cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

⌛Qum saatı⏳

Xüsusi dualar, motivasiya edici hədis və ayələrlə çətin olan həyatı daha asan etməyə çalışacağıq. 😊🌸

Ko'proq ko'rsatish
Reklama postlari
239
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Bu həyatın bir imtahanı da budur: Bə'zən elə bir an gələr ki, Süqut سُقُوطٌ etməmək üçün Sükut سُكُوتٌ edərsən. Nəticə etibarilə susmaq, danışmaqdan daha çox qazandırar və beləcə yıxılmaqdan qorunmuş olarsan. #Süqut #Sükut ╭──➤ 🤐 https://t.me/pearlsarabic ╰─────────────────
Hammasini ko'rsatish...
Ərəbcədə “Müalicə edənlər” : Alim عليم — Ağlı müalicə edər. Rəfiq رفيق — Yolu müalicə edər. Ədib أديب — Hissləri müalicə edər. Həbib حبيب — Qəlbi müalicə edər. Sadiq صديق — Könlü müalicə edər. Təbib طبيب — Bədəni müalicə edər. Həkim حكيم — Bəsirəti müalicə edər. #Müalicə ╭──➤  https://t.me/pearlsarabic ╰─────────────────
Hammasini ko'rsatish...
Ağ qəlb... Ərəbcədə قَلْبࣱ أَبْيَضُ “Qəlbun əbyədu” deyə bir təbir vardır və mənası “Ağ qəlb” deməkdir. “Ağ qəlb” təbiri, “sənə qəzəbləndikdən sonra yenidən yanına gələrək problemi səninlə danışaraq həll etmək istəyi olan və əsla kin tutmayan kəslər” üçün istifadə olunur. Ağ qəlbi olanları əsla incitməyin! #Ağ_qəlb ╭──➤ 🌟 https://t.me/pearlsarabic ╰─────────────────
Hammasini ko'rsatish...
Repost from Ailə əxlaqı ❦
Sizcə dəyər? Dəfninizdən bir saat sonra ağlamalar azalır. Ailəniz evə gedib yaxınlarınızın yemə-içmə işiylə məşğul olmağa başlayar. Bu əsnada bədəniniz torpaqdakı orqanizmlərlə tanışlığa başlayar. Dəfninizdən iki saat sonra, evinizə zəng edib dəfninizdə iştirak edə bilmədiklərinə görə səbəb bildirənlər oldu. Bu əsnada evinizdəki bəzi insanlar idman, siyasət və iş-gücdən danışmağa başlayar. Dəfninizdən 6 saat sonra yalnız yaxın qohumlarınız (əzizləriniz) qalar və digər hər kəs evinə qayıdıb bir sonrakı günləri üçün planlar qurmağa başlayar. Dəfninizdən 24 saat sonra iç orqanlarınız həll olmağa başlayar. Bu əsnada telefonunuza öldüyünüzü bilməyən insanların zəngləri, tanışlarınızın və şirkətlərin reklam mesajları gəlməyə davam etməkdədir. Dəfninizdən 3 gün sonra iş yerinizdə boş qalan yerinizi doldurmaq üçün namizədlərlə müsahibə başlayar. O əsnada sizin bədəniniz şişməyə başlayar və ağız-burnunuzdan köpükvari bir maye çıxar. Dəfninizdən 5 gün sonra qızınız və oğlunuz işinə qayıdar və qanınız orqanlarınızı çürütməyə başladığı üçün bədəniniz yaşıldan qırmızıya dönər. Dəfninizdən iki həftə sonra uşaqlarınız miras bölgüsü üçün ailə ilə müzakirəyə başlayar və bu əsnada dırnaqlarınızla dişləriniz tökülməyə başlayar. Dəfninizdən 3 ay sonra həyat yoldaşınız televiziyada bir komediya filminə gülər və bu əsnada bədəniniz maye halına dönməyə başlayar. Dəfninizdən 1 il sonra ölüm ildönümünüzdə birisi; “ay aman, nə tez bir il gəldi keçdi? Bu qədər oldu hə?” deyər və bu əsnada vücudunuzdakı asit kəfəninizi əridər. Dəfninizdən 10 il sonra bir dostunuz köhnə bir fotoda sizi görüb xatırlayar və bu əsnada bədəninizdən geriyə qalan sümüklərdir. Bu dünyada varlığınızın tamamilə unudulması bax bu qədər qısa müddət alar. İndi bu gün beyninizə ilişdirdiyiniz pis insan və pis hadisələri təkrar göz önünə gətirin. Sizcə, bunlara görə pis olmağa dəyərmi? Hazırladı: Elvin Mürtəza Nurşəhri. ╭──➤  https://t.me/exlaq_channel ╰─────────────────
Hammasini ko'rsatish...
Repost from Ailə əxlaqı ❦
Cadu haqda. ⁉️ Sual: Bizim evdə heç kim bir-biri ilə yola getmir, bir dəfə quran açdırdıq, bildirdilər ki bizə sehr-cadu edilib qəbristanlıqda basdırılmışdır. Doğrusu əvvəllər biz bunlara inanmazdıq, amma dini kitablar oxuduqca məlum oldu ki, peyğəmbərlərin həyatında da bu kimi hadisələr baş vermişdir. Cadunu tapıb çıxarsaq, onu batil edə bilərikmi? Və yaxud yalnız namaz ilə qorunmaq mümkündürmü?Ayətullah Məhəmməd Cavad Fazil Lənkəraninin (hfz) cavabı: Baxmayaraq ki, sehrin müəyyən qədər həqiqəti vardır, lakin sehrlə hər işi görmək olmaz, eyni zamanda hər bir işi sehrlə əlaqələndirmək düzgün deyildir. Ola bilsin ki, sizin ailənizdə olan rəftarın ayrı səbəbləri vardır və sehrlə heç bir bağlılığı yoxdur. Çalışın belə işlərdə vəsvəsələrdən, şübhələrdən uzaq olun. Belə işlərdə vəsvəsənin özü insanın həyatında problemlər yaradır. İnsanın ailə ocağını isti və möhkəm edən əsas amillərdən biri, ailədə olan gözəl əxlaq və davranış, sadiqlik və düzgünlükdür. Əgər ailə üzvləri Allaha təvəkkül etsə və öz əlaqələrini Allah-taala ilə möhkəmləndirib əxlaqi keyfiyyət və sədaqətlə bir-birilə yaşasa, yəqininiz olsun ki, heç bir cadugər, sehirbaz onların ailəsini dağıda bilməz. Buna görə siz çalışın ailədə gözəl əxlaqla rəftar edin və digərlərini də öz əxlaq və rəftarınıza cəzb edin! Sonra onları da gözəl əxlaq və rəftara tövsiyə edin. Ailədə gözəl əxlaqın özü, sehri batil edəndir. Hətta demək olar: “Gözəl əxlaq və rəftarın özü, başqalarını insana bağlayan bir sehirdir.” Bununla bərabər əgər sehr və cadudan qorxursunuzsa, sehri batil etmək və onun pisliyindən kənarda qalmaq, onun təsirindən uzaq olmaq üçün aşağıda deyilənlərə əməl edin: 1. Sədəqə verin! 2. Çoxlu quran oxuyun. Məxsusən “Ayətəl kürsü” və əvvəllərində “Qul” kəlməsi gələn – Quranın axırıncı surələri olan Qul huvəllah, Qul əuzu birəbbinnəs, Qul əuzu biərəbbil fələq və Qul ya əyyuhəl kafirun surələrin çox oxuyun! Quran oxumaq sehri batil edir. 3. “Məfatihul-cinan” kitabında sehrin batil olması üçün yazılan duaları oxuyun! Həmçinin böyük alim və ariflərimizdən bizə gəlib çatan göstərişlərə 40 gün əməl edin, inşaallah heç bir sehir sizə əsər etməz! Vacib namazları xüsusən sübh namazını vaxtında qılın. Sübh namazından sonra sağ əli sinənizə qoyun 70 dəfə “Ya Fəttah” deyin, sonra 110 dəfə salavat zikr edin. Bir gündə 5 dəfə “Ayətəl-kürsünü” oxuyub özünüzə pülüyün.(üfləyin). Hər zaman fikrinizdə narahatçılıq yarandı “La həvlə və la quvvətə illa billah” zikrini deyin. Bu göstərişi çalışın 40 gün davamlı şəkildə tamam ailə üzvləriniz də desin. İnşaallah hər bir çətinliklər aradan gedər. Və sizə də heç bir sehr əsər etməz. 📲 https://t.me/exlaq_channel
Hammasini ko'rsatish...
Repost from Bi'rul-muəttələ
İmam Sadiq (ə): «İmam Allah-taala ilə Onun yaratdıqları arasında olan bir bələdçidir. Onu tanıyan mömin, inkar edən isə kafirdir.» Biharul-Ənvar, c.23, səh.88, hədis 32 https://youtu.be/T4Js202rtFo
Hammasini ko'rsatish...
Əlinin (ə) vilayəti Peyğəmbərin (s) həyatı kimidir.

Repost from Hojaj14
Hammasini ko'rsatish...
İmam Hüseyn (ə) ziyarətini tərk edənlər

Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.