cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

𝖬𝖺𝖽𝖾𝗋𝖾𝗆✨

İmam Əli (s) sevgizini bu cür ifadə etmiş: "Getmə ey Cənnətimin qapısı sənsiz məni içəri buraxmazlar" • 𝑺𝒂𝒉𝒊𝒃𝒊 |

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
394
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Xanım Fatimeyi Zəhranın (ə) məhşur “Ummu-Əbiha” künyəsi إلى جعفر بن محمد، عن أبيه (عليهما السلام) أن فاطمة عليها السلام كانت تكنى أم أبيها. İmam Cəfər Sadiq (ə), öz atasından (İmam Baqirdən) (ə) nəql edir: "Fatimə (ə) atasının anası (Ummu Əbiha) adlandırılmışdır." Əllamə Məclisi, "Bihərul-Ənvar", cild-43, bab-2, səhifə-19, hədis-19.
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
Dini Qrup🤲❤

Dini Videolar Və Şəkillər❤🤲 Dini Məlumatlar🤲😊

أبو محمد، عن عبد الله بن سنان، عن أبي عبد الله عليه السلام قال:.. فخرجت والكتاب معها، فلقيها عمر فقال: يا بنت محمد ما هذا الكتاب الذي معك، فقالت: كتاب كتب لي أبو بكر برد فدك، فقال: هلميه إلي، فأبت أن تدفعه إليه، فرفسها برجله وكانت حاملة بابن اسمه المحسن فأسقطت المحسن من بطنها ثم لطمها فكأني أنظر إلى قرط في أذنها حين نقفت ثم أخذ الكتاب فخرقه فمضت ومكثت خمسة وسبعين يوما ” مريضة مما ضربها عمر Əbu Muhəmməd, Abdullah ibn Sinandan nəql edir ki, İmam Cəfər Sadiq (ə) buyurdu: “Xanım Fatimə (ə) (Əbu Bəkrin) ona verdiyi kitabı əlində götürərək oradan çıxan zaman, Ömər Xanımı (ə) görüb soruşdu: “Ey Muhəmmədin (s) qızı, əlində olan kitab nədir elə?” Xanım (ə) dedi: “Əbu Bəkrin, Fədək bağını qaytarmaq üçün yazdığı kitabdır.” Ömər dedi: “Onu mənə ver!” Xanım (ə) kitabı verməkdən imtina etdi. Ömər Xanımı (ə) ayağı ilə vurdu. Xanım (ə) həmin zaman hamilə idi. Uşağın adı isə, Möhsin (ə) idi. O (ə), (bu zərbə nəticəsində) siqt oldu. Sonra, Ömər Xanıma (ə) sillə vurdu və kitabı əlindən alıb cırdı. (Atasının vəfatından) yetmiş beş gün sonra Xanım (ə) Ömərin zərbəsi nəticəsində xəstə yatağına düşdü. Bununla da, dünyasını dəyişdi”. Şeyx Mufid, “Əl-İxtisas” kitabı, cild-1, səhifə-183. Fədək hədisi.
Hammasini ko'rsatish...
*Həzrət Fatimeyi Zəhranın Şəhadəti münasibəti ilə bütün əhli-beyt aşiqlərinə Allahdan əcr diləyirik.* *Həzrət Zəhranın(ə) Məzlumiyyəti ilə bağlı həqiqətlər.* *3-cü Hissə.* 👈 *Nə üçün imam Əli (ə) kağız və qələm gətirmədi ki, Allah Rəsulu (s) vəsiyyətini yazsın???*
Hammasini ko'rsatish...
AUD-20210101-WA0059.mp31.89 MB
ويزيد بن حبيب المصري أنهم قالوا…وأما أنت يا مغيرة بن شعبة! فإنك لله عدو، ولكتابه نابذ، ولنبيه مكذب وأنت الزاني وقد وجب عليك الرجم، وشهد عليك العدول البررة الأتقياء، فأخر رجمك، ودفع الحق بالأباطيل، والصدق بالأغاليط وذلك لما أعد الله لك من العذاب الأليم، والخزي في الحياة الدنيا، ولعذاب الآخرة أخزى، وأنت الذي ضربت فاطمة بنت رسول الله صلى الله عليه وآله حتى أدميتها وألقت ما في بطنها، استدلالا منك لرسول الله صلى الله عليه وآله ومخالفة منك لأمره، وانتهاكا لحرمته وقد قال لها رسول الله صلى الله عليه وآله: ” يا فاطمة أنت سيدة نساء أهل الجنة ” والله مصيرك إلى النار، وجاعل Yezid ibn Həbib əl-Misri belə rəvayət etmişdir: “İmam Həsən (ə) Muğirə ibn Şöbəyə (l.ə) xitabən buyurur: “Lakin, sən isə, ey Muğirə ibn Şöbə! Allahın düşmənisən. Onun kitabını tərk etmisən. Peyğəmbərinə (s) inanmamısan və zinakarsan, səni rəcm etmək vacibdir. Sənin günahkar olmağına ədalətli insanlar şahidlik etdilər. Sənin rəcmini gecikdirdilər. Haqqı batilə qurban verdilər. Doğrunu yalan ilə əvəz etdilər. Bu səbəblə də, Allah sənə ağırlı əzab hazırlayıbdır. Dünya həyatında alçağlıq və axirət həyatında xar olmağındır. Sən o insansan ki, Peyğəbəmbəri (s) qızı Fatiməni (ə) vurub, onun qanının axmasına səbəb olmusan. Xanımın (ə) bətnində ki, övladını öldürmüsən. Bununla da sən, Peyğəmbərin (s) xanım Fatiməyə (ə) buyurduğu kəlama qarşı hörmətsizlik etmisən: “Sən Cənnət əhlində ki, qadınların seyidəsisən”. Allah, sənin Gedəcəyin yeri cəhənnəmdə qərar versin”. Əllamə Məclisi, "Bihərul-Ənvar", cild-44, bab-20, səhifə-83, hədis-1.
Hammasini ko'rsatish...
ومن ذلك ما رواه علي بن أسباط رفعه إلى الرضا عليه السلام أن رجلا من أولاد البرامكة عرض لعلي بن موسى الرضا عليه السلام فقال له: ما تقول في أبي بكر؟ قال له: سبحان الله والحمد لله ولا إله إلا الله والله أكبر، فالح السائل عليه في كشف الجواب، فقال عليه السلام: كانت لنا أم صالحة ماتت وهي عليهما ساخطة ولم يأتنا بعد موتها خبر أنها رضيت عنهما. Əli ibn Əsbat, İmam Rzadan (ə) nəql edir ki, bərməkilərdən bir kişi İmam Rzanın (ə) yanına gəlib ondan soruşdu: "Əbu Bəkr haqqında nə deyirsən (sözün nədir)?" İmam (ə) buyurdu: "Subhənəllahi, vəlhəmdulilləhi, və lə ilahə illəllahu, vallahu əkbər". Sualı verən tam cavab əldə edə bilmir. İmam (ə) buyurur: "Bizim bir salehə anamız var idi. Həmin o iki nəfərə (Əbu Bəkr və Ömərə) qəzəbli olduğu halda dünyasını dəyişdi. Onun ölümündən sonra, bizə anamızın (Xanım Fatimənin s.ə) o iki nəfərdən (Əbu Bəkr və Ömərdən) razı olması barədə xəbər yetişməyib." Seyyid ibn Tavus, "ət-Təraif", cild-1, səhifə-252, hədis-351.
Hammasini ko'rsatish...
Maidə surəsi 57. "Ey iman gətirənlər! Sizin dininizi məsxərəyə qoyub, oyun-oyuncaq sayanları, sizdən əvvəl kitab verilənləri, (eləcə də) kafirləri özünüzə rəhbər tutmayın. Əgər imanınız varsa, Allahdan çəkinin." Bildirişlər* 1. Allahın dini və dini müqəddəsliklərin alçaldılmasının dünyəvi cəzası rabitələrin kəsilməsidir. (Başqaları ilə rabitədə müqəddəsliklərə ehtiram zəruri bir şərtdir.) 2. Dini qeyrət və alçaq insanlardan uzaqlıq iman şərtidir. 3. (Soyuq və psixoloji müharibə ilə) dinə istehza düşmənlərin mübarizə üsullarındandır. 4. İlahi təqva zəruri edir ki, düşmənlərdən qorxmayaq, onları özümüzə rəhbər seçməyək.
Hammasini ko'rsatish...
الإمام الحسن العسكري (عليه السلام) أنه قال "نحن حجج الله على خلقه، وجدتنا فاطمة (عليها السلام) حجة الله علينا"  İmam Həsən Əskəri (ə) buyurur: “Biz Allahın məxluqat üzərində olan Höccətləriyik. Fatimədə (ə), bizim üzərimizdə olan Allahın Höccətidir.” Şeyx Muhəmməd Fazil əl-Məsudi, "Əsrar əl-Fatimiyyə", səhifə-69.
Hammasini ko'rsatish...
Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Onlar (Əbu Bəkr və Ömər) Fatimənin (ə) hüzuruna daxil olub soruşdular: "Ey Allah rəsulunun qızı, indi necəsən?" Fatimə (ə) buyurdu: "Allaha həmd olsun, yaxşıyam". Sonra buyurdu: "Məgər eşitməmisiniz ki, Allah rəsulu (s) "Fatimə mənim bir parçamdır. Kim onu incidərsə, məni incidər, kim məni incidərsə, Allahı incidər" – deyə buyurub?" Dedilər: "Bəli (eşitmişik)". Fatimə (ə) buyurdu: "Allaha and olsun ki, siz məni incitdiniz". Beləliklə də o iki nəfər onun hüzurundan çıxdıqları zaman Fatimə (ə) onlara qəzəbli idi". عن أبي بصير، عن أبي عبد الله جعفر بن محمد (عليه السلام)، قال: فأجابت، فلما دخلا عليها قالا لها: كيف أنت يا بنت رسول الله؟ قالت: بخير بحمد الله. ثم قالت لهما: ما سمعتما النبي (صلى الله عليه وآله) يقول: " فاطمة بضعة مني، فمن آذاها فقد آذاني، ومن آذاني فقد آذى الله "؟ قالا: بلى. قالت: فوالله، لقد آذيتماني. قال: فخرجا من عندها وهي ساخطة عليهما. (Şeyx Təbəri (r), "Dəlailul-imamət", səh. 134, hədis: 43) Həsən ibn Əli ibn Əbu Həmzə öz atasından belə nəql edir: "İmam Sadiqdın (ə) soruşdum: "Hansı səbəbə görə Fatimə (ə) gündüz deyil, gecə dəfn edilmişdir?" İmam (ə) buyurdu: "Çünki o, adamların [iki nəfərin] ona namaz qılmamasını vəsiyyət etmişdi". عن الحسن ابن علي بن أبي حمزة، عن أبيه قال: سألت أبا عبد الله " ع " لأي علة دفنت فاطمة عليها السلام بالليل ولم تدفن بالنهار؟ قال: لأنها أوصت ان لا يصلي عليها رجال (الرجلان). (Şeyx Səduq (r), "İləluş-şəraye", cild 1, səh. 185, bab 149, hədis: 1) Fatimə (ə) öz vəsiyyətində belə buyurdu: "Allaha, atam Allah rəsuluna (s) və yoldaşım Əmirəlmöminin Əliyə verdikləri əhdi pozan bir ümmət (cənazə) namazımı qılmasın. Onlar mənə zülm edərək mirasımı götürdülər. Atamın mənə Fədək mülkü üçün yazdığı səhifəni yandırdılar və şahidimi yalançı saydılar. Allaha and olsun ki, onlar (şahidlərim) Cəbrail, Mikail, Əmirəlmöminin və Ümmü-Əymən idi...". لأنها وصت (عليها السلام)، وقالت: لا يصلي علي أمة نقضت عهد الله وعهد أبي رسول الله (صلى الله عليه وآله) وأمير المؤمنين بعلي وظلموني واخذوا وراثتي وحرقوا صحيفتي التي كتبها أبي بملك فدك والعوالي وكذبوا شهودي وهم والله جبريل وميكائيل وأمير المؤمنين وأم أيمن... (Şeyx Xəsibi (r), "əl-Hidayətul-kubra", səh. 178) #Xanım #Zəhra #Şəhadət
Hammasini ko'rsatish...
‎*Həzrət Fatimeyi Zəhranın Şəhadəti münasibəti ilə bütün əhli-beyt aşiqlərinə Allahdan əcr diləyirik.* *Həzrət Zəhranın(ə) Məzlumiyyəti ilə bağlı həqiqətlər.* *2-ci Hissə.* 👈 Həzrət Zəhranın (ə) məqamı haqqında əhli sünnə nə deyir?
Hammasini ko'rsatish...
AUD-20201231-WA0024.mp33.13 MB
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.