admiu.hk
Kanalga Telegram’da o‘tish
🔹 ADMİU nəzdində Humanitar Kollecin rəsmi Telegram kanalı Şikayət və təkliflərinizi bizimlə bölüşün. 📩
Ko'proq ko'rsatish256
Obunachilar
-324 soatlar
+37 kunlar
+1330 kunlar
Postlar arxiv
256
+2
🎓 ADMİU nəzdində Humanitar Kollecdə 2025–2026-cı tədris ilinin yaz imtahan sessiyası uğurla başa çatıb. Sessiyada yüksək akademik nəticə göstərən tələbələr müəyyənləşib.
Nəticələrə əsasən, "Mədəni-kütləvi tədbirlərin təşkilatçısı" ixtisasının tələbəsi Mahmudov Şahin 93.7 ÜOMG ilə sessiyanın ən yüksək nəticəsini əldə edib. "Turizm bələdçiliyi" ixtisasının tələbəsi Ağabəyova Könül 91.688 ÜOMG ilə ikinci, "Məktəbəqədər təhsil" ixtisasının tələbəsi Məmmədova Şəhla isə 88.9 ÜOMG ilə ən yüksək nəticə göstərən tələbələr sırasında yer alıb.
Yüksək akademik göstəriciləri ilə fərqlənən tələbələrimizi ürəkdən təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq. İnanırıq ki, onlar qazandıqları bilik və bacarıqlarla ölkəmizin mədəniyyət və təhsil sahələrinin inkişafına mühüm töhfələr verəcəklər.
#ADMİUHK #NərminQaralova #admiuhkmetbuat #sessiya #uğur
256
Yerdəyişmə üçün tələb olunan sənədlər
2026–2027-ci tədris ili üzrə tələbələrin yerdəyişməsi prosesində tələb olunan sənədlərlə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.
Ətraflı: https://eatda.edu.az/melumatlar/telebelerin-yerdeyismesi-teleb-olunan-senedler
#ADMİUHK #NərminQaralova #admiuhkmetbuat #EATDA #Tələbələrinyerdəyişməsi
256
Bir tələbəlik nağılının sonu və yeni başlanğıclar...
🎓 29 iyun ADMİU nəzdində Humanitar Kollecdə keçirilən "Məzun Günü" tədbirindən - VİDEOÇARX
#ADMİUHK #NərminQaralova #admiuhkmetbuat #MəzunGünü #party
256
Peşəkar cüdoçu olan Rafiq beynəlxalq cüdo turnirlərindən birində finalda erməni rəqibini böyük üstünlüklə məğlub edərək qızıl medal qazanıb.
2020-ci ildə Vətən müharibəsi başlayan zaman yenidən hərbi xidmətə çağırılan Rafiq Heydərov döyüşlərdə böyük şücaət göstərib, çoxsaylı düşmən qüvvəsini zərərsizləşdirib və azad olunan mövqelərdən birində üçrəngli Azərbaycan bayrağını qürurla ucaldıb.
Rafiq Heydərov 14 oktyabr 2020-ci ildə Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, 19 oktyabr tarixində II Fəxri Xiyabanda dəfn edilib.
Göstərdiyi igidliyə görə Rafiq Heydərov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ruhu şad, məqamı uca olsun!
#ADMİUHK #NərminQaralova #admiuhkmetbuat #şəhid #şəhidlərölməz
256
+2
🇦🇿 Bu gün ADMİU nəzdində Humanitar Kollecin müəllimi Natella Heydərovanın oğlu, Vətən müharibəsi şəhidi Rafiq Heydərovun cənnətdəki 6-cı doğum günüdür.
Rafiq Heydərov 1 iyul 1995-ci ildə Bakı şəhərində anadan olub.
O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsini bitirib. Universiteti başa vurduqdan sonra Odlar Yurdu Universitetinin MBA proqramı üzrə magistraturaya qəbul olunsa da, təhsilini müvəqqəti dayandıraraq hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra magistratura təhsilini davam etdirib.
256
Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, sözügedən şəhadətnamənin əldə edilməsi üçün müraciət müddəti 7 iyul 2026-cı il saat 18:00-dək uzadılıb.
Qismən akademik tanınma haqqında şəhadətnaməni əldə edən tələbələr 13 iyul 2026-cı il saat 10:00-dan 19 iyul 2026-cı il saat 18:00-dək portal.edu.az platforması vasitəsilə müraciət edərək yerdəyişmə prosesində iştirak edə bilərlər.
Müraciət üçün tkta.edu.az saytına keçid edə bilərsiniz.
#ADMİUHK #NərminQaralova #admiuhkmetbuat #EATDA #Tələbələrinyerdəyişməsi
256
Xarici ali təhsil müəssisələrindən yerdəyişmə etmək istəyən tələbələrin nəzərinə!
2026/2027-ci tədris ili üzrə xarici dövlətlərin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər.
Şəhadətnamə xarici dövlətlərin ali təhsil müəssisələrində əldə edilmiş kvalifikasiyaların qismən akademik tanınmasını təsdiq edən sənəd hesab olunur.
Qismən akademik tanınma haqqında şəhadətnamənin əldə edilməsi üçün müraciətlər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim olunur.
256
Humanitar Kollecdə “Məzun Günü” keçirilib
ADMİU nəzdində Humanitar Kollecdə 29 iyun tarixində növbəti “Məzun Günü” tədbiri baş tutub. Ənənəvi olaraq təşkil olunan bu tədbirdə Kollecin rəhbərliyi, müəllim heyəti, dəvətli qonaqlar, valideynlər və 2026-cı ilin məzunları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk olaraq Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralova məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. O qeyd edib ki, təxminən 90 illik tarixə malik Humanitar Kollec növbəti məzunlarını qürur hissi ilə müstəqil həyata yola salır.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudova məzunlara xoş arzularını çatdırıb, onların bilik və bacarıqları ilə ölkəmizə faydalı vətəndaşlar olacaqlarına inandığını bildirib.
Tədbirin bədii hissəsində aparıcı, əməkdar artist Əkbər Əlizadənin çıxışı və ifası, Kollecin müəllimləri — xanəndə Yaqut Xəlilzadə və Bəxtiyar Quliyevin ifasında səslənən mahnılar, həmçinin günün ulduz qonağı, gənc və istedadlı müğənni Fariz İlyasın ifasında səslənən hit kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbirə xüsusi bayram ab-havası qatıb.
Qeyd edək ki, 2024/2025-ci tədris ilində ADMİU nəzdində Humanitar Kolleci ümumilikdə 311 tələbə bitirib.
#ADMİUHK #NərminQaralova #admiuhkmetbuat #MəzunGünü #party
256
ADMİU nəzdində Humanitar Kollecdə yaz imtahan sessiyası başa çatdı
Bu gün ADMİU nəzdində Humanitar Kollecin bir sıra ixtisas qrupları üzrə tələbələri müvafiq fənlərdən yazılı və şifahi formada son imtahanlarını veriblər. Prosesdə İT-024, SİT-025, MT-024, BYİT-025, BYİ-024, MK-024 və MKT-025 qruplarının tələbələri iştirak ediblər.
Bununla da Humanitar Kollecdə 2025/26-cı tədris ilinin yaz imtahan sessiyasına uğurla yekun vurulub.
#ADMİUHK #NərminQaralova #admiuhkmetbuat #sessiya #imtahan
