Level Up
Kanalga Telegram’da o‘tish
Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
Ko'proq ko'rsatish6 448
Obunachilar
-224 soatlar
-297 kunlar
-9530 kunlar
Postlar arxiv
6 448
*Amerika Birləşmiş Ştatlarında möhtəşəm bir yay tətilini keçirmək istərdinizmi❓*
Tələbə Liderləri üçün Birləşmiş Ştatlar İnstitutlarında (SUSI) 2024-cü ilin Yay Tədqiqatına müraciət açıqdır. Bu intensiv, qısamüddətli akademik proqram bakalavr təhsili alan tələbə liderləri qrupuna ABŞ haqqında daha dərin təəsürat verir və eyni zamanda onların liderlik bacarıqlarını artırır.
ℹ Daha ətraflı məlumat üçün:
https://az.usembassy.gov/susi-students/
🗓 Müraciət üçün son tarix: 19 noyabr 2023-cü il
🇺🇸🎓🇦🇿 🇺🇸🎓🇦🇿 🇺🇸🎓🇦🇿
Would you like to spend an impactful summer in the United States❓
The Summer 2024 Study of the U.S. Institutes (SUSIs) for Student Leaders application period is open. This is an intensive, short-term academic program that gives groups of undergraduate student leaders a deeper understanding of the United States while simultaneously enhancing their leadership skills.
ℹFor more information:
https://az.usembassy.gov/susi-students/
🗓 Deadline for applications: November 19, 2023
Kanal: https://t.me/LevelUptelegram
6 448
Yeni vakansiyalar:
1. Təcrübəçi - https://is.gd/YqPi5q
2. Operator - https://is.gd/3nseab
3. Korporativ katib - https://lnkd.in/egXPBwP8
4. MS proqramları üzrə təlimçi - https://is.gd/tzzxEc
5. Baş mühasib - https://is.gd/HIdNQL
6. Birbaşa marketinq meneceri - https://is.gd/bOW1gX
7. Satınalma üzrə mütəxəssis - https://is.gd/MCsSXn
8. PR üzrə menecer - https://is.gd/R2gAxA
9. Maliyyə nəzarəti üzrə mütəxəssis - https://is.gd/UxiXzU
10. Telemarketinq üzrə mütəxəssis - https://is.gd/0upy4O
Kanal: https://t.me/LevelUptelegram
6 448
“Gələcəyin dayanıqlılıq liderləri – 2024” birillik təlim proqramı
Birləşmiş Ərəb Əmirliklərinin “Əbu-Dabi gələcək enerji” şirkəti “Gələcəyin dayanıqlılıq liderləri – 2024” adlı birillik təlim proqramı elan edir.
Proqramın təşkil olunmasında məqsəd tələbə və gənc mütəxəssislərin dayanıqlı inkişaf liderləri olmaları üçün onlara sahə üzrə bilik və təlim kursları, həmçinin elmi təcrübələr təqdim etməklə həmin şəxslərin davamlılıq gündəliyinə nail olmaqda fəal iştiraklarına şərait yaratmaqdır.
Təlim proqramına müraciət üçün son tarix 19 noyabr 2023-cü ildir.
Proqram barədə ətraflı məlumat:
https://htp.edu.az/uploads/fileuploads/2023/10/300329e8cb97488483e79cb9567ac7e3.pdf
Kanal: https://t.me/LevelUptelegram
6 448
World Health Organization Free Online Courses with Free Certificates
Anyone from any part of the world can join these courses
For more info, visit: https://lnkd.in/d_Cvg6D
Kanal: https://t.me/LevelUptelegram
6 448
"Level Up"da paylaşılan elanlardan vaxtında xəbərdar olmaq üçün qrupumuza qoşula bilərsiniz: ⬇️
https://chat.whatsapp.com/JYexeZZ1rkvGmi47tlc5gx
Hansı elanlar paylaşılır?
-Layihələr
-Təcrübə proqramları
-Könüllülüklər
-Ödənişsiz eventlər
-Faydalı kurslar
və.s
6 448
Gənclər üçün natiqlik master-klası. 🗣️
*Master-klasın əsas mövzuları aşağıdakılardır:*
• düzgün ünsiyyətin qurulması;
• nitq boşluqlarının aşkar edilməsi;
• düzgün nəfəs texnikaları və ağız tənbəlliyi məşqləri;
• təsirli nitqin qurulması.
*Tarix:* 13 noyabr, saat 10:00-dan 12:30-a qədər.
*Son müraciət tarixi:* 12 noyabr, saat 16:00
*Qeydiyyat linki:* https://forms.gle/twYYP22Kgqq9vf777
Kanal: https://t.me/LevelUptelegram
6 448
Türkiyədə qısamüddətli könüllülük proqramı üçün 2 nəfər gənc axtarırıq. 🤩
Könüllülük müddəti 30 noyabr - 31 dekabr 2023-cü il aralıqlarını əhatə edəcək.
Ankara şəhərində baş tutacaq proqramda işləniləcək əsas mövzular rəqəmsallaşma, ətraf mühit və aktiv vətəndaşlıq olacaq.
📌Qeydiyyat üçün son tarix 15 noyabr, tələsin!
Qeydiyyat linki: https://forms.gle/TMXQ4UAjyVC983JU7
Kanal: https://t.me/LevelUptelegram
6 448
"Level Up"da paylaşılan elanlardan vaxtında xəbərdar olmaq üçün qrupumuza qoşula bilərsiniz: ⬇️
https://chat.whatsapp.com/JYexeZZ1rkvGmi47tlc5gx
Hansı elanlar paylaşılır?
-Layihələr
-Təcrübə proqramları
-Könüllülüklər
-Ödənişsiz eventlər
-Faydalı kurslar
və.s
6 448
Aqronomiya üzrə təcrübə proqramı
Şirkət: Agrico
Son tarix 06 dekabr 2023
“AGRİCO” MMC aqronomiya, kimya, biologiya, biotexnologiya və ekologiya üzrə təhsilini yeni başa vurmuş və bu sahə üzrə təcrübə qazanmaq istəyən gənclərimiz üçün əla fürsət təklif edir!
“AGRICO” MMC – Azərbaycanda 2016-cı ildən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən və sürətlə inkişaf edən şirkətdir. Hal-hazırda şirkət mineral gübrələrin, toxumların, bitki qoruma vasitələrinin (pestisidlərin), torpaq test avadanlıqlarının və torpaq analizlərinin ən böyük distribütorlarından biridir. Bütün sahələrdə olduğu kimi, bizim üçün də güclü mütəxəssislərin rolu əvəzsizdir. Cəmiyyətimizə faydalı olmaq üçün, komandamızda yerli və xarici aqronomlar çiyin-çiyinə çalışır və onların bilik və bacarıqlarını, təcrübələrini yeni nəsilə ötürməyi qarşımıza məqsəd qoymuşuq.
3 ay müddətində sahənin peşakarları ilə birgə çalışmaq, onların zəngin təcrübələrini öyrənməkdən daha yaxşı nə ola bilər?
Təcrübə proqramı ərzində nə əldə edəcəksiniz:
Yerli və xarici mütəxəssislərdən öyrənmək imkanı;
Aqronomiya sahəsi üzrə əvəzolunmaz praktiki biliklər və təcrübə;
Təhsil aldığınız dövrdə əldə etdiyiniz bilikləri tətbiq etmə imkanı;
Mövcud və yeni texnologiyaların tətbiqi ilə yaxından tanış olmaq.
Təcrübə proqramımız ödənişlidir.
Təcrübə proqramı müddətində fərqlənmiş iştirakçılara komandamızın daimi üzvü olmaq təklif olunacaq və Türkiyədə müvafiq sahə üzrə təlimdən faydalanmaq imkanı yaradılacaq.
İndi isə, istərdim sizinlə, proqramımıza qatılmaq üçün namizədlərə dair gözləntilərimizi bölüşüm:
Təhsil: Ali təhsil (aqronomiya, kimya, biologiya, biotexnologiya və ya ekologiya üzrə);
Dil bilikləri: İngilis dili (intermediate və üzəri).
Bu fürsətdən faydalanmaq istəyən gənclərimizdən hr@agrico.az elektron ünvanına mövzu hissəsinə “Təcrübə Proqramı” yazaraq öz CV-lərini göndərmələrini xahiş edirik.
Kanal: https://t.me/LevelUptelegram
6 448
Aqronomiya üzrə təcrübə proqramı
Şirkət: Agrico
Son tarix 06 dekabr 2023
“AGRİCO” MMC aqronomiya, kimya, biologiya, biotexnologiya və ekologiya üzrə təhsilini yeni başa vurmuş və bu sahə üzrə təcrübə qazanmaq istəyən gənclərimiz üçün əla fürsət təklif edir!
“AGRICO” MMC – Azərbaycanda 2016-cı ildən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən və sürətlə inkişaf edən şirkətdir. Hal-hazırda şirkət mineral gübrələrin, toxumların, bitki qoruma vasitələrinin (pestisidlərin), torpaq test avadanlıqlarının və torpaq analizlərinin ən böyük distribütorlarından biridir. Bütün sahələrdə olduğu kimi, bizim üçün də güclü mütəxəssislərin rolu əvəzsizdir. Cəmiyyətimizə faydalı olmaq üçün, komandamızda yerli və xarici aqronomlar çiyin-çiyinə çalışır və onların bilik və bacarıqlarını, təcrübələrini yeni nəsilə ötürməyi qarşımıza məqsəd qoymuşuq.
3 ay müddətində sahənin peşakarları ilə birgə çalışmaq, onların zəngin təcrübələrini öyrənməkdən daha yaxşı nə ola bilər?
Təcrübə proqramı ərzində nə əldə edəcəksiniz:
Yerli və xarici mütəxəssislərdən öyrənmək imkanı;
Aqronomiya sahəsi üzrə əvəzolunmaz praktiki biliklər və təcrübə;
Təhsil aldığınız dövrdə əldə etdiyiniz bilikləri tətbiq etmə imkanı;
Mövcud və yeni texnologiyaların tətbiqi ilə yaxından tanış olmaq.
Təcrübə proqramımız ödənişlidir.
Təcrübə proqramı müddətində fərqlənmiş iştirakçılara komandamızın daimi üzvü olmaq təklif olunacaq və Türkiyədə müvafiq sahə üzrə təlimdən faydalanmaq imkanı yaradılacaq.
İndi isə, istərdim sizinlə, proqramımıza qatılmaq üçün namizədlərə dair gözləntilərimizi bölüşüm:
Təhsil: Ali təhsil (aqronomiya, kimya, biologiya, biotexnologiya və ya ekologiya üzrə);
Dil bilikləri: İngilis dili (intermediate və üzəri).
Bu fürsətdən faydalanmaq istəyən gənclərimizdən hr@agrico.az elektron ünvanına mövzu hissəsinə “Təcrübə Proqramı” yazaraq öz CV-lərini göndərmələrini xahiş edirik.
6 448
14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır
Festival müddətində noyabrın 12-də saat 14:00 - da tanınmış kinorejissor Rza Mirkəriminin “Şərq rejissorunun özəlliyi” mövzusunda master -klası, noyabrın 14-də saat 16:00 -da qrafik dizayner Rəsul Həsənin “Kinoda süni intellect texnologiyasının tətbiqi” adlı müharizəsi baş tutacaq.
Festival qaliblərin mükafatlandırılma mərasimi noyabrın 15-də saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.
Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.
Proqram: https://filmfestival.az/proqram/
Kanal: https://t.me/LevelUptelegram
6 448
Gənclərlə iş üzrə mütəxəssislər üçün səriştə quruculuğu
YWN (Youth Workers Network) icma inkişafı (Community Development) sahəsində fəaliyyət göstərən gənclərlə iş üzrə mütəxəssislər üçün səriştə quruculuğu təlimləri elan edir!
Təlimin məqsədi bu sahədə fəaliyyət göstərən mütəxəssislərin bacarıqlarının artırılması, gənclərlə işdə professional və etik çərçivənin formalaşdırılması və bu sahədə faəliyyət göstərən mütəxəssislər arasında şəbəkələşməyə dəstək verməkdir.
Cari proqram icma inkişafı/quruculuğu sahəsində fəaliyyət göstərən və ya göstərməyə yeni başlayan şəxslər üçün nəzərdə tutulub.
Təlim tarixi və saatı:
18 noyabr, 16.30-20.00
19 noyabr, 14.00-18.00
25 noyabr, 16.30-20.00
26 noyabr, 14.00-18.00
Təlimlər əyani şəkildə İştirak Evində (Bakı şəhəri, Jalə Plaza) baş tutacaq.
İştirak ödənişsizdir.
Təəsüf hissi ilə bildirmək istərdik ki, regionlardan gələcək iştirakçılar üçün yol və qalma xərclərin qarşılanması layihə çərçivəsində nəzərdə tutulmayıb.
Müraciət üçün son tarix: 15 Noyabr 2023-cü il, saat 23:59:59.
Qeyd: "Youth Workers Network" üzvlüyü və cari təlim modulu üçün qəbullar fərqli müraciətlər əsasında aparılır. Bu formu doldurmaqla siz sadəcə təlim modulunda iştirak üçün müraciət etmiş olursunuz. Şəbəkəmizə qoşulmaq zəhmət olmasa üçün keçidə klikləyin.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfNtfsm069eLY7AbxRNQcANIsBOrcVEhUEqaP-StaADUPa8Jw/viewform?fbclid=IwAR1MsjDZ-z572QhAOuYDIvXLXLbxh1IIolKbsCfaq5RPw0jM8ia_NIsQTkY_aem_AbJmGUD70-w3iVTSZF8UGtQbQ4etQTvJwQNQJClVui9w3F0EglVwTbxtlkyvudCWDbr9LNG4Szh5yym6M_xoOzVl
Kanal: https://t.me/LevelUptelegram
6 448
Yeni vakansiyalar:
1. Ofis meneceri - https://is.gd/f5d2fb
2. Data analitik - https://is.gd/YQZh4h
3. Daxili audit bölməsinin mütəxəssisi - https://is.gd/Sut5Ws
4. Tibbi vasitələr şöbəsinin baş məsləhətçisi - https://is.gd/a345iq
5. Art direktor - https://is.gd/qOmNoE
6. Kredit üzrə kiçik mütəxəssis - https://is.gd/qQwiNj
7. Logistika şöbəsi üzrə operator - https://is.gd/8UPofs
8. Ödəniş üzrə mühasib - https://is.gd/f1iY0G
9. Müştəri xidmətləri təmsilçisi - https://is.gd/UMWGB3
10. Marketinq mütəxəssisi - https://is.gd/dW39F6
Kanal: https://t.me/LevelUptelegram
6 448
Əkinçi təşəbbüsü və Baku Community Space sizi mühazirədə iştirak etməyə dəvət edir!
📘Mövzu: Post-qəhrəman cəmiyyəti necə olur?
Dövrünün normalarına meydan oxuyan və onları dəyişdirən qeyri-adi insanlar, yaxşı və ya pis, dünya tarixi boyunca bəşəriyyətin xəritəsini çıxarmağa çalışanların diqqətini çəkir. Bu qeyri-adi insanlar bizə qəhrəmanlar formasında gəlib çatıblar. Lakin uzun müddətdir ki, tədqiqatçılar dünya ictimaiyyətinin "post-qəhrəman" dövrünə qədəm qoyduğunu iddia edir. Gəlin bu iddiaların nə dərəcədə real olduğunu birlikdə müzakirə edək.
🎙️ Spiker: Cavid Ağa, araşdırmaçı-yazar
Cavid filosof Artur Şopenhauerin "Eristik Dialektika — Mübahisə sənəti" kitabının tərcüməçisidir. Hazırda professor Jost Gippertlə birlikdə "Qafqaz Albaniyası əl kitabçası" və "Sinay Palimpsestləri" kitablarının Azərbaycan dilinə tərcüməsi ilə məşğuldur.
🗓️ Tarix və məkan: 16 noyabr 19:00, Baku Community Space.
Qapılar saat 18.30-dan etibarən hər kəs üçün açıqdır.
Kanal: https://t.me/LevelUptelegram
6 448
Alas Academy-nin həmtəsisçisi Nicat Zeynalovla Süni İntellekt mövzusunda “Açıq mənbəli ML layihələri” haqqında danışacağıq 🤩
Seminarda müzakirə olunacaq:
• Açıq Mənbəli layihələr dedikdə nə nəzərdə tutulur?
• Açıq Mənbəli layihələrin ML-in demokratikləşdirilməsindəki rolu.
• Açıq mənbəli layihələrin icma quruculuğuna təsiri.
• Açıq mənbəli layihələrdə qarşılaşdığımız çətinliklər
• Bacarıqların təkmilləşdirilməsi və portfolionun inkişafına faydaları.
• Bu layihələr sizin şəxsi brendinizi yaratmaq da faydalıdır mı?
Ünvan: Caspian Plaza, Lütfizadə Texnologiya Mərkəzi 18-ci mərtəbə (Marie Curie otağı)
Tarix və saat: 12 noyabr, 13.00
Qeydiyyat linki: https://forms.gle/LhLCFox1AtbutzKf9
Kanal: https://t.me/LevelUptelegram
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
