cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

AR Elm və Təhsil Nazirliyi

Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı 🔗https://linktr.ee/edugovaz

Ko'proq ko'rsatish
Reklama postlari
18 105
Obunachilar
+224 soatlar
+387 kunlar
+18230 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

📢“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb. 🔗Ətraflı: https://rb.gy/pwelct
Hammasini ko'rsatish...

👍 11 1
Azərbaycan dili, tarix və fizika fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun nəticələri elan edilib. 🔗Ətraflı: https://rb.gy/sdja7n
Hammasini ko'rsatish...

👍 19 2
📢 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər. İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək. Bildiririk ki, təkrar sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.
Hammasini ko'rsatish...

👍 31
Daha ətraflı
41-ci Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar 27 aprel – 2 may tarixlərində Bolqarıstanın Varna şəhərində keçirilmiş 41-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edib. Məktəblilərimiz 1 gümüş, 2 bürünc olmaqla ümumilikdə 3 medal və 2 həvəsləndirici mükafat qazanıblar. Olimpiadada Bakı şəhəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Mirhəbib Əsgərov gümüş, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Ömər Qədimli və İbrahim Kərimli bürünc medal əldə ediblər. Bundan əlavə, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Telman Məmmədov və Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər. Qeyd edək ki, 2007-ci ildən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 18 gümüş və 38 bürünc medal qazanıblar.
Hammasini ko'rsatish...

👍 14 6
Respublika Fənn Olimpiadalarının final turunun biologiya və coğrafiya fənni üzrə ilkin nəticələri elan edilib. Ətraflı: 👉🏻 https://rb.gy/c2cf8k
Hammasini ko'rsatish...

👍 15
Aprelin 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 27 525 vətəndaş müraciəti daxil olub. Ətraflı: https://bit.ly/4dpuxBs
Hammasini ko'rsatish...

👍 14
Bu gündən ibtidai siniflərin əlavə yaz tətili başlayıb. Tətildən sonra ilk dərs günü 6 may tarixində olacaq.
Hammasini ko'rsatish...
👍 24🙏 3
Aprelin 30-da ümumi təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. Bununla bağlı valideynlərə SMS bildirişlər göndərilib. Valideynlər 1 may saat 11:00-dan mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil ola və elektron ərizələrini çap şəklində məktəbə təqdim edə bilərlər.
Hammasini ko'rsatish...

👍 14
Elm və təhsil naziri Emin Əmrullayev 17 may tarixində Masallı rayonunda vətəndaşları qəbul edəcək. Ətraflı: 👉 https://bit.ly/3Ug183P
Hammasini ko'rsatish...

👍 18🤷 4
📢 Mayın 18-də IV siniflər, 19-da isə VI siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq keçiriləcək. Monitorinqdə ümumilikdə 300 000-ə yaxın məktəbli 👧🏻👦🏻 iştirak edəcək. ℹ️ Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərini yaxşılaşdırmaq, onların bilik və bacarıq göstəricilərini müəyyən etmək, eyni zamanda tədrisin keyfiyyətini artırmaqdır. 📌 Qeyd edək ki, bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflərdə təhsil alanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.
Hammasini ko'rsatish...

12👍 10