uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

SALEH▪️NASIROV

SALEH▪️NASIROV

Kanalga Telegram’da o‘tish

🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

Ko'proq ko'rsatish

📈 Telegram kanali SALEH▪️NASIROV analitikasi

SALEH▪️NASIROV (@nasirovsaleh) Ozarbayjon til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 34 766 obunachidan iborat bo'lib, Yangiliklar & Media toifasida 7 301-o'rinni va Ozarbayjon mintaqasida 69-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 34 766 obunachiga ega bo‘ldi.

10 Noyabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -495 ga, so‘nggi 24 soatda esa -12 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 18.76% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 7.54% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 6 524 marta ko‘riladi; birinchi sutkada odatda 2 624 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 39 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 11 Noyabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Yangiliklar & Media toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

34 766
Obunachilar
-1224 soatlar
-1927 kun
-49530 kun
Postlar arxiv
📍🚍 AYNA 4-10 noyabr tarixlərində COP29 əməliyyatları ilə əlaqədar sərnişinlərin kəsintisiz hərəkətini təmin etmək məqsədilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə (“Koroğlu” NMM) daxil olan bəzi marşrutların aralıq və son dayanacaq məntəqələrində dəyişiklik edib. Bu müddət ərzində E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır. Marşrut dəyişiklikləri: 📍 197 və 198 nömrəli marşrutların son dayanacaq məntəqəsi – Zabrat dairəsi 📍 7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8 nömrəli 14 marşrutun son dayanacağı – “Ulduz” metrostansiyası 📍 15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi – “Qara Qarayev” metrostansiyası 📍 166 və 38 nömrəli marşrutlar “Koroğlu” NMM-ə daxil olmadan fəaliyyət göstərəcək (Atletlər kəndi tərəf) 📍 62, 70, 184 və 214 nömrəli marşrutlar “Koroğlu” NMM-ə daxil olmadan fəaliyyət göstərəcək (Atletlər kəndi və “Piramida” tərəf) 📌 H1 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilməyib.

😞

photo content

Sizcə növbəti 🇺🇸 ABŞ Prezidenti kim olacaq, 💃Kəmalə xanım yoxsa 🤡 Tramp müəllim?

Yenə Bullinq, yenə AUE🤘ay brat, ay brat! Uşaq Müdafiəsi Sistemi? Yox, eşitməmişik! 😞 Bakıda 266 saylı məktəbdə 2 şagird sinif yoldaşını məktəbin 4-cü mərtəbəsinin pəncərəsindən çölə sallayıb. Uşağın ağlayıb qışqırdığını görən digər sinif yoldaşları onu xilas ediblər. Hadisə iki gün əvvəl sinif yoldaşları arasında “zarafatlaşmadan” sonra baş verib. Pəncərədən salladılan uşaq bu barədə müəllimlərə məlumat verdiyini deyib. Onun sözlərinə görə sinif yoldaşlarına etiraz etdikdə, onlar “zarafat edirik, səni pəncərədən atmırıq ki” cavabını veriblər. Uşağın valideyni övladının ciddi travma aldığını, adı hallanan 2 şagirdin dəfələrlə digər sinif yoldaşlarına qarşı da anormal davranış sərgilədiyini bildirib. 266 saylı məktəbdən isə bildirilib ki, sözügedən şagirdlərin valideynləri məktəbə dəvət olunub. Onlara övladlarının davranışlarına diqqətin artırılması ilə bağlı tövsiyə verilib. TÖVSİYƏ 🤦🏻‍♂️

Bu hələ bilmir e hara düşüb və kimə nə deyir 🤦🏻‍♂️🤣 https://vt.tiktok.com/ZSj6N5JHg/

Hər kəsin şəklini veriblər məndən başqa 🤪 Hər iki “valideyn” nəzarətə götürülsün, digərlərinə dərs olsun!

⚠️‼️🚷

Nizami rayonundakı qapıdan gələn səslər, deyilənə görə bu qadına məxsusdur. Qadının leksikonu və evin şəraiti də uyğun gəlir dünən verdiyim məlumatla. Ümumiyyətlə, bu TikTok canlıları ciddi nəzarətə götürülməlidir! Ailə Məcəlləsinin 64-cü maddəsinə görə, valideynlərin uşağa qarşı fiziki və psixoloji zorakılığı təsdiq olunarsa, məhkəmə onları valideyn hüquqlarından məhrum edə bilər. Bu, yalnız xüsusi hallarda tətbiq olunur və uşağın təhlükəsizliyinin təmin olunması əsas meyardır. Valideyn hüquqlarından məhrumetmə prosesi zamanı məhkəmə, həmçinin, uşağın uzunmüddətli rifahını nəzərə alır və uşağın dövlətin himayəsinə verilməsi qərarını qəbul edə bilər. Bu cür qərarlar uşağın psixoloji və emosional sağlamlığını qorumaq üçün həyata keçirilir. Valideyn hüquqlarından məhrum edilən şəxs uşağın tərbiyəsi, təhsili və digər hüquqlarına müdaxilə edə bilmir. Eyni zamanda, bu cür qərarlar ailə əlaqələrinin tamamilə kəsilməsinə və uşağın dövlət nəzarətinə keçməsinə səbəb ola bilər.

2 gündür bu videonu izləyicilərim mənə atır, amma ünvanı heç kəs bilmir. Bura haradır, kimdir bu, haçan olub hadisə, məlumatı olan yazsın plz

Bu ne iyrənc iydir şəhərdə. Nəfəs almaq olmur. Boğuluruq 🤢

FHN: Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Ağadadaş Ağayev məhkəmədə iştirak etmədi. Növbəti proses noyabrın 14-nə (ad günümə 🎂) təyin olunub 🙃 Xalq artisti Ağadadaş Ağayev və onunla birgə insident yaradan "Medera Hospital"ın mühafizəçisi Nurədddin Cəlilovun cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib. Proses Binəqədi rayon məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilib. Xalq artisti Ağadadaş Ağayev prosesə gəlməyib. Növbəti proses noyabrın 14-nə təyin olunub. Qeyd edək ki, müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər. Onu da bildirək ki, iş üzrə zərərçəkən kimi hospitalın əməkdaşı Nəzakət Paşayeva tanınıb.

🎼🎹

FROM İSPANİYA WITH LEYSAN Bizə şükürlər olsun! Allah özü qorusun! İspaniyanın cənub-şərqində güclü daşqınlar nəticəsində ən azı 51 nəfər ölüb. Güclü leysan yağışları nəticəsində bir çox ərazilər su altında qalıb, dəmir yolu və hava nəqliyyatının fəaliyyəti pozulub. Bəzi yerlərdə yağıntının günlük miqdarı aylıq normadan çox olub. Bu kimi təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın Valensiya bölgəsində baş verən daşqınlar zamanı həyatını itirənlərlə bağlı başsağlığı verib.

TƏBİB MOL yoxsa YENİ KLİNİKA AEROPORTU? 🤪

🚑 Elektrik Ambulance by TƏBİB. Eksklüziv kadrlar yalnız by S▪️N

Elektrik Ambulance by TƏBİB. Eksklüziv kadrlar yalnız by S▪️N

Hal hazırda Yeni Klinikada COP29 Konfransı ilə bağlı TƏBİB brifinq keçirir

İzləyicim; “Salam Saleh bey, dunen axsham Baki seheri Nizami rayonu Heyder Aliyev parkinin yani, Behruz Nuriyev 17 menzil 3 qonshumuz arvadini bicagliyib oldurub sorada ozunu asib. Expertler falan geldiler neshlerini goturduler axwam hele bilinmir neye gore olub hadisa 😞 Cox sakit yaxshi insanlar idiler. Yashli adamlar idi. Oglundanda suhhelenirler deirler guya narkaman imiw 😞🤦🏼‍♀️”