STP POLYMER MMC
Відкрити в Telegram
"STP Polimer"MMC yüksək keyfiyyət standartlarının bütün tələblərinə cavab verən Polimer boru və Fitinqlərinin satışı 📍 H.Z.Tağıyev settlement,Sumqayıt 5022,Azərbaycan 📞+994 50 246 45 73 WhatsApp +99455 309 03 44 🌐 https://www.stp.az 📩 r.resulov@stp.az
Показати більше178
Підписники
Немає даних24 години
Немає даних7 днів
-530 днів
Архів дописів
Bu il də sağlamlıq, sevgi və işıq dolu günlər sizinlə olsun!
Qoy bu Yeni il, hər anınıza parıltı, hər addımınıza möhkəmlik gətirsin. İşıq zolaqları kimi birləşən ümidlər, sizi daha böyük nailiyyətlərə aparsın. Həmrəyliyimizin gücü ilə gələcəyiniz daha parlaq, yollarınız daha açıq olsun.
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirik! Yeni ildə birlikdə daha çox zirvələrə ucalmaq diləyi ilə!
STP Şirkətlər Qrupu bu beynəlxalq sertifikatı əldə edən ilk və yeganə yerli qurum oldu!
Daha ətraflı: https://tinyurl.com/bdesbphd
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
Hörmətli “STP Polymer” MMC-nin əməkdaşları!
“STP Polymer” MMC-nin Rəhbərliyi adından Sizi qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2025-ci il münasibətilə ürəkdən təbrik edirəm.
Hörmətli həmkarlar,
Qarşıdan 2025-ci il gəlir və istər ölkəmizin ictimai-siyasi həyatında, istərsə də Cəmiyyətimizin fəaliyyətində həlli vacib olan bir çox məsələlər öz həllini gözləyir. Yeni strateji mərhələdə yüksək şəffaflığa və güclü rəqabətə söykənən iqtisadi fəaliyyət istiqamətində uğurla həyata keçirilən siyasətə dəstəyimizi bundan sonra da davam etdirməliyik.
Əminəm ki, ötən illər ərzində olduğu kimi qarşıdakı ildə də biz Sizinlə öz səylərimizi birləşdirərək Cəmiyyətimizin inkişafı, iqtisadi qüdrətinin və potensialının artması naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.
İnanıram ki, əməkdaşlarımız bundan sonra da “STP Polymer” MMC-yə Rəhbərlik tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq , onun etimadını doğruldacaq, Cəmiyyətimizin iqtisadi tərəqqisinə nail olacaqlar.
Əziz dostlar,
Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2025-ci il münasibətilə ürəkdən təbrik edir, məsul fəaliyyətinizdə uğurlar, yeni-yeni nailiyyətlər, möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Bayramınız mübarək!
STP Şirkətlər Qrupu bu gün 15 yaşını qeyd edir!
Bu illər ərzində texnologiya və sənaye sahəsində ölkəmizi beynəlxalq arenada uğurla təmsil edən STP müxtəlif sektorlar üçün geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal edərək bazarın etibarlı tərəfdaşına çevrilib. İstehsalatda innovasiya və davamlı inkişaf STP-nin əsas prioritetidir.
15 illik təcrübəmizlə gələcəyin texnologiyalarını birlikdə yaradırıq!
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
STP Şirkətlər Qrupu müasir şəhərlərin enerji təminatında əhəmiyyətli rol oynayan qabaqcıl texnologiyalarla istehsal etdiyi geniş çeşiddə kabellərlə də seçilir. Hazırda 28000-dən çox kabel növü və 300-ə yaxın fərqli kateqoriya üzrə istehsal həyata keçirərək, həm yerli, həm də beynəlxalq bazarda yüksək keyfiyyətli məhsullarla tanınır.
Kabellərimiz şəhər infrastrukturunun və sənaye müəssisələrinin dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə enerji ötürülməsi, informasiya texnologiyaları və digər sahələrdə istifadə olunur. STP Şirkətlər Qrupu müasir texnologiyalar və innovativ yanaşmalarla şəhər elektrik şəbəkələrinin effektivliyini artırmağa, yüksək gərginlikli və aşağı gərginlikli enerji sistemlərini təhlükəsiz və etibarlı şəkildə idarə etməyə yönəlmiş məhsul portfelini müntəzəm olaraq genişləndirir.
Bizim kabellərimiz yüksək keyfiyyətli materiallar və ən son istehsal texnologiyaları ilə hazırlanır, bu da onların uzun ömürlü, səmərəli və ekoloji cəhətdən təhlükəsiz olmasını təmin edir.
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
STP Şirkətlər Qrupu olaraq energetika sahəsindəki fəaliyyətimizlə, təhlükəsiz və davamlı enerji həlləri təqdim edirik. Biz enerjinin daha effektiv və səmərəli istifadə olunması üçün geniş məhsul portfeli ilə sektorda mühüm rol oynayırıq. Kabel məhsulları, elektrik yuvaları, metal konstruksiyalar, polad fitinqlər və flyanslar, təzyiq çənləri, istilik dəyişdiriciləri və texniki qazlar kimi məhsullarımız, enerji infrastrukturunun bütün mərhələlərində yüksək performans və etibarlılıq təmin edir.
Bu məhsullar yalnız enerjinin daha effektiv ötürülməsi və istifadəsini deyil, eyni zamanda ekoloji məsuliyyət və yaşıl enerji prinsiplərini ön plana çıxarır. Bizim təqdim etdiyimiz davamlı enerji həlləri, azalan enerji itkiləri və minimum ətraf mühit təsiri ilə sektorda yeni standartlar müəyyən edir. STP Şirkətlər Qrupu olaraq enerji istehsalından istifadə olunmasına qədər hər addımda innovativ və təhlükəsiz həllər təqdim edirik.
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
Polimer məhsullarımızda istifadə etdiyimiz xammallar, yüksək keyfiyyət standartlarına uyğun olaraq laboratoriyalarımızda hərtərəfli fiziki və kimyəvi testlərdən keçirilir. Bu sınaqlar, xammalın dayanıqlılığını, möhkəmliyini və digər vacib xüsusiyyətlərini tam şəkildə qiymətləndirməyə imkan verir. Həmçinin hər bir məhsul nümunəsi də xüsusi sınaqlardan keçirilir ki, onun davamlılığı, təhlükəsizliyi və performansı ən yüksək səviyyədə olsun. Məhsulun uyğunluq testi, onun real istifadə şəraitində necə fəaliyyət göstərəcəyini müəyyən etmək üçün ciddi şəkildə həyata keçirilir. Yalnız bu detallı yoxlamalardan uğurla keçdikdən sonra xammallar və hazır məhsullar istehsalat prosesində istifadə üçün təsdiq olunur.
Bizim üçün hər bir mərhələ, mükəmməl nəticə əldə etmək və müştərilərimizin məmnuniyyətini təmin etmək üçün əhəmiyyətlidir.
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
Sual: STP Şirkətlər Qrupunda texniki qazların hansı növləri istehsal olunur?
Cavab: STP Şirkətlər Qrupu yüksək keyfiyyətli Argon, Azot, Oksigen və Karbondioksid qazlarını etibarlı və təmiz şəkildə istehsal edir. Bu qazlar sənayenin müxtəlif sahələrində — metal kəsimi, qida sənayesi, kimya və tibb kimi mühüm sahələrdə geniş istifadə olunur.
17 Noyabr - Milli Dirçəliş Günü
Bu gün azadlıq mübarizəmiz tarixində əsas günlərdən biridir. Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi əhəmiyyət kəsb edir. Günümüzədək mürəkkəb, ağrılı-acılı yol qət edən xalqımız işğal edilmiş torpaqlarımızı geri qaytarmaqla adını müasir tarixə qalib xalq olaraq yazdırmağı bacardı.
Yaşasın müstəqil Azərbaycan!
STP Şirkətlər Qrupu olaraq biz tikinti sahəsinin hər bir mərhələsində sizə metal konstrukiyalar, dam örtükləri, alüminium profillər, texniki qazlar, kran təsərrüfatı, boru və fitinqlər və daha bir çox sahədə yüksək keyfiyyətli və davamlı həllər təklif edirik.
İstər böyük infrastruktur layihələri, istərsə də kiçik tikinti işləri - hər növ layihəniz üçün həllərimiz var. Bizim məqsədimiz tikinti proseslərini daha sürətli, daha təhlükəsiz və daha sərfəli etməkdir. Təcrübəli mütəxəssislər və müasir texnologiyalarla layihələrinizi yüksək keyfiyyətlə həyata keçiririk.
☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
✉ info@stp.az⠀
🌍 www.stp.az
