĞI VƏ ÇƏTİNLİYİ
Hammasini ko'rsatish...
Hədis və rəvayətlərdə ruhun, canın çıxarılmasının çətinliyi, ağırlığı açıqlanmışdır. Bə᾽zi hədislərdə bu halı diri şəxsin dərisinin soyulmasına oxşatmışlar. Başqa bir yerdə isə belədir: “Əgər dəyirman daşı Qala qapısı mıxı ilə gözə otursa və hərəkətə gəlsə, o hal canvermədən (səkərat) daha asandır. Bir qisim rəvayətlərdə isə ruhun çıxarılmasının çətinliyi bədənin tikə-tikə qayçılanmasına, mişarlanmasına bənzədilib. Hətta bə᾽zilərinin can verməsi son dərəcə narahatlıqla olur ki, deyiləsi mümkün deyil. Bə᾽ziləri üçün isə ölmək ən ətirli çiçəyi qoxulamaq kimidir. (16-cı surə, 32-ci ayə) Rəvayətlərdə bu sayaq oxşatmalar da vardır: Çirkli paltarın yenisi ilə əvəz olunması, bədənin buxov və qandallardan azad olması. Yə”ni, ölüm təbiət aləmi zindanından bir növ xilas olmaqdır. ÇƏTİN CAN VERMƏ MÖ᾽MİNİN GÜNAHLARININ ƏVƏZİDİR (KƏFFARƏSİDİR) Ümumiyyətlə bu iki növ canvermənin heç birinin küliyyəti yoxdur. “Bütün imanlı adamlar (mö᾽minlər) asan can verir”, deyilməsi doğru deyildir. Çoxlu mö᾽minlər var ki, günahlarının bə᾽zisi çətin can verməklə silinir. Bu hal Allah-Taalanın mö᾽minlərə göstərdiyi lütfün sayəsindədir. Mö᾿min dünyadan pak getməli olduğuna görə, onu islah edirlər. Ağır canvermə mö᾽minlər üçün islah, kafirlər üçünsə əzabın müqəddiməsidir. (47-ci surə, 27-ci ayə) KAFİRİN ASAN CANVERMƏSİ ETDİYİ YAXŞILIQLARA GÖRƏDİR Bə᾽zən də belə olur ki, kafir və günahkar şəxs asan can verir. Bu şəxs əzab (Cəhənnəm) əhlidir. Amma ömründə qismən də olsa, yaxşı işlər görmüşdür. Belə şəxs asan can verir ki, onun hesabı elə oradaca təmizləsin. Məsələn, kafir adam sədəqə vermiş, bir məzluma yardım etmişsə, bu yaxşılıqlar müqabilində asan can verir ki, artıq axirətdə heç bir tələbi olmasın. Eləcə də mö᾽min şəxs günahdan pak olmaq üçün çətin can verir. Əslində isə istər asan, istərsə çətin, kafir üçün canvermə halı bədbəxtliyinin başlanğıcıdır. Həmçinin mö᾽min üçün canvermə səadətdir, istər asan, istərsə də çətin. Buna əsasən kafir və mö᾽minə, əməlisaleh və bədəmələ nisbətən asan, yaxud çətin canvermə külli bir qanun deyildir. KAFİR RUHLARININ İŞGƏNCƏ İLƏ ÇIXARILMASI “Biharül-ənvar” kitabının 3-cü cildində şərif bir hədisdə buyurulur: “Bir gün Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alihi və səlləm) əziz əmioğlusu Əliyyibni Əbi Talib (əleyhissalam)-ı görməyə getdi. İmamın o qədər şiddətli göz ağrısı var idi ki, nalə çəkirdi. Allahın Rəsulu dağca səbri olan Əli (əleyhissalam)-a elə qorxunc, vəhşətli bir xəbər verdi ki, İmam göz ağrısını unutdu. Buyurdu: “Ya Əli! Cəbrail xəbər verdi ki, kafirlərin ruhu alınarkən bir neçə əzab məlaikəsi gələr və taziyanələrlə, qızmış şişlərlə canını çıxararlar.” Əmirəl-mö᾽minin ərz etdi: “Ya Rəsuləllah! Sizin də ümmətinizdən belə can verənlər olacaqmı”? Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Bəli, müsəlmanlardan üç tayfa bu sayaq can verərlər: zalım hakimlər, yetim malını yeyənlər və nahaq yerə şahidlik verənlər (yə”ni, həqiqətin ziddinə şahidlik edənlər).” Ümumiyyətlə, olacaqlar özümüzdəndir. Hər kəs etdiklərini görər. Asan və çətin can vermək, əməllərimizin nəticəsidir. Pənah Allaha, bə᾽zən mümkündür pis əməllərə görə insan dünyadan imansız getsin (30-cu surə, 10-cu ayə). FÜZEYLİN ŞAKİRDİ İMANSIZ ÖLÜR Məşhur Füzeyl haqqında yazırlar: “Ən bilikli şakirdi xəstələnib ölüm həddinə yaxınlaşdı. Füzeyl və bir dəstə adam onun görüşünə getdilər. Füzeyl “Yasin” surəsini oxumağa başladı. Bədbəxt tələbə öz ustadının əlinə vurub dedi: “Qur᾽an oxumağını istəmirəm!” Bədbəxtliyə bax ki, bir ömür məscidə, mədrəsəyə, ibadət məclislərinə gedəsən, Qur᾽an əhli olasan, indi isə “istəmirəm Qur᾽an oxunsun” deyəsən. Bəli, bu şəxs şəhadət kəlmələrini də demədən həmin məclisdə öldü. Füzeyl bu əhvalatdan çox kədərləndi. Bir guşəyə çəkilib, evdən bayıra çıxmadı. Nəhayət, həmin şakirdi yuxuda gördü. Ondan pis aqibətinin səbəbini soruşdu. Cavab verdi: “Məndə üç xasiyyət olduğundan dünyadan imansız getdim. Əvvəlincisi həsəd idi ki, kimsəni özümdən yüksək görə bilmirdim.” Bəli, od çubuğu yandırıb yox etdiyi kimi, həsəd də imanı puç edər. GÜNAHLAR SƏBƏBİNDƏN İMANSIZ ÖLMƏK
Hammasini ko'rsatish...
İkinci xasiyyət xəbərçilik, sözgəzdirmək olmuşdur. Yə”ni, camaatın arasını vurmaq, ərlə-arvadın arasına girib ayrılıq salmaq kimi. Əgər bir kəs digərinin arxasınca danışdısa, məbada o adama bu sözləri xəbər verib deyəsən ki, filakəs belə dedi! Əksinə, əgər iki nəfərin arası yaxşı olmasa de ki, filankəs sənin yaxşılığından danışırdı. Belə yerdə yalan danışmağın heç də eybi yoxdur. Çünki iki nəfərin arasını düzəldirsən; əksinə, xəbərçilik isə çox böyük günahdır. Ona görə ki, kini, nifaqı artırır. Üstəlik xəbərçi xəbər apardığı adamın rahat xəyalını aradan götürər. Qəlbini çirkləyər və qətldən də pis olan fitnə yaradar. Üçüncü xasiyyət isə onun şərab içməsi olmuşdu. Bəli, bu üç böyük günah alim, fazil, müdərris bir şəxsin dünyadan imansız getməsinə bais oldu. ÖLÜMÜ SEVMƏK Bilməliyik ki, Allahla görüşə (liqaullaha) məhəbbət mühüm məsələdir. Yə”ni, mö᾽minin ölümdən acığı gəlməməlidir, ondan qorxmamalıdır. Elə də yox ki, ölüm arzulaya və ya (Allaha pənah) özünü öldürə. Çünki bu dünyada qaldıqca insan günahlardan tövbə edə bilər, paklanar, xeyir işlərini artıra bilər. Amma Allah onun ölümünü istədikdə gərək ölümü ne᾽mət hesab etsin. Çünki itaət əhlidirsə, tezliklə savab evinə çatar. Savab, xeyir işlərinin bəhrəsini görər. Yox əgər günahkardırsa ölüm vasitəsilə günahkarlığı dayanar və layiq olduğu cəza az olar. Xülasə, aqil şəxs ölümü, Allahın istədiyi vaxtda dost tutmalıdır. Çünki bütün səadətlərə çatmağın yeganə vasitəsi ölümdür. Qürur evindən xilas olub səadət, sevinc evinə yetmək, Həzrət Yaradanın ne᾽mətlər büsatına daxil olmaq, həqiqi dostların, yə”ni Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Onun pak ailəsi (əleyhimüssalam) ilə, şərif ruhlarla görüş yalnız ölüm sayəsində mümkündür. Eləcə də, Allahın istədiyi həddə uzun ömür və əcəlin tə”xirə düşməsini istəmək lazımdır ki, mübarək və uzun axirət səfəri üçün lazımi hazırlıq görülsün. DÜNYAYA BAĞLILIQ ƏQLƏN VƏ ŞƏR᾽ƏN MƏZƏMMƏT OLUNMUŞ, PİSLƏNMİŞDİR Əksər adamlarda olduğu kimi dünya ləzzətlərinə görə ölümə ikrahla yanaşıb, dünyada qalmaq istəyi əqlən və şər”ən (şəriət nöqteyi-nəzərindən) pislənmişdir. Əvvəla, əqlən bu dünyada mütləq xoşbəxtlik yoxdur. “Ağıza yüz sillə vurmamış ona bir tikə qoymazlar.” Axı o hansı ləzzətdir ki, əvvəlində, axırında yüzlərlə narahatçılıq olmasın?! Əgər bu xoşbəxtlik cavanlıqdırsa, axırı mütləq qocalıq və zəifliklə sona yetər; yox əgər dünya səadətinin əsası olan sağlamlığı ləzzət bilsək, onda bu da hər an cürbəcür xəstəliklərlə hədələnir; ləzzətlərə çatmaq üçün vasitə olan var-dövlətdirsə, o da əziyyətlə ələ gəlir və min bir çətinliklə əldə saxlanılır; və əgər vəzifə, mənsəbdirsə, onun da yollarında çox bəlalar, çətinliklər vardır. Nəhayətdə isə bütün sadalanmış “ləzzətlər” puç olub, əldən çıxma ərəfəsindədir. Dünyaya vermə könül, bu vəfasız gözəlçə, Kimsənin məhəbbətin yaşatmamış bir gecə. DÜNYAYA MƏHƏBBƏT KAFİRLƏRİN XASİYYƏTİ VƏ BÜTÜN GÜNAHLARIN BAŞIDIR Amma şər᾽ən: Qur᾽ani-Məcid dünya məhəbbətini kafirlərin sifətlərindən biri kimi bildirib və buyurub: “Kafirlər dünya həyatından xoşhal olub, ona bağlandılar.” (“Yunis”, 7). Başqa bir ayədə: “Əbədi axirət həyatı əvəzinə müvəqqəti dünyanı bəyəndiniz?” (“Tövbə”, 37) Yəhudilər haqqında isə belə buyurur: “Onlar hər biri dünyada min il yaşamaq arzusundadırlar.” (“Bəqərə”, 96). Bu barədə ayələr və hədislər çoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə bir məhşur hədis vardır: “Dünya məhəbbəti bütün günahların başıdır.” ÖLÜMƏ İKRAH VƏ BAĞLI OLDUĞU ŞEYLƏRƏ GÖZ YAŞI Deyilənlərdən aydın oldu ki, ölümün insanla onun sevdikləri arasında ayrılıq saldığına görə ölümə pis baxmaq və uzun ömür arzulamaq əqlən və şər”ən xoşagəlməzdir. Lakin axirət səfərinə daha artıq hazırlaşmaq niyyəti ilə ölümün tə”xirini istəmək, əməl dəftərinin gec bağlanmasını arzulamaq çox yaxşıdır. Lakin dostların, yaxın adamların ölməsindən, onların ölməsindən irəli gələn bu narahatlıq, qorxu maddi cəhətdən olarsa, yersiz və səhvdir.🕌SADİQ YOLU 313🌹
Hammasini ko'rsatish...
Məsələn, insan ağlaya ki, nə üçün onlar dünya ləzzətlərindən ayrılmış və yaxud nə üçün onun özü həmin yaxın adamların vasitəsi ilə çatacağı səadətdən məhrum olub. Amma bu göz yaşları ayrılıq xatirinə olsa, yaxşıdır. Necə ki, bir yerdə səfərə çıxmış adamlardan biri ayrılıb, vətənə tez çatdıqda, mütləq o biriləri tə”sirlənər. Əgər belə olsa, çox gözəldir, hətta müstəhəbdir (yaxşıdır) ki, mö᾽minin ayrılığı, uzaqlığı üçün ağlayasan. Xüsusilə, o halda ki, bu mö᾽minin olması ilə axirət səfərinə daha çox tədarük görə bilərdin. SƏBİRSİZLİK AXİRƏTDƏN XƏBƏRSİZLİK NƏTİCƏSİDİR Adamların çoxu, xüsusilə qadınlar, dünya məhəbbətinə giriftar olduqlarına görə, onların bir yaxın adamı öldükdə, çox narahat olur, əldən-ayaqdan gedir, səbirsizlikdə həddi aşırlar. Həmişə dünyada qalmaq istəyən bu adamların hədsiz səbirsizliyinin səbəbi ölümü yoxluq kimi başa düşmələridir. Əgər bilsəydilər ki, ölən adam səfərdə idi, öz vətəninə çatdı və onlar da tezliklə ölən şəxsə qovuşacaqlar, belə səbirsizlik etməzdilər. Həzrət Sadiq (əleyhissalam) oğlu ölmüş bir kişini gördü ki, oğlunun ölümündə haray-həşir qoparıb çox səbirsizlik edirdi. İmam (əleyhissalam) buyurdu: “Kiçik müsibətdə haray-həşir qoparırsan, daha böyük müsibətdənsə, (axirət müsibətindən) xəbərsizsən?! Əgər öz axirət səfərin üçün hazırlıq görsəydin, oğlunun ölümünə bu cür səbirsizlik göstərməzdin. Öz axirətinin fikrində olmamağın oğlunun ölüm müsibətindən daha ağırdır.” İLAHİ LÜTF VƏ ƏN᾽AM Neçə illər bir sultana xidmət etmiş şəxsə xəbər gətirirlər ki, hansısa bir vaxtda sənə lütf göstərib, xidmətlərinin əvəzini, ən”am verəcəklər. Sözsüz ki, bu adam həmin xəbərdən fərəhlənir, lakin daha artıq ən”am almaq üçün, sultanın xoşladığı əməlləri daha artıq icra etmək üçün həmin vaxtın gec gəlməsini istəyir–bəli, mö᾽min kəs ölüm xəbərini belə gözləməlidir! Mö᾽min savab evinə yetişmək üçün bir əsl olan ölümdən fərəhlənməli, daha artıq bəndəlik etmək üçün ölümün yubanmasını istəməlidir. Eyni halda, Allah onun ölümünü istədiyi zaman, Allahla hüsnü-zənn əsasında, Onun dostları Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Onun ailəsi (əleyhimussalam) ilə görüşdən razı qalmalıdır. CANVERMƏ ZAMANI ƏHLİ-BEYT (ƏLEYHİMÜSSALAM)-IN İŞTİRAKI Çox rəvayətlərdə zikr olunmuşdur ki, Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Əli (əleyhissalam) (bə᾽zi digər rəvayətlərdə Fatimə, Həsən və Hüseyn (əleyhimussalam), bə᾽zilərində isə 14 mə”sum) mö᾽minin ölümü zamanı onun başı üstə hazır olarlar. Əlbəttə, onların nur surətləri və misali cisimləri nəzərdə tutulur. (Bu məsələ sonra aydınlaşacaq.) Həzrət İmam Riza (əleyhissalam)-ın yaxın adamlarından biri can üstəydi. Həzrət onun görüşünə getdi. Həmin şəxs canvermə halında, gözlərini yummuş halda dedi: “İndi Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm), Əli (əleyhissalam), Fatimə (əleyha salam), Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam), ta İmam Kazim (əleyhissalam)-adək mə”sumları görürəm.” Həmçinin, “sizin də nurlu surətiniz görünür” dedi. Bir sözlə, aydındır ki, hər kəs ölüm zamanı Əhli-Beyt (əleyhimussalam)-ı görsə, onlara mə᾽rifəti, məhəbbəti qədər bəhrə aparar. Haris Həmdanidən məşhur bir hədisdə nəql olunub ki, Əmirəl-mö᾽minin Əli (əleyhissalam) buyurur: “Hər kəs ölüm zamanı bizi görəcəkdir; istər mö᾽min olsun, istərsə də kafir.” Bəli, bu görüş mö᾽minlər üçün ne᾽mətdir. Onun dilruba camalını görmək bütün ləzzətlərdən ləzizdir. Amma bu görüş kafirlər və riyakarlar üçün Yaradanın qəzəbindəndir.🕌SADİQ YOLU 313🌹 Salamun Ələykum Və Rəhməturllah «𝙳𝚊𝚡𝚒𝚕𝚒𝚗𝚍ə 𝚀𝚞𝚛'𝚊𝚗𝚍𝚊𝚗 𝚋𝚒𝚛 𝚜̧𝚎𝚢 𝚘𝚕𝚖𝚊𝚢𝚊𝚗 𝚔𝚒𝚖𝚜ə 𝚡𝚊𝚛𝚊𝚋𝚊 𝚎𝚟 𝚔𝚒𝚖𝚒𝚍𝚒𝚛» 𝙰𝚕𝚕𝚊𝚑ı𝚗 𝙿𝚎𝚢𝚐̆ə𝚖𝚋ə𝚛𝚒 (𝚜) ○Bizimlə əlaqə📩: @Hus3yn_bot https://t.me/cennetinesqi
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.