uz
Feedback
SALEH▪️NASIROV

SALEH▪️NASIROV

Kanalga Telegram’da o‘tish

Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

Ko'proq ko'rsatish

📈 Telegram kanali SALEH▪️NASIROV analitikasi

SALEH▪️NASIROV (@nasirovsaleh) Ozarbayjon til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 33 681 obunachidan iborat bo'lib, Yangiliklar & Media toifasida 7 545-o'rinni va Ozarbayjon mintaqasida 86-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 33 681 obunachiga ega bo‘ldi.

18 Iyun, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 2 394 ga, so‘nggi 24 soatda esa 2 125 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 13.31% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 6.04% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 4 472 marta ko‘riladi; birinchi sutkada odatda 2 030 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 32 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 19 Iyun, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Yangiliklar & Media toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

33 681
Obunachilar
+2 12524 soatlar
+2 1307 kunlar
+2 39430 kunlar
Postlar arxiv
Çoxdandı ikra yemirəm 😞 ürəyim reski istədi

Neftçilərdə özünü 14-cü mərtəbədən atan Zaqatalalı Mələyin videosu 😞

Azdır ki, hər ay balansdan 2 AZN əkişdirirlər, hələ nömrəmi də belə bir tərəfli bağlayırlar, balansımda 70 AZN olduğu halda.
Azdır ki, hər ay balansdan 2 AZN əkişdirirlər, hələ nömrəmi də belə bir tərəfli bağlayırlar, balansımda 70 AZN olduğu halda. 2 AZN söhbətindən əvvəl 80-85AZN idi səhv etmirəmsə. Bu məbləğ necə yaranıb deyim. Hər dəfə telefonum bir tərəfli bağlananda 5 manat yükləyirdim, amma az istifadə edirdim, çünki əsas nömrəm deyil və internet bakseldədir. Nəisə, yazışmadan görürsünüz ki, bu pulları heç cürə çıxara və ya başqa nömrəmə, kartıma transfer edə bilmərəm. O üzdən qərara aldım ki, konturları əsgərlikdə və kontura ehtiyacı olan əsgərlərə göndərim. Beləsini tanıyırsınızsa, yazın telefonunu, amma MÜTLƏQ NAR nömrəsi olmalıdır!

Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatı Vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanunsuz ağac kəsilməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir Xəbər verildiyi kimi, daxil olmuş məlumatlar əsasında Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz olaraq ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İlkin istintaq-əməliyyat tədbirləri ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən 1100-dən çox ağacın təhlükəsizlik məqsədi ilə budanması işləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qudayev Muhuma Məmmədəli oğlunun başqa şəxsin adından “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğlu ilə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, sözügedən işlər müvafiq təcrübəyə malik olmayan şəxslər tərəfindən, bir çox ağacların alt yarus budaqları götürülməklə və estetik görünüşü korlanmaqla həyata keçirilmiş, bu işlərdə aidiyyəti nəzarət təşkilatlarının iştirakı təmin edilməmişdir. İstintaq zamanı Muhuma Qudayevə məxsus olan 4 obyektə baxış keçirilərək budanmış ağacların hissələri aşkar olunub saxlanca verilib. Qeyd edilənlərlə əlaqədar “14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilmiş, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırılmışdır. Hazırda Zaqatala rayonu ərazisində baş vermiş digər qanunsuz ağac kəsmə faktlarının müəyyən edilməsi istiqamətində ibtidai istintaq tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Zaqatalada ağacların kəsilməsi bu məmurlara baha başa gəldi

Vergilər nəinki insanların həyatına, habelə həyətinə də girib artıq. Gedin özünüzə parkinq tikin, qurun, yaradln və ya köçün şəhərdən kənara. Camaatın həyətlərini niyə zəbt edirsiz? 🤦🏻‍♂️

YENƏ MASAZIR İzləyicim; “Salam Saleh bəy. Masazir Ziya Bunyadov və İsmət Qayibov küçələrinin kəsişməsi. Bu vəziyyət günlərdir davam edir və əlac edən yoxdur.Azersu qəza xidmətinə də demisik. Bu qədər təmiz su israf olur və o cuxur yeterincə dərindir yani bir adam boyu. Kimsə yixilsa boğula bilər”

MASAZIRDA VAHİMƏLİ SƏSLƏR İzləyicim; “Salam Saleh bey, sizden bir xayisim var. Men Masazir Mezunar binasinda qaliram. Qonsum ruhi xesdedir. Defelernen polise sikayet etsek de baxilmir isimize. Xesdexana da bu xesde qiza sahib cixmir. Biz qorxurug usagli ayleyik sesinen ne yata bilirik nede karidora cixa bilirik. Butun qonsular bele qorxur narahadiki bu qadin kimese nese eder diye. Yoldasi usagini goturub evden qacib ama biz eziyetini cekirik. Xayis edirik paylasin hansisa qurum gorub bize komeklik etsin qadini yerlesdirsiner xesdexanaya”

photo content

Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndinə səfər edib və sakinlərlə görüşüb. Sakinlərlə görüş zamanı maraqlı və olduqca səmimi anlar yaşanıb. Belə ki, sakinlərdən biri dövlət başçısını salamlayaraq, “Allah Sizi qorusun. Ali Baş Komandan, “dəmir yumruq” buradadır” deyib. Prezident İlham Əliyev isə gülərək “Maşallah, sənin də yumruğun yaxşıdır”- deyə cavab verib.

Çox düzgün analiz və vacib mesaj by Yelena Sidorenko ☝️

Azadlıq pr-də Qəza. Maşın aşdı

❄️Bakıda və Abşeronda fevralın 19-u axşamdan başlayaraq arabir yağış yağacağı, 20-si səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağacağı gözlənilir.

Gözünüz aydın! 🇬🇪🚆🇦🇿Mayın 1-dən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalar bərpa ediləcək.

BESPANTOVIY SÜRÜCÜLƏR SİLSİLƏSİNDƏN 🤦🏻‍♂️ İzləyicim; “Salam Saleh bəy, Sizin bu məsələni işıqlandıracağınıza ümid edirəm, ç
BESPANTOVIY SÜRÜCÜLƏR SİLSİLƏSİNDƏN 🤦🏻‍♂️ İzləyicim; “Salam Saleh bəy, Sizin bu məsələni işıqlandıracağınıza ümid edirəm, çünki başqa çarəm qalmayıb. Bu gün Narimanovda yerləşən Azinko yaşayış kompleksinin ödənişli yeraltı qarajında xoşagəlməz bir hadisə ilə üzləşdim. Bu qaraj yalnız bina sakinləri üçündür və hər ay yerimizin haqqını ödəyirik. Amma 77 AV 525 dövlət nömrə nişanlı naməlum bir avtomobil mənim girişimi tamamilə bağlayıb. Heç bir əlaqə nömrəsi də qoymayıb. Qarajın nəzarətçisi ilə danışdım – bu avtomobilin sahibinin bina sakini olmadığını təsdiqlədi. Deməli, kənar biri sakinlər üçün nəzərdə tutulmuş xüsusi qaraja daxil olub, qanunsuz parklama edib və gedib. Saat 20:00-dan 23:00-a qədər qarajın aşağısında gözlədim. O vaxt ərzində polisə dəfələrlə zəng etdim, mühafizəçi ilə birlikdə gözlədik, amma heç bir nəticə olmadı. Bu məsələni işıqlandırmağınızı və Bakıdakı parklanma problemlərinə diqqət çəkməyinizi xahiş edirəm. Bu gün susuruqsa, sabah hər kəs bu vəziyyətdə qala bilər!

Ötən gün axşam saatlarında Mərdəkan körpüsü yaxınlığında dəhşətli qəza olub. Sadiq Mikayılov adlı gənc “Hyundai İ30” markalı minik avtomobili ilə idarəetməni itirirək dəmir maneəyə çırpılıb. Nəticədə o, hadisə yerində həlak olub. 18 yaşlı S.Mikayılov yüksək sürət həvəskarı olub. O, 77-FS-511 dövlət nömrə nişanlı avtomobilini dəfələrlə yüksək sürətlə idarə edib və bunu lentə alaraq sosial şəbəkə hesabında paylaşıb.

Bilən var?

525 Avtobusdan İncilər İzləyicim; “Saleh bey Salam. 525 nomreli avtobus yene xarab olub, qaldi yolda, butun bunlarin mashinlari nasazdi, axsham ishden cixan vaxt hami qalib colde soyuqda, novbeti gelen 525 de hamisi dolu gelir hec biri saxlamir.”