Mütaliələrdən Qeydlər.📚
Kanalga Telegram’da o‘tish
Səhifə Zəmanə İmamına (ə.f) və İslam Şəhidlərinin Ruhuna İthaf olunur.
Ko'proq ko'rsatish1 397
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-27 kun
-1130 kun
Postlar arxiv
Repost from İslam Fədailəri
Amerika ilə İran arasında növbəti müharibə olacaq? Bəli. Hal-hazırda, işlər hər iki tərəf üçündə dalana dirənib. Növbəti müharibənin 1-2 ay müddətində başlaması gözlənilir. Mümkündür daha da tez başlasın və ya bir qədər təxirə düşsün. Digər tərəfdən də düşünürəm ki, İranda müharibədən öncə ümumi bahalaşmaya görə yeni iğtişaşlar hazırlayırlar.
Amma qəlbinizi sərin tutun. Allahın yardım əli başımızın üzərindədir. Şəhid Rəhbərin (r.ə) təbirincə desək, bütün bu çətinliklər zirvəyə çatmaq üçündür. Həmin zirvə isə İmamın (ə.f) zühurudur.
Telman Cəfəri
Repost from İslam Fədailəri
İslam Respublikasının inkar və təsdiqi
İstismarçılığın, xüsusilə də onun başında duran ABŞ-ın və dünyanın sionist şəbəkəsinin İslam Respublikası ilə dərin və barışmaz düşmənçiliyinin səbəbi bəzən kənarda-bucaqda deyilən sözlər, onların səsləndirdiyi şüarlar və ya bəzi insanların ölkə daxilində irəli sürdüyü təsəvvürlər deyil. Məsələ bundan ibarətdir ki, İslam Respublikası özündə həm bir “inkar”, həm də bir “təsdiq” daşıyır. İslam Respublikası istismarı, hökmranlığa tabe olmağı, dünya siyasi gücləri tərəfindən xalqın alçaldılmasını, siyasi asılılığı, dünyada hakim olan güclərin ölkəyə nüfuz etməsini və müdaxiləsini, əxlaqi dünyəviliyi və hər şeyi mübah görən azadlıq anlayışını qətiyyətlə inkar edir. Eyni zamanda, bəzi məqamları da təsdiq edir: milli kimliyi, İran kimliyini, İslami dəyərləri, dünyanın məzlumlarını müdafiə etməyi, elmi nailiyyətlərin zirvələrinə çatmağa çalışmaqla kifayətlənməyib elmin zirvələrini fəth etməyi. Bunlar İslam Respublikasının üzərində israr etdiyi məsələlərdəndir. Məhz bu inkar və bu təsdiq ABŞ-ın və dünyanın sionist şəbəkəsinin düşmənçiliyinin səbəbidir. Əgər ABŞ-ın nüfuzunu qəbul etsək, düşmənçiliklər azalacaq; əgər xalqımızın müxtəlif yollarla əcnəbilər tərəfindən alçaldılmasına razı olsaq, milli kimliyimizi və ya İslami dəyərlərimizi müdafiə etməkdən əl çəksək, şübhəsiz ki, düşmənçiliklər də eyni nisbətdə azalacaq. “İslam Respublikası öz davranışını dəyişməlidir” deyəndə nəzərdə tutulan da budur. Yəqin ki, eşitmisiniz: bəzən ABŞ kimi hegemon dövlətlərin siyasi rəsmiləri İran haqqında danışarkən deyirlər ki, “Biz İslam Respublikasının aradan getməsini istəmirik, deyirik ki, İslam Respublikası öz davranışını dəyişsin”. Onların “davranışını dəyişsin” deməsi məhz budur; yəni bu inkardan və həmin təsdiqdən əl çəksin. Onların istədiyi budur. İslam Respublikası məhz bu inkarda və həmin təsdiqdə öz mövqeyini qorumaqla müxtəlif imkanlarla təchiz olunmuş geniş bir cəbhə ilə qarşılaşa və onun qarşısında müqavimət göstərə bilmişdir. Səkkizillik Müqəddəs Müdafiə dövründə də vəziyyət belə idi: Şərq və Qərb, Avropa və NATO, bəzi ərəb ölkələri və bir sözlə, hamısı İslam Respublikasına qarşı əl-ələ vermişdilər. Lakin İslam Respublikası sonda onların hamısını geri çəkilməyə məcbur etdi və özü heç bir geri addım atmadı. Siyasi müstəvidə və müharibədən sonrakı illərdən bu günə qədər də eyni məna özünü göstərmişdir. Yəni İslam Respublikası qarşısında formalaşmış bu böyük cəbhənin qarşısında dayana bilmiş, nəinki geri çəkilməmiş, hətta irəliləmiş və düşmənə zərbə vurmuşdur. Bu, baş vermiş bir hadisədir.
Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
Repost from İslam Fədailəri
Bu gün İslam və ərəb dünyasının hər yerində bu ümid yaratmağın nəticələri görünür. Nümunələri ətraflı şəkildə sizə izah etməyə imkan yoxdur. İran İnqilabı İslam dünyasına ümid verdi və onu yenidən canlandırdı. Aydındır ki, İnqilab bu xüsusiyyətlərlə meydana çıxanda İslam dünyasının durğunluğundan və zəifliyindən faydalananlar onunla düşmənçilik edəcəklər. Biz də canlı bir varlıq olduğumuza görə özümüzü müdafiə edirik. Bir millət canlı olduğu halda onunla düşmənçilik edilibsə, onun buna qarşı reaksiya göstərməsi təbiidir. Biz əlimiz-qolumuz bağlı oturub, bizimlə siyasi və iqtisadi düşmənçilik etsinlər, sonra da “düşmən yaratmaq istəmirik” deyə susub özümüzü müdafiə etməyək - bu, ağıllı və məntiqli yanaşma deyil. Düşmənçiliklərin mahiyyəti də bundan ibarətdir.
Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
Repost from İslam Fədailəri
Əzizlər, hakimiyyətin yəqin ki, növbəti şousunu gördünüz. Başqa ölkədə olan sələfiləri tutub ölkəyə gətiriblər. Bizimlə əqidə məsələsində fikir ayrılıqları olsa da, bu məsələni (onların həbs olunmasını) düzgün hesab etmirəm və onları rəylərdə gülüş obyektinə çevirməyi də birmənalı şəkildə doğru görmürəm. Nə də olsa, bildiyim qədəri ilə, onlar ölkədə dövlətin yaratdığı dini mühitin ziddinə hərəkətlər ediblər. Bəs hakimiyyət bu məsələdən nə əldə edir?
Birinci olaraq, zahirən İslamofobiya şüarları (İslama hücumlar olur) səsləndirərək özünü dünyaya nümunəvi dövlət kimi təqdim edir. İkinci, sələfiləri həbs etməklə özünü İrana şirin göstərir. Hakimiyyətin bu ucuz oyununa getməyin.
Telman Cəfəri
Repost from İslam Fədailəri
Zühur əlamətlərinin təhlili (II hissə) - İran
Hədisdə keçən “haqq” kəlməsi nədir? Burada əsas məsələlərdən biri hədisdə işlənən “haqq” sözünün hansı mənanı ifadə etməsidir. “Haqq” kəlməsi müxtəlif mənalarda işlənə bilər. Buraya insanın etiqad və məzhəbi hüquqları, zülmə qarşı çıxmaq və qiyam etmək, eləcə də düşmənin qarşısını aldığı siyasi, iqtisadi və sosial hüquqlar daxil ola bilər. Müəllifin fikrincə, hədisdəki “haqq” sözünü birbaşa qiyam və inqilab mənasında başa düşmək doğru deyil. Çünki hədisin özündə əvvəlcə “haqqı tələb etmək”, daha sonra isə ayrıca “çıxmaq və bayraq qaldırmaq” hadisəsi qeyd olunur. Əgər “haqq” sözünün özü də qiyam və inqilab mənasında qəbul edilərsə, hədisdə eyni məna iki dəfə təkrarlanmış olar. Bu baxımdan müəllif hədisdəki “xüruc” və “rayə” ifadələrinə ayrıca diqqət çəkir. Buradakı xüruc çıxış və qiyam, rayə isə bayraq mənasında anlaşılır. Yəni hədisin sonrakı mərhələsində söhbət artıq haqqın tələb edilməsindən deyil, həmin haqqın əldə olunması üçün siyasi və hərbi mübarizəyə qalxmaqdan gedir. Buna görə müəllif “haqq” anlayışını qiyamın özü ilə eyniləşdirmir. “Məvsuətül-İmam əl-Məhdi” kitabında “haqq” anlayışı Müəllif “Məvsuətül-İmam əl-Məhdi” kitabında “haqq” sözünün qiyam və inqilab kimi təfsir edilməsini mübahisəli məsələ hesab edir. Onun fikrincə, əgər “haqq” qiyam və inqilab deməkdirsə, onda “onlar öz haqlarını tələb edəcəklər” ifadəsi ilə “onlar Məşriqdən çıxacaqlar” və ya sonrakı qiyam ifadələri arasında ciddi məna fərqi qalmır. Bu isə hədisdə eyni məzmunun təkrar edilməsinə gətirib çıxarır. Buna görə müəllif “haqq”ı qiyamın özündən fərqli bir məsələ kimi qəbul edir.
Repost from İslam Fədailəri
Zühur əlamətlərinin təhlili (I hissə) - İran
Məşriqdən çıxacaq qövm haqqında hədis Müəllif bu mövzu ilə bağlı Nömaninin “əl-Ğeybə” kitabında İmam Baqirdən (ə) nəql olunan bir hədisə istinad edir. Hədisdə bildirilir ki, “Məşriqdən bir qövm çıxacaq və qiyam edəcək. Onlar öz haqlarını tələb edəcəklər, lakin onlara verilməyəcək. Yenidən öz haqlarını tələb edəcəklər, yenə də onlara verilməyəcək. Bu zaman silahlarını boyunlarına atacaqlar. Həmin vaxt istədikləri haqq onlara veriləcək, lakin onlar bunu qəbul etməyəcəklər. Nəhayət, onlar qiyam edəcəklər və öz hökumətlərinin bayrağını Sahibül-Əmrə verəcəklər.” Hədisin davamında bu yolda öldürülənlərin şəhid hesab ediləcəyi bildirilir. Müəllifin izahına görə, burada iki mərhələli haqq tələbindən danışılır: əvvəlcə haqq sülh yolu ilə tələb edilir, nəticə əldə olunmadıqda isə hərbi gücə əl atılır. “Silahlarını boyunlarına atmaq” ifadəsi də müəllif tərəfindən hərbi güc nümayiş etdirmək və düşmənə qarşı silahlı mübarizəyə hazır olmaq mənasında izah edilir. Nəhayət, həmin qövm öz hökumətini qurur və onun bayrağını İmam Zamanın (ə.f) əlinə verir. Beləliklə, bu qiyamın son məqsədi öz hökumətini quraraq onu Sahibül-Əmrə təqdim etmək, yəni zühura zəmin hazırlamaq kimi izah olunur. Müəllifin əsas yanaşmasına görə, Məşriq qövmü İmam Mehdinin (ə.f) zühuruna zəmin hazırlayan əsas qüvvələrdən biridir. Bu qövmün üç əsas xüsusiyyəti vardır: mömin şiə olmaq, İranlı olmaq və İmam Mehdinin (ə.f) imamlığına inanmaq. Bu qövmün rəhbəri “Xorasani” kimi təqdim olunur. Xorasaninin İmam Zamanla (ə.f) beyət edəcəyi və onun ordusunda yer alacağı bildirilir. Həmçinin Xorasan ordusunun xarici işğalçı qüvvələrin hücumu zamanı şiələrin müqəddəs mərkəzlərini müdafiə etmək məqsədilə Kufəyə daxil olacağı qeyd edilir. Bu təsvirlər Məşriqdən çıxacaq qövmün zühurdan əvvəlki hadisələrdə mühüm rol oynayacağı fikrini ortaya qoyur.
Repost from İslam Fədailəri
Salam, əzizlər. Dünən zühurla bağlı yazdığım yazıya yenidən baxanda gördüm ki, bəzi insanlar fikrimizi səhv anlayıblar. Biz zühur üçün heç bir dəqiq vaxt təyin etməmişik. Sadəcə hadisələr zəncirini təhlil edərək müəyyən bir nəticəyə gəlmişik və yazının sonunda da açıq şəkildə qeyd etmişik ki, bu, sadəcə bir ehtimaldır. Hadisələrin necə cərəyan etməsi isə bizim atdığımız addımlardan və ortaya qoyduğumuz mövqelərdən də asılıdır. Həmçinin zühurla bağlı apardığımız bu təhlili oxuduğumuz bir kitabdan əldə etmişik. Sənəd və məzmun baxımından həmin kitab ən dolğun yazılmış kitablardan biridir. Hər halda, yazdığımız nəticələr mənim şəxsi nəzərimdir və kimsə bunu qəbul etməyə bilər. Buna hörmətlə yanaşıram. Lakin kitabı oxuyarkən diqqətimi çəkən və mühüm hesab etdiyim bəzi məqamları qarşıdakı günlərdə sizinlə bölüşəcəyəm.
Telman Cəfəri
Repost from İslam Fədailəri
Düşmənçiliklərin səbəbi
Düşmənçiliklərin səbəbi nədir? Bəziləri elə düşünürlər ki, inqilabın məsul şəxsləri və ya İmam (r.ə) özlərinə düşmən yaradıblar. Xeyr, məsələ belə deyil. Təsəvvür edin ki, sizin bir eviniz var və zorakı, zalım bir şəxs illər boyu həmin evi qəsb edib. Sonra siz sənəd və dəlillərlə qanuni orqanlara müraciət edir, evinizi geri almaq üçün müqavimət göstərirsiniz. Təbii ki, həmin qəsbkar sizinlə düşmən olacaq. Sizə “özünüzə düşmən yaratmısınız” deyə irad tutmaq olmaz; siz sadəcə öz haqqınızı geri almaq istəmisiniz. Bu, düşmənçilik yaratmaq deyil. Əcnəbilərin qarşısında bir süfrə açılmışdı və onlar bu qənimət süfrəsinin başında istədikləri hər şeyi edirdilər. İnqilab həmin süfrəni yığışdırdı; təbiidir ki, onlar düşmən kəsiləcək, qəlblərində kin bəsləyəcək və qəzəblənəcəklər. Bu inqilab İslam dünyasında və ərəb dünyasında ümidləri yenidən diriltdi. İnqilabımız qələbə qazandığı zaman ərəb dünyası və İslam dünyası bütövlükdə durğunluq, sükut və ümidsizlik içində yaşayırdı; sionistlər öz məqsədlərini həyata keçirmiş, hamını qorxuya salmışdılar və heç bir xalq qarşısında ümid qapısının açıq olduğunu düşünmürdü. Birdən-birə böyük bir nicat qapısı açıldı və xalqlar ümid qazandılar. Sionistlər elə düşünürdülər ki, Fələstini artıq mənimsəyiblər və məsələ bitib. Siz bu gün görün ki, Fələstin xalqı bütün varlığı və bütün gücü ilə meydanın ortasına çıxıb və üzərinə böyük təzyiq göstərilməsinə baxmayaraq, yenə də dayanıb. Bu, yalnız İsrailin məğlubiyyəti deyil; bu, Amerikanın məğlubiyyətidir; bu, dünyaya hakim olan bütün sionist güclərin məğlubiyyətidir. Fələstin torpaqlarında mühasirədə saxlanılan, silahsız bir xalq bunların hamısını aciz və çarəsiz vəziyyətə salıb.
Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
Repost from İslam Fədailəri
Artıq yavaş-yavaş bütün sosial şəbəkələrdə İmamın (ə.f.) zühur əlamətlərindən danışılır. Biz də öz yazılarımızda bir neçə dəfə “şirin qələbə” sözünə diqqət çəkmişik. Allahın izni ilə, əgər hər şey öz məcrasında gedərsə, zühuru hamımız görəcəyik. Dəqiq vaxtını deməyə ehtiyat edirəm. Amma, 2030-cu ili nəzərinizdə saxlayın. Bir-iki il, gec ya tez... Bu illər zühur üçün "açar" illərdir.
Ps - Əlbəttə, yenə deyirəm. Bu, bir proqnozdur. Hadisələrin reallaşması bizim etdiyimiz gedişatlara bağlıdır.Telman Cəfəri
Repost from İslam Fədailəri
Maddi mədəniyyət
Bu mədəniyyət ilahi və insani dəyərlərin mənasız və əhəmiyyətsiz sayılması üzərində qurulmuşdur. İnsanın mənəvi və insani mahiyyəti unudulmuş, insan yalnız maddi varlıq kimi qiymətləndirilmişdir. Belə bir mədəniyyət öz ardıcıllarını daha çox rifah, daha geniş azadlıq, instinktlərdən daha çox istifadə və mənfəətpərəstlik ətrafında hərəkətə gətirir. Maddi mədəniyyətdə məqsəd vasitəni haqq qazandırır. Buna görə də belə bir mədəniyyətin ardıcılları maddi məqsədlərə çatmaq və həyatın nemətlərindən mümkün qədər çox faydalanmaq üçün hər vasitəyə əl atır, mümkün olan hər üsuldan yararlanırlar. Beləliklə, belə bir mədəniyyətin kölgəsində cəmiyyətin əxlaqi əsasları dağılır, insani dəyərlər öz əhəmiyyətini itirir, cinayət və hüquq pozuntularının sayı artır, insan isə çıxış yolu olmayan və tənhalıq girdabına düşür; nəticədə narahatlıq və təşviş onun bütün həyatına hakim kəsilir. Bu barədə məşhur sosioloq Sorokinin söylədiklərindən bir nümunəni şahid olaraq gətiririk. O belə demişdir: "Qərb cəmiyyətinin həyatının, təşkilatlanmasının və sivilizasiyasının mühüm sahələrinin hər biri qeyri-adi bir böhranın təsiri altındadır... Bu sivilizasiyanın həm cismi, həm də ruhu ağır xəstədir. Qərb sivilizasiyasının bədənində yaralanmamış bir nöqtə, onun sinir sistemində öz vəzifəsini düzgün yerinə yetirən bir sinir tapmaq demək olar ki, mümkün deyil..."
Mədəniyyət 📗
Repost from İslam Fədailəri
İnsanın düşüncə tərzi və inancı onun həyat taleyində birbaşa rol oynayır. İnsan necə düşünürsə və necə inanırsa, həyatını da o cür yaşayır. Məsələn, əgər kimsə yaradılışın nizamı qarşısında özünü aciz və iradəsiz hesab edirsə, yaxud yaşadığı cəmiyyətdə özünü gücsüz və məhrum iradəli görürsə, bu düşüncə onu həqiqətən aciz edir, daxilindəki gücü əlindən alır, acizlik təsəvvürü onu acizliyə sürükləyir. Əksinə, əgər inanırsa ki, aciz deyil, yaradılış sistemində bir qüvvədir, Allah onun varlığında bir güc ehtiyatı qoymuşdur ki, təbiətə və ictimai şəraitə qalib gələ bilər, bu düşüncə ona güc verir, qüvvəsini artırır. Alimlər misal çəkirlər: insan alçaq divarın üstündə rahat yeriyə bilər, amma eyni enlikdə olan hündür divarın üstündə yerimək istəsə, ayağının altında dərinliyi görüb düşmə qorxusu beyninə hakim olur və bu təsəvvür onu tarazlıqdan salıb yıxır; yəni düşmə qorxusu özü yıxılmasına səbəb olur. Buna görə böyüklər demişlər ki, insan üçün ən böyük sərvət ümid və Allahın sonsuz lütfünə etimaddır. İnsan heç vaxt özünü məhvə yaxın görməməlidir, bilməlidir ki, Allah onun daxilində çoxlu güclər ehtiyatı qoymuşdur və hər zaman Ondan kömək istəsə, sonsuz rəhməti ona yardım edəcək. Biz hər gün namazda bir neçə dəfə “İyyakə nə’budu və iyyakə nəstəin” deyərək özümüzə təlqin edirik ki, həmişə Allahdan kömək istəməliyik. Kömək istəmək ümidsizliyin yox, ümidin nişanəsidir; çünki ümidsiz insan heç vaxt kömək istəmir. Hədisdə buyurulmuşdur ki, Allah bəndə haqqında necə düşünürsə, onunla o cür davranır; əgər yaxşı zənn edərsə, Allahın köməyini görər, əgər pis zənn edərsə, Allah onu öz halına buraxar. Deməli, insanın düşüncə və inancı onun taleyinə yön verir. Böyüklər deyirlər ki, saf və doğru düşüncələr insanın şəxsiyyətini yüksəldir, ona güc və qüvvə bəxş edir, ümid çırağını qəlbində yandırır. Bu cür düşüncələrin dəyəri milyonlarla sərvətdən üstündür. Əksinə, yanlış və təhlükəli düşüncələr vardır ki, onların zərəri və fəlakəti vəbadan, taun və hər cür yer və göy bəlasından daha ağırdır.
Şəhid Mürtəza Mütəhhəri / Əxlaq xütbələri 📗
Repost from 𝐘𝐚 𝐁ə𝐪𝐢𝐲𝐲ə𝐭ə𝐥𝐥𝐚𝐡
Milləəəəəət 😍😍☺️bu axşama çooox gözəl kanal tapmışam.Kanaldakı Videolar və paylaşımlar keyfiyyətli və möhtəşəmdir həmdə kanallar çox aktivdir
Hər an nə paylaşıb deyə həvəslə baxdığım kanallardır, sizədə tövsiyə edirəm.Fürsəti əldən verməyin . Vaxt məhduddur.
Toxun.Toxun.Toxun.Toxun.Toxun
Toxun.Toxun.Toxun.Toxun.Toxun
Toxun.Toxun.Toxun.Toxun.Toxun
Toxun.Toxun.Toxun.Toxun.Toxun👈
🤌💥 Hazırladı:7/24 Xəbərlər Yəmən 👈
Repost from İslam Fədailəri
Biz elə bir xalq deyilik ki, dünyada heç kimin bizimlə düşmənçiliyi olmasın. Heç bir dəyəri olmayan xalqların düşməni olmur. Bir yolu, bir məqsədi, bir işi olan, çalışan və səy göstərən xalqın düşmənləri də olur. Əlbəttə, düşmən var, düşmən var. Amerika hökumətinin də dünyada çoxlu düşməni var; amma Amerika hökumətinin düşməni kimdir? Xalqlar. Xalqlardır ki, nifrət edir, narazıdır, Amerika hökumətindən xoşları gəlmir. Nə üçün? Çünki Amerika hökumətinin əlli, altmış il bundan əvvəlindən bu günə qədər ölkələrə qarşı təcavüz və müdaxilə ilə bağlı keçmişi onun dosyesində qeyd olunub. Son əlli il ərzində Amerika hökuməti təxminən altmış ölkəyə qarşı hərbi təcavüz həyata keçirib; bu, zarafatdırmı? Bu, azdırmı? Deməli, onun da düşmənləri var, İslam Respublikası sisteminin də düşmənləri var. İslam Respublikası sisteminin düşməni kimlərdir? Müstəkbir dövlətlər, sionist kapitalistlər, bəşəriyyətin düşmənləri, xain və qan tökən casusluq aparatları. Deməli, düşmən var; bu düşmənlər fəaliyyət göstərir, çalışırlar və səy göstərirlər.
Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
Repost from İslam Fədailəri
Dəfələrlə demişik: Çevik adlı "ateist" rolunu oynayan yəhudi, dövlətin öz layihəsidir. "Çevik tutuldu", "filan qədər iş verildi", "dövlətimiz var olsun" kimi şüarları kənara qoymalıyıq. Çeviki maliyyələşdirən, onun təhlükəsizliyini təmin edən də, sizin dininizi hədəf alanda da dövlətin özüdür. Dövlətdə bu işi yəhudilərin əmri ilə edir. Düşməninizi dəqiq tanıyın. Dövlət üçün din və inanclı qisim vacib deyil. Bunlar sadəcə "yaxşı polis", "pis polis" rolu oynayaraq gözünüzdən pərdə asırlar. Zahirləri sizi aldatmasın!
Telman Cəfəri
Repost from İslam Fədailəri
Bəsirətsiz insanlar tez aldadılırlar. Elə bu gün də dünyada xalqın dərdini çəkən, xeyirxah niyyətli insanlar var ki, aldadıblar; düşməni tanımayıblar və qarşı tərəfin hansı cərgədə dayandığını ayırd edə bilməyiblər.
Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
Repost from İslam Fədailəri
Mədəniyyət
Mədəniyyət anlayışının geniş və hərtərəfli məna daşıması onun bütün yönləri ilə tanınmasını və izah edilməsini çətinləşdirmişdir. Bununla belə, qədim dövrlərdən etibarən müxtəlif mütəfəkkirlər öz bilik və dünyagörüşləri çərçivəsində bu həqiqət üzərində düşünmüş və mədəniyyətə dair müxtəlif təriflər vermişlər. Lakin bütün bu təriflərin hər birində müəyyən çatışmazlıqlar da olmuş və onların heç biri təkbaşına mədəniyyətin tam və hərtərəfli tərifi hesab edilə bilməz. Məsələn, amerikalı alim Teylor belə deyir: “Bizim dövrümüzdə bu söz (mədəniyyət) ixtiyarımızda olan bütün vasitələrə işarə edir. Həmçinin bütün adət və inancları, bilikləri, incəsənəti, cəmiyyətin təsisat və təşkilatlarını da əhatə edir. İnsan öz cəmiyyətinin mədəniyyəti vasitəsilə və onun sayəsində ictimai varlığa çevrilir. O, ətrafındakı insanlarla yüzlərlə cəhətdən eyniləşir və həmrəng, həmavaz olur, eyni zamanda digər cəmiyyətlərin insanlarından fərqlənir.” Qərbin tanınmış sosioloqu Nimkoff bu barədə yazır: “Mədəniyyət ictimai həyatın mahiyyətidir. O, bütün düşüncələrimizdə, istəklərimizdə, sözlərimizdə və fəaliyyətlərimizdə öz əksini tapır, hətta üzümüzün ən incə ifadə və hərəkətlərində belə öz izini göstərir.” Buna əsasən, mədəniyyət insanın hər hansı bir cəmiyyətin üzvü olduğu müddətdə əldə etdiyi bilikləri, etiqadları, incəsənəti, əxlaqı, qanunları, adət-ənənələri, eləcə də bütün meylləri, qabiliyyətləri və sonradan qazandığı vərdişləri özündə birləşdirən mürəkkəb bir məcmudur.
Mədəniyyət 📗
Repost from İslam Fədailəri
Özünüzdə bəsirət yaradın. Özünüzdə təhlil gücü yaradın; elə bir güc ki, cəmiyyətdəki reallıqlardan çıxış edərək özünüz üçün zehni bir ümumiləşdirmə apara və məsələlərin mahiyyətini tanıya biləsiniz. Bu təhlil gücü çox mühümdür. Biz müsəlmanların tarix boyu məruz qaldığımız hər bir zərbənin səbəblərindən biri təhlil gücünün zəif olmasıdır. İslamın ilk dövründə də aldığımız zərbələr belə olmuşdur; əlbəttə, bunun çoxlu təfsiri və izahı vardır. Sonrakı müxtəlif dövrlərdə də vəziyyət eyni olmuşdur. İcazə verməyin ki, düşmən bizim bəsirətsizliyimizdən və məlumatsızlığımızdan istifadə edərək bir həqiqəti gözümüzün qarşısında tərsinə göstərsin.
Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
Repost from İslam Fədailəri
Hökumət qüvvələrini məhv etmək üçün döyüşə yollanan Yəmənli Şiə mücahidləri (Ənsarullah) ❤️🔥
https://t.me/fadayaneislam
Repost from İslam Fədailəri
Allah bu başıuca xalqı, yəni Yəmən xalqını daha da uca etsin. Son günlər mediada yayılan xəbərlərə görə, Ənsarullah hərəkatı Amerika və Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən qüvvələrindən bir sıra əraziləri geri almağı bacarıb. Ənsarullahın Moxa limanını ələ keçirməsi ilə Babül-Məndəb boğazına daha da yaxınlaşması və Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumlar qlobal enerji bazarında ciddi narahatlıq yaradıb və neft qiymətlərinin kəskin artmasına təsir göstərib. Bu vəziyyət müharibə və sanksiyalar nəticəsində onsuz da ağır təzyiq altında olan İran iqtisadiyyatı üçün müəyyən mənada müsbət amil sayıla bilər, çünki neft qiymətlərinin yüksəlməsi neft ixracından əldə olunan gəlirlərin artmasına şərait yarada bilər. Amerika üçün isə bu, əksinə, mənfi nəticədir. Neftin qiymətinin kəskin artması yanacaq və xüsusilə benzin qiymətlərinin də yüksəlməsi istiqamətində təzyiq yaradır.
Telman Cəfəri
https://t.me/fadayaneislam
Repost from İslam Fədailəri
Cəmiyyət böyük olduqda xüsusi mülkiyyətlər çoxalır, cinayətlərin sayı əhalinin artımına uyğun şəkildə yüksəlir və nəhayət, məscidlər, məktəblər, parklar, müalicə ocaqları və digər insanların toplaşdığı məkanlar kimi adət-ənənələr, ictimai qaydalar və müxtəlif mərkəzlər də çoxalır. Beləliklə, bütün bunların hər biri müəyyən qaydalara və tənzimləyici normalara ehtiyac duyur və onların təmin edilməsi hökumətin üzərinə düşür. Aydındır ki, İslam bütün bu sahələr üçün ayrıca qanunlar və sistemlər müəyyən etmiş, meydana çıxan müxtəlif məsələləri əhatə edən hökmlər qoymuş və bütün insanlar üçün, istər ibtidai cəmiyyətlərdə, istərsə də sivilizasiyalı cəmiyyətlərdə, təkrarlanan və ümumi xarakter daşıyan məsələlərə dair xüsusi qanunlar müəyyənləşdirmişdir.
İslam prizmasından siyasət 📗
