cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Əli Novruzovun kanalı

Yazıçı, tənqidçi, "Yeddi hekayə" (2013) kitabının müəllifi

Ko'proq ko'rsatish
Reklama postlari
957
Obunachilar
+224 soatlar
-27 kunlar
+1230 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Sovet təbliğatı məgər nə deyirdi ki? İlk metro guya Londonda açılmayıb? Yoxsa ilk metro guya Moskvada açılıb? Ha çalışdım, ha baxdım, amma Beyker strit stansiyası ilə sovet təbliğatı arasında nəsə bir əlaqə görə bilmədim, sayın İbrahim bəy. 😮
Hammasini ko'rsatish...
İbrahim Nebioglu

Dünyanın ən qədim metro stansiyası, Baker Street, London. 10 yanvar 1863-də açılmış dünyanın ilk yeraltı dəmir yolu sayılan Metropolitan Dəmiryolunun orijinal stansiyalarından biridir. Yəni Sovetin təbliğatına inanmayaq...Zatən inanan da yox idi...

👍 4 3🤝 1
Hammasini ko'rsatish...
Cavid Ramazanov

"Karamazov qardaşları"nın tərcüməsində "qaqa" söhbəti. İvan qardaşı Alyoşaya Aleksey Fyodoroviçlə müraciət edir, sonra birdən qayıdıb deyir ki, qaqa, mən səni pozmaq istəmirəm. 😁

😁 7
Stalinin 1920-ci ildə Pravda qəzetinə verdiyi müsahibədən:
«Qafqazın inqilab üçün əhəmiyyəti təkcə onun xammal, yanacaq və ərzaq mənbəyi olması ilə bağlı deyil, həm də Avropa və Asiya arasında, xüsusən də Rusiya və Türkiyə arasında mövqeyi və [burada] ən mühüm iqtisadi və strateji yolların (Batumi-Bakı, Bakı-Təbriz, Batumi-Təbriz-Ərzurum) mövcudluğu ilə müəyyən olunur. Hazırda Qara dənizin açarı olan Konstantinopola sahib olan Antanta da bütün bunları nəzərə alır və [özü üçün] Zaqafqaziya vasitəsilə Şərqə birbaşa yol saxlamaq istərdi. Son nəhayətdə Qafqazda kim özünü bərqərar edəcək, neftdən və Asiyanın içərilərinə aparan ən mühüm yollardan kim istifadə edəcək, inqilab yoxsa Antanta—bütün sual budur.»
Bu da sitatın orijinalı:
«Важное значение Кавказа для революции определяется не только тем, что он является источником сырья, топлива и продовольствия, но и положением его между Европой и Азией, в частности, между Россией и Турцией, и наличием важнейших экономических и стратегических дорог (Батум–Баку, Батум–Тавриз, Батум–Тавриз–Эрзерум). Все это учитывается Антантой, которая, владея ныне Константинополем, этим ключом Черного моря, хотела бы сохранить прямую дорогу на Восток через Закавказье. Кто утвердится в конце концов на Кавказе, кто будет пользоваться нефтью и наиважнейшими дорогами, ведущими в глубь Азии, революция или Антанта,—в этом весь вопрос.»
Hammasini ko'rsatish...
👍 9 2
Ehhh, bu növcavanlar haradan bilsin, üstündə Nazpərinin şəkli olan şokolad korobkaları. ❤️ O korobkaları canlı görənlər ürək atsın, sayımızı bilək. 😁
Hammasini ko'rsatish...
Vüqar Van

Nazpəri xanımın bu videosu yaddan çıxmaq, unudulmaq, prime dönəmin bitməyi, reallıqla barışa bilməmək, heç nəyin əbədi olmamağı, şöhrətin, məşhurluğun, gördüyün işlərin, idealların, prinsiplərin, ümumiyyətlə, həyatın ötəriliyi, bayağılığı, mənasızlığı haqqında çox kədərli videodur. Billi Wilderin "Sunset Bulvarı" filmi yadıma düşdü. Vaxtı keçmiş, aristokrat, müasir film sənayesi ilə heç cür barışa bilməyən, böyük bir malikanədə tək yaşayan, keçmişdə ilişib qalan, hirsli, əsəbi, təzədən məşhur olmaq üçün hər şeyindən keçməyə hazır yaşlı bir aktrisanın faciəsi... Deyir ki, üstündə mənim şəklim olan karopkalar yeni formada istehsal olunur, bu da o deməkdir, Nazpəri hələ yaşayır, ona olan sevgi hələ də əvvəlki kimi böyükdür. Dəhşətdir. Manıs şokolad karopkasının üstündə olsa belə, yenə də yaşamaq istəyir. Heç cür reallıqla barışmır. Botokslar, bir ton makiyaj, müasir şokolad karopkaları, köhnə mahnıların təzədən ifası, daha nələr-nələr. İnsanın dünyadan yapışıb tutmağı necə kədərlidir. Mərhələ isə bitib.

62😁 1
Photo unavailableShow in Telegram
1918-ci ildə Azərbaycan hökuməti milli valyuta vuraxmaq üçün Osmanlı hökuməti ilə danışıqlar aparır. Valyutanın adı azəri olacaqmış. 1 Türk lirəsi = 15 Azəri. Osmanlının maliyyə naziri Cavid bəy, Osmanlı bankının rəhbəri Həmid bəy əllərindən gələn köməyi əsirgəmirlər, bizimkilər Leypsiqdən kağız sifariş verirlər, mətbəəni az qala pulsuz danışırlar, amma bu vaxt Bolqarıstan cəbhəsi yarılır, mərkəzi dövlətlər məğlub olmağa başlayır, Tələt paşanın hökuməti istefaya gedir, Azərbaycanın ilk valyuta buraxmaq cəhdi də yarımçıq qalır.
Hammasini ko'rsatish...
👍 11 1
Photo unavailableShow in Telegram
I was talking about Zangezur before it was cool 😎 İlqar Məmmədovun 2010 parlament seçkilərində təbliğat materialından.
Hammasini ko'rsatish...
😁 7👏 2
Photo unavailableShow in Telegram
Müstəqilliyin elanının səhərisi günü.
Hammasini ko'rsatish...
👍 8😢 6
«Kinotənqidçi Hacı Səfərov bu dəfə kamera arxasına keçib» 😁 Təbriklər, Hacı. Uğur olsun. Ümid edirəm tamaşaçılar da, tənqidçilər də bəyənər.
Hammasini ko'rsatish...
“Tərsinə addımlayan kölgələr” - Yeni film

“Tərsinə addımlayan kölgələr” - Yeni film

14😁 3😱 1
Photo unavailableShow in Telegram
Vallah, billah, feyk deyil. Özü də çox hörmətli, izzətli, şanlı keçmişi, ciddi redaksiya siyasəti olan fransız jurnalıdır. Yelisey sarayı da bu jurnala abunədir. Amma necə deyərlər, les forces obscures étrangères Fransanı təhdid edir, ona görə belə lazım biliblər yəqin.
Hammasini ko'rsatish...
😁 9
Photo unavailableShow in Telegram
Yeri gəlmişkən deyim, Şpigel jurnalının da tarixi binasında olmuşam. Özü də mən orada olanda fəhlələr girişdəki Şpigel sözünü sökürdülər. İçəridə kimi görürdün, birinci sözü bu idi ki, köçürük. Amma ən qəribəsi Tacikistanda başıma gəlib. Komsomolabad şəhərinə getmişdik, təzə su bəndi tikmişdilər, şəhər suların altında qalacaqdı deyə bütün şəhəri boşaldırdılar. Bir icra hakimiyyətinin binasında camaat əvvəlki kimi işləyirdi, bir dənə də murdar yeməklər verən dayday kafesi qalmışdı. Dəhşət vahiməli bir mənzərə idi.
Hammasini ko'rsatish...
😱 1