uz
Feedback
Ümumi Tarix

Ümumi Tarix

Kanalga Telegram’da o‘tish

📝Tarix– əsillərin az, surətlərinsə çox olduğu rəsm qalereyasıdır. 💫Tarixə dair hər şey bu kanalda: https://t.me/umumitarix

Ko'proq ko'rsatish
9 686
Obunachilar
-824 soatlar
-597 kunlar
-24530 kunlar
Postlar arxiv
BİLİRDİNİZMİ ...ki, Rusiya imperatoru I Nikolay 1827-ci ilin noyabrında İrəvanın baş məscidinin kilsəyə çevrilməsi haqqında fərman imzalayıb? Rus hərb tarixçisi Vasili Potto yazır: ...İrəvanda cəmi bri xristian məbədi var idi, o da taxtadan tikilmiş miskin bir kilsə idi. Paskeviç istiyirdi ki, burada yeni məbəd qurmaqla İrəvan qalasının fəth edilməsi tarixini əbədiləşdirsin. Türklər tərəfindən 1582-ci ildə tikilmiş və qızıl ayla bəzədilmiş İrəvanın baş məscidi onun təqdimatı əsasında provaslav kilsəsinə çevrildi. Vasili Potto haqlıdır. Paskeviç İrəvan qalasının tutulmasından sonra bu barədə imperatora təqdimat yazır, I Nikolay isə təxminən bir ay sonra ali fərman verir: "Ötən oktyabrın 1-də məşhur İrəvan qalası Uca Tanrının köməyi və bizim silahımızın gücü ilə fəth edildikdən sonra cəsur hərbçilərimizin belə mühüm qələbəsinə görə Biz əmr edirik ki, İrəvanın baş məscidi Müqəddəs Məryəmin örpəyi yunan-rus kilsəsinə çevrilsin. İmza: Nikolay, 4 noyabr 1827-ci il”. Məscidin kilsəyə çevrilməsi ilə bağlı rəsmi bayram tədbirləri dekabrın 6-da təşkil olunur.

Əhməd bəy Agaoglu uşaqlıqda ermənilərə bağlı xatirələri. 1881 ci il sentyabrın 20 də açılışı olmuş Şuşa realnı məktəbi şəhərin ermənilər yaşayan yuxarı hissəsində yerləşirdi və təxmin etmək çətin deyil ki, şagirdlərin əksəriyyətini də ermənilər təşkil edirdi. Sayca üstün olmalarından istifadə eden ermeni şagirdlər daim azərbaycanlılara sataşır, bir cox hallarda isə onlara qarşı zor tədbiq etməkdən belə çəkinmirdilər. Bu qarşıdurmaları xatırlayan Ə. Agaoglu sonralar yazırdı ki, Azerbaycanlı şagirdlərin " təhsil illərində ermeni uşaqlarından çəkdiklərini sözlə ifadə etmək imkanı xaricindədir . Tənəffüsdə biz, beş türk uşağı, cəld tərpənib arxamızı divara dayanmağa imkan tapanda, bunu böyük ugur sayırdıq. Yüzlərlə erməni uşağı birdən üzərimizə hücum edir, birisi başınızdan papağı götürüb yerə atır , digərləri təpiklə dörd - beş altun qiymətində olan Buxara dərisini torpaq üzərində diyirləndiridilər. Bəziləri qiymətli və coxu dəvə yunundan hazırlanmış paltarlarımızın ətəyindən yapışaraq o yan bu yana çəkir, cırır, bəzəklərini sökürdülər; müqavimət göstərmək istədikdə isə, bizi yumruq, sillə, təpiklər salırdılar. Bəzən birləşib ustimuzə böhtan atır, birlikdə şahidlik edib, bizi haqsız yerə cəzalandırırdılar. Yoldaşımdan coxu dözməyib, məktəbi tərk etdilər. Sonuncu sinifə qədər türklərdən yalnız mən duruş gətirə bildim. Tarix elmləri doktoru, Aydin Balayev Əhməd bəy Ağaoğlu kitabı Fəxri Paşasoy

photo content

Əhməd bəy Agaoglu uşaqlıqda ermənilərə bağlı xatirələri. 1881 ci il sentyabrın 20 də açılışı olmuş Şuşa realnı məktəbi şəhərin ermənilər yaşayan yuxarı hissəsində yerləşirdi və təxmin etmək çətin deyil ki, şagirdlərin əksəriyyətini də ermənilər təşkil edirdi. Sayca üstün olmalarından istifadə eden ermeni şagirdlər daim azərbaycanlılara sataşır, bir cox hallarda isə onlara qarşı zor tədbiq etməkdən belə çəkinmirdilər. Bu qarşıdurmaları xatırlayan Ə. Agaoglu sonralar yazırdı ki, Azerbaycanlı şagirdlərin " təhsil illərində ermeni uşaqlarından çəkdiklərini sözlə ifadə etmək imkanı xaricindədir . Tənəffüsdə biz, beş türk uşağı, cəld tərpənib arxamızı divara dayanmağa imkan tapanda, bunu böyük ugur sayırdıq. Yüzlərlə erməni uşağı birdən üzərimizə hücum edir, birisi başınızdan papağı götürüb yerə atır , digərləri təpiklə dörd - beş altun qiymətində olan Buxara dərisini torpaq üzərində diyirləndiridilər. Bəziləri qiymətli və coxu dəvə yunundan hazırlanmış paltarlarımızın ətəyindən yapışaraq o yan bu yana çəkir, cırır, bəzəklərini sökürdülər; müqavimət göstərmək istədikdə isə, bizi yumruq, sillə, təpiklər salırdılar. Bəzən birləşib ustimuzə böhtan atır, birlikdə şahidlik edib, bizi haqsız yerə cəzalandırırdılar. Yoldaşımdan coxu dözməyib, məktəbi tərk etdilər. Sonuncu sinifə qədər türklərdən yalnız mən duruş gətirə bildim. Tarix elmləri doktoru, Aydin Balayev Əhməd bəy Ağaoğlu kitabı Fəxri Paşasoy

#MARAĞLIFAKTLAR
#MARAĞLIFAKTLAR

Maarifçi qadınlarımız. Liza Tuqanova Maarifpərvər xanım, Bakıda "Qadın Xeyiryyə Cəmiyyəti" nin qurucusu olan Liza Tuqanova 1865 ci ildə Rusiyanın Vladiqafqaz şəhərində, general Hambi Tuqanovun ailəsində anadan olub. O, bakılı milyonçu Murtuza Muxtarovun həyat yoldaşı idi. Onlar evləndikdən sonra bir neçə il Vladiqafqazda yaşayıb, daha sonra Bakıya köçüblər. 1910 cu ildə Vladiqafqazdan Bakıya qayıdan Murtuza Muxtarov Liza xanımın şərəfinə burada Venesiya - qotik uslubunda "Səadət sarayı" nı (1912) tikdirib. Liza xanım Muxtarova Bakıda ictimai fəaliyyət göstərib, müxtəlif xeyriyə tədbirləri həyata keçirib. O, müsəlman maarifçilik cəmiyyəti "Nicat" la yanaşı, vərəmlə mübarizə cəmiyyətinin fəal üzvü olub. Xüsüsi uşaq xəstəxanasının yaradılmasında həm maddi, həm də təşkilat cəhətdən fəal iştirak edən Liza xanım 1914 cü ildə isə Hənifə Zərdabinin təşkil etdiyi ilk qadın xeyriyyə cəmiyyəti əsasında "Bakı Qadın Xeyiryyə Cəmiyyəti" ni yaradıb. Liza xanım özünün evladı olmamasına baxmayaraq, Persidski küçəsindəki (indik Murtuza Muxtarov küçəsi) möhtəşəm sarayında valideyinlərini itirmiş müsəlman qızlar üçün pansion təşkil edib. Burada qızlara ana qayğısı ilə yanaşan Liza xanım qızlar məktəbində maraqlı tamaşaların təçkilatçısı olub. Tez -tez mədəni tədbirlər həyata keçirildi. 1920 ci il aprel istilası onları həyatlarını alt - üst etdi. Qırmızı ordunun Bakıya daxil olmasından sonra iki silahlı onların yaşadığı sarayın qapısını sındırıb zala daxil olub, təslim olmalarını tələbə edib. Lakin bu zaman Murtuza Muxtarov bir boşeviki oldürüb, ikinci gülləni isə özünə vurub. Bu hadisədən sonra xidmətçilər Liza xanımı bir müddət sarayın qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində gizlədiblər. Sonralar təqiblərdən qaçmaq üçün saxta da olsa, bir Osmanlı paşasına ərə gedən Liza xanım Türkiyəyə sığınıb, bundan sonra məşəqqətli həyatı başlayıb. Liza xanımın ölüm tarixi və yeri dəqiq bəlli deyil. Bəzi mənbələrdə onun 1950 ci illərdə Parisdə vəfat etdiyi yazılıb. Fəxri Paşasoy

photo content

Yaponiya inqilabi bir addım ataraq, həm anası, həm də atası qeyri-yapon olan bir xanımı hakim partiyanın dəstəyi ilə parlamentə deputat, daha sonra isə Xarici İşlər Nazirliyinə ən yüksək vəzifəyə gətirdi. Bu, tarixi bir hadisədir, çünki Yaponiya cəmiyyəti ənənəvi olaraq çox mühafizəkar və kənar şəxslərə qarşı qapalıdır. Anası özbək, atası uyğur olan Arfiya Eri, hazırda Yaponiyanın ən perspektivli, yeni nəsil siyasətçisi hesab edilir. O 37 yaşındadır və yapon, uyğur, özbək, ingilis, türk, çin dillərini çox mükəmməl bilir. Arfiya Erinin bu posta gətirilməsinin arxasında həm də Çinlə olan geosiyasi rəqabət və Mərkəzi Asiya ilə strateji əməkdaşlıq hədəfləri dayanır. Onun fəaliyyəti Yaponiyanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alması və türk dünyası ilə bağlarını gücləndirməsi yolunda mühüm addım kimi görülür. Çünki Arfiya Eri vəzifəyə gəldikdən sonra verdiyi açıqlamalarda Yaponiyanın Türk Dövlətləri Təşkilatına fərqli statuslarda (Macarıstan kimi müşahidəçi və s.) qatıla biləcəyini bildirdi. Bir neçə dəfə "Orta Asiya + Yaponiya" formatında dialoqlar keçirilib. P.S. Düşünürəm bu təyinatın arxasında duran əsas səbəblərdən biri də Yaponiyanın hazırda yaşadığı dərin demoqrafik krizisdir. Sürətlə qocalan əhali fonunda Yaponiya yeni işçi qüvvəsi və gənc enerji axtarışındadır ki, bu məqamda uzaq qohumluqla Türk dünyası ən ideal tərəfdaş kimi görünür. Digər tərəfdən, ABŞ və Yaponiya Çinin regiondakı iqtisadi hegemonluğunu balanslaşdırmaqda maraqlıdır. Zəngin təbii resursları və böyük bazar potensialı ilə Türk dövlətləri Yaponiya üçün fürsətdir. Orxan Atabəy

photo content

🕯 20 Yanvar – Qanlı Yanvar Bu gün tariximizdə,1990-cı ilin 20 yanvar gecəsi Sovet ordusu Bakıya daxil olaraq dinc əhaliyə qa
🕯 20 Yanvar – Qanlı Yanvar Bu gün tariximizdə,1990-cı ilin 20 yanvar gecəsi Sovet ordusu Bakıya daxil olaraq dinc əhaliyə qarşı divan tutaraq soyqırım törətdiyi gündür. ➡️ 147 nəfər şəhid oldu, ➡️ 800-dən çox insan yaralandı, ➡️ 5 nəfər itkin düşdü, ➡️ 800-ə yaxın şəxs qanunsuz saxlanıldı. Bu faciə Azərbaycan xalqının azadlıq iradəsini sındıra bilmədi, əksinə müstəqillik yolunda həlledici mərhələ oldu. 🇦🇿 20 Yanvar – Unudulmaz tariximizdir. Ruhları şad olsun.Allah şəhidlərimizi rəhmət eyləsin.

Müxtəlif kitablardan maraqlı sitatlar: • “İnsanla layiq olduğu kimi davransanız, o, olduğu kimi qalacaq, amma ona olmalı və ola biləcəyi insan kimi davransanız, o, belə bir insana çevriləcək”. Yohann Volfqanq Göte. • “Dünyada ən gözəl şey — bizim harada olduğumuz deyil, hansı istiqamətə getdiyimizdir.” Oliver Uendell Holms, XIX əsr amerikalı həkim, şair və yazıçı. • “Dünyada görmək istədiyimiz dəyişikliklər əvvəlcə özümüzdə baş verməlidir”. Mahatma Qandi. • “Özüm dəyişikliklərə açıq deyiləmsə, başqa insanın dəyişməsini arzulamaq haqqım yoxdur”. Alman və İsrail filosofu Martin Buber. • 19 əsrin əvvəllərində Avstriya dövlət xadimi Klemens fon Metternixin adına yazılan belə bir deyim var: “Fransa asqıranda Avropa xəstələnir”. Sonralar bu deyimdə Fransa ABŞ-la əvəzləndi.

photo content

Yaponiya 1937–1945-ci illəri əhatə edən işğal dövründə 30 milyona yaxın insanı məhv etdi. Bunun 20 milyonu Çinin payına düşüdü. İndoneziya, Vyetnam, Filippin və Koreyada daha 10 milyon insan qırıldı. Özü isə 2.1 milyon hərbçisini itirdi. ​1941-də Pörl-Harbora hücumu ilə ABŞ-la rəsmi savaşa girdi. Lakin işğal olunmuş geniş ərazilər, parçalanmış ordu, yanacaq çatışmazlığı və ABŞ-ın nəhəng sənaye gücü qarşısında Yaponiya bütün cəbhələrdə uduzmağa başladı. Pilot yox, yanacaq yox, limanlarda təyyarələr və gəmilər hərəkətsiz qalıb çürüyürdü. Buna baxmayaraq, xalq “Buşido” kodeksini əsas götürərək təslim olmurdu. “Bir az sakitlik olsun, yenidən güc toplayıb savaşa davam edəcəyik” düşüncəsi hakim idi. ABŞ okean boyunca irəliləyərək Yaponiyaya daxil olmağa çalışdı və Okinava adasına çıxdı. Buradakı xalq müqaviməti amerikalıları dəhşətə gətirdi. Ordunun məğlub olduğunu görən 150 minə yaxın mülki sakin, öləcəyini bilə-bilə, silahsız halda ABŞ əsgərlərinə hücum etdi. Minlərlə insan qucağında uşaqları ilə qayalıqlardan atılaraq intihar etdi. Stalin adalara birgə hücum edib yapon xalqını kökündən məhv etməyi təklif edirdi. ABŞ isə həm keçmiş müttəfiqini itirmək, həm də açıq soyqırıma imza atmaq istəmirdi. 1945-ci ilin avqustunda Hiroşimaya ilk atom bombası atıldı. Dünya şoka düşdü, 80 min insan bir neçə saniyə içində öldü. Lakin Yaponiya təslim olmadı, əksinə, müqavimət daha da sərtləşdi. Üç gün sonra Naqasakiyə ikinci atom bombası atıldı, 45 min insan həyatını itirdi. Ölkə boyu rabitə kəsildi. Xalq təslim olmaqdansa, tam məhv olmağı seçdi. 19 avqusta üçüncü atom bombası planlaşdırılırdı. Bu dəfə hədəf Tokio olmalı idi. Lakin 15 avqustda ilahi varlıq sayılan İmperator Hirohito sükutu pozdu. Radioda xalqa müraciət edərək müharibənin bitdiyini elan etdi. Bu, 1000 illik tarixdə yapon xalqının öz imperatorunun səsini ilk dəfə eşitdiyi an idi: “Mən xalqımın daha çox əzab çəkməsini və insan irqinin məhv olmasını istəmirəm. Dözülməz olana dözməliyik.” Xalq radio qarşısında diz çöküb ağladı. Hərbçilər silahı yerə qoydu. Savaşı davam edib şərəfli ölümü seçən fanatik zabitlər isə sarayı basıb çevrilişə cəhd etsələr də, artıq gec idi. Yeri gəlmişkən, xalqını qorumaq üçün xalqa müraciət edən İmperator Hirohito bununla öz ilahi statusundan imtina etmiş oldu. İki həftə sonra cəmi 23 dəqiqə çəkən mərasimdə Yaponiya rəsmi olaraq təslim aktına imza atdı. İmzanı qəbul edən General Duqlas Makartur faktiki olaraq Yaponiyanın “kölgə imperatoru”na çevrildi. Yeni qanunlar, yeni sistem və yeni nəsil ilə ölkəni yenidən qurdu, çökməyə qoymadı. Nəticə etibarilə, iki atom bombası 150 min insanın həyatına son qoysa da, müharibəyə hazır olan on milyonlarla insanın həyatını xilas etmiş oldu. 1946-cı ildə İmperator Hirohito rəsmi şəkildə tanrı mənşəli olmadığını elan etdi. ABŞ isə imperator institutunun nüfuzunu qorumaq üçün onu məhkəməyə çıxarmadı. Müasir Yaponiyada imperator Naruhitodur. O, siyasətə qarışmır, lakin cəmiyyətdə ən yüksək mənəvi statusa sahib olan, mədəni və mənəvi birləşdirici fiqur kimi qəbul olunur. Orxan Atabəy

photo content

photo content

photo content

Bakıda doğulmuş Nobel mükafatcısı, Lev Landau Dünyaca məşhur fizik Lev Davidoviç Landau 22 yanvar 1908 ci ildə Bakıda yəhudi ailəsində doğulur. Atası David Landau bir neft mühəndisi, anası Lyubov Landau isə həkim idi. Bakıda gimnaziyanı bitirdikdən 13 yaş vardı və daha sonra Bakı İqtisadi Texniki məktəbə daxil olur, 14 yaşında Bakı Dövlət Unversitetində fizika və riyaziyyat üzrə təhsilini davam edir. 1924 cü ildə, 16 yaşında Leninqrad Ünversiteti Fizika Departamentinə qəbul olur. Bundan sonra ömrünü nəzəri fizikaya həsir edir. Landau 1929-1931 illərdə Sovet höküməti Xalq Təhsil Komissarlığı ilə Rofeller Fondu arasındakı orta mütəfiqlik zəminində xaricdə elmi səfər və təcrübələrdə olur. Kvant fizikasının yaradıcılarından hesab olunan Niels Bohr dan təsirlənir. Böyük Britaniyadan Cambridge Universitetindən Paula Dirac, İsveçrənin Zürhi şəhərlərində isə Wolfgang Pauli adlı fiziklərə birgə elmi fəaliyyət göstərir. SSRİ yə qayıtdıqdan sonra Xarkov Nəzəri Fizika və Milli Elmi Mərkəzinə rəhbərlik edir. 1938 ci ildə Stalinizmi sərt tənqid etdiyinə görə həbs edilir. Lakin az sonra elə Stalinin öz tərəfindən azad edilir. Landau SSRİ nin atom və hidrogen bombaları layihələrində əsas elmi iştirakçılardan olur. O ilk Sovet termonüvə bonbasının dinamikasını hesablayır. 1949-1953 illəri arasındakı gərgin işlərinə görə Stalin mükafatına, 1954 cü ildə isə Sosialist Əmək Qəhramanı adına layiq görülür. Landau 1937 ci ildə maye helium və ifratkeçiricik fizikası üzərində elimi təcrübələr aparmışdı. 1962 ci ildə əsasən maye helium üçün vermiş olduğu öncül elmi qatıqlara görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Landau 1962 ci ilin yanvarında avtoqəza keçirmiş və bir neçə ay komada yatdıqdan sonra SSRİ Elimlər Akademiyası xəstəxanasına yerləşdirilmişdi. Həmin ilin noyabr ayında Nobel mükafatı alması teleqramını alır. İsveçrə gedə bilməməsi səbəbindən mükafatı rəsmi formada ona xəstəxanada verilir. Bir daha tam sağalmayan Lev Landau 1968 ci il 1 aprel tarixində Moskovada vəfat edir.

photo content

12 dekabr – “Şərqi-Rus” qəzetinin təsisçisi Məhəmmədağa Şahtaxtinskinin vəfat günüdür. Azərbaycan maarifçiliyinin, əlifbanın
12 dekabr – “Şərqi-Rus” qəzetinin təsisçisi Məhəmmədağa Şahtaxtinskinin vəfat günüdür. Azərbaycan maarifçiliyinin, əlifbanın təkmilləşməsində əvəzsiz xidmətləri olmuşdur. Məhəmmədağa Şahtaxtinski publisistik yazıları ilə dilin, təhsilin, dünyəvi düşüncənin, milli oyanışın inkişafına xidmət edir, cəmiyyətin geriliyindən qurtulması üçün mütərəqqi ideyaları təbliğ edirdi.

#bilməkgözəldir Ədəbiyyat sahəsində ilk Nobel mükafatı alan qadın. Selma Lagerlöf ədəbiyyat sahəsində Nobel mükafatı alan ilk qadın yazıçıdır. O, 1958- ci ildə İsveçin cənubundakı Vermlan əyalətində Zabit ailəsində dünyaya gəlmişdir. Üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalxa bilməmiş, sonra həyatı boyu iflic qalmışdı. Nənəsindən dinlədiyi çox saylı nağıl və rəvayətlər Selmanın kiçik yaşlarından həyatın təsir etmişdi. Müəllim olmaq istəyən Selma Lagerlöf 1885 ci ildə Stokholmdakı Kral Ali Qadın Pedoqoji Akademiyanı bitirmişdi. İki il sonra atasının vəfatı, ardınca ata-baba mülklərinin borca görə hərraca qoyulması ona sarsıdıcı zərbə vurmuşdu. Selma ailəsinə kömək məqsədi ilə qız məktəbində işə düzəlmişdi. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilmişdi. Təxminən on il müəllim işlədikdən sonra Selma Laqerlöf özünü bütünlüklə yaradıcılığa həsr etmək üçün pedaqoji sahədən uzaqlaşmışdı. İsveç kralı II Oskarın ayırdığı təqaüd və İsveç Akademiyasının yardımı ona arzusunu həyata keçirməyə imkan vermişdi. 1894-cü ildə Laqerlöfün "Görünməz zəncirlər" adlı novellalar kitabı çap olunmuşdu. 1895-1896-cı illərdə İtaliyaya, 1899-1900-cu illərdə isə Misir və Fələstinə səfər edən yazıçı biri-birinin ardınca "Dəccalın möcüzələri" (1898) və iki cildlik "Yerusəlim" (1901-1902) romanlarını nəşr etdirmişdi. Yazıçının məşhur əsərlərindən biri də "Nils Holqerssonun vəhşi qazlarla İsveçə möcüzəli səyahəti" (1906) adlı uşaq romanıdır. Xalq nağılları üslubunda yazılmış bu kitab ölkəni daha yaxşı tanıtmağa xidmət edir. Uşaqlar üçün yazılan başqa bir əsər – "Bataqlıqdakı fermadan olan qız" (1907) romanıdır. 1909-cu ildə Selma Laqerlöf "bütün əsərlərini fərqləndirən yüksək idealizmə, parlaq təxəyyülə və mənəvi təsir qüdrətinə görə" İsveç yazıçıları və dünya qadınları arasında ilk Nobel mükafatı laureatı olmuşdu. Selma Laqerlöf 1914-cü ildə İsveç Akademiyasının üzvü seçilmişdir. Birinci Dünya müharibəsinin başlaması ilə sarsıntı keçirən yazıçı bir müddət işdən soyusa da təsəllini yenə ədəbiyyatda tapmışdı. 20-ci illərdə Laqerlöfün "Lyovenşyoldların üzüyü" (1925), "Şarlotta Lyovenşyold" (1925), "Anna Svyord" (1928) romanlarından ibarət trilogiyası çap olunmuşdu. Memuar janrında yazılmış "Morbakka" (1922), "Bir uşağın xatirələri" (1930), "Selma Laqerlöfün gündəliyi" (1932) kitablarında isə uşaqlıq və ilk gənclik xatirələri öz əksini tapmışdı. Selma Laqerlöf Fin-rus müharibəsi başlayan zaman öz mükafatlarını — İsveç Akademiyasının Böyük qızıl medalını və Nobel mükafatının qızıl medalını Finlandiya hökumətinə göndərmiş, onların əridilib ölkənin müdafiə ehtiyaclarına sərf olunmasını xahiş etmişdi. Lakin lazımi vəsait digər mənbələrdən tapıldığından görə mükafatlar böyük minnətdarlıq hissi ilə sahibinə qaytarılmışdı. Selma Laqerlöf 1940 cı ildə vəfat etmişdir.