uz
Feedback
UNEC

UNEC

Kanalga Telegram’da o‘tish

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi telegram kanalı 🔗 Sosial media hesablarımız: https://linktr.ee/uneceduaz

Ko'proq ko'rsatish
4 567
Obunachilar
Ma'lumot yo'q24 soatlar
+27 kunlar
-2230 kunlar
Postlar arxiv
UNEC
4 566
Abituriyentlər üçün yeni rəqəmsal platforma: “SİZİN UNEC”! 🌟 Qəbul imtahanları ərəfəsində hər bir abituriyentin və valideyni
Abituriyentlər üçün yeni rəqəmsal platforma: “SİZİN UNEC”! 🌟 Qəbul imtahanları ərəfəsində hər bir abituriyentin və valideynin cavab axtardığı vacib suallar var: "Niyə məhz UNEC?" və "Bu universitet mənə hansı üstünlükləri qazandıracaq?" 🤔 Məhz bu suallara ən rahat və dolğun şəkildə cavab tapmaq üçün “SİZİN UNEC” rəqəmsal platforması istifadəyə verildi! 💡 Platformanın müasir və interaktiv dizaynı sayəsində istiqamətlənmək olduqca asandır. Rənglərlə fərqləndirilmiş xüsusi bölmələr vasitəsilə sizi maraqlandıran mövzuya cəmi bir kliklə keçid edə bilərsiniz. Beləliklə, UNEC-in təhsil və karyera imkanları, beynəlxalq proqramları, ikili diplom layihələri, daxili təqaüdlər, müasir kampus həyatı, eləcə də digər üstünlükərlə tam vizual formatda tanış olmaq mümkündür. Universitet seçimini real faktlar əsasında etmək və gələcəyini beynəlxalq təhsil mühitində qurmaq istəyən abituriyentləri platformamıza dəvət edirik! 👋🚀 🔗 Platformaya keçid: https://sizin.unec.edu.az/

UNEC
4 566
APTİS imtahanı verəcək tələbələrin nəzərinə! İmtahanın gedişatı aşağıdakı kimi olacaq: ✅ Saat 09:00-da (ikinci növbə üçün saa
APTİS imtahanı verəcək tələbələrin nəzərinə! İmtahanın gedişatı aşağıdakı kimi olacaq: ✅ Saat 09:00-da (ikinci növbə üçün saat 14:00-da) cədvələ uyğun olaraq imtahanda iştirak edəcək tələbələr ilk öncə Danışıq və Dinləmə bölmələri üzrə imtahan verəcək, bu imtahan tamamladıqdan sonra zalı müvəqqəti tərk edəcəklər. ✅ Saat 10:00-da (ikinci növbə üçün saat 15:00-da) cədvələ uyğun olaraq imtahanda iştirak edəcək növbəti qrup tələbələr də ilk öncə Danışıq və Dinləmə bölmələri üzrə imtahan verəcəklər. ✅ Saat 11:00-da (ikinci növbə üçün saat 16:00-da) əvvəlcə zalı tərk etmiş tələbələr yenidən imtahan zalına qayıdacaqlar və bütün tələbələr birlikdə Qrammatika və lüğət tərkibi, Yazı və Oxu bölmələri üzrə imtahanlarını davam etdirəcəklər. Hər birinizə uğurlar arzulayırıq!

UNEC
4 566
UNEC-də hər imtahan sessiyasında olduğu kimi, bu sessiyada da həftənin şənbə günləri rektor prof. Ədalət Muradovun “Açıq qapı
UNEC-də hər imtahan sessiyasında olduğu kimi, bu sessiyada da həftənin şənbə günləri rektor prof. Ədalət Muradovun “Açıq qapı” günləri keçiriləcək. İlk “Açıq qapı günü” 6 iyun, saat 10:00-da UNEC-in əsas tədris binasında təşkil olunacaq. İmtahanla bağlı sualı, şikayəti və təklifi olan tələbə və valideynlər “Açıq qapı”da iştirak edə bilərlər. “Açıq qapı”ya “1846 Qaynar Xətti”nə və ya “4925903 (daxili 1199) İmtahan Qərargahı”na zəng edərək yazılmaq mümkündür. @uneceduaz

UNEC
4 566
Əziz UNEC ailəsi, Sizi müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik. Bu əziz bayramın hər evə ruzi-bərəkət, sevinc və s
Əziz UNEC ailəsi, Sizi müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik. Bu əziz bayramın hər evə ruzi-bərəkət, sevinc və sağlıq gətirməsini arzulayırıq! Bayramınız Mübarək! @uneceduaz

UNEC
4 566
UNEC-də tələbə rektor və tələbə təşkilatlarına sədr seçkiləri keçirilir. Seçkilər saat 18:00-dək davam edəcək. ✅ Statistikanı canlı izləyə bilərsiniz: https://www.youtube.com/live/PM4-i4Az1mQ?si=aAv8jItHICOECRDo ✅ Səsvermədə iştirak etmək üçün: https://bit.ly/secki2026

UNEC
4 566
25 may saat 08:00-dan 18:00-dək UNEC-də tələbə rektor və tələbə təşkilatlarına sədr seçkiləri keçiriləcək! Bütün tələbələri s
25 may saat 08:00-dan 18:00-dək UNEC-də tələbə rektor və tələbə təşkilatlarına sədr seçkiləri keçiriləcək! Bütün tələbələri seçkilərdə aktiv iştirak etməyə və öz namizədlərinə dəstək göstərməyə dəvət edirik! Qeyd edək ki, səsvermənin statistikası UNEC-in YouTube kanalında canlı yayımlanacaq: https://www.youtube.com/live/PM4-i4Az1mQ?si=BatA4so7OYUj8f15

UNEC
4 566
KVET-də təlim almaq sadəcə öyrənmək deyil - özünü real iş həyatına hazırlamaqdır. Burada əldə edəcəyin biliklər praktikdir, bazarın tələbinə uyğundur və səni birbaşa iş dünyasına çıxarır. Təlimləri uğurla bitirdikdən sonra ECITB, AITT, IOSH və ISO standartlarına uyğun beynəlxalq sertifikatlar əldə edəcəksən ki, bu da sənin karyeranda ciddi üstünlük yaradacaq. ✨ Bu sertifikatlar sənə nə qazandırır? ✔️ CV-ni gücləndirir ✔️ İşə qəbul zamanı səni ön plana çıxarır ✔️ Yerli və xarici şirkətlərdə işləmək şansını artırır ✔️ Bilik və bacarıqlarını rəsmi şəkildə təsdiqləyir ✔️ Daha yüksək maaşlı vəzifələrə yol açır 💡 Bu sadəcə sertifikat deyil — sənin karyeran üçün real üstünlükdür. 🚀 KVET məzunları: ✔️ Daha tez iş tapır ✔️ İşə daha hazır başlayır ✔️ Karyerada daha sürətli irəliləyir Ətraflı: https://news.unec.edu.az/elan/89-taelim/15085-kvet-telimine-geydiyyat-bashladi

UNEC
4 566
UNEC-in əsas tədris binasının böyük akt zalında “Sərhədləri aşmaq” mövzusunda TEDxUNEC səhnəsi qurulur ⚡️ İlhamverici spikerl
UNEC-in əsas tədris binasının böyük akt zalında “Sərhədləri aşmaq” mövzusunda TEDxUNEC səhnəsi qurulur ⚡️ İlhamverici spikerlər, güclü ideyalar və fərqli baxış bucaqları ilə dolu bir gün sizi gözləyir. Qeydiyyat artıq başladı! 🚀 ❗️ Qeydiyyatla bağlı vacib məlumatlar: ✅ Digər universitetlərin tələbələri qeydiyyat zamanı öz universitetlərinin adını qeyd etməlidir ✅ Tələbə deyilsinizsə, statusunuzu (məktəbli, məzun və s.) müvafiq xanada qeyd edə bilərsiniz ✅ Qeydiyyatı təsdiqlənən iştirakçılara elektron bilet göndəriləcək ✅ Zala giriş yalnız e-bilet vasitəsilə mümkündür 🔗 Qeydiyyat üçün: https://biletli.az/event/tedx-unec Gəlin, sərhədləri birlikdə aşaq! ⚡️

UNEC
4 566
Hesabından pulun necə çıxdığını anlamırsan? 🤔 Bu, akseptsiz tutulma ola bilər. 📌 Bəs bu nə zaman olur? 📌 Necə qarşısını al
Hesabından pulun necə çıxdığını anlamırsan? 🤔 Bu, akseptsiz tutulma ola bilər. 📌 Bəs bu nə zaman olur? 📌 Necə qarşısını almaq olar? 📌 Hansı hallarda risklidir? Bütün bu sualların cavabını Rabitəbank ilə müzakirə edəcəyik 👇 🎤 Kreditlərin akseptsiz tutulması seminarı 📍 UNEC-in əsas tədris binası, ağ zal 🗓 Tarix: 29 Aprel ⏰Saat: 11:00 🔗 Qeydiyyat üçün: https://biletli.az/event/event-2 🎁 Seminarda sual-cavabda aktiv iştirak edən tələbələrə Rabitəbankdan maraqlı hədiyyələr gözləyir.

UNEC
4 566
📢 UNEC-də “Tələbə-dekan” seçkilərinə namizədlərin qeydiyyatı başlayır! ✅ Seçki təqviminə əsasən: • 17–27 aprel tarixlərində
📢 UNEC-də “Tələbə-dekan” seçkilərinə namizədlərin qeydiyyatı başlayır! ✅ Seçki təqviminə əsasən: • 17–27 aprel tarixlərində namizədlərin elektron qeydiyyatı həyata keçiriləcək • 27 aprel – 4 may tarixlərində onlayn müsahibələr təşkil olunacaq • 4–18 may tarixlərində isə namizədlərin təşviqat kampaniyası aparılacaq ℹ️ Namizədlik üçün tələblər: • UNEC-də əyani təhsil alan bakalavrlar • ⁠Akademik borcu olmayan • ⁠ÜOMG göstəricisi 71-dən yuxarı olan • ⁠I-III kurs tələbələri 22 may 2026-cı il tarixində tələbələrin şəxsi kabinetləri vasitəsilə 10 saat davam edəcək onlayn səsvermə keçiriləcək. 🔗 Qeydiyyatdan keçmək üçün: http://bit.ly/3OvXjZo UNEC tələbələrini seçkilərdə fəal iştirak etməyə və fakültələrinin inkişafında söz sahibi olmağa dəvət edirik.

UNEC
4 566
VI “Yüksəliş” müsabiqəsində iştirak üçün ümumilikdə 17 651 nəfər müraciət edib. Müraciət edənlər arasında Azərbaycan Dövlət İ
VI “Yüksəliş” müsabiqəsində iştirak üçün ümumilikdə 17 651 nəfər müraciət edib. Müraciət edənlər arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) birinci yerdədir. Bu barədə “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev aprelin 17-də keçirilən mətbuat konfransında məlumat verib.

UNEC
4 566
*Tələbələrin nəzərinə!* APTIS imtahanları ilə bağlı info-sessiya və təlim proqramı təşkil olunacaq. 📍 İnfosessiyalar universitetin müxtəlif tədris binalarında keçiriləcək. 📚 Təlimlər Writing, Reading və Speaking bacarıqları üzrə təşkil olunacaq, həmçinin Conversation Club da keçiriləcək. 🔗 Ətraflı proqram və tarixlər: https://drive.google.com/drive/folders/1uvzxqupIIszAQYUMjQP85BiJLxEXMajW?usp=sharing

UNEC
4 566
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən 10 il ötür. 🇦🇿 Bu şanlı yolda canından keçən şəh
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən 10 il ötür. 🇦🇿 Bu şanlı yolda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edirik. @uneceduaz

UNEC
4 566
Bu gün, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bak
Bu gün, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edirik. @uneceduaz

UNEC
4 566
UNEC ilə bağlı ən son yenilikləri, təqaüd xəbərlərini və keçirilən tədbirlər haqqında məlumatları WhatsApp kanalımıza abunə o
UNEC ilə bağlı ən son yenilikləri, təqaüd xəbərlərini və keçirilən tədbirlər haqqında məlumatları WhatsApp kanalımıza abunə olaraq ilk siz öyrənin! ✅ https://whatsapp.com/channel/0029VaDhd4dAO7RNKDQVCp2M

UNEC
4 566
Əziz UNEC ailəsi, Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik! Hər birinizə sağlamlıq, xoşbəxtlik
Əziz UNEC ailəsi, Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik! Hər birinizə sağlamlıq, xoşbəxtlik və bol ruzi-bərəkət arzulayırıq! 🙏✨🌙 Allah orucunuzu və dualarınızı qəbul eləsin! Bayramınız mübarək! @uneceduaz

UNEC
4 566
🌍💰 Global Money Week UNEC-də! Pul qazanmaq vacibdir, amma onu düzgün idarə etmək daha vacibdir. Məhz bu məqsədlə, gənclərin
🌍💰 Global Money Week UNEC-də! Pul qazanmaq vacibdir, amma onu düzgün idarə etmək daha vacibdir. Məhz bu məqsədlə, gənclərin maliyyə savadlılığını artırmaq və gələcək maliyyə qərarlarında daha uğurlu olmalarına dəstək olmaq üçün Global Money Week çərçivəsində Rabitəbank tərəfdaşlığı ilə UNEC-də xüsusi tədbir keçiriləcək. Tədbir çərçivəsində iştirakçılar: ✨ Pulun düzgün idarə olunması ✨ Qənaət və effektiv büdcə planlaması ✨ Gələcək üçün maliyyə strategiyalarının qurulması ✨ Bank sektoru və real iş təcrübəsi kimi mövzular üzrə dəyərli biliklər əldə edəcək, eyni zamanda interaktiv müzakirələrdə iştirak edəcəklər. İştirak edənlər üçün: 🎓 Sertifikat təqdim olunacaq 🎁 Müxtəlif hədiyyələr və xüsusi imkanlar təqdim ediləcək Bu tədbir yalnız bir seminar deyil — bu, maliyyə düşüncə tərzini dəyişmək və gələcəyinə real dəyər qatmaq üçün bir fürsətdir. 📅 Tarix: 18 mart 🕚 Saat: 11:00 📍 Məkan: UNEC, əsas tədris binası 🔗 Qeydiyyat üçün: https://forms.gle/DgCUfraEHutJEpHR8

UNEC
4 566
UNEC ali təhsil sistemində və məzunların əmək bazarına inteqrasiyasında mühüm yeniliyə imza atıb. Universitetdə üç ildən artı
UNEC ali təhsil sistemində və məzunların əmək bazarına inteqrasiyasında mühüm yeniliyə imza atıb. Universitetdə üç ildən artıq müddətdə üzərində çalışılan “Qeyri-akademik transkript” layihəsi uğurla tamamlanıb və bu təşəbbüs ölkəmizdə, eyni zamanda regionda ilk dəfə tətbiq ediləcək. “Qeyri-akademik transkript” məzunların universitet həyatı boyunca qazandıqları qeyri-akademik bacarıqları rəsmi şəkildə təsdiqləyəcək. Aprel ayında layihənin test mərhələsinə, may ayından isə qeyri-akademik transkriptin əldə olunması üçün rəsmi imtahanlara start veriləcək. Ətraflı: https://news.unec.edu.az/xeber/125-universitet/14721-bold-red-regionda-bir-ilk-unec-mezunlarina-geyri-akademik-transkript-verilecek-bold-red

UNEC
4 566
“İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi ilk dəfə Təcrübə Proqramına qəbul elan edir! 🚀 İTD olaraq məqsədimiz UNEC tələbələrinin peşəkar inkişafına töhfə vermək, onları real layihə mühiti ilə tanış etmək və gələcək karyeralarına güclü başlanğıc etmələrinə dəstək olmaqdır. Bu məqsədlə I Təcrübə Proqramına start veririk. 📌 Proqramın istiqamətləri: • Sədr müavini • QHT-lərlə İş Departamenti • Qrant Layihələrlə İş Departamenti • İctimaiyyətlə Əlaqələr Departamenti • Qrafik dizayner • Sosial Media Marketoloqu • Videoqraf 👤 Kimlər müraciət edə bilər? • Gənc, təşəbbüskar və öyrənməyə açıq şəxslər • Komanda ilə işləmə bacarığı olanlar • Gələcək karyerasını bu sahələrdən birində qurmaq istəyənlər • UNEC tələbələri 🎓 Proqramın üstünlükləri: • Real layihələrdə iştirak imkanı • Peşəkar mühitdə təcrübə qazanmaq • Şəxsi və komanda bacarıqlarının inkişafı • Təcrübə proqramını uğurla başa vuranlara sertifikat və tövsiyə məktubu 🔗 Qeydiyyat üçün: https://bit.ly/itdtecrube

UNEC
4 566
UNEC-də Biznes və İT sahəsində minlərlə e-kitaba limitsiz çıxış imkanı! Fevral ayından etibarən #Pearson və #EBSCO əməkdaşlığ
UNEC-də Biznes və İT sahəsində minlərlə e-kitaba limitsiz çıxış imkanı! Fevral ayından etibarən #Pearson və #EBSCO əməkdaşlığı ilə təqdim olunan Business və IT Professional eBook kolleksiyaları UNEC-in müəllim və tələbələri üçün açıqdır. Kolleksiyalardan istifadə #UNEC daxilində IP ünvanlardan həyata keçirilir, məsafədən istifadə üçün istifadəçi adı və parolla şəxsi kabinetlərinizdə tanış ola bilərsiniz. Ətraflı: https://search.ebscohost.com/