uz
Feedback
Level Up

Level Up

Kanalga Telegram’da o‘tish

Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.

Ko'proq ko'rsatish
6 443
Obunachilar
-324 soatlar
-277 kunlar
-10030 kunlar
Postlar arxiv
Əziz Level UP izləyiciləri, Hayel Kahvesinde olacaq aşağıdakı 4 fərqli konsertin hər birinə *10 faiz endirimli* biletlər təkl
Əziz Level UP izləyiciləri, Hayel Kahvesinde olacaq aşağıdakı 4 fərqli konsertin hər birinə *10 faiz endirimli* biletlər təklif edirik: *29 May Pera* *2 İyun Emir Can İğrek* *3 İyun Semicenk* *9 İyun No Land* Endirimli biletləri əldə etmək üçün əlaqə: 0775023523

*Türkiyəli məhşur alim Prof. Dr. Celal Şengörün Avropa Azərbaycan Məktəbinin Konfrans Zalında baş tutacaq "Elmin Üfüqləri" ad
*Türkiyəli məhşur alim Prof. Dr. Celal Şengörün Avropa Azərbaycan Məktəbinin Konfrans Zalında baş tutacaq "Elmin Üfüqləri" adlı konfransına dəvət edirik.* Dəyərli alim, Konfransda elm tarixi, sosial təkamül, insanlığın keçdiyi mədəni mərhələlər, elmin tədqiqat və işləmə mexanizmləri kimi mövzularla yanaşı, həm də ölkəmizdəki palçıq vulkanları və Cənubi Qafqazın geoloji-seysmoloji quruluşu haqqındakı təəssüratlarını bizlərlə paylaşacaq. İştirakçıların suallarını cavablayacaq. *Tədbirin saatları: 19:00-21:00* Tədbirin bilet qiyməti A sektoru üçün 50 azn, B sektoru üçün 30 azn müəyyən edilmişdir. Tədbirə bilet əldə etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz: 0775023523 (zəng+whatsapp) Asif İbrahimli

Mayın 31-dən iyunun 5-dək Gənclər və İdman Nazirliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə Şəki şəhərində Gənclər Təşkilatlarının Strateji Planlaşdırma Konfransı baş tutacaq. Gənclər təşkilatının rəhbər və nümayəndələrinin iştirakı ilə keçiriləcək düşərgə strateji planlama istiqamətində müxtəlif təlim, infosessiya və vorkşopları özündə cəmləşdirəcək. ⏳ Son müraciət tarixi: 27 may, saat 23:59-dək. 🖇️ Qeydiyyat üçün link: https://shorturl.at/vzFMR ✅ Qeyd: Yerlər məhdud sayda olduğu üçün üstünlük qeydiyyatdan ilk keçənlərə veriləcək. Kanal: https://t.me/LevelUptelegram

Əziz gənclər sizin üçün Budapeştdə baş tutacaq konsultativ görüş təqdim edirik. 🤩 “Rəqəmsal Vətəndaşlıq Təhsili” mövzusunda keçiriləcək görüşdə rəqəmsal vətəndaşlığın inteqrasiyası və həlli, qeyri-formal təhsil, gənclərlə iş kimi vacib məqamlar müzakirə olunacaq. Konsultativ görüş Avropa Şurası və onun tərəfdaşları ilə rəqəmsal vətəndaşlıq və insan hüquqları təhsili ilə məşğul olan geniş spektrli maraqlı tərəfləri təmsil edən 15-ə yaxın ekspert və praktikantı bir araya gətirməyi hədəfləyib. NAYORA təşkilatçı deyil, gənclər üçün faydalı fürsət olduğu üçün tərəfimizdən paylaşılır. Link: https://youthapplications.coe.int/Application-forms/Application-form-Consultative-Meeting-DIGITAL-CITIZENSHIP-EDUCATION Kanal: https://t.me/LevelUptelegram

Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan peşə hazırlığı kurslarında iştirak edərək gələcəyinizi UX/UI dizayner kimi qura bilərsiniz. Müraciət üçün tələb olunan əsas meyarlar: 🔷UI/UX dizayner 📍 "BAKU DESIGN CENTER" MMC (Baku Design Center) 🔹Yaş tələbi: 16-45 yaş 🔹Təhsil: Orta təhsil 🔹Kursun müddəti: 5.5 ay ✅ Peşə hazırlığı kursunu uğurla bitirən namizədlər sonda sertifikatla təmin olunur. ➡️ Qeyd olunan peşə hazırlığı kursuna qatılmaq üçün qeydiyyatda olduğunuz rayon üzrə Regional Məşğulluq filialına və müvafiq DOST Mərkəzlərinə müraciət edə bilərsiniz. Kanal: https://t.me/LevelUptelegram

Əziz gənclər sizin üçün Budapeştdə baş tutacaq konsultativ görüş təqdim edirik. 🤩 “Rəqəmsal Vətəndaşlıq Təhsili” mövzusunda keçiriləcək görüşdə rəqəmsal vətəndaşlığın inteqrasiyası və həlli, qeyri-formal təhsil, gənclərlə iş kimi vacib məqamlar müzakirə olunacaq. Konsultativ görüş Avropa Şurası və onun tərəfdaşları ilə rəqəmsal vətəndaşlıq və insan hüquqları təhsili ilə məşğul olan geniş spektrli maraqlı tərəfləri təmsil edən 15-ə yaxın ekspert və praktikantı bir araya gətirməyi hədəfləyib. NAYORA təşkilatçı deyil, gənclər üçün faydalı fürsət olduğu üçün tərəfimizdən paylaşılır. Link: https://youthapplications.coe.int/Application-forms/Application-form-Consultative-Meeting-DIGITAL-CITIZENSHIP-EDUCATION Kanal: https://t.me/LevelUptelegram

"Gələcəyini Qur!" Layihəsinə QEYDİYYAT / 2023-2024-cü tədris ili "Gələcəyini Qur!" nədir? "Gələcəyini Qur!" gənclərin inkişafına yönəlmiş təhsil təqaüdü proqramıdır. Qeydiyyat və ətraflı məlumat: https://docs.google.com/forms/d/e/1FAIpQLSeTzpjV6sVZ4IhllJ5vVPWD1bKqgYY_mndK05KIoMV76p2j1w/viewform Kanal: https://t.me/LevelUptelegram

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, gənclər üçün “Bakı Münaqişə Məktəbi”nə qəbul elan edir! Müraciət üçün son tarix: 18 iyun, 2023 Keçirilmə tarixi: 8 - 18 iyul 2023, üzbəüz (oflayn) QEYD: Namizədlərin müsahibəyə dəvət edilməsi və seçilməsi müraciət etmə tarixinə əsasən aparılacaq. Bunun üçün iştirakçılardan mümkün qədər tez müraciət etmələrini xahiş edirik. Müraciət formasını bu keçid vasitəsilə tamamlaya bilərsiniz: https://forms.gle/AiZztbxTpVgSdfft6 Ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://epfound.az/2023/05/10/1269/ Kanal: https://t.me/LevelUptelegram

Yeni vakansiyalar: 1. Kargüzar - https://bit.ly/45mi1yg 2. Xidmət operatoru - https://bit.ly/3opKSB9 3. Filial müdiri - https://bit.ly/3ItfjNI 4. Layihə koordinatoru - https://bit.ly/3MKULCU 5. Müşahidə kameraları nəzarətçisi - https://bit.ly/3q0YAex 6. Baş mühasib - https://bit.ly/3BJYudF 7. Korporativ satış mütəxəssisi - https://bit.ly/3WpIkjl 8. Təchizat sənədləşmələri üzrə kiçik mütəxəssis - https://bit.ly/3Op01xm Kanal: https://t.me/LevelUptelegram

Satış sahəsində maraqlananlar üçün. Bu sahədə 15 illik təcrübə və paylaşımlar, videolar, görüşlər sizi gözləyir. Xəbərdar olmaq üçün səhifəni izləməyi unutmayın ☺️ https://www.instagram.com/celalemustafayeva/

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının dəstəyi ilə #Abşeron rayonunda və Dağlıq Şirvan Regional Məşğulluq filialının təşkilatçılığı, “Yeni Şamaxı Hotel Company”nin dəstəyi ilə #Şamaxı şəhərində əmək yarmarkası keçiriləcək. Abşeron rayonunda baş tutacaq tədbirdə 26 müəssisə tərəfindən 140-dan artıq vakansiyanın təqdim olunması gözlənilir. ➡️ Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. ➡️ Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür. ➡️ Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq. 🔗 Ünvan və tarix: 📍Abşeron rayonu, Xırdalan şəhəri (Abşeron rayon Mədəniyyət Mərkəzi) 🗒️ 17 may, 2023 ⏰ 10:00-13:00 📍 Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi (Dağlıq Şirvan Regional Məşğulluq filialının inzibati binası) 🗒️ 18 may, 2023 ⏰ 10:00-13:00 #Vakansiya #İşVar #Vətəndaşyönümlü #MəşğulluğunArtırılması #ƏməkYarmarkası

Yeni vakansiyalar: 1. Assistent - https://bit.ly/3Ig45fr 2. Təcrübə proqramı - https://bit.ly/3MuZfh2 3. SƏTƏM mühəndisi - https://bit.ly/3Ms3Tw2 4. Satınalmalar üzrə mütəxəssis - https://bit.ly/3Ms5GkW 5. Qrafik dizayner - https://bit.ly/3IfZSbz 6. Maliyyə meneceri müavini - https://bit.ly/42T4vjI 7. Sürücü - https://lnkd.in/eY8UXCiG 8. Mühasib - https://lnkd.in/eDqRYVHz Kanal: https://t.me/LevelUptelegram

“Meetups by PASHA Bank” layihəsi çərçivəsində ən müasir istiqamətlərə və trendlərə dair məlumatları sizinlə bölüşməyə davam edirik. 26 may, saat 17:00-da baş tutacaq növbəti görüşümüzdə “Rəqəmlərin dizaynı” mövzusunu əhatə edəcəyik. Bu dəfə həmkarlarımız yaradıcı komandanın qurulması və işə inteqrasiyası, müvafiq komandalar arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də dizayn sahəsinin çağırışları və çətinlikləri kimi mühüm məqamları əhatə edərək öz təcrübələrini bölüşəcəklər. Qeyri-formal ab-havalı və interaktiv görüşdə fiziki iştirak üçün yerlər məhdud olduğundan, qeydiyyatdan keçməyə tələsin! Qeydiyyat üçün keçid: https://pshb.az/designmeetup Kanal: https://t.me/LevelUptelegram

Yenidən Tandemcilər Sizi sevindirir! 🫶 "Beynəlxalq Portec Assosiasiyası" və "Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində 120-dən artıq ölkədə tətbiq olunan “Beynəlxalq Portec Erkən Təhsil Proqramı” yenidən Azərbaycanda! 👏 ☝️“Portec Erkən Təhsil Proqramı” 0-7 yaşa qədər tipik və əlilliyi olan uşaqlar və onların ailələri üçün nəzərdə tutulmuş ailə-əsaslı erkən müdaxilə proqramı modelidir. 👉Xüsusən əlilliyi olan uşaqların və onların valideynlərinin inklüziv cəmiyyətə hazılanmasına fokuslanan Portec Proqramı çərçivəsində canlı praktiki təlim kecmiş mütəxəssislər əlilliyi olan uşaqların həyat bacarıqlarını inkişaf etdirmək üçün valideynlərə və uşağa qulluq edən digər şəxsləri maarifləndirir, bu istiqamətdə inkişaf proqramını hazırlamağa kömək edirlər. ☝️Təlimin başlanma tarixi: 20 May. 🤜Təlimin müddəti: 93 gün. Təlimin keçirilmə vaxtı iştirakçılar ilə uyğunlaşdırılacaq. 🫵Təlimin keçirildiyi ünvan: Tandem Ailəyə Dəstək Mərkəzi. 🫴Təlimin dili: Rus dili. Azərbaycan dilinə tərcumə ilə. 🤝Praktiki təlimdən sonra Siz: 👌Uşağın inkişafını asan və sürətlə dəyərləndirəcəksiz; 👌Uşağın inkişafı üçün effektli məşğələlər tətbiq edəcəksiz; 🤜 Və ən əsası 🤛 HƏR İŞTİRAKÇIYA AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ VƏ ADABTASİYA OLUNMUŞ "Portec Erkən Təhsil Proqramı” VERİLƏCƏK!!! 👏Təlimin sonunda hər iştirakçıya 2 sertifikat: Beynəlxalq Portec Assosiasiyasının və “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin sertifikatları təqdim olunacaq. ☝️Əgər Siz də professional mütəxəssis olmaq arzusundasınızsa, o zaman Sizə yaratdığımız bu şansı dəyərləndirin! 👉Ödənişlidir 👐Tələsin, təlimdə iştirak edənlərin sayı məhduddur! 🏡Bakıxanov qəsəbəsi, Sülh küçəsi 14T. (İcra Hakimiyyətinin yanı) 📩 Email: guvendayeshirketi@gmail.com 📞Tel:(051) 353 97 91 📞Tel:(070) 353 13 00

Karyerasını inkişaf etdirmək istəyənlər bu kanalı izləsin. Burada nələr tapa bilərsiz? - Karyera inkişafı ilə bağlı məsləhətlər - Peşəkarların rəyləri - Layihələr və elanlar ----- Alo Karyera: https://t.me/+SsGfx8a5T49jN2Uy

31 may - 2 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (TransLogistica Caspian) keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (#KOBİA) tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına sərgidə #KOB-ların məhsul və xidmətlərinin təqdim olunacağı xüsusi stend qurulacaq. Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar 19 may 2023-cü il tarixinə qədər Agentliyə müraciət edə bilərlər. Ətraflı: https://bit.ly/3BaPcHb Kanal: https://t.me/LevelUptelegram

Əziz Gənclər, "GUYS" İctimai Birliyi, nəzdində fəaliyyət göstərən "school"ların idarə heyətlərinə qəbul elan edir "School"lar: "Binary School" (IT) "Law School" (Hüquq) "Economics School" (İqtisadiyyat) "Data Search" (Data analitika) Əsas tələblər: – 17-24 yaş aralığında olmalı; – İşində yüksək motivasiyalı olmalı; – Təşəbbüskar və məsuliyyətli olmalı; – Komanda ilə işləmə bacarığı olmalı; – Gələcək karyera planlama istiqaməti seçdiyi schoolun istiqamətləri ilə üst-üstə düşməli. Şəxsi bacarıqlarınızı inkişaf etdirmək və eyni zamanda böyük komandamızın bir parçası olaraq təcrübə qazanmaq istəyirsinizsə, bizə qoşulun! Son müraciət tarixi: 23 may, saat 18:00 Hər bir "school" üçün ayrı-ayrı qeydiyyat linki mövcuddur. 1 gənc yalnız 1 "school"un idarə heyətində təmsil oluna bilər. Qeydiyyat üçün link: https://linktr.ee/guyspu Qeyd edək ki, "school"ların fəaliyyəti ödənişsiz əsaslarla həyata keçirilir. Kanal: https://t.me/LevelUptelegram

New UNEP Young Talent Pipeline, in partnership with UNV: applications now open Təşəbbüsün məqsədi iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və ətraf mühitin çirklənməsi kimi üçlü böhranın həlli üçün müxtəlif təcrübə və həll yollarını təşviq etməkdir. Hazırda 12 beynəlxalq BMT Könüllüsünün seçimi aparılır. “Gənc İstedadlar Bazası” vasitəsilə seçilmiş namizədlər öyrənmə və peşəkar inkişaf imkanları, eləcə də onlayn təhsil proqramlarından faydalana biləcəklər. Müraciət üçün son tarix: 15 may 2023 Ətraflı: https://www.unv.org/new-unep-young-talent-pipeline-partnership-unv-applications-now-open?fbclid=IwAR1nTAqumUCMGtH3OZ_mH5z__bArB4O7CXcpgGVuNqiOXfuICozk_ynPV2g Kanal: https://t.me/LevelUptelegram

Fərdiliyimizin müxtəlif aspektlərini ortaya çıxaracaq, "kölgən" ilə "barışıq vəziyyətdə" yaşamağın vacibliyini vurğulayacaq performans 🌒 Muzey Gecəsi çərçivəsində daxili harmoniyanın gücünü "Məhdudiyyətsiz qara" performansı ilə kəşf edəcəksiniz. Performansçı Alina Yusupova kinetik hərəkətlərlə kətan üzərində kömür vasitəsilə öz daxili dünyasını əks etdirən, azad ruhun rəmzi olan mandala naxışları yaradacaq. 🌓21:30 – 22:00 🌓YARAT Mərkəzi (1-ci mərtəbə) 🎫 Ödənişsiz bilet üçün: https://iticket.az/events/other/museum-night/92543 Kanal: https://t.me/LevelUptelegram