cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Vüsət Əzizov

Təhsil ilə bağlı rəsmi məlumatlar Abituriyentlər və tələbələrə online şəkildə bütün növ təhsil xidmətləri göstərilir. Əlaqə: +994707645000 Youtube:https://youtube.com/c/VusetAzizov İnstagram: https://www.instagram.com/vuset.azizov

Ko'proq ko'rsatish
Reklama postlari
11 425
Obunachilar
-424 soatlar
-17 kunlar
+13630 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Müasir müstəqil Azərbaycanın qurucusu, çağdaş dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü tamam olur. Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edirik!
Hammasini ko'rsatish...
8🖕 1
7 may 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda 2024/2025-ci tədris ili üzrə FHN-in Akademiyasına qəbul olmaq üçün sənəd verən abuturiyentlərin fiziki hazırlıqlarının qiymətləndirilməsi üzrə seçim turu keçirilib. Seçim turunda abituriyentlər müəyyən olunmuş idman normativləri üzrə bacarıqlarını sınayıblar. Seçim turunda FHN yanında İctimai şuranın sədri Fuad Hacızadə və sədrin müavini Vəfa Abbasova da iştirak edib. İctimai şuranın nümayəndələri tərəfindən seçim turunun təşkili, abituriyentlərin çıxışları və qiymətləndirmə prosesi yaxından izlənilib. Yekun olaraq, Şura üzvləri turun yüksək səviyyədə təşkil edildiyini, şəffaflıq, bərabərlik və ədalət prinsiplərinin təmin olunduğunu qeyd ediblər. İdman normativləri üzrə hazırlıqlarını sınayan 292 abituriyentdən 243 nəfər məqbul nəticələr göstərərək, seçim turunun növbəti mərhələsinə vəsiqə qazana bilib. Tədbirdən sonra İctimai şuranın nümayəndələri İdman-sağlamlıq klubunun fəaliyyəti ilə, burada yaradılmış şəraitlə yaxından tanış olublar. Klubun rəisi polkovnik Füzuli Musayev Şura üzvlərinə klubun fəaliyyəti haqqında ətraflı məlumat verərək burada yerli və beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib. O, il ərzində Nazirliyin strukturuna daxil olan qurumlar arasında müxtəlif idman növləri üzrə yarışların keçirildiyini, həmçinin Nazirliyin əməkdaşlarının mütəmadi olaraq həm beynəlxalq, həm də yerli yarış və turnirlərdə mübarizə apardıqlarını və Azərbaycanın üçrəngli bayrağının idman arenalarında layiqincə dalğalandırdıqlarını vurğulayıb. Sonra Şura üzvləri Klubda Ulu Öndərin idmanın inkişafı istiqamətində gördüyü işləri özündə əksetdirən Heydər Əliyev Muzeyində geniş ekspozisiya və fotoguşələrlə tanış olub, idman zalları və üzgüçülük hovuzuna baxış keçiriblər. İctimai şuranın üzvləri İdman-sağlamlıq klubunda yaradılmış şəraiti və klubun fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.
Hammasini ko'rsatish...
1
#AzərbaycanMüəllimi #GününSitatı
Hammasini ko'rsatish...
👍 4
İki qardaş ölkənin Milli Müdafiə Universitetlərinin əməkdaşlığı kursantlarımızın Türkiyədə təhsil almasına imkan yaradır. Milli Müdafiə Universitetinin təhsil müəssisələrinə qəbul olan hər bir gənc bu fürsətdən faydalana bilər. https://youtu.be/w4Sdby-xCng?si=AWVDQcnnZ6QewIu7 Milli Müdafiə Universitetinin rektoru,cənab polkovnik Əbdülov Gündüz
Hammasini ko'rsatish...
👍 1
İki qardaş ölkənin Milli Müdafiə Universitetlərinin əməkdaşlığı kursantlarımızın Türkiyədə təhsil almasına imkan yaradır. Milli Müdafiə Universitetinin təhsil müəssisələrinə qəbul olan hər bir gənc bu fürsətdən faydalana bilər. https://youtu.be/w4Sdby-xCng?si=AWVDQcnnZ6QewIu7 Milli Müdafiə Universitetinin rektoru,cənab polkovnik Əbdülov Gündüz
Hammasini ko'rsatish...
👍 1
İki qardaş ölkənin Milli Müdafiə Universitetlərinin əməkdaşlığı kursantlarımızın Türkiyədə təhsil almasına imkan yaradır. Milli Müdafiə Universitetinin təhsil müəssisələrinə qəbul olan hər bir gənc bu fürsətdən faydalana bilər. https://youtu.be/w4Sdby-xCng?si=AWVDQcnnZ6QewIu7
Hammasini ko'rsatish...
👍 4
2011-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanı verdikdən sonra mənə məxsus bəzi dərs vəsaitlərini və test toplularını ehtiyacı olan şəxslərə təqdim etdim. Lakin bəzi dərsliklər var idi ki,onlar hələ də məndə qalır. Əsasən riyaziyyat fənninə aid sinif kitabları hələ də məndədir və saxlayıram. 2011-ci ildə X sinifdə təhsil aldığım zaman istifadə etdiyim dərs vəsaiti.
Hammasini ko'rsatish...
10👍 1🤷‍♀ 1
Salam. Hər vaxtınız xeyir. Məktəb illərində (daha çox ibtidai sinif) adətən “8 Mart” bayramına görə sinifdəki qızlara müəyyən hədiyyələr təqdim edirdik. Açığı yuxarı siniflərə keçdikcə bu “adət”ə demək olar ki, əməl edilmirdi. “Sovet dövründə” isə qızlar da oğlan sinif yoldaşları üçün “23 fevral”da “Kişilər günü” adı ilə hədiyyə təqdim edirdi. Lakin məlum tarixi hadisələrdən sonra “Sovet höküməti” dağıldı və xalqımıza qarşı edilən qırğınlara görə “23 fevral” qeyd edilmirdi. Biz qız sinif yoldaşlarımıza “8 Mart-Beynəlxalq Qadınlar Günü”nə görə hədiyyə təqdim etdikdə,onlar da “qarşılıq” olaraq “9 May-Qələbə Günü” ilə əlaqədar bizə hədiyyə təqdim edirdi. Əslində “Faşizm üzərində qələbə”də bizim xalq olaraq böyük payımız var. 1941-1945-ci illərdə faşist Almaniyası ilə mübarizədə 600 mindən çox azərbaycanlı iştirak edirdi. Buna görə də bu bayramda “hədiyyə qəbul etmək” daha uyğun idi. Lakin mən hər zaman inanırdım ki,xalq olaraq düşmən üzərində qələbə qazanacayıq və həmin gün bizim üçün əsl bayram kimi qeyd ediləcək. Müzəffər ordumuz bizə əsl qələbə hissini yaşatdı. Bəli,həmin gün məhz “8 Noyabr-Zəfər Günü” oldu. Və artıq məktəblərdə qızlar oğlanlar üçün “8 Noyabr” ilə bağlı hədiyyə alır. Bu hadisə adi bir nüans kimi qəbul edilə bilər, lakin gələcək nəlsin bu mühüm tarixi hadisəni xatırlaması üçün mühüm amil kimi qiymətləndirilə bilər. Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizə şəfa versin.
Hammasini ko'rsatish...
16👍 6🕊 3
Maraqlı video hazırlanır
Hammasini ko'rsatish...
👍 1
Qeyri-pedaqoji ixtisaslara malik şəxslərin nəzərinə! “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. Siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Nəzərinizə çatdırırıq ki, müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq. #ElmVəTəhsilNazirliyi #ARTİ #MÜTDA #İRM #MİQ #EduAzİRM #müəllim
Hammasini ko'rsatish...
👍 4