cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

Ko'proq ko'rsatish
Reklama postlari
916
Obunachilar
+124 soatlar
-37 kunlar
-3730 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

🔰Qeybəti dinləmək ➖Müsəlman şəxs müsəlmanın qeybtinə qulaq asmamalı,qeybəti olunan şəxsi müdafiə etməlidir.Hədisdə bildirilir ki,hər kəs qeybəti eşidib sussa danışanın günahına şərikdir. ➖Peyğəmbər (s) buyurur: "Bir şəxs qeybəti eşidib onu rədd etsə,Allah bu şəxsin qarşısında dünya və axirətin min şər qapısını bağlayar.Qeybəti eşidən susub dinləməkdə davam edərsə,danışanın günahı ona da yazılar.Qeybəti olunan şəxsi müdafiə etmək imakanı olduğu halda bu işdən çəkinən dünya və axirətdə zəlil olar. Rəvayətlərdə qeybət küfr,qeybəti dinləmək və ona razı olmaq şirk sayılmışdır. ➖"İsra" surəsinin 36-cı ayəsində oxuyuruq: "Qiyamət günü insanın qulağı,gözü və qəlbi sorğuya çəkilər." Bəli,haqqımız yoxdur ki,hər sözü dinləyək. 🔰Bildirişlər 1⃣İman insan üçün məsuliyyətlər yaradır.İmanlı insan bəzi əməllərdən çəkinməlidir.(İman bədgümanlıqla,insanlarda eyb axtarmaq,onların qeybətini etməklə bir araya sığmır.) 2⃣Qəti günahlardan uzaqlıq üçün ehtimal olunan günahlardan çəkinməliyik.(Bəzi gümanlar günah olduğundan bir çox günahlardan uzaq olmaq lazımdır.) 3⃣İslamda etimad,insanların kəramətli sayılması və onların müdafiəsinə önəm verilmişdir. 4⃣Qeybətin qarşısını almaq üçün qeybətə yol açan şəraitlər aradan qaldırılmalıdır.(Qeybət yolunda öncə bədgümanlıq,sonra başqalarında eyb axtarmaq xasiyyəti gəlir.Quran da eyni ardıcıllıqla qadağa qoyur.) 5⃣Günah zahirən şirin olsa da,mahiyyətcə mənfurdur.(Qeybətin mahiyyəti ölü əti yeməkdən ibarətdir.Heç bir günah haqqında belə sözlər işlədilməmişdir.) 6⃣Misallardan istifadə təbliğ və tərbiyə üsullarındandır. 7⃣İnsanları pis işlərdən çəkindirərkən onları duyğulandıran təbirlərdən istifadə edək. 8⃣İstənilən yaşda,istənilən irqdə və istənilən məqamda olanların qeybəti haramdır.("Əhədukum" təbirindən aydın olur ki,o sahədə nə yaş,nə ad-san,nə elm,nə də cins rol oynayır) 9⃣İmanlı insanlar bir-birlərinə qardaşdırlar və onların qanı birdir. 🔟Ölü özünü müdafiə edə bilmədiyi kimi qeybəti olunan şəxs də orada olmadığından müdafiə imkanına malik deyil. 1⃣1⃣Əgər diri insanın bədənindən bir parça ayrılarsa,onun yenidən bərpa olması mümkündür.Əgər ölünün bədənindən bir parça ət qoparılsa onu bərpa etmək mümkünsüzdür.Qeybət insanları hörmətdən salmaqdır və bu hörməti geri qaytarmaq çətindir. 1⃣2⃣Qeybət bir növ yırtıcılıqdır. 1⃣3⃣Qeybət təqva ilə bir araya sığmır. 1⃣4⃣Təqva insanı tövbəyə sövq edir. 1⃣5⃣İslamda çıxılmaz vəzyət yoxdur.İnsan tövbə etməklə keçmiş günahlarını aradan qaldıra bilər. 1⃣6⃣Allah öz mərhəməti ilə üzürləri qəbul edir. 1⃣7⃣Allahın tövbələri qəbul etməsi onun mərhəmətini göstərir. T.me/muqeddes_kelam
Hammasini ko'rsatish...
Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

👍 1
🔰Qeybət günahının yuyulması ➖Əgər qeybəti olunan şəxs dünyasını dəyişmişsə,onun qeybətini edən insan tövbə qılmalı,Allah dərgahından bağışlanma diləməlidir. ➖Əlbəttə ki,Allah tövbələri qəbul edəndir.Amma qeybəti olunan şəxs sağdırsa,narahat olmayacağı təqdirdə ondan halallıq alınmalıdır. ➖Bəzi təqlid mərcələrinin nəzərincə,əgər həmin şəxs məsələdən xəbər tutduqda narahat olacaqsa,sadəcə tövbə qılmaq və qeybətin əvəzi olaraq həmin şəxs haqqında yaxşı sözlər danışmaq lazımdır. ➖Şeyx Tusi "Təcrid" kitabının şərhində Peyğəmbərdən (s) nəql olunmuş bir hədisə əsasən buyurur: "Əgər qeybəti olunan şəxs qeybəti eşitmişsə,onun yanına gedib üzürxahlıq etməliyik.Əgər qeybətdən xəbərsizsə onun üçün bağışlanma diləmək lazımdır." 🔰Qeybətə icazə verilən hallar ➖Bəzən qeybətə icazə verilir.Bir neçə halı yada salaq: 1⃣Mühüm işlərdə məsləhət zamanı bir şəxs haqqında məsləhət istəyənə həmin şəxsin eyblərini demək olar. 2⃣Batil əqidədə olan insanların büdrəmələrini demək olar.Burada məqsəd başqalarının da həmin azğınlığa düçar olmamasıdır. 3⃣Məhkəmədə şahidlik zamanı həqiqəti demək olar. 4⃣Məzlumiyyətin izharı üçün zalımın zülmünü demək olar. 5⃣Utanıb-çəkinmədən,aşkar günah edənlərin qeybəti caizdir. 6⃣Puç iddiaların rəddi üçün qeybət etmək olar.Məsələn,bəziləri özünü müctəhid,doktor,seyid kimi təqdim edir.Biz isə bilirik ki,həmin adamlarda bu sifətlər yoxdur.Belələri haqqında insanlara agahlıq vermək olar. T.me/muqeddes_kelam
Hammasini ko'rsatish...
Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

👍 1
🔰Qeybət nədir? ➖Qeybət odur ki,bir şəxs o birinin haqqında xalqın bilmədiyi eybləri açıqlasın. ➖Əgər deyilən söz qarşı tərəfi narahat edirsə,bu sözlərin arxada danışılması qeybətdir. 📌Allahın Rəsulu (s) buyurur: "Ölülərdən əl çəkin,onların pisliklərini dilə gətirməyin.Bir şəxs dünyasını dəyişəndən sonra onun yaxşılıqlarından danışın." 📌İmam Sadiq (ə ) buyurur: "Qeybət edən şəxs tövbə qılarsa,behiştə sonuncu daxil olur.Yox əgər tövbə etməsə cəhənnəmə ilkin daxil olan şəxs odur." 📌İmam Rza (ə ) imam Səccaddan (s) belə nəql edir: "Hər kəs müsəlmanları hörmətdən salmaqdan çəkinsə,Allah qiyamət günü onun büdrəmələrini görməməzliyə vurar." 📌Əziz Peyğəmbər (s) buyurur: "Qeybət edən kişi və ya qadının namaz və orucu qırx gün qəbul olmaz." 📌Əziz Peyğəmbər (s) buyurur: "Qiyamətdə əməlnaməsi insanın əlinə veriləndə bəziləri deyər ki,nə üçün bizim yaxşı əməllərimiz qeydə alınmayıb?Onlara cavab verilər ki,Allah sizin yaxşı əməllərinizi nə əskildib,nə də yaddan çıxarıb;etdiyiniz qeybətlər yaxşı əməllərinizi məhv edib." ➖Əksinə,bəziləri öz əməl namələrində xeyir işləri çox görüb,düşünərlər ki,onların naməsi səhv düşüb. ➖Onlara deyilər: "Başqaları sizin qeybətinizi etdiyindən onların yaxşı əməlləri sizin üçün qeydə alınıb." 📌Həzrət Peyğəmbər (s) Məkkəyə sonuncu səfərində buyurdu: "Müsəlmanın qanı,malı,şəxsiyyəti möhtərəmdir.Necə ki,zilhiccə ayı,həcc günləri möhtərəmdir!" ➖Rəvayətlərdə qeybət edənin adı şərab içənin adı ilə yanaşı çəkilir.Qeybət edən,şərab içən şəxs behiştdən məhrumdur. ➖Rəvayətlərə əsasən,din qardaşının qeybətini edən insanın pis işlərini Allah aşkarlayır. 📌Peyğəmbər (s) buyurmuşdur: "Bir dirhəm sələm 36 zinadan pisdir.Ən böyük riba isə müsəlmanların şəxsiyyəti ilə müamilədir." ➖Hədisdə bildirilir ki,məsciddə cəmiyyət namazının intizarı ilə əyləşmək ibadətdir.Bir şərtlə ki,həmin şəxs qeybətə yol verməsin. 📌Peyğəmbər (s) Mədinədəki son xütbəsində buyurmuşdur:"Qeybət edənin orucu qəbul deyil." T.me/muqeddes_kelam
Hammasini ko'rsatish...
Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

👍 1
🔰Bədgümanlığın növləri ➖Bədgümanlığın (sui-zənnin) bir çox növləri var.Onlardan bəziləri bəyənilir,bəziləri yox. Məzəmmət olunan bədgümanlıqları nəzərdən keçirək: 1⃣Allaha münasibətdə bədgümanlıq;hədisdə bildirilir ki,dolanışıq xərclərini ödəyə bilməyəcəyindən evlənməyən insan əslində Allaha münasibətdə bədgümandır.Ona elə gəlir ki,tək adama ruzi verən Allah,iki nəfərə ruzi verməyə qadir deyil.Bu sayağı bədgümanlıq məzəmmət olunur. 2⃣Xalqa münasibətdə bədgümanlıq;hazırkı ayədə belə bir xasiyyət qınanır... ➖Amma bəyənilən bədgümanlıqlar da var.Məsələn,əgər təriflənən insan özünə münasibətdə bədgüman olursa,bu yaxşı haldır. ➖Bəli,insan özünü bəyənməməli,gördüyü işləri dəyərsiz saymalıdır. ➖Həzrət Əli (ə) xütbələrindən birində təqvalıların sifətlərini sadalayarkən buyurur: ➖“Təqvalı insanların kamilliklərindən biri budur ki,özlərinə münasibətdə bədgüman olsunlar.” ➖Bəli,özünü bəyənən insanlar əslində elm və iman nurundan məhrumdurlar.Zəif nurla insan həqiqətləri görə bilməz. ➖Əgər böyük bir salona kiçik çıraqla daxil olsanız oradakı böyük əşyalardan savayı heç bir əşyanı görə bilməzsiniz.Amma əlinizdə güclü bir işıq olarsa,otaqdakı kibrit çöpləri də görünər. ➖İman nuru zəif olan insanlar yalnız böyük günahları fərqləndirə bilirlər.Ona görə də bəzən deyirlər ki,bizim nə günahımız var,kimi öldürmüşük,kimin evini yıxmışıq?!Onlar yalnız adam öldürməyi,ev yıxmağı günah sayırlar.Amma belələrinin iman nuru güclü olarsa ən kiçik büdrəmələrini də görər,tövbə qılarlar. ➖Özünə münasibətdə xoşgüman olan,özündən razı insan heç vaxt inkişaf edə bilməz.Belələri daim arxada qalmış keçilən yollara baxır.Onlar arxaya baxıb qürrələnir,qarşıdakı çətinliklərdən xəbərsiz qalır.Bir də ayılırlar ki,çox az yol gəliblər,yolun əsası qarşıdadır. ➖Nəzərdən qaçırmamalıyıq ki,xoşgümanlıq (hüsnizən) dedikdə sadəlövhlük,tez inanmaq,məsələlərə səthi yanaşmaq nəzərdə tutulmur. ➖Düşmənin hiylələrindən xəbərsiz qalmaq xoşgümanlıq deyil. ➖İslam ümməti yersiz xoşgümanlıq səbəbindən qəflətə düçar olub, azğınların toruna düşməməlidir. T.me/muqeddes_kelam
Hammasini ko'rsatish...
Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

👍 3
🔰#Hucurat_surəsinin_təfsiri 1⃣2⃣-Ayə 12:
📖"Ey iman gətirənlər!Çox zənn-gümana qapılmaqdan çəkinin.Çünki bəzi gümanlar günahdır.Eyb axtarmayın,biriniz o birinizin qeybətini etm əsin.Sizlərdən kim istəyər ki,ölmuş qardaşının ətini yesin?Əksinə,bu sizdə ikrah yaradar.Allahdan çəkinin.Həqiqətən Allah tövbələri qəbul edən və mehribandır."
🔰Nöqtələr ➖Ötən ayənin ardınca bu ayədə bədgümanlıq,eyb axtarmaq,qeybət kimi sifətlərin səbəbləri qeyd olunur.Bu sifətlər möminlər arasında sülh-səfanı,qardaşlığı aradan götürür. ➖Quranda insanlara münasibətdə xoşgümanlı olmaq tövsiyə edilir.Bədgümanlıq qadağan edilmişdir."Nur" surəsinin 12-ci ayəsində buyurulur ki,eşitdiklərinizə nə üçün bədgüman olursunuz?! ➖Hazırkı surənin 9-cu ayəsində müsəlmanların əmin-amanlığı və həyatlarının qorunması üçün təcavüzkarla mübarizəyə çağırış səsləndi.Bu ayədə də insanların şəxsiyyətini qorumaq üçün bədgümanlıq,eyb axtarmaq,qeybət haram bildirilir.Bu gün dünyanın hüquq müdafiəçiləri insan haqlarından danışır.İslam isə əsrlər boyudur ki,məsxərəyə,təhqirə,eyb axtarmağa,qeybətə qadağa qoymuşdur.Hüquq müdafiəçiləri hələ də bu nöqtərlərdən qəflətdədir. ➖Qeybət ən amansız yırtıcıya bənzədilir.Hətta canavar da öz həmnövünə hücum etmir.Olsun ki ölü qardaşın ətini yemək məsəli yalnız qeybətə aiddir.Amma bu misal həm bədgümanlığa,həm də eyb axtarmağa aid ola bilər. ❓Sual: Nə üçün bir dəqiqəlik qeybətə görə insanın uzun illər yerinə yetirdiyi ibadətlər məhv olur?Məgər bu sayağı cəza ədalətlidirmi? ❕Cavab: İnsanların uzun illər boyu əldə etdiyi hörməti bir qeybətlə məhv edən insan neçə illər yerinə yetirdiyi ibadəti əldən çıxarmağa layiqdir.Bəli,neçə illik ibadətin puça çıxarılması ədalətli cəzadır. T.me/muqeddes_kelam
Hammasini ko'rsatish...
Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

👍 1
Repost from Şiə Təqvimi
🌷Ən böyük bayramlardan olan Qədir xumun təbliğində şərik olmaq istəyənlərə tövsiyələr: 🌹Ya Allah Bismillah deyib gec olmadan Peyğəmbərin əmrini əlimizdən gələn qədər edək. 🌹Allah şahiddir siz bu aşağıdakı işləri etməklə Qədir xum gününün təbliğçisi ünvanında Peyğəmbərin əmrini yetirmiş olarsınız. 🔸1⃣-Ailə qohum-əqrəba,dost-tanışa baş çəkməklə Qədir təbliğçisi ola bilər. 🔹2⃣-İş adamları və ticarətçilər Qədir xum günündə xüsusi endirimlə Qədir təbliğçisi ola bilər. 🔸3⃣-Taksi sürücüsü maşınında ehsan (şirniyyat,konfet) verməklə. 🔹4⃣- Nənə nəvələrinə Qədir xum hekayə,ə və nağılları danışaraq Qədirin təbliğçisi ola bilər. 🔸5⃣-Məscid camaatının imamı Qədir xum haqqında danışmaqla.. 🔹6⃣-Bir namaz əhli ehsan paylamaqla digərlərinə Qədir xum təbliğçisi ola bilər.. 🔸7⃣-Bir ana Qədir xum günü övladlarına qəşəng paltar hazırlamaqla təbliğçi ola bilər. 🔹8⃣-Bir ana övladının sevdiyi yeməyi hazırlamaqla Qədir xum təbliğçisi ola bilər. 🔸9⃣-Bir ana gözəl dini nəğmələr qoymaqla təbliğçi ola bilər. 🔹🔟-Bir ana ya Ata övladının səhvindən Qədir xum günü keçməklə təbliğçi ola bilər.. 🔸1⃣1⃣-Bir ata övladlarına hədiyyə hazırlamaqla. 🔹1⃣2⃣-Baba öz nəvələrinə hədiyyə verməklə. 🔸1⃣3⃣-Nənə qədir xum günü nəzir verməklə. 🔹1⃣4⃣-Kişilər gözəl paltar geyinməklə xüsusi ilə ağ geyinməklə. 🔸1⃣5⃣-Bir tələbə,şagird öz müəllimlərinə,tələbə və şagird dostlarına Qədir xum haqqında kitab,kağız,elamiyyə,disk və ya digər şeylər verməklə. 🔹1⃣6⃣-Bir Müəllim öz sinifində ya digər şəraitdə müsabiqələr təşkil etməklə. 🔸1⃣7⃣-Bir sosial şəbəkə işlədən Qədir xumla əlaqəli paylaşım etməklə. 🔹1⃣8⃣-Bir qohum,dost öz ətrafına hədiyyə etməklə. 🔸1⃣9⃣-Bir universitet müəllimi öz sinifində bir qədər bu haqda danışmaqla. 🔹2⃣0⃣-Heyətlər ya digər qrupla bu barədə məclislər təşkil etməklə. 🔸2⃣1⃣-Qocalar evinə ya uşaqlar evinə ya hər hansı bir idarələrə,maqazinlərə getməklə bir şey ehsan etməklə. 🔹2⃣2⃣-Salavat düşərgələri,çay,şirin su və ya digər şeylər yol kənarında,məktəb ya ayrı paylamaqla. 🔸2⃣3⃣-Bir şəxs tanımadığı konfet,şokolad verməklə. 🔹2⃣4⃣-Bir ailə başçısı ailəsinə hədiyyə,paltar digər şeylər almaqla. 🔸2⃣5⃣-Bir tələbə,şagirdi video hazırlamaqla. 🔹2⃣6⃣-Bir şəxs öz məhəlləsində,qonşularına ehsan paylamaqla.. 🔸2⃣7⃣-Bir şəxs öz maşınını,evini həyətini bu gün münasibətilə bəzəməklə. 🔹2⃣8⃣-Qohumlara qonaq getməklə,bu gün haqqında məlumat verməklə. 🔸2⃣9⃣-Bir şəxs məlumat hazırlamaqla, kağızda,ya kartda. 🔹3⃣0⃣-Bir şəxs yalnız bir gülüşlə.. T.me/Shia_teqvimi
Hammasini ko'rsatish...
Şiə Təqvimi

Cəfəri məzhəbinin tarixindəki həssas məqamlar və hadisələr barəsində məlumat kanalı. @Talibi_qomnam

2
Repost from Şiə Təqvimi
Photo unavailableShow in Telegram
🌹🌹İslamın ən böyük bayramı olan Qədir xum günü münasibəti ilə hər bir əzizi təbrik edirəm.🌹🌹 📌Əziz İslam Peyğəmbərimiz bizə əmr etmişdir Qədir xumda olanlar,olmayanlara çatdırsın. ☑️Aşağıdakı məlumatı imkanınız olan qədər paylaşın.
Hammasini ko'rsatish...
1
🔰Bildirişlər 1⃣İman Allah bəndələrinin məsxərəyə qoyulması ilə bir araya sığmır. 2⃣Xalqı başqalarını təhqirdən çəkindirən kəs təhqiramiz danışmamalıdır. 3⃣Məsxərə fitnə-fəsadın,kin-kudurətin və düşmənçiliyin açarıdır.(Qardaşlıq və barışığın bəyanından sonra məsxərə qadağan edilir) 4⃣Təbliğdə məsələ mühümdürsə və ya dinləyicilər fərqlidirsə mövzu hər qrupa ayrıca təkrarlanmalıdır. 5⃣Məsxərənin kökü insanın özünü üstün saymasıdır.Quran belə bir münasibəti heçə endirərək buyurur: "Özünüzü başqalarından üstün saymamalısınız,olsun ki onlar sizdən üstündür." 6⃣Biz insanların qəlbindən xəbərsizik.Buna görə də zahirlə kifayətlənməməli,məsələlərə səthi yanaşmamalıyıq. 7⃣Xalqda eyb axtarmaq əslində insanın özündə eyb axtarmasıdır. 8⃣Başqalarının eybini danışmaq insanın öz eyblərinin açılmasına səbəb olur. 9⃣Pis çağırış cavabsız qalmır,gec-tez ara qızışır. 🔟Məsxərə və pis adla çağırış günahdır,bu günaha görə tövbə etmək lazımdır.(Əlbəttə tövbə təkcə dilə aid deyil.Təhqirin tövbəsi həmin şəxs haqqında xoş sözlərdir.) 1⃣1⃣Məsxərə fərdlərin şəxsiyyətini alçaldır.Məsxərə edən şəxs tövbə etməsə zalım sayılır. T.me/muqeddes_kelam
Hammasini ko'rsatish...
Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

👍 1
7⃣Xalqda eyb axtarmaq əslində insanın özündə eyb axtarmasıdır. 8⃣Başqalarının eybini danışmaq insanın öz eyblərinin açılmasına səbəb olur. 9⃣Pis çağırış cavabsız qalmır,gec-tez ara qızışır. 🔟Məsxərə və pis adla çağırış günahdır,bu günaha görə tövbə etmək lazımdır.(Əlbəttə tövbə təkcə dilə aid deyil.Təhqirin tövbəsi həmin şəxs haqqında xoş sözlərdir.) 1⃣1⃣Məsxərə fərdlərin şəxsiyyətini alçaldır.Məsxərə edən şəxs tövbə etməsə zalım sayılır. T.me/muqeddes_kelam
Hammasini ko'rsatish...
Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

👍 1
🔰#Hucurat_surəsinin_təfsiri 1⃣1⃣-Ayə:
📖"Ey iman gətirənlər!Məbada,bir dəstə o birini məsxərəyə qoysun.Olsun ki məsxərəyə qoyulanlar məsxərə edənlərdən üstündür.Qadınlar da başqa qadınları məsxərəyə qoymasınlar.Olsun ki,onlar o birilərindən üstündür.Aranızda eyb axtarmayın.Bir-birinizi pis ləqəblə çağırmayın.İmandan sonra fisq pis qaydadır.(Sizə yaraşmaz)Hər kəs tövbə qılmasa,onlar həmin sitəmkarlardır."
🔰Nöqtələr ➖"Ləmz" dedikdə üzdə eyb axtarmaq, ➖"həmz" dedikdə arxada eyb axtarmaq mənası nəzərdə tutulur. ➖"Tənabuz" dedikdə başqalarını pis ləqəblə çağırmaq başa düşülür. ➖Ötən ayədə möminlər arasında qardaşlıq məsələsindən danışıldı.Bu ayədə qardaşlığıa zərərli işlərdən söz açılır. ➖Ötən ayələrdə sülh və səfadan danışıldı.Bu ayədə isə fitnənin bəzi amilləri araşdırılır. ➖Hazırda məsxərə,təhqir,pis ləqəblə çağırmaq kimi amillərə işarə olunur. ➖Bəli,İslam göstərişlərinə əməl etməyin bərəkətlərindən biri ictimai mühitin sağlamlaşdırılmasıdır. ➖Belə ola bilər ki,hazırkı ayədə məsxərə və təhqirin nümunə olaraq bəzi ünvanları bildirilmişdir.Əslində isə müsəlmanlar arasında qardaşlığa zərərli bütün sözlər qadağandır. ➖Qövm dedikdə qadınlar da nəzərdə tutulur.Amma onların ayrıca zikr edilməsi məsxərə və təhqirin onlar arasında daha çox yayıldığını göstərir. 🔰Məsxərə və istehza ➖İstehza zahirdə bir,batində bir neçə günahdır. ➖Məsxərədə başqalarının təhqiri,onların alçaldılması,eyblərin açılması,ixtilaf yaradılması,qeybət,kin-küdurət,fitnə,təhrik,intiqam,başqalarına tənə kimi günahlar da var. 🔰Məsxərənin kökləri 1⃣Bəzən məsxərənin səbəbi sərvət olur.Quranda buyurulur ki,vay olsun sərvətinə görə başqalarında eyb axtarana. 2⃣Bəzən istehzanın səbəbi elm və diplom olur.Quran bu barədə buyurur ki,onlar öz elmlərinə görə şaddırlar,amma məsxərə etdiklərinin cəzası onları bürüyər. 3⃣Bəzən insan fiziki gücünə görə başqalarını məsxərəyə qoyur.Kafirlər deyirdilər ki,bizdən güclüsü kimdir? 4⃣Bəzən insanlar ad-sanları səbəbindən başqalarını məsxərəyə qoyurlar.Kafirlər Peyğəmbərin (s) ətrafındakı yoxsulları təhqir edib deyirdilər ki,biz onları rəzil görürük. 5⃣Bəzən əyləncə məqsədi ilə başqaları məsxərəyə qoyulur. 6⃣Bəzən var-dövlətə maraq başqalarının məsxərəsinə aparır.Bəziləri zəkata görə Peyğəmbəri (s) məsxərəyə qoyurdular.Quranda buyurulur ki,onların sözlərinin səbəbi tamahlarıdır.Əgər Peyğəmbər (s) həmin zəkatdan onlara versəydi,razı qalardılar.Amma zəkatdan məhrum qalmaları onları əsəbləşdirmiş,eyb axtarmağa sövq etmişdir. 7⃣Bəzən cəhalət və nadanlıq məsxərəyə səbəb olur.Həzrət Musa inəkləri öldürməklə bağlı göstəriş verdikdə Bəni-İsraildən olanlar dedilər: "Bizi məsxərəyə qoyursan?"Həzrət Musa bildirdi ki,cahillərdən olmamaq üçün Allaha pənah aparır.O dedi: “Məsxərə cahillərə aiddir və mən cahil deyiləm. Həzrət Peyğəmbərin (s) mübarək işlərindən biri pis adların dəyişdirilməsi idi.Bəli,pis ad məsxərəyə səbəb olur. Həzrət Əlinin (ə) qardaşı Əqil Müaviyənin görüşünə getdi.Müaviyə onu təhqir etmək məqsədi ilə dedi: "Salam olsun əmisi Allah tərəfindən lənətlənmiş kəsə."Əqil dərhal belə cavab verdi: "Salam olsun bibisi yoldan çıxmışa."Əbu-Ləhəbin arvadı Müaviyənin bibisi qızı idi.
Hammasini ko'rsatish...
👍 1
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.