Gecce.az
Kanalga Telegram’da o‘tish
1 317
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-67 kunlar
-2530 kunlar
Postlar arxiv
1 317
Şuşanın yeniyetmə sakinlərindən biri Prezidentə yaxınlaşıb, dövlət başçısı ilə şəkil çəkdirib. Şuşalı qız Ali Baş Komandanın Şuşanın azad olunduğu gün xalqa müraciətində dediyi sözləri təkrarlayıb. Dövlət başçısı həmin an kövrəlib və yeniyetməni bağrına basıb.
1 317
Bir neçə həftə sonra ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva övladını itirib.
Bu barədə “PrimeTime”a aparıcının yaxınları məlumat verib.
1 317
Xalq artisti Emin Ağalarov rusiyalı model, keçmiş həyat yoldaşı Alyona Qavrilova yenidən evlənib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, Emin mayın 26-da Alyona ilə Moskvanın qeydiyyat idarələrindən birində nikah masasına əyləşib.
Cütlük restoranların birində dostları ilə birgə kiçik məclis təşkil edib. Onlar qonaqlardan gecədən olan fotoları sosial mediada paylaşmamağı xahiş ediblər.
Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub. İkilinin daha sonra boşandığı bildirilib. Onların Afina adlı bir qızı var.
1 317
+4
DSX rəisi general-polkovnik Elçin Quliyevin yanında əyləşən uşaq Vətən müharibəsində DSX sıralarında vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn leytenant Əbdürrəhimli Habilin övladıdır. Xəbərsiz çəkilən şəkillər səmimi və əvəzsiz olur!
Foto: Vüqar İbadov
1 317
İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cənazələri Təbrizə göndərilib, axtarış əməliyyatı başa çatıb.
Xatırladaq ki, qəza nəticəsində İran prezidenti İbrahim Rəisinin helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
1 317
Mahsun Kırmızıgül ötən həftə konsertində mahnısını oxuduğu əfsanəfi sənətkarımız Elmira Rəhimova ilə görüşüb👏 @byz.mina
1 317
+2
Bakı Metropoliteninin sabiq rəisi, 75 yaşlı Tağı Əhmədovun son fotoları yayılıb. Yeriməkdə çətinlik çəkən keşmiş məmurun xeyli çəki atdığı görünür. Qeyd edək ki, T.Əhmədov şəkər xəstəliyindən əziyyət çəkir.
1 317
Bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur.
Xanəndənin qızı müğənni Mərdan Kazımovla ailə qurur.
#zeynalmammadli
1 317
Duet ortaqları Sura İsgəndərli və Lil Orxan ailə həyatı qurmağa hazırlaşır. Cütlüyün ötən gün nişan mərasimi baş tutub.
1 317
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.
Müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib.
Xəbəri Axşam.az saytına onun duet ortağı Firuzə İbadova təsdiqləyib.
***
Müğənninin ölümü ilə əlaqədar Axşam.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:
“Əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.
Ünvanda həkiməqədər ölüm qeydə alınıb”.
1 317
“Krokus”da terror aktını törədən terrorçuların rəhbəri ağacda gizlənməyə çalışıb. Onun tutulma anlarını izləyə bilərsiz.
1 317
“Başqalarının ölməsinə icazə verməkdənsə, döyüşdə ölmək yaxşıdır” - 15 yaşlı İslam
Crocus City Hall-un qarderobunda yarımştat işləyən məktəbli ter*or aktı zamanı 100-dən çox insanı binadan çıxarıb. Ondan niyə kömək etdiyini deyənlərə “Sadəcə öz işimi görürəm” deyə bildirib.
15 yaşlı qəhrəmanın adı İslamdır. Onun sözlərinə görə, fövqəladə hallar zamanı bütün inzibatçılara göstərişlər verilib və o, göstərişlərə ciddi əməl edib. Hücum və ondan sonrakı yanğın zamanı İslam insanlara kömək edib.
Kütlənin tualetə doğru getdiyini və çıxılmaz vəziyyətə olduğunu görən yeniyetmə evakuasiyaya rəhbərlik etməyə başlayıb.
O, insanları dar keçiddən Expo ərazisinə, daha sonra inzibati binadan keçərək küçəyə - təhlükəsiz əraziyə apara bilib.
