Level Up
Kanalga Telegram’da o‘tish
Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
Ko'proq ko'rsatish6 463
Obunachilar
-424 soatlar
-137 kunlar
-9630 kunlar
Postlar arxiv
6 464
“Parla” yay təcrübə proqramına qeydiyyatı açıq elan edirik!
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Proqram çərçivəsində yeni məzun və tələbələr aidiyyəti sahələr üzrə təcrübə keçərək korporativ iş mühiti ilə yaxından tanış olacaqlar.
Yay təcrübə proqramımız 3 ay davam edəcək və proqram çərçivəsində təcrübəçilər aylıq ödənişlə təmin olunacaqlar.
Ən əsası isə təcrübə proqramını uğurla bitirənlər karyeralarına “PAŞA Bank”da davam etmək imkanı əldə edəcəklər.
Qeydiyyat üçün son tarix: 21.04.2024
Parlaq gələcəyinizin uğurlu başlanğıcı üçün keçid edin: https://pshb.az/Parla
6 464
2024-cü il üçün Şəhla Qarayeva Təqaüd Proqramına Ərizə Qəbulu açıq elan edilir!
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Təhsil xərclərini qarşılamaqda çətinlik çəkirsənsə, biz bu yolda sənə dəstək olmaq üçün burdayıq!
Şərtlər isə çox sadədir:
Əgər, Azərbaycan vətəndaşısansa, aztəminatlı ailədə (məs.,Qarabag müharibəsindən zərər çəkmiş ailələr, tək-valideynli ailələr, ucqar ərazilarin sakinləri, sağlamlıq imkanlari məhdud olan və s.) təhsil alan qız övladısansa və təhsil haqqını ödəməkdə çətinlik çəkirsənsə, təqaüd proqramına müraciət edərək 800 ABŞ Dolları məbləğinə qədər təqaüddən yararlan, təhsilin yarımçıq qalmasın!
Qeyd: Yuxarı sinifdə oxuyan abituriyent şagirdlər də təqaüd proqramına müraciət edə bilər.
Xəyallarınızı gerçəkləşdirmək üçün bu fürsəti qaçırmayın.
Aşağıdakı link vasitəsilə indi müraciət edin və daha parlaq gələcəyə yol açın!
https://sgsp.info/teqaud
Son müraciət tarixi: 9 iyun,2024
6 464
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyat elan edir.
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.
Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. İsrailli mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə ödənişsiz formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.
Proqrama qəbul olunanlara “Technion” İnstitutunun akademik heyəti və tədris metodologiyasına əsasən dərslər keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər davam edəcək.
Proqram çərçivəsində 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə). Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion” Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.
Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://www.akm.az
Qeydiyyat üçün son tarix 5 may 2024-cü ildir.
Qeyd edək ki, “PASHA Holding” şirkətlər qrupunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən bu günə qədər 120 nəfər məzun olub. Onlar artıq həm dövlət qurumlarında, həm özəl sektorda çalışaraq mərkəzi uğurla təmsil edirlər. Hazırda isə seçilmiş digər 60 nəfərin tədrisi davam edir. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, məlumatlandırma, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı istiqamətində də təlimlər keçirilir
6 464
🟡Əziz sosial işçilər və Ubuntu məzunları!
Təlimlər tam ödənişsizdir.
❤️Ubuntu Sosial İş Assosiasiyası “Qruplarla Sosial İş Emalataxanası” təlimlər sessiyasının elanını sizinlə bölüşür!
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
♦️Təlimlər müddətində sosial işçilər türk mütəxəssislər tərəfindən aşağıdakı mövzular ətrafında bilik və bacarıqlarını artıracaqlar:
🔹Qruplarla sosial işi anlamaq;
🔹Qrup konsultasiyası;
🔹Qrupda fasilitasiya bacarıqları;
🔹Qrupla sosial iş zamanı mühüm olan nəzəriyyə və modeller;
🔹Qrupla iş zamanı etik prinsiplər;
🔹Qruplarla sosial işdə keys menecment və rol oyunları;
🔸Təlimlər Sinop Universitetindən sosial işçi Doç. Dr. Yunus Kara, sosial işçi Dr. Filiz Er və “Mor Çatı Kadın Sığınağı Vakfı” tərəfindən keçiriləcək.
🟥Sessiyaların sonunda iştirakçılardan bir nəfər qruplarla sosial iş sahəsində sosial işçi vəzifəsində işə götürüləcək.
🟢Təlimlərdə iştirak edə bilər:
Sosial işçilər;
Sosial iş tələbələri;
📌Qeyd: seçim zamanı sosial iş məzunlarına üstünlük veriləcəkdir.
⏳Müraciət üçün son tarix: 15 Aprel, saat 15:00.
💸Təlimlər tam ödənişsizdir.
Qeydiyyat linki https://forms.gle/9EqrCSXsSLCifWun7
6 464
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramına qəbul elan edir
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2024-cü ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün yay düşərgəsi və iş yerində təcrübə olmaqla iki hissədən ibarət Yay Təcrübə Proqramı təşkil edir.
Yay düşərgəsi 7 gün müddətində Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək. İş yerində təcrübə 8 həftə müddətində Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində keçiriləcək.
Yay Təcrübə Proqramının müddəti 28 iyun 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək davam edəcək.
Təcrübə proqramının üstünlükləri:
• Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək və dövlət vergi orqanlarının işi ilə tanış olmaq imkanı;
• İqtisadiyyat və vergi sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərdə iştirak imkanı;
• Təcrübə keçən tələbələrə proqramda iştirakla bağlı sertifikatın verilməsi;
• Təcrübə proqramını uğurla tamamlayan tələbələrin dövlət vergi orqanlarına daimi işə qəbulu üçün dəyərləndirilməsi.
Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər:
• Azərbaycan Respublikasının vətəndaşı olmalı;
• Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı;
• Cari tədris ilinin payız semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı olmalıdır.
Proqramda iştirak etmək üçün seçim mərhələləri:
• I mərhələ: Sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması.
• II mərhələ: Namizədlərin özünütəqdimat video çıxışlarının qiymətləndirilməsi.
• III mərhələ: Namizədlərin keys əsaslı qrup tapşırıqları üzrə qiymətləndirilməsi.
Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 1 aprel 2024-cü il saat 09:00-dan 30 aprel 2024-cü il saat 23:59-dək həyata keçiriləcək.
Müraciətlər göndərilərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı 2024” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.
Namizədin müraciəti tecrube@taxes.gov.az elektron poçt ünvanına daxil olduqdan sonra 10 iş günü ərzində yoxlanılacaq və müraciətin nəticəsi barədə onun elektron poçt ünvanına məlumat göndəriləcəkdir. Müəyyən edilən sənədlərdən hər hansı birini təqdim etməyən və ya elanda göstərilən tələblərə uyğun olmayan namizədlərin müraciətləri qəbul edilməyəcək. Müraciətlərin göndərilməsi zamanı hər hansı texniki problem yarandıqda namizədlər 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.
6 464
Hi guys, hurry apply now
Future Shapers is an annual program organized by PASHA Hub, which aims at spotting top talents among university students and fresh graduates as well as contributing to their development. This year, with a particular emphasis on digital skills, the program is set to commence on April 27th, where PASHA Group leaders will deliberate on the organization's vision, strategic streams, and career opportunities. Please note that this year the program will be dedicated to Data, İT and Digital roles.
Application Criteria:
- Students in Azerbaijan;
- Senior year Bachelor & current Master's and fresh graduates;
- High GPA;
- Tech background (education, courses, interships);
- Good English level;
- Related work experience is preferable.
LİNK - https://futureshapers.az/
Registration deadline: 19 April 2024
6 464
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 könüllülük proqramına müraciətlər rəsmi olaraq AÇIQDIR!
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Adrenalin vuran həyəcanların və unudulmaz təcrübələrin bir hissəsi olmaq şansınızı qaçırmayın! İndicə müraciət etmək üçün linkə daxil olun: https://volunteers.bakucitycircuit.com/#/login
6 464
⚜️ *Ödənişsiz oflayn vebinar*
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
“Tv informasiya proqramlarının özəllikləri” mövzusunda ödənişsiz seminar keçiriləcək 😍
Tv sahəsində çalışan, “Günə doğru” və “Diqqət efir” layihəsinin rəhbəri Ruslan Herayev öz bilik və təcrübələrini sizlərlə bölüşməyə gəlir✅
📆 14 aprel
⏰ 12:00
📍Azaro plaza, 3-cü mərtəbə (Nərimanov r., Təbriz 122 )
Qeydiyyat linki: https://forms.gle/kxiiGqVf3Qqa9c718
6 464
İsveçin gözəl şəhəri Stokholm da keçiriləcək gənclər mübadiləsinə dəvət edirik! 🤩
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Əgər sizdə 15-17 yaşlarındasınızsa və beynəlxalq təcrübə qazanmağa həvəslisinizsə müraciət etməyə tələsin.⏳
Qeyd edək ki, layihə 1-8 iyul tarixlərində İsveçin Stokholm şəhərində həyata keçiriləcək. Səyahət, yerləşmə, sığorta və planlaşdırılan fəaliyyətlər daxil olmaqla, bütün xərcləriniz qarşılanacaq.
📌Link: https://docs.google.com/forms/d/e/1FAIpQLScugXZ-unKGCxbfIAHkBx0ttn0Yj0jvi3TWFsLdWJ6BfLYXxg/viewform
6 464
Salam 8 aprel saat 18:30-da Tor tamaşasına ödənişsiz izləmək üçün linkə daxil olaraq qruıda ad soyadınızı qeyd edərsiniz zəhmət olmasa qrup linki: https://chat.whatsapp.com/CIrubofteO74pC44FUh6b6
6 464
Növbəti FemTalk @konulguliyevva ilə “İnnovativ ideyalar: Startaplar” mövzusunda həyata keçiriləcək! 🚀
Bu növ elanlar üçün qoşulun (LevEL UP Telegram) : https://t.me/LevelUptelegram
👩💻 Könül Quliyeva Safavy onlayn təhsil platformasının həmtəsisçisi və icraçı direktordur. Həmçinin, şəxsi inkişaf üzrə mentordur.
📆Tarix: 8 Aprel, 16:00
📍Məkan: UFAZ, Nizami küçəsi 183
Qeydiyyat linki: https://forms.gle/uffHVRdoMTtWaKxe8
FemTalk ödənişsizdir!
🧠 Könül Quliyeva ilə aşağıdakı suallara cavab tapacaqsınız!
✔Ölkəmizdə startapların hazırki, statusu nədir?
✔Mövcud problemləri necə həll edə bilərik?
✔Startapı qurarkən nəyə diqqət etməliyik?
✔İnnovativ ideya hansı sahələrdə tətbiq oluna bilər?
✔İnnovativ ideyanın startapda mövcud həllərinin hansı zəif nöqtələri var?
✔Potensial istifadəçilərin feedbackləri hansı təsirə malikdir?
💡 İnnovativ bir ideya ilə bir startap yaratmaq, müştəri tələblərini qarşılamaq üçün yaradıcı və effektiv həllər təklif etmək deməkdir.
#femtechaz #femtech #tech #startup #innovation #entrepreneur #idea #startap #innovativideya #career #development #education
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
