cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Fanat.Az 🇦🇿

📢 @Fanat.Az kanalı Azərbaycanın idman gündəmini operativ işıqlandırmaq, abunəçiləri obyektiv məlumatlandırmaq məqsədi daşıyır🙏 ABUNƏ OLUB, PAYLAŞMAĞINIZI xahiş edirik.

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
1 826
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
"Qalatasaray" ulduz hücumçu ilə güclənməyə çox yaxındır. Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, İstanbul nəhəngi PSJ-nin hücumçusu Mauro İkardini heyətinə qatmaq üzrədir.
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Almaniyanın "Schwarzwälder Bote" saytının əməkdaşı "Frayburq"un UEFA Avropa Liqasında "G" qrupundakı rəqibləri haqda məqalə yazıb. "Olimpiakos"u dördlüyün favotiri hesab edən jurnalist "Qarabağ"ı qrupun aşkar autsayderi kimi qiymətləndirib.
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Reketlər Pol Poqbadan külli miqdarda pul qoparmağa cəhd edib. Poqbanın dediyinə görə, uşaqlıq dostları və "kapüşon" geyinmiş tanıdamdığı iki şəxs əlindəki avtomatla ondan 13 milyon avro tələb ediblər. Poqba qarətçilərdən birinin onun qardaşı Matiasın oluğunu da istisna etmir.
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
"Frayburq"un baş məşqçisi Kristian Ştrayx: "Qarabağ"la qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam. Püşkatma mərasiminə birlikdə baxacağıq. Ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər. Səfərləri səbirsizliklə gözləyirəm. Tanımadığımız yeni stadionlara gedə bilərik".
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Dmitri Nazarov Berti Foqts haqqında: "Artıq neçə ildir ki, Berti Foqtsla bir-birimizi görmürük. Onu hazırda futbol stadionundan daha çox qolf meydançası cəlb edir. Ona görə də nadir hallarda görüşürük".
Hammasini ko'rsatish...
00:59
Video unavailableShow in Telegram
Tanınmış çeçen bloger və pop-MMA döyüşçüsü Asxab Tamayev Dağıstan Respublikasında döyülüb. Tamayevin Mahaçqaladakı “Etaji” ticarət mərkəzində avtomobilini düzgün saxlamaması tıxaca səbəb olub. Bloger maşına qayıdanda məlum olub ki, məsələyə aydınlıq gətirmək istəyən bir qrup şəxs onu gözləyirmiş. Hadisənin iştirakçılarından biri ilə mübahisədən sonra Asxab sifət nahiyəsindən zərbə alıb və yerə yıxılıb.
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Günün transfer xəbərləri: "El Confidencial" nəşri: "Real Madrid"in prezidenti Florentino Peres müqaviləni yeniləməkdən imtina edən Marko Asensionu komandasında görmək istəmir". "L'Equipe" nəşri: "29 yaşlı argentinalı futbolçu Mauro İkardi icarə əsasında "Qalatasaray"a keçməyə yaxındır". İnsayder Canluka Di Martsiodan xəbərlər: "Yuventus" və "Marsel"in futbolçusu Arkadiuş Milik müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər". "Salernitana" Mişi Batşuayini satınalma seçimi ilə icarəyə götürmək istəyir. "Çelsi" isə futbolçunu birdəfəlik transferlə satmaq niyyətindədir". "Milan" Trevo Çaloba uğrunda mübarizədə "İnter"ə qoşulub". "Yuventus" və PSJ-nin Leandro Paredesin icarəyə götürülməsi ilə bağlı danışıqları uğurla nəticələnib". "Cüzeppe Petsella" icarə əsasında "Atalanta"dan "Leççe"yə keçəcək". "Montsa" "Olimpiakos"dan Madi Kamaranı transfer etmək istəyir".
Hammasini ko'rsatish...
Günün transfer xəbərləri: Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır. "El Confidencial" nəşri: "Real Madrid"in prezidenti Florentino Peres müqaviləni yeniləməkdən imtina edən Marko Asensionu komandasında görmək istəmir". "L'Equipe" nəşri: "29 yaşlı argentinalı futbolçu Mauro İkardi icarə əsasında "Qalatasaray"a keçməyə yaxındır". İnsayder Canluka Di Martsiodan xəbərlər: "Yuventus" və "Marsel"in futbolçusu Arkadiuş Milik müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər". "Salernitana" Mişi Batşuayini satınalma seçimi ilə icarəyə götürmək istəyir. "Çelsi" isə futbolçunu birdəfəlik transferlə satmaq niyyətindədir". "Milan" Trevo Çaloba uğrunda mübarizədə "İnter"ə qoşulub". "Yuventus" və PSJ-nin Leandro Paredesin icarəyə götürülməsi ilə bağlı danışıqları uğurla nəticələnib". "Cüzeppe Petsella" icarə əsasında "Atalanta"dan "Leççe"yə keçəcək". "Montsa" "Olimpiakos"dan Madi Kamaranı transfer etmək istəyir".
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Məsut Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ona verdiyi hədiyyəni nümayiş etdirib. İsveçrə istehsalı olan saatın qiymətinin 1700 avro olduğu bildirilir.
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
Türkiyənin DHA saytının məlumatına görə Qara Qarayevin ÇL-in təsnifat mərhələsində göstərdiyi performans bir neçə Türkiyə klubunun nəzərini cəlb edib.
Hammasini ko'rsatish...