Level Up
Kanalga Telegram’da o‘tish
Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
Ko'proq ko'rsatish6 409
Obunachilar
-324 soatlar
-217 kunlar
-9430 kunlar
Postlar arxiv
6 408
Bəli, nəhayət ki, bizdə də #ödənişsiz #cv üçün platforma yaradıldı . 🤓 Sadəcə məlumatları yazırsınız və CV-nizi hazır şəkildə yükləyirsiniz. https://www.instagram.com/p/CVdpZ1bgbGh/?utm_medium=copy_link
6 408
Vəzifənin adı: İnsan resursları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• İşçilərin şəxsi işlərinin aparılmasını, insan resurslarının kadr kargüzarlığı və iş vaxtının uçotunun aparılmasının təşkilini və həyata keçirilməsini təmin etmək
• Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
• Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək ;
• Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək;
• Təşkilati struktur bölmələrinin struktur və ştat cədvəlləri üzrə təkliflər vermək, onların layihələrini hazırlamaq ;
• Əməkdaşların əmək müqavilələrini, onlara əlavə və dəyişiklikləri, işçilərin motivasiyası və intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə təkliflər hazırlayır, habelə sənədləşmə işlərini təşkil edir, eləcə də əmək müqaviləsi bildirişlərini Elektron Hökumət Portalında qeydiyyatdan keçirilməsinə nəzarət edir;
• Sənəd qovluqlarının, şəxsi işlərin düzgün formalaşdırılması, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərini müəyyən etmək;
Tələblər:
• Ali təhsil;
• İnsan resursları sahəsində 3-4 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək;
• İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmaq;
• 1C, MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
• Analitik düşünmə qabiliyyəti və idarəetmə bacarıqlarına malik olmaq;
• İnglis və Rus dili biliyi;
Maraqlanan namizədlərdən öz CV-lərini tarsa@tarsa.az poçt ünvanına, mövzu bölməsində İnsan resursları üzrə mütəxəssis yazmaqla göndərmələri xahiş olunur.
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
6 408
_〽️övzumuz_ *_geriyə dönüşün qəhramanlarından biri_*
*_Qonağımız_*: Şəhid Pərviz Məmmədovun anası
🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️
🧐 *_təlimimiz nə vaxtdır?_*
🗓️ _Tarix: *27.10.2021*_
🕰️ _Saat: *19:00*_
🎥 _Məkan:_*zoom_*
🚫 *Ödənişsiz*
📄 *Rəsmi sertifikatlı*
🪀 *_Təlim haqqında daha ətraflı məlumat əldə etmək və təlimdə iştirak etmək istəyirsinizsə, WhatsApp qrupumuza qoşula bilərsiz_*
https://chat.whatsapp.com/Dmdv281LkwoIBbqxvKioPd
6 408
Jodat language center rus dili müəllimi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
• Yaş: 23-40;
• Təhsil: Ali ( Pedaqoji ixtisasda oxuyanlara üstünlük veriləcək )
• Dil bacarıqları: Rus dili min C1-C2
• Müxtəlif yaş qruplu tələbələr ilə ünsiyyət və işləmə bacarığı;
• 1-3 il pedaqoji sahədə iş təcrübəsi;
• Kursun daxili qayda qanunlarına tam məsuliyyət ilə əməl etmək;
• Hər bir tələbəyə xüsusi yanaşma;
• Təlim prossesinə yaradıcı yanaşma
• Böyük qruplarla işləmək təcrübəsi
• İşə məsuliyyətli və həvəsli yanaşmalıdır
İş barədə:
• Dərslərin ənənəvi və online şəkildə tədrisi;
• Tələbələr ilə müxtəlif mövzulu speaking dərslərinin interaktiv şəkildə tədrisi;
• Tələbələrə fərdi və ya qrup şəklində dərslərin tədrisi;
• Maaş müsahibə əsnasında müzakirə olunur;
İş günləri və saatları: Həftənin 5 günü əyani və online olaraq 09:00-dan 21:00-a qədər sərbəst qrafik (namizəd ilə qarşılıqlı razılıq şəklində, hər iki tərəfə uygun formada müəyyənləşdiriləcək)
Tələblərə uyğun namizədlər CV-lərini jodatlanguagecenter@gmail.com e-mail ünvanına göndərə və ya +99470 230 92 54 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
6 408
*Azercell-də Təcrübə Keçmək İstəyənlərin Nəzərinə🔊*
Azercell-in İT Departamentinin komandası ilə birgə çalışaraq faydalı biliklər əldə etmək və praktiki bacarıqlara dərindən yiyələnmək istəyirsinizsə, İT Dəstək qrupu (Workspace Support) təcrübə proqramına müraciət edin!
Proqram çərçivəsində peşəkarlarla ünsiyyətdə olmaq, onların tövsiyələrini dinləmək karyerasını məhz bu sahə üzrə qurmaq istəyənlər üçün möhtəşəm fürsətdir.
Ətraflı məlumat və müraciət üçün: www.azercell.jobs
Kanal: https://t.me/LevelUptelegram
6 408
İdeyanız var və onun uğurlu bir biznesə çevrilə biləcəyinə inanırsız? 💡🤔
Bu fürsəti qaçırmayın!
ABB İnnovasiya Mərkəzinin 2-ci İnkubasiya Proqramına elə indi müraciət edin ➡
https://abbinnovation.az/az/apply
#ABBinnovation
Kanal: @https://t.me/LevelUptelegram
6 408
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 26-27 noyabr 2021-ci il tarixlərində “II Beynəlxalq Elm və Texnologiya” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransın məqsədi mühəndislik və onunla əlaqəli sahələrdə çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçilərini bir araya gətirmək, aparılan yeni araşdırmaları, düşüncələri bölüşmək, universitet-dövlət-özəl sektor əməkdaşlıqlarını artırmaq, həmçinin rast gəlinən problemlərə birgə həll yolu tapmaqdır.
Beynəlxalq tədbir Təbiət elmləri, Kompüter elmləri və informasiya texnologiyaları, Kimya mühəndisliyi, Təbiət elmləri və mühəndisliyin inteqrasiyası, Mexanika və maşın mühəndisliyi, Proseslərin avtomatlaşdırılması və elektroenergetika mühəndisliyi, Ətraf mühit və ətraf mühitin mühafizəsi, Memarlıq və inşaat, Logistika və nəqliyyat, Sənaye mühəndisliyi seksiyaları üzrə təşkil olunacaq.
Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis və rus dillərində aparılacaq.
Ali təhsil müəssisələrinin elmi işçiləri və müəllimləri, mühəndis və texniki elmlər sahəsində mütəxəssislər, doktorantlar, aspirantlar və elmi işçilər konfransa qoşulmaqla öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək imkanı qazanacaqlar.
15 noyabr 2021-ci il materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir.
Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcək.
Konfransla bağlı daha ətraflı məlumatı https://beu.edu.az/az/announcement/bmu-da-ii-beynelxalq-elm-ve-texnologiya-adli-elmi-praktiki-konfrans-kecirilecek-157 linkinə daxil olaraq əldə etmək mümkündür.
Kanal: @https://t.me/LevelUptelegram
6 408
LEGEND TEAM yeni görüşləri ilə qarşınızdadır😉
📢 Əziz gənclər , hər birinizi @legend_team.az təşkilatçılığı ilə keçiriləcək görüşə dəvət edirik ! 🙋🏻♀️🙋🏻♂️
☆ Qonağımız: Aktyor Kamil Nazim
📆 Tarix : 21.10.2021
⏰ Saat : 21:00
📱 Məkan : Zoom
https://chat.whatsapp.com/ErauJKkhFef8dR8XJz9LOv
⚫ Ödənişsiz
⚪ Rəsmi sertifikatlı
6 408
*İngilis🇬🇧dili biliyinə güvənənlər burdadımı?🤗☺*
O zaman sizin üçün möhtəşəm Yarış🤩 var.
*DREAM ACADEMY MMC*-nin nəzdində fəaliyyət göstərən *NARGİZ DEVELOPMENT CENTER TEAM🎓* sizə
_*Mixed Tests📒*_ adlı yarışı sizlərə təqdim edir☺.
Yarışımız nə vaxtdı?🤔
📆Tarix: 22.10.2021
⏰Saat: 20:00
*Ödənişiz💳*
*Rəsmi Sertifikatlı✅📃*
_*Qrupa qoşulmaq üçün Whatsapp linki😊⤵️*_
https://chat.whatsapp.com/IBGGQ40anwM4W5972Wujr1
6 408
#işvar #isvar SMM mütəxəssis axtarılır. İş saatı: 9:00-18:00 (Bazar ertəsi-Cümə) Əmək haqqı: 600-700 AZN Əsas müştərilərinin biri Rusiya əsaslı şirkət olacağı üçün rus dili bilməyi vacibdir. Reklam yerləşdirməyi və tarqetinqi yaxşı bilməlidir. CV və portfoliolarınızı office@synergy.az adresinə göndərə bilərsiniz.
6 408
Avropada könüllülük proqramı (Poland)
Location: Kielce, Poland
Project name: New ESC project from RCW
Hosting organization: Regional Volunteering Center
Sending organization: “Common Sense” Youth Organization
Number of volunteers: 1 volunteer between 18-30 years old (Only Azerbaijani citizenship)
Project period – 01/11/2021 to 31/08/2022 (10 months)
Deadline: No Application Deadline
https://csyo-az.org/2021/10/16/esc1510/
Kanal: https://t.me/LevelUptelegram
6 408
Dəyərli Gənclər,
Könüllü Gənclər Birliyi Avropa İttifaqının ‘Stabillik və Sülhə Yardım’ (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində həyata keçirilən “Xalqların Birgəyaşayış İmkanları” Simulyasiya Oyunu layihəsinin birinci mərhələsi üçün iştirakçı qəbulunu açıq elan edir. Simulyasiya oyunu real həyat vəziyyətini təqlid edən, potensial nəticələri yansıtan kompleks qeyri-formal təlim metodudur.
Layihənin ilk mərhələsində seçilmiş gənclər beynəlxalq tərəfdaşımız olan CRISP təşkilatının təlimləri və mentorluğu ilə Birgəyaşayış mövzusunda Simulyasiya oyunu hazırlayacaq və ikinci hissədə (növbəti mart ayında) həmin simulyasiya oyunu geniş auditoriya tərəfindən oynanılacaq.
Layihə hibrid formada (onlayn və oflayn olmaqla) keçiriləcək.
Birinci hissədə iştirak üçün şərtlər:
+ 18-30 yaşında olmaq
+ Qeyri-formal təhsil sahəsində təcrübənin olması
+ Layihənin bütün hissələrində iştirak etmək üçün vaxt uyğunluğu
+ Yüksək motivasiya
+ Sülh, münaqişələrin transformasiyası, inklüzivlik və bərabərlik mövzularına maraqlı olmaq
Seçim zamanı iştirakçılar arasında gender balansı qorunacaq və məcburi köçkün və qaçqın iştirakçıların iştirakı xüsusilə nəzərə alınacaq.
Qeydiyyat Linki: https://bit.ly/vyacoexist
Son müraciət tarixi: 05.11.2021
Yalnız seçilmiş iştirakçılarla müsahibə üçün əlaqə saxlanılacaq.
6 408
Sosial tədqiqatçı olmaq istəyən gənclərin nəzərinə!
📣📣📣
Demokratik Təşəbbüslər İnstitutu gənc sosial tədqiqatçılar yetişdirmək, onların tədqiqat bacarıqlarını artırmaq üçün təlimə çağırış elan etməkdən məmnunluq duyur.
⏳ Son müraciət tarixi: 28 Oktyabr 2021
Yaş həddi: 18-30 yaş aralığı
📋📝 Əlavə məlumat və müraciət etmək üçün aşağıdakı linkə keçid edin:
https://forms.gle/eFThqqeixTXg7uiy8
Kanal: https://t.me/LevelUptelegram
6 408
Salam, dəyərli üzvlərimiz. *"Xaricdə bir gün"* layihəmizin növbəti olacaq təlimi ilə qarşınızdayıq.
★Təlimçi : Layihəmizin növbəti qonağı *Nahidə Heydərova* olacaq.
*Logistik menecment*
Tarix: 22.10.2021
Saat: 17:00
★Ödənişsiz, rəsmi sertifikatlı
★Mövzu: *Litvada həyat*
Xaricdə təhsil almaq istəyənlər, dünyanı gəzmək istəyənlər, təhsil və təqaüd proqramları ilə maraqlananlar bu layihəni ýaxından izləyə bilərlər. Qarşıda müxtəlif mövzularda sürprizlərimiz davam edəcək.
Təlimdə iştirak etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://chat.whatsapp.com/EEMq5pmcyHK3L3jTHvgBO0
Kanal: https://t.me/LevelUptelegram
6 408
🤩🤩🤩 Gənclər üçün əla xəbərimiz var. Cəmiyyətimizdə sülhün bərqərar olması üçün nəsə etmək istəyirsən? Onda sülh üçün bizə qoşul!
Avropa Şurasının 30 oktyabr - 03 Noyabr 2021 tarixlərində Yerli Sülh Düşərgəsi Bakı 2021-də iştirak etmək üçün
📌📌📌Muraciət linki: https://bit.ly/2WY9tPQ
✅✅✅Müraciət üçün son tarix: 24.10.2021
🔖🔖🔖Təlim boyu qidalanma və regionlardan olan şəxslərin yalnız nəqliyyat xərcləri tam şəkildə qarşılanır.
❓❓❓ Əlavə məlumat üçün bu email ünvanı ilə əlaqə saxlayın: localpeacecampbaku@gmail.com
Kanal: https://t.me/LevelUptelegram
6 408
#təcrübəproqramı Bakı, Gəncə, Mingəçevir, Bərdə şəhərlərində yaşayan şəxslərin nəzərinə! Atəşgah Sığorta Təcrübə proqramı elan edib.
Sığortalı Azərbaycan xəbər verir ki, Atəşgah Sığorta təcrübə proqramı-na start verir.
Uğurlu karyera qurmaq, peşəkar iş mühitində çalışmaq və sığorta sahəsində real iş imkanına malik olmaq istəyirsinizsə, o zaman biz sizi “Atəşgah Sığorta” Şirkəti ailəsinə qoşulmağa dəvət edirik.
Atəşgah Sığorta Təcrübə proqramı
Proqramın sonunda Fəxri Fərman və uğurlu göstəriciləri olan şəxslərə iş təklifi veriləcək.
İş təcrübəsi və Ali təhsil tələb olunmur. Tələbələr, sahibkarlar, əlavə iş axtaranlarda müraciət edə bilər.
Siz burada nə əldə edəcəksiniz:
– Biznes əlaqələr və biznesin idarə edilməsi;
– Risklərin idarə edilməsi;
– Sığorta fəaliyyətinin əsasları;
– Natiqlik və təqdimat bacarıqları;
– Kommunikasiya bacarıqları;
– Təlimlər;
– İşlə təmin olunma imkanı.
Qeyd edək ki, Proqramda iştirak etmək istəyənlər öz CV-lərini müvafiq olaraq hər şərhərə uyğun “Baki, Gəncə, Mingəçevir ve ya Bərdə şəhərində təcrübə proqramı” kimi qeyd edərək recruiting@ateshgah.com ünvanına göndərə bilərlər.
Kanal: https://t.me/LevelUptelegram
6 408
Salam, dəyərli üzvlərimiz. *"Xaricdə bir gün"* layihəmizin növbəti olacaq təlimi ilə qarşınızdayıq.
★Təlimçi : Layihəmizin üçüncü qonağı *Lala Alakbar* olacaq.
Tarix: 16.10.2021
Saat: 18:00
★Ödənişsiz, rəsmi sertifikatlı
★Mövzu: *Chevening təqaüdü*
Xaricdə təhsil almaq istəyənlər, xaricdə təqaüd proqramı ilə maraqlananlar bu layihəni yaxından izləyə bilərlər.
Təlimdə iştirak etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://chat.whatsapp.com/Lwfg8rnN85q4wOfOMJRj01
6 408
Əziz Gənclər!
"Azərbaycan Gəncliyinə Dəstək" Platforması könüllülük proqramını açıq elan edir.
Könüllülük proqramına müraciət etmək üçün tələb olunan meyarlar:
- Aktiv və məsuliyyətli olmalı;
- 14-29 yaş aralığında olmalı;
- İşində yüksək motivasiyalı olmalı;
- Komanda ilə işləmə bacarığı olmalı;
Bacarıqlarını daha da təkmilləşdirmək, asudə vaxtını səmərəli dəyərləndirmək, təcrübə qazanmaq istəyən bütün gəncləri proqrama qoşulmağa dəvət edirik!
Qeyd: Proqram ödənişsiz əsaslarla təşkil ediləcək.
Könüllü fəaliyyətini bitirənlərə rəsmi sertifikat təqdim olunacaq.
Qeydiyyat linki:https://bit.ly/3hOTcUD
6 408
Simurq Təhsin Fondu və Addım.at'ın birgə layihəsi “Kreşendo-Simurq” layihəsi “Addım.at” şəxsi-inkişaf platforması və “İş marafonu” karyera planlaşdırılması proqramından yararlanmaq istəyən Aprel döyüşləri, Tovuz döyüşləri və II Qarabağ müharibəsi zaman şəhid və ya qazi olan şəxslərin 16-30 yaş aralığındakı övladları, bacı-qardaşları və digər I dərəcəli ailə üzvlərinin qəbulunu açıq elan edir!
Qeyd edək ki, yalnız 100 nəfərin iştirak haqqı qazanacağı layihə aşağıdakı mərhələlərdən ibarət olacaqdır:
I.“Kreşendo” şəxsi-inkişaf proqramı:
-Layihənin əvvəlində iştirakçılar 100 günün sonunda əldə etmək istədikləri hədəfləri müəyyənləşdirirlər (mentorun köməyi ilə);
-Hədəflərə çatmaq üçün gündəlik izləyəcəkləri fəaliyyət planı hazırlayırlar;
-Hər iştirakçının həftəlik görüşlərə qatıldığı fərdi mentoru var;
-İştirakçılar hədəflərinə çatmaq üçün istifadə edəcəkləri alətlərdən bəhs edən həftəlik məktublar alırlar;
-Bu müddət ərzində hər bir iştirakçının öz naliyyət və çətinliklərini paylaşa biləcəyi ümumi sosial media qrupu, həmçinin rəsmi hesabat cədvəli istifadə olunur;
-Porqramın effektivliyinin artırılması üçün hər həftə müxtəlif təlimlər, qrup işləri, səfərlər və s. təşkil olunur.
II. “İş marafonu” karyera planlaşdırılması proqramı - “Düzgün CV hazırlanması”, “Müsahibəyə düzgün hazırlıq”, “Motivasiya məktubunun yazılması”, “E-məktubların yazılması”, “Ünsiyyət bacarıqları”, “Əmək bazarının tələbləri” mövzularında təlimlər, həmçinin karyera məsləhətçiləri tərəfindən fərdi konsultasiyaların həyata keçirilməsindən ibarətdir.
Layihənin bütün mərhələləri onlayn şəkildə həyata keçiriləcəyi üçün ölkənin istənilən bölgəsindən şəxslərin müraciəti qəbul edilir.
Müraciət üçün aşağıdakı qeydiyyat formasını doldurub təqdim etməniz kifayətdir:
https://forms.gle/RbWnuhjTBDCnakaT9
Son müraciət tarixi: 25 oktaybr
