uk
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

Відкрити в Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

Показати більше
399
Підписники
Немає даних24 години
-47 днів
+230 день
Архів дописів
🧎‍♂ Qurani-Kərimdə insanın vəsfi
+8
🧎‍♂ Qurani-Kərimdə insanın vəsfi

🌙 Son 10 gündə İbadətləri artır ! 🎙 Nəsihət. 🚩Dərslərə qoşulması üçün linki paylaşın ⤵️ https://t.me/ElmNurdurr 🚩Youtube dən dərsləri dinləmək üçün ⤵️ https://youtube.com/@elmnurdur?si=5KFgmW78y88cZVGB

Repost from Favaidulquran
Quran və Sünnədən dualar.pdf8.09 MB

Ubədə ibn Samit 🤩 Peyğəmbərin belə buyurduğunu rəvayət edir: 🤲 “Kim müsəlman kişi və müsəlman qadınlar üçün Allahdan bağışlanma diləyərsə, Allah Təalə ona (bağışlanma dilədiyi) hər bir kəsin sayı qədər savab yazar.”
🌟 {“Sahihul-Cəmi”, 6026.}
Şeyx Abdurrazzəq əl-Bədr ❤️ bu hədisin şərhində buyurur: Allah sənə rəhm etsin! Bu əzəmətli əcrə fikir verin. Müsəlman kimsə duasında: “Allahumməğfir lil-musliminə vəl-muslimət, vəl-mu'mininə vəl-mu'minət əhyəi minhum vəl-əmvət.” 🌸 Allahım, müsəlman kişi və müsəlman qadınları, mömin kişi və mömin qadınları, onlardan diri olanları və ölənləri bağışla! - deyərsə, bağışlanma dilədiyi hər bir müsəlman kişi və qadın və hər bir mömin kişi və qadın üçün ona keçmişdə olanlar və onlardan sonra gələnlərin hər birinin sayı qədər savab yazılar, və o savablar sayılmayacaq qədərdir.
🌟 {“Fiqhul-Ədiyyəh vəl-Əzkər”, 2/229.}

[Şura surəsi: 20] 📖 📌Kim axirət savabını istərsə, Biz onun savabını artırarıq. Kim də dünya qazancını istərsə, Biz ona də ondan (dünya qazancından) verərik. Axirətdə onun heç bir payı olmaz.

Allah Rəsulu ☪ belə demişdir: 🤍Allahın haram buyurduğu şeylərə baxmaqdan gözünü çəkən gözə Cəhənnəm odu haram edilmişdir.🤍
🤍 {Bu hədisi imam Zəhəbi "ət-Təlxis" əsərində (2432) səhih saymışdır.}
Həmçinin, İbn Abbas 🤩 dedi: Eşitdim ki, Allah Elçisi ☪ deyir: 🤍İki göz vardır ki, onlara atəş toxunmayacaqdır. O göz ki, Allah qorxusundan ağlamışdır və o göz ki, Allah yolunda (sərhəddə) keşik çəkmişdir.🤍
🤍 {Sünən ət-Tirmizi, 1639 və demişdir: bu hədis «həsən-ğarib'dir»}

▫️Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! [٢:١٢٧] ▫️Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi
▫️Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! [٢:١٢٧] ▫️Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! [٢:٢٨٦] ▫️Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! [٢:٢٨٦] ▫️Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma. [٣:٨] ▫️Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla! [٣:١٤٧] ▫️Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç! [٣:١٩٣] ▫️Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür. [٧:١٢٦] ▫️Ey Rəbbimiz! Bizi zalım qövmün əlində sınağa çəkmə! [١٠:٨٥] ▫️Ey Rəbbimiz! Məni, valideynlərimi və möminləri bağışla! [١٤:٤١]

Repost from Towards Akhirah
🌷SALEH DOST Mutraf ibn Əbdullah ☝ demişdir : «Əməlisaleh yoldaş təklikdən daha xeyirlidir,təklik isə pis yoldaşdan daha xeyi
+1
🌷SALEH DOST Mutraf ibn Əbdullah ☝ demişdir : «Əməlisaleh yoldaş təklikdən daha xeyirlidir,təklik isə pis yoldaşdan daha xeyirlidir.»
📕الزهد، ١٣٦٥

Repost from N/a
Kitablar bitdi əlhəmdulilləh, gələn ay bir daha paylaşılacaq in şəə Allah. Qeyd edim ki, elan aktivdir. Elanı bacardığınız qədər yayaraq daha çox insanlara kitabların çatmasına vəsilə ola bilərsiniz🌷

Repost from N/a
"Səhabələrin həyatı" kitabı sədəqə verilir❗️ Əlimizdə sadəcə 6 ədəd kitab var Allaha həmd olsun, bu səbəbdən ilk əlaqə saxlayan şəxslər üçün ayrılacaq in şəə Allah
tək şərt isə kitabı götürənin sona kimi oxuyub bitirməsidir🌷
İstəyənlər aşağıdakı bot vasitəsilə əlaqə saxlaya bilər: @Sedeqe_bot

اللهم إني ظلمت نفسي ظلما كثيرا، ولا يغفر الذنوب إلا أنت، فاغفر لي مغفرة من عندك وارحمني، إنك أنت الغفور الرحيم Oxunuşu: Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran, və lə yəğfiruz-zunubə illə ənt, fəğfir li məğfiratən min indikə vərhəmni, innəkə əntəl-ğafurur-rahim. Tərcüməsi: Allahım! Mən özümə çoxlu zülm etdim. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!🎞️

⚠️ YIRTIQ KİSƏ! Məkkə imamı Saud əş-Şureymin verdiyi cümə xütbəsinin ünvanı və ya mövzusu məhz belə idi. ⬇️ Şeyx buyurur: - Qiymətlər yüksəkdir! - Qadınlar çılpaqdır! - Məscidlər boşdur! - Allahın hökmləri faydasız {sanki lazımsız} olub! - Mücahid qandallanıb. zindanlardadı} - Zina halallaşıb! - Evlənmək çətinləşib! - Qadınlar kişilər üzərində ixtiyar sahibi olub! - Müsəlmanların torpaqları zəbt olunub! - Quran yağışın altında çətirsiz qalıb! - Və Qiyamətin böyük əlamətlərinin gəlişinə çox az qalıb! TÖVBƏ yenə də TÖVBӘ! 🤲 Yırtıq kisədən həzər edin!!! {çəkinin} - Gözəl şəkildə dəstamaz alır, amma suya israf edir. YIRTIQ KİSӘ! - Kasıblara müəyyən məbləğdə sədəqə verir, amma sonra onları incidir və ya təhqir edir. {Və ya minnət vurur} YIRTIQ KİSӘ! - Gecələri namaz qılır, gündüzləri oruc tutur, amma qohumluq əlaqələrini kəsib. YIRTIQ KİSӘ! - Oruc tutur, onun aclığına və susuzluğuna səbr edir, amma söyüş söyür, lənət edir. YIRTIQ KİSӘ! - {Qadın} hicab geyinib, paltarının üstündən əbaya {enli paltar} geyinib, amma vurduğu ətirin iyi hər tərəfə yayılır. YIRTIQ KİSӘ! - Qonağına səxavət göstərir, ona yaxşılıqlar edir {ikram edir} amma qonağı çıxandan sonra qeybətini edir. YIRTIQ KİSӘ! SONDA... Savablarınızı YIRTIQ KİSӘYӘ yığmayın!!! Siz o savabları bir tərəfdən çətinliklə {kisənizə} toplayırsınız, amma digər tərəfdən isə savablarınız çox asanlıqla {kisənizdən} tökülür...❗️

📖 Ali-İmran surəsi, 106-107 🎙️ Abdullah Al-Qarni Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz:
https://youtube.com/shorts/6yTG2ZILmfY?si=vQjN-5S96TMan_ds

✖️Qoyma bu günlərdə baş verən hadisələr səni bu ayda Allaha ibadətdən yayındırsın❗️ Belə ki bu cür hadisələr zamanı insanların əksəriyyətinin fikri-zikri baş verənlərdə qalır...💭 Qəlbləri və düşüncələri bunu düşünməklə məşğul olur🫀, məclislərdə danışıqlar bu haqda olur💭, insanın bütün zamanı bu hadisələrin gedişatını izləməklə gedir📱... Bu vəziyyət də insanın qəlbini əsas hədəfdən yayındırır🤎➡️ 📱❎Ona görə elm əhli bu dönəmlərdə xəbərləri izləməyə çox vaxt ayırıb ibadətdən uzaq düşməməyi tövsiyyə edirlər❎📱 Bu xəbərlər və hadisələr insanın ibadət etmək üçün lazım olan əzmini darmadağın edir... 💔 İbadət etmək çətinləşir. Qəlbdə ibadətə yönəlmək yox, böyük bir təşviş hökm sürür...🤎 📢Amma bütün bunlara rəğmən ibadətə yönələn kəsin ibadəti barəsində isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: 〽️Fitnələr vaxtı ibadət etmək mənə hicrət etmək kimidir.〽️ (Muslim, 2948) ❗️Əziz müsəlman! Sənə Ramazan ayında Peyğəmbərə (salləllahu aleyhi va səlləm) hicrət etmək savabını qazanmaq fürsəti gəlib, bu fürsəti dəyərləndir❗️ ‼️Qoyma hadisələr ağlına və qəlbinə təşviş salsın, səni məşğul etsin, yayındırsın. 📕Qurandan uzaq düşmə. ❤️Allahı zikr etməkdən yayınma. Bil ki, səni fitnələrdən qoruyacaq olan da Rəbbindir, sənin dönüşün də Onadır. Hətta bəzən Allah bir ölkəni içərisində olan bir saleh quluna görə qoruyar. Onun duası və ibadəti, yalvarışları və Allah qatındakı dəyəri səbəbilə..❕ Nə bilirsən, bəlkə bu dua sənin ixlaslı duan olacaq❔ Ondan uzaq düşmə... O, qoruyanların ən yaxşısıdır❗️ www.senxatirlat.com

Repost from Sən Xatırlat
⬆️🔖Bu duanı edin, bacardığınız qədər paylaşın, tanıdıqlarınız insanlara öyrədin, təşviq edin, xatırladın📎
⬆️🔖Bu duanı edin, bacardığınız qədər paylaşın, tanıdıqlarınız insanlara öyrədin, təşviq edin, xatırladın📎

📖 Ali-İmran surəsi, 193-194 🎙️ Muhammad Al-Luhaidan Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz:
https://youtube.com/shorts/SN6h2c4OJNU?si=y4AQaa0tU-oa9Ors

أَزِفَتِ ٱلْءَازِفَةُ [٥٣:٥٧] 57) Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.