Olmayan Şeylər
Kanalga Telegram’da o‘tish
868
Obunachilar
-124 soatlar
-37 kunlar
-730 kunlar
Postlar arxiv
Vəzifəli şəxslər küçə itlərinin yempulunu mənimsəyiblər. Onlar bildiriblər ki, bunu hakimiyyət uşaq pulu vermədiyi üçün etiraz olaraq ediblər. 😢
Azərbaycan xalqını qətliam edən 26 Bakı komissarının 6 nəfəri cuhud imiş. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi İrana nota verib. 😢
Repost from Azpulse
İranın İsrailə hücumları başladı. Ən son xəbərlər üçün kanalımızı izləyin
https://t.me/azepulse
Zaqatalada həyat yoldaşı vəfat edən kişi ehsan verməkdən imtina edərək onun puluna küçəni düzəldib. O bildirib ki, özü öləndə də ehsan verilməsin və əvəzində həmin pul hər il ölkədə keçirilən Həllovin bayramına xərclənsin. Həmçinin onu basdırmasınlar, öləndən sonra meyitini kanalizasiyaya atsınlar 😢
Ailəsi bütünlüklə İsraildə yaşayan və adı bizə Albert kimi təqdim edilən yəhudinin 90-cı illərdə çəkiliş üçün Təl-Əvivdən Bakıya gəlməsi kameralara düşüb 😢
Müasir Azərbaycan ədəbiyyatından oxuduğum ən bərbad 10 kitabı təqdim edirəm ki, bir də oxuyub vaxt itirməyəsiniz:
1. Kəramət Böyükçöl, "Səs"
2. Qaraqan, "Art və Xaos"
3. Ramazan Rizvan, "Halqa"
4. Əkrəm Əylisli, "Daş yuxular"
5. Eldar Tağıyev, "Hara gedirsən, blə?"
6. Çingiz Abdullayev, "Manipulyator plutokratlar"
7. Seymur Baycan, "Mayn K@mpf" (bütün cildlər)
8. Fazil Mustafa, "Səsimizi batıran küyümüz"
9. İsa Qəmbər, "Mən necə prezident oldum?"
10. Rauf Arifoğlu, "Satılmağın 48 qanunu"
© Ramazan Rizvan
Tbilisiyə təyyarə 81 manatdan 231 manata qalxıb. Bunu eşidən camaat etiraz aksiyası keçirib. Onlar bildiriblər ki, qiymətlər bizi qane etmir. 231 yox gərək 531 manat olsun qiymətlər.
Azərbaycanda bir qrup süpürgəçi uşaq pulu verilməməsi münasibətilə şadlıq aksiyası keçirib. Onlar dövlətdən tələb ediblər ki, ümumiyyətlə bu xalqa bir qəpik də sosial müavinət verilməsin 😢
Bilet barədə danışan deputat söhbətini yarımçıq qoyaraq sanki ölkədəki əxlaqsızlıq yuvaları barədə danışmağa başlayıb 😢
Azərbaycanda xalq avtobuslardakı sıxlıqlardan razıdır və aksiya təşkil edərək kişi-qadının sıxlıqda bir-birinə qarışmasını təntənəli sürətdə qeyd ediblər
İlham Əliyevin verdiyi bu müsahibə bir daha gündəmə gəlib. Videodan açıq-aşkar görünür ki, İran ikinci Qarabağ müharibəsində ermənilərə yardım edib.
Kamran Həsənli İsraili müdafiə edərkən hər şeyini ortaya qoyduğu üçün Mossad tərəfindən qızıl kentavr mükafatına layiq görülüb. Mükafatı alarkən Kamranın gözləri dolub və sevincdən kəkələyib 😢
Mirşahin Ağayev uşaq pulu istəyənlərə aptekə gedin deyib təhqir edəndən sonra etiraz dalğaları başlayıb. Etirazçılar İran səfirliyinin önünə toplaşıb və 40 milyon türkə ana dilində təhsil tələb ediblər. 😢
Gürcüstana gedən qatarların qiyməti 81 manat göstərilsə də təyyarə bileti qiymətinə satılmağa başlanıb. Beləliklə illərdir sərhədləri aç deyən vətəndaşları hökümət dediyi sözə peşman edib. Baytarlıq idarəsindən bildirilib ki, oturun oturduğunuz yerdə də iiih. Sizin axı nə işiniz var xaricdə 😢
İranlı soydaşlarımız İranda neftin Azərbaycandan ucuz olmasının bir hiylə olduğu fikrindədirlər. Onlar düşünürlər ki, İran höküməti belə etməklə 40 milyon türkün məktəbi olmaması faktını ört-basdır etməyə çalışır
Azərbaycanda 2 gənc evlənərkən vətənpərvər olduqlarını göstərmək üçün gəlinlik-kostyum əvəzinə puşlat-mundir geyiniblər. Deyilənlərə görə onlar Murov dağında ev tikiblər və gecələr növbə ilə posta çıxaraq vətənin keşiyində dururlar. 😢
Azərbaycanda sosial şəraitin pisləşməsi səbəbindən Məhəmməd Dənizin başçılığı altında aksiya keçirilib. Aksiya iştirakçıları uşaq pulu tələb ediblər və evlərini su basmasından şikayət ediblər. Aksiyanın sonunda Kolumbiya bayrağı yandırılıb 😢
Türkiyənin Samsun şəhərində 88 yaşlı qadının baxıcısı olan azərbaycanlı qadın polis tərəfindən saxlanılıb. Buna səbəb, qadının nənəni döyərək, xəsarət yetirməsi olub.
Həmin qadın bildirib ki, məni bu işə İran məcbur etdi 😢
İranda bir vətəndaş prezident keçəcək deyə yolun 1 saat əvvəldən bağlanmasına etiraz edib. O bildirib ki, 40 milyon türkə ana dilində təhsil verilməməsi az deyilmiş kimi yolu da bağlayırlar 😀
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
