3 460
Obunachilar
-424 soatlar
-507 kunlar
-21330 kunlar
Postlar arxiv
3 460
"Darıxdım" deyirsan, yalandır vallah,
Həsrətin libası əyninə boldur.
Darıxsan gələrdin ,imkansız nə var?
Bircə ürəyindir, bir də ki yoldur.
Sevsəydin neylərdi o qürur sənə?
Darıxan ayaqlar yolları bükər.
Nağıla uyacaq yaşımız deyil ,
Doğrular önündə yalan diz çökər.
Söndürdüm qəlbimin odun , alovun ,
İnan ki,kimsəyə yanmaz ürəyim.
Bir halda "darıxdım "deyirsən indi,
Darıxma ,darıxma ...daha nə deyim?...
3 460
Məqsədin nə idi bilə bilmədim,
Elə bil gəlmişdin yıxıb gedəsən.
Günahkar deyiləm bu ayrılıqda,
Sən özün istədin çıxıb gedəsən.
3 460
Ürəyini dərddən,qəmdən yoğurub,
Üzünə təbəssüm gülləri atdı.
Gördü daşıyan yox dünyanın yükün,
Tanrı var gücüylə Qadın yaratdı!🤍
3 460
Ürəyini dərddən,qəmdən yoğurub,
Üzünə təbəssüm gülləri atdı.
Gördü daşıyan yox dünyanın yükün,
Tanrı var gücüylə Qadın yaratdı!🤍
3 460
Ömür baharından gəlib keçmişik,
Vüsalın zəhərin dadıb içmişik.
Ayrı bir taleyi biz ki seçmişik,
İndi ki,belədir gəl unut məni...
3 460
Ömür baharından gəlib keçmişik,
Vüsalın zəhərin dadıb içmişik.
Ayrı bir taleyi bizki seçmişik,
İndi ki,belədir,gək unut məni...
3 460
Səni sənsizlikdə yaşatmaq da var,
Səni sən var ikən unutmaq da var.
Bu dünya o qədər zalım yerdir ki,
Sevərkən qismətdə ayrılmaq da var...
3 460
Kimdir bu qız, gözləri yaşlı?
Əlləri nə yaman soyuyub belə?
Qəlbimi göynədir donuq baxışı,
Gözləri nə üçün quruyub belə?
Bu qızın dərdini bilən varmıdır?
Saçında görünən ağ dən qarmıdır?
Onu solduran görən yarmıdır?
Çiçəyi nə yaman quruyub belə?
Nə üçün dolub çılğın gözləri?
Həmişəmi qəmlidir onun sözləri?
Üzündən görünür kədər izləri,
Gözləri nə qədər ağlayıb belə?
Əllərim gözlərini silə bilərmi?
Çəkdiyini qəlbim bilə bilərmi?
Yenidən birisin sevə bilərmi?
Nə üçün qəlbini bağlıyıb belə?
3 460
Bəlkə,bir də görüşmədik,
Doyunca bax gözlərimə.
Bir də nə vaxt yolun düşər,
Şeirimə,sözlərimə...
3 460
Kim bilir hardasan,kimləsən indi,
Gör nəyi atmısan,nəyi seçmisən.
Bəlkədə mən səni fikirləşəndə,
Sən mənim yanımdan ötüb keçmisən...
3 460
Kim bilir hardasan,kimləsən indi,
Gör nəyi atmısan,nəyi seçmisən.
Bəlkədə mən səni fikirləşəndə,
Sən mənim yanımdan ötüb keçmisən...
3 460
Səndə istək görməmişəm,
Arzuları bölməmişəm.
Nə qədər ki,ölməmişəm,
Halallaşaq; adam kimi sağollaşaq❤️
Üzün gülər dərd bitəndə,
Harayını yar biləndə.
Gəl son dəfə eyni tində,
Vidalaşaq; adam kimi sağollaşaq🕯
Məndən küsüb,incisəndə,
Ölüb-ölüb dirilsəndə,
Lap barışmaq istəsəndə,
Uzaqlaşaq; adam kimi sağollaşaq🖤🫀
3 460
Arası kəsilir darıxmaqların,
Səni düşünməyə vaxtım azalır.
Dönüb ürəyimə boylandım indi,
Hissim də,hirsim də baxdım azalıb🌟👁❤️🪦
