MU'MİNUN🖋️
Відкрити в Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
Показати більше399
Підписники
-124 години
-67 днів
Немає даних30 день
Архів дописів
399
❗️ƏRƏB DİLİNİ
❌əzbərlə yox,
✅anlayaraq və mərhələli şəkildə öyrənmək istəyənlər üçün
MƏDİNƏ 1⃣KURSU
📘Dərslər:
🤷♀Sıfırdan başlanılır
🤷♀Qrammatika sadə dillə izah olunur
🤷♀Tərcümə ilə möhkəmləndirilir
🤷♀Klassik ərəb dilinə mərhələli keçid edilir
🤷♀Danışıq ilə dəstəklənilir
🎯Məqsəd:
Ərəb dilini qorxmadan, qarışdırmadan və yarımçıq qoymadan öyrənmək.
Kurs kimlər üçündür?
☀️Yeni başlayanlar
☀️Ərəb dilini yarımçıq qoyanlar
☀️Qurani-Kərimi anlayaraq oxumaq istəyənlər
📌Dərslər sistemlidir və addım-addım aparılır və Ödənişsizfir❗️
1⃣0⃣aktiv telebe
Dinleyici qebulu var,
isteyenler qoshula biler dinlemek uchun.
🤩Müəllimə: Ummu Davud🤩
🤩Qeydiyyat üçün linkə daxil olub ad soyad yazın;
https://t.me/c/2300548812/78204
399
🤝رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا فَٱعۡبُدۡهُ وَٱصۡطَبِرۡ لِعِبَٰدَتِهِۦۚ هَلۡ تَعۡلَمُ لَهُۥ سَمِيّٗا🤝🌟 O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!
399
Faydalana biləcəyiniz bəzi səhih Telegram kanalları:
🤩t.me/taifatull_mansura
🫥t.me/imanveteqva
🤩t.me/peygemberineexlaqi
💡t.me/islamisualcavabb
📖t.me/favaidulquran
📔t.me/SaadatulQuran
✉️t.me/libaasuttaqwa
💐t.me/towardsakhirah
📖t.me/quranmfm
🌱t.me/QelbdenRebbime
🧎♂t.me/nasiihatun
🤩t.me/elmtelebet
⏳️t.me/TawbahReminder
🕯️t.me/darulukht
📔t.me/darulilmmm
▫️t.me/muminuntelegram
399
📚 Muslim, 165-ci hədis
Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz:⬇
https://youtube.com/shorts/6sDEkEYEdpM?si=YSm-fAZi6y64DKeq
399
[Ra'd surəsi: 14] 📖
🔖Haqq olan dua yalnız Ona (Allaha) olan duadır. (Müşriklərin) Ondan başqa dua etdikləri (bütlər) isə, onlara heç bir şeylə cavab verə bilməzlər. Onlar, ağzına (su) çatsın deyə, (uzaqdan) iki ovcunu suya tərəf açan, amma su (onun) ağzına çatan kimsəyə bənzəyirlər. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir.🔖
399
📖 Əl-Məaric surəsi, 22-28
🎙️ Muhammad Al-Luhaidan
Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz:⬇
https://youtube.com/shorts/2OC2yNaPUSg?si=CVkq8bwSGfYKnbY9
399
Əbu Zərr 🤩 rəvayət edir ki, Allah Elçisi 🩷 demişdir:
🌟“Uca Allah buyurur: “Kim yaxşı bir əməl ilə (hüzuruma) gəlsə, ona on misli qədər və əlavə (yeddi yüzə qədər və daha çox savab) verərəm. Kim günah ilə gəlsə, ona (həmin) günaha bərabər əvəzini verərəm və ya bağışlayaram. Kim Mənə bir qarış yaxınlaşsa, Mən də ona bir dirsək yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən də ona bir qulac yaxınlaşaram. Kim Mənə doğru yeriyərək gəlsə, Mən də ona doğru yüyürərək gələrəm. Kim Mənə heç bir şeyi şərik qoşmadan yer boyda günahla Mənimlə görüşsə, Mən də (onun etdiyinin) misli qədər məğfirətlə onu qarşılayaram”.
🌟Muslim, 2687, 4852, 7009.
399
Repost from Dualar
#Dua
Allahım bu cümə günü izin ver ki,qəlbimin arzuladığı bütün şeyləri gözlərimlə görə bilim.Allahım dilimlə deyə bilmədiyim dualarımın hamısına cavab ver.Mən Sənin məni sevindirəcək bəxşişlərini (hədiyyələrini) gözləyirəm.Çünki, mən inanıram ki, Sən qulların Səndən istədikləri zaman onları geri çevirməyəcək dərəcədə Səxavətlisən. Allahım mənim qəlbimdə nə olduğunu Sən hər kəsdən yaxşı bilirsən və Sən hər şeyə qadirsən.
399
Repost from • العربية/الأذرية •
- "حـسبكم من الإخـلاص في قنواتكم أنكـم
لا تترقبون دخول أحد، ولا تحذرون خروجه"🌧️
Kanallarınızda ixlaslı olmağınız üçün yetərlidir ki:
"Nə kiminsə daxil olmasını umasız,
Nə də kiminsə çıxmağından qorxasız". 🌧
• T.me/arabiazeri •
399
Peyğəmbər ☪ belə buyurur:
Həqiqətən, Quranda otuz ayədən ibarət elə bir surə var ki, insan üçün günahları bağışlanınca şəfaətçi olar.
O, əl-Mülk surəsidir.
🌟 Tirmizi rəvayət etmiş, əl-Albani həsənləşdirmişdir.🤍🤍🤍🤍🤍 Bu Hədis Mülk surəsinin fəzilətinə dəlalət edir. Həqiqətən, o Qiyamət Günü öz sahibinə şəfaət edəcəkdir. Yəni: Onu oxuyana
🤩 Şərhu Sunən Əbi Davud li-Abdul-Muhsin əl-Abbad 7/8
399
Səhih Qüdsi hədislərdən faydalanmaq üçün tətbiqi quraşdıra bilərsiniz⬇
👈https://play.google.com/store/apps/details?id=com.effektivislam.sqh
399
Əbu Hureyra 🤩 rəvayət edir ki, Allah Elçisi ☪ demişdir:
🌟“Allah Cənnəti yaradanda Cəbrailə buyurdu: “Get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ey Rəbbim! İzzətinə and olsun ki, onun haqqında eşidən hər kəs ora daxil olacaq”. Sonra Allah onu çətinliklərlə əhatə etdi və buyurdu: “Ey Cəbrail, get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ey Rəbbim! İzzətinə and olsun ki, heç kimin ora daxil ola bilməyəcəyindən qorxdum”. Allah Cəhənnəmi yaradanda isə buyurdu: “Ey Cəbrail, get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ey Rəbbim! İzzətinə and olsun ki, onu eşidən heç bir kəs ora daxil olmaz”. Sonra Allah onu şəhvətlərlə əhatə etdi və buyurdu: “Ey Cəbrail, get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ey Rəbbim! İzzətinə and olsun ki, hər kəsin ora daxil olacağından qorxdum”.
🤩 Əbu Davud, 4119, 4746. əl-Albani həsən səhih olduğunu bildirmişdir.
399
[Nisâ surəsi: 165]🤝رُّسُلࣰا مُّبَشِّرِینَ وَمُنذِرِینَ لِئَلَّا یَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةُۢ بَعۡدَ ٱلرُّسُلِۚ وَكَانَ ٱللَّهُ عَزِیزًا حَكِیمࣰا🤝 (Biz) müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah qüdrətlidir, hikmət sahibidir.
399
Peyğəmbər 🩷 demişdir:
🕯️“Əgər bu dünyanın Allah yanında ağcaqanadın qanadı qədər dəyəri olsaydı, orada kafirə bir içim su belə verilməzdi.” ¹
🤩¹ Sunən ət-Tirmizi, 2/52; Silsilətul-Əhadisis-Səhihə, 686.
