cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Azad İran

"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur

Ko'proq ko'rsatish
Reklama postlari
4 324
Obunachilar
-524 soatlar
-37 kunlar
+14230 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
🇮🇷 İranın Həcc və Ziyarət Təşkilatının internet saytına hücum olub 👨‍💻 “Əsr-e İran” saytı xəbər verir ki, bu gün “IRLeaks” adlı haker qrupu Həcc və Ziyarət Təşkilatının internet saytını sındırıb. Bildirilib ki, haker qrupu zəvvarlar haqqında 1984-cü ildən bu ilə qədər olan vacib məlumatları əldə edib. Məlumatların ümumi həcminin 1,25 terabayt olduğu və burada zəvvarların uçuş, sığorta, ödəniş məlumatlarının yer aldığı qeyd olunub. Sözügedən haker qrupu daha öncə İranda fəaliyyət göstərən “Tapsi” (onlayn taksi sifarişi) və “Snapp Food” (onlayn yemək sifarişi) saytlarına kiberhücum həyata keçirib. Qeyd olunub ki, saytın sındırılması İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənib. #İran #təşkilat #kiberhücum #sayt Kanala abunə olun
Hammasini ko'rsatish...
👍 2😁 1
🇮🇷 İranda hökumət binaları önündə əldəqayırma qurğular partladıldı 🔥 Bu gün paytaxt Tehran şəhərində, habelə Gülüstan əyalətinin Qorqan şəhərində azadlıasevər etirazçılar tərəfindən əldəqayırma qurğular partladılıb. #İran #etiraz Kanala abunə olun
Hammasini ko'rsatish...
🔥 1
Photo unavailableShow in Telegram
🇮🇷 %Xomeyninin vəfatının ildönümündə nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq** 🚙 “Tasnim News” xəbər verir ki, bu gün Tehran Yol Polisi İdarəsinin rəisi Seyid Əbülfəzl Musəvipur İranın keçmiş rəhbəri Ruhullah Xomeyninin vəfatının 35-ci ildönümü ilə bağlı paytaxtda nəqliyyatın hərəkətinə məhdudiyyətlər və qadağalar haqqında açıqlama verib: Onun sözlərinə görə, Xomeyninin anım mərasimi ilə bağlı bazar günü gecədən paytaxt yollarında hər cür motosiklet və ağır nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək. #İran #Xomeyni #ildönümü #nəqliyyat #məhdudiyyət Kanala abunə olun
Hammasini ko'rsatish...
👎 3🤔 1
🇮🇷 Xomeyninin vəfatının ildönümündə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək 🚙 “Tasnim News” xəbər verir ki, bu gün Tehran Yol Polisi İdarəsinin rəisi Seyid Əbülfəzl Musəvipur İranın keçmiş rəhbəri Ruhullah Xomeyninin vəfatının xatirəsi ilə bağlı nəqliyyatın hərəkətinə məhdudiyyətlər və qadağalar haqqında açıqlama verib. Məlumata görə, o, Xomeyninin vəfatının 35-ci ildönümü ilə bağlı nəqliyyatın təşkili ilə əlaqədar deyib: “İslam İnqilabının böyük banisi Xomeyninin vəfatı münasibəti Tehran Yol Polisi əziz zəvvarların keçidi və hərəkət təhlükəsizliyini asanlaşdırmaq üçün xüsusi nəqliyyat tədbirləri həyata keçirəcək”. Qeyd olunub ki, Xomeyninin anma mərasimi münasibətilə bazar günü gecədən paytaxt yollarında hər cür motosiklet və ağır nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək. #İran #Xomeyni #ildönümü #nəqliyyat #məhdudiyyət Kanala abunə olun
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
🇮🇷 İranda 40-a yaxın sosial media fəalına cinayət işi açıldı 👨‍⚖️ İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, İsfahan əyalətində ən azı 35 “İnstagram” hesabı polis tərəfindən qapadılıb. Məlumata görə, İsfahan əyalətinin FƏTA (Kiberməkana Nəzarət) Polisi İdarəsinin rəisi Seyid Mustafa Murtəzəvi bildirib ki, bağlanan sosial media hesablarında Qərb həyat tərzinin təbliği və uyğunsuz məzmunlu paylaşımlar edilib. Qeyd olunub ki, sosial media fəallarına qarşı məhkəmədə cinayət işi açılıb. #İran #İsfahan #sosial_media #fəal #cinayət_işi Kanala abunə olun
Hammasini ko'rsatish...
😁 1
00:39
Video unavailableShow in Telegram
🇮🇷 İranda futbol azarkeşləri stadionun oturacaqsız tribunalarına hücum etdilər ⚽️ BBC xəbər verir ki, bu gün axşam saatlarında Tehranın Azadi stadionunda “Persepolis” və “Mes Rəfsəncan” komandaları arasında oyun baş tutub. Məlumata görə, stadiona erkən gələn azarkeşlər girişi qadağan olan və yeni təmirdən çıxan oturacaqsız tribunalara hücum edərək özlərinə yer tutublar. #İran #futbol #azarkeş #stadion #hücum Kanala abunə olun
Hammasini ko'rsatish...
🔥 1🤔 1
00:08
Video unavailableShow in Telegram
🛑 Güney Azərbaycanda 🇮🇷 İran prezidentinin banneri yandırılıdı 🔥 Bu gün Qərbi Azərbaycan əyalətinin Bəykəndi (Bukan) şəhərində helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisinin şəkli olan bannerə etirazçı gənclər tərəfindən od vurulub. Xatırladaq ki, İbrahim Rəisi mayın 19-da Şərqi Azərbaycan əyalətində bir sıra hökumət rəsmiləri ilə birlikdə helikopter qəzasında həyatını itirib. ‎بوکان: به آتش کشیدن بنر رئیسی #Qərbi_Azərbaycan #İran #prezident Kanala abunə olun
Hammasini ko'rsatish...
🔥 4 1
🛑 TƏCİLİ 🇮🇷 İranda prezident seçkilərində ilk qadın namizədliyini irəli sürdü 🧕 “Mashregh News” xəbər verir ki, bu gün İran parlamentinin üzvü Zöhrə İlahian növbədənkənar keçirilən 14-cü prezident seçkilərində qeydiyyatdan keçib. Məlumata görə, İran Daxili İşlər Nazirliyi yanında Mərkəzi Seçki Qərargahında qeydiyyatdan keçən millət vəkili Zöhrə İlahian öz namizədliyini irəli sürən ilk qadın olub. #İran #prezident_seçkiləri #qadın #namizəd Kanala abunə olun
Hammasini ko'rsatish...
👍 2👎 1🔥 1👏 1
Photo unavailableShow in Telegram
🇮🇷 İranda həbs edilən satanistlərin sayı gündən-günə artır ☠️❌ İSNA xəbər verir ki, bu gün Xuzistan əyalətinin Dezful şəhərində #satanist qrupun 35 üzvü #həbs edilib. Bununla bağlı, sözügedən şəhərin Polis İdarəsinin rəisi Ruhullah Yarizadə bildirib ki, saxlanılanlardan 31-i kişi, dördü isə qadın olub. Onun sözlərinə görə, müxtəlif əyalətlərdən olan şeytana pərəstiş edən qrupun üzvləri Dezful şəhərində gizli görüş keçirərək müxtəlif simvol və alətlərlə ayinlər təşkil ediblər. #İran #satanist #həbs Kanala abunə olun
Hammasini ko'rsatish...
👍 2 1🔥 1
Photo unavailableShow in Telegram
🇮🇷 İranda güclü meşə yanğınları yenidən başlayıb 🌳🔥 “Mehr News” xəbər verir ki, Kuhgiluye və Boyer-Əhməd əyalətinin qərb hissəsində güclü meşə #yanğını başlayıb. Məlumata görə, sözügedən əyalətin valisi Seyid Həmzə Muhəqqiqzadə bildirib ki, dünən Kugiluye bölgəsinin otlaq və meşələrində başlayan yanğın yenidən alovlanıb. #Külək#isti hava səbəbindən yayılan yanğın bölgənin otlaq və meşə sahələrinin çox hissəsini əhatə edib”, - deyə, vali əlavə edib. Onun sözlərinə görə, bölgənin #relyefinin çətin olması yanğının nəzarət altına alınmasını çətinləşdirir. #İran #meşə_yanğını Kanala abunə olun
Hammasini ko'rsatish...
👎 1 1