cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Fakt Yoxla Lab.

“FaktYoxla Lab.” (Aze FactCheck lab.) yalan, saxta, auditoriya şüuru ilə manipulyasiya məlumatlarını aşkar edib, oxucu və izləyiciyə həqiqi informasiyanı, doğru olanı çatdırmağı hədəfləyən fakt-araşdırma laboratoriyasıdır.

Ko'proq ko'rsatish
Reklama postlari
4 652
Obunachilar
+224 soatlar
-97 kunlar
-2530 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

“Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silinib! Son günlər mediada sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Qor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilib. Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində isə Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı yayıb. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi əlavə olaraq aşağıdakıları bildirir: Qor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnının “Youtube” platformasından silinməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Tədbirlər çərçivəsində Agentlik tərəfindən bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun “Youtube” administrasiyasına müraciətinin hazırlanmasında hüquqi yardım göstərilib, müraciət və müvafiq sübutedici sənədlər ingilis dilinə tərcümə olunub. Agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın vərəsəsinin adından “Youtube” və digər rəqəmsal platformalarla iş üzrə ixtisaslaşmış və Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS) - https://rays.az/ tərəfindən “Youtube”a göndərilməsində texniki yardım göstərilib. Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silinib (URL: https://www.youtube.com/watch?v=xbFwavNaTHI). Hazırda “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarında (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) yerləşdirilmiş “Sirun jan” mahnısının digər audio və video yazılarının, hüquq pozuntusuna səbəb olmuş ilkin mənbədən götürülərək törəmə mənbələrdə yerləşdirilmiş nüsxələrinin silinməsi ilə bağlı müvafiq işlər aparılır.
Hammasini ko'rsatish...
RAYS - Rəqəmli və Audiovizual Yayım Sənayesi

Ölkədə ifaçıların və fonoqram istehsalçılarının hüquqlarını təmsil edən yeganə təşkilat.

👍 5
Qurumlar saxta video müraciətlə bağlı açıqlama yaydılar “Bir sıra saxta sosial şəbəkə hesablarda edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya vətəndaşların ölkənin bank sektoruna investisiya qoymağa təşviq edən videomüraciət yayılıb. Bildiririk ki, qeyd olunan videomüraciət “deep-fake” texnologiyası ilə hazırlanıb və heç bir reallığı əks etdirməyən saxta məlumatdır”. Bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi birgə məlumat yayıb. Qurumlar cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırıblar: “Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatəsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”. Bildirilib ki, “Deep-fake” texnologiyalarından istifadə edərək hazırlanmış qeyd olunan saxta və yalan videomüraciət, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir.
Hammasini ko'rsatish...
👍 4
📢❗️Baş Prokurorluq isti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib: ▪️ Havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti, sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. ▪️Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. ▪️Boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. ▪️İş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanılır.
Hammasini ko'rsatish...
02:10
Video unavailableShow in Telegram
Ağdərə antiterror əməliyyatları zamanı çəkilmiş kadrlar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə isə can sağlığı versin. Sizlərə borcluyuq. 🇦🇿
Hammasini ko'rsatish...
Q_fLRDioxlcJGUzF.mp47.23 MB
👍 10 4
03:52
Video unavailableShow in Telegram
Ermənilər "Qarabağ" mahnısını da oğurladılar: Konvensiyanın 3 müddəası pozulub- Videofakt Erməni ifaçı Gor Yepremyan “Sirun jan” adlı yeni mahnısını "youtube" kanalında yayımlayıb. Bu klipdə səslənən melodiyanın Azərbaycanda çox məşhur olan "Anadır arzulara hər zaman Qarabağ" mahnısından götürüldüyü dərhal sezilir. Erməni müğənni isə "youtube" kanalında melodiyanı "erməni xalq mahnısı" kimi təqdim edib. Mövzu ilə bağlı Faktyoxla Lab.-ın hazırladığı videonu izləyə bilərsiniz:
Hammasini ko'rsatish...
Qarabag5.mp4295.70 MB
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsindən azad edilib. Müvafiq sərəncamla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb. Digər sərəncamla, Vətən Müharibəsi Qəhrəmanı, general Kənan Seyidov həmin vəzifəyə təyin edilib. Kərəm Mustafayev məlumatı təsdiq edib. (musavat.com)
Hammasini ko'rsatish...
5👍 3
04:39
Video unavailableShow in Telegram
Sosial mediada özünü "Vətəndaş X" kimi tədqim edən maskalı personajın kimliyini araşdırdıq
Hammasini ko'rsatish...
vetendasX-5.mp4285.72 MB
💩 4👎 1 1
Şəxsin hərbi xidmətə yararsız sayılmasına səbəb olan xəstəliklər... Şəxsin hərbi xidmətə yararsız sayılmasına səbəb olan xəstəliklər cədvəli ilə e-qanun.az saytında tanış olmaq olar. Həmin xəstəliklərin siyahısı "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin ("Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası" və "Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər"in) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu ildə qəbul etdiyi 154№-li qərarında yer alıb. Həmin qərarın "Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər" bölməsində "Xəstəliklər cədvəli"nin qrafaları aşağıdakı kateqoriyalı vətəndaşların səhhətinə tələbləri nəzərdə tutur: I qrafa - ilkin hərbi qeydiyyata götürülən, hərbi xidmətə çağırılan vətəndaşların; II qrafa - çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların; III qrafa - zabitlərin, miçmanların və onlara bərabər olan hərbi qulluqçuların, hərbi xidmət keçməmiş, ehtiyatda olan zabitlər, hərbi xidmətə və hərbi toplanışa çağırılanda, hərbi xidmətə könüllü daxil olan və hərbi xidmət keçən şəxslərin. "Xəstəliklər cədvəlində" hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları göstərilib: "A" - həqiqi hərbi xidmətə yararlıdır; "B" - sıradankənar həqiqi hərbi xidmətə yararlıdır; "C" - dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; "Ç" - həqiqi hərbi xidmətə müvəqqəti yararsızdır; "D" - hərbi uçotdan çıxarılmaqla, həqiqi hərbi xidmətə yararsızdır. Hərbi xidmətə çağırış zamanı hansı hərbi hissəyə düşəcəyini öncədən müəyyən etmək olarmı? 2024-cü ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytından öyrənmək mümkündür. Məlumatların tapılması üçün çağırışçı özü haqqında məlumatları Azərbaycan dilində, dəqiq, müvafiq xanalara daxil etməklə cavab ala bilər. Qeyd edək ki, Azərbaycanda bütün əməkqabiliyyətli kişi mülki şəxslər üçün Azərbaycan Silahlı Qüvvələrində məcburi hərbi xidmət nəzərdə tutulur. Hərbi xidmətə çağırış yaşı 18-dir. Azərbaycan Konstitusiyasının 76.2-ci maddəsinə əsasən, vətəndaş vicdan azadlığına uyğun olaraq xidmət keçmək istəmədikdə hərbi xidmətdən başqa alternativ xidmət nəzərdə tutulur. İldə dörd çağırış dövrü var. Hərbi xidmət stajı 18 ay, ali məktəb məzunları üçün icbari xidmət müddəti isə 12 aydır.
Hammasini ko'rsatish...
👍 6
Photo unavailableShow in Telegram
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib!
Hammasini ko'rsatish...
👍 7🫡 2👎 1
Təsdiq olunmuş köç planına əsasən, Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndində bu il ərzində ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub.
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.