cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Şiə Təqvimi

Cəfəri məzhəbinin tarixindəki həssas məqamlar və hadisələr barəsində məlumat kanalı. @Talibi_qomnam

Більше
Рекламні дописи
1 370
Підписники
+124 години
+47 днів
-930 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
🌙25 Zil-hiccə. 🖇İmam Əlinin ilk cümə namazı. 🔰Bu gün Əmirəl-möminin İmam Əlinin (ع) ilk cümə namazı idi ki,insanlar o Həzrətlə beyət edərək cümə namazı qılmışlar.¹ 📚Mənbə; 1.Bihar,c 32,s 8. T.me/Shia_teqvimi
Показати все...
🔹İbrahimin qoşunu mosulun 5 fərsəxliyində olan xazir nəhri kənarına qədər getdi və o məkanı qoşun üçün yer etdi.ubeydullah mosula gəldi və oranı 30 min ya 80 min qoşunla dolduraraq İbrahimlə döyüşə hazırlaşdı. 🔸Axşamın səhəri ki döyüş başlayacaqdı İbrahimin gözünə yuxu getmədi və bu kəlmələri qoşunu üçün dəfələrlə təkrar etdi: 🔹"Ey insanlar,Dinə kömək və Əmirəl-mömininə şiə sizsiniz və budur ubeydullah ibn mərcanə ki,Hüseyn ibn Əlinin qatili.Budur ki,Fatimeyi Zəhranın oğlunu sudan məhrum etdi o halda ki,onun əyalı və uşaqları  "əl ətş" deyə fəryad edirdilər.(susuzluqdan) 🔸O idi ki,Peyğəmbər balasına mane oldu ki,bir yerə getsin və Onun ətrafını tutdular o zamana kimi ki susuz dodaqla şəhid etdilər və ailəsini kənizlər kimi dəvəyə mindirib şama apardılar.And olsun Allaha fironlar bəni israilə etməmişdilər bunların Peyğəmbər ailəsinə etdiyini. 🔹Sonra İbrahim dua etdi ki,Allah kömək və qələbəsini bizə yetirsin,çünki biz Peyğəmbər Əhli beytinin qanının qisasını almaq üçün qəzəb etmişdik. 🔸Sübh ordudan müxtəlif qismətlərdən bayraqlar görsəndi və döyüş başladı. 🔹Neçə gün döyüşdən sonra ubeydullah ibn ziyadın qoşunu qaçdı və 67ci hicri ilinin aşura günündə ubeydullah İbrahim ibn Malik əştər nəxəinin əli ilə cəhənnəmə göndərildi və onun başını Muxtara yolladılar.¹ 📚Mənbə; 1.Bihar,c 45,s 380. T.me/Shia_teqvimi
Показати все...
Şiə Təqvimi

Cəfəri məzhəbinin tarixindəki həssas məqamlar və hadisələr barəsində məlumat kanalı. @Talibi_qomnam

👍 5🔥 1
Фото недоступнеДивитись в Telegram
🌙22 Zil-hiccə. 🖇İbrahim ibn Malikin ibn ziyadla döyüş üçün xaric olması. 🔰Cənab Muxtar (رَحِمَهُ الله) kufədən Seyyiduş Şühədanın qatillərini pakladığı zaman bu gündə İbrahim ibn Malik əştər 12000 ya ibn nömanın rəvayətinə görə 20 000 min nəfərdən az qoşunla ibn ziyadla döyüş üçün kufədən xaric olmuşdur.
Показати все...
👍 4 2
🔹Meysəmin şəhadət tarixi 19 zil hiccə və aşura günüdə nəql olunmuşdur.² 🔸Əbu Müslim Meysəm Təmmar ibn Yəhya təmmar əcəmi xurma satan idi və "Təmmar"da ona görə ləqəbi olmuşdur.Həzrəti Əmirəl-möminin İmam Əlinin xas sevənlərindən,davamçılarından idi.Təfsir və digər elmlərə sahib idi və imanı kamil idi. 🔹O zahid və abid idi və gecələr qiyamla və gündüzləri oruc olardı.Fəsih bəyanı vardır və Allah Rəsulunun yanında gözəl məqamı var idi. 🔸Meysəmin məqamı Əmirəl-möminin İmam Əlinin yanında Salmanın Allah Rəsulunun yanında olan məqamı kimi idi.ibn ziyad məlun bu böyük şəxsiyyəti İmam Əlinin böyüklüyünə görə şəhadətə çatdırmışdır. 🔹O Həzrətində Meysəmə xüsusi əlaqəsi var idi və came məsciddən xaric olanda onun mağazasında oturardı və onunla söhbət edərdi və hətta bəzi vaxtlar Həzrət Meysəmi bir iş dalıyca göndərəndə Özü onun xurmalarını satardı.³ 🔸Meysəm İmam Əlidən,İmam Həsəndən və İmam Hüseyndən elm öyrənmişdir.Onun tutdular,dara çəkdilər və əl və ayaqlarını kəsdilər amma İmam Əlinin fəzilətlərindən əl çəkməyib danışardı o zaman kimi ki,şəhadətə yetişdi. 🔹Kufənin 7 nəfər xurma satanı axşam vaxtı onu dardan aşağıya endirdilər və bədəninin indiki dəfn olunduğu yerdə dəfn etmişdilər.⁴ 📚Mənbə;
1.Meysəm Təmmar,s 74. 2.Müstədrəkul səfinətul bihar,c 5,s 214. 3.Mənaqibi Ali əbi Talib,c 2,s 367. 4.İrşad,c 1, 323.
T.me/Shia_teqvimi
Показати все...
Şiə Təqvimi

Cəfəri məzhəbinin tarixindəki həssas məqamlar və hadisələr barəsində məlumat kanalı. @Talibi_qomnam

😢 9 1
Фото недоступнеДивитись в Telegram
🌙22 Zil-hiccə. 🖇Meysam Təmmarın (ر) şəhadəti. 🔰Hicri 60cı ilin bu günündə Meysəm Təmmar İmam Hüseynə (ع) olan vəfadarlığına görə ibn ziyad əli ilə dara çəkilmiş və şəhadətə çatmışdır.¹
Показати все...
💔 7👍 3😭 2
🔰Həzrətin mübarək adı Musa və məşhur künyəsi Əbul Həsən və əbu ibrahimdir. 🔰Həzrətin Ləqəbləri: Kazim,Sabir,Salih və Əmindir.Lakin məşhur ləqəbi Kazimdir yəni qəzəbini udan.² ➖Babası Həzrəti İmam Cəfəri Sadiq ع və anası Həzrəti Həmidə xanımdır.³ 📌Həzrəti İmam Sadiq ع buyurub: ➖Həmidə,qızıl külçə kimi hər şeydən təmizlənmişdir və mələklər onu davamlı qoruyurdular və bu kəramət Mən və Məndən sonrakı höccət üçün idi.⁴ 📌Kəmalud din şafei Musa ibn Cəfər ع haqqında deyir: ➖Odur böyük məqamlı imam,şəni əzəmətli,çoxlu ibadətli,ictihadda təlaşlı,ibadətlə məşhur,itaətə diqqətli və məşhur kəramətli. ➖Gecəni səcdə və qiyamla və gündüzü orucla başa vurardı və helminin çoxluğu ilə və təqsirkarlardan tez keçdiyinə görə "Kazim" adlanırdı.O,Həzrət bir kəsin müqabilində ki,Ona pislik etmişdir,ehsan edərdi və ona qarşı pis iş edəni əfv edərdi. ➖İbadətinin çoxluğuna görə "Əbdus saleh" adlanar və "Babul həvaici iləllah" kimi tanınardı.Çünki hər kəs ona təvəssül etsəydi,öz hacətinə çatardı.⁵ O,Həzrətin Zil hiccə ayında viladətinə dəlillər: 1⃣İmam Həsən Əskəridən ع yuxarıda qeyd etdiyimiz hədis.⁶ 2⃣Əbu Bəsir nəql edir ki,Həzrəti Kazimin ع viladət ilində Həzrəti İmam Sadiqin ع məhzərində Həcc ziyarətinə səfərə getdim.(Zil hiccə ayı həcc günləridir) Əbva mənzilinə çatdıqda Həzrət bizim üçün çox qəşəng yemək gətirzdirdi. ➖Yeməyi yeyən zaman Həzrətin əyalı Həmidə xanım tərəfindən biri gəldi və ərz etdi ki,Həmidə deyir: Buyurmuşdunuz ki,nişanə zahir olsa xəbər edim...bəs Həzrət şad və xoşhal oldu və qalxıb getdi biraz sonra gülərək qayıtdı. ➖Ərz etdim: Allah həmişə sizi xoşhal və gülərüz etsin,Həmidənin halı necəsir? ➖Həzrət buyurdu: Haqq təala Mənə bir oğul əta edib ki,Allahın ən yaxşı xəlqidir...⁷ 📚Mənbə:
1.Dəlailul imamət,s 303. 2.Tarixul məvalidil əimmə,s 35. 3.Kafi,c 1,s 477. 4.Kəşful ğummə,c 2,s 212. 5.Dəlailul imamət,s 303. 6.Kafi,c 2,s 418.
T.me/Shia_teqvimi
Показати все...
Şiə Təqvimi

Cəfəri məzhəbinin tarixindəki həssas məqamlar və hadisələr barəsində məlumat kanalı. @Talibi_qomnam

8
Фото недоступнеДивитись в Telegram
🌙20 Zil-Hiccə. 🖇İmam Kazimin ع viladəti. 🔰İmam Həsən Əskərinin ع buyuruğuna əsasən,Həzrət Musa ibn Cəfər ع127-ci ilin Zil hiccə ayında Məkkə ilə Mədinə arasında olan “əbva” məntəqəsində dünyaya gəlib.¹
Показати все...
4
Фото недоступнеДивитись в Telegram
🌙18 Zil-Hiccə. 🖇İmam Əlinin zahiri xilafəti. 🔰35 hicri ilində osmanın qətl edildiyi gündə camaat İmam Əli ilə beyət etdilər.¹ 📚Mənbə;
1.Misarul şiə,s 21.
T.me/Shia_teqvimi
Показати все...
12👍 3
🔰←osmanın bidətləri. ➖osman öz hakimiyyət günlərində böyük xilaf işlər gördü: 1⃣Geniş,gözəl və bahalı mənzillər tikdi.Çoxlu bağlara malik oldu.Evində çoxlu sərvət topladı.Öldürülən zaman yanında 150 min dinar və bir milyon dirhəm var idi.Bundan əlavə huneynin ətrafında yerləri və mal-qarası qalmışdır.⁵ 2⃣əbdur rəhman ibn ovf və zübeyr ibn əvam kimi qruplara o qədər mal,bağ və torpaq verdi ki,onlar evlərini bahalı tikdilər.Yalnız zübeyr ölümündən sonra 50 min dinar,min qulam,min at ortada qaldı.⁶ 3⃣abdullah ibn ömər 3 müsəlman öldürməsinə baxmayaraq qisas etməsi.ömər ibn xəttab dəfn olunandan sonra,ömərin oğlu abdullah əbu lulunu tapmadığı üçün onun evində kiçik qızını,oğlunu və yoldaşını öldürdü.Hirmiz əcəmi müsəlman və səd ibn vəqqasın qulamında öldürdü.səd ibn vəqqas onu tutdu amma osman onu azad etdi.⁷ 4⃣Allah və Rəsulunun düşməni həkəm ibn əbi al as,mərvanın atasını ehtiramla mədinəyə qaytardı.o osmanın əmisi idi. ➖Əbuzəri isə xüsusi amanlıqla sürgün etdirdi və digər zalımlıqlar etdi.⁸ 5⃣Peyğəmbərin,əhli atəşdir dediyi vəlid ibn üqbəni kufəyə vali təyin etdi halbuki o qumarbaz və şərabxor idi.İçkili halda sübh namazını 4 rükət qılmış və demişdir ki,istəsəniz çox qılın.⁹ 🔰←Camaatın əli ilə osmanın qətli. ➖kufə,misir və bəsrədən bir dəstə camaat etiraz ünvanı ilə osmanın yanına gəldilər və o vəziyyəti təhlükəli gördüyü üçün İmam Əlini vasitəçi qərar verməklə vədə verdi ki,onların istəyinə əməl edəcək və hakimləri dəyişib ədalətə riayət olunacaq.Amma etirazçılar öz şəhərlərinə qayıdan zaman osman tərəfindən göndərilən şəxsi yolda tutdular və osman tərəfindən misir valisinə yazılan məktubu tapıb oxudular: ➖"Onlar qayıtdıqları zaman birini öldür və digərinin əlini kəs..." ➖Onlar qayıdıb və yoldan çoxlu adam yığaraq Mədinəyə gəldilər və hüdudən 50 gün osmanın evini mühasirə etdilər.¹⁰ 📚Mənbə;
1.Misarul şiə,s 22. 2.Bihar,cild 31,s 168. 3.Misarul şiə,s 21. 4.Tarixi dəməşq,c 39,s 189. 5.Murucul zəhəb,c 2,s 341. 6.Həmin. 7.Əl qədir,c 9,s 260. 8.Şəfa əl sudur fi şərhi ziyarətul aşura,c 1,s 221. 9.Bihar,c 31,s 153 155. 10.Əl qədir,c 9,s 237.
T.me/Shia_teqvimi
Показати все...
Şiə Təqvimi

Cəfəri məzhəbinin tarixindəki həssas məqamlar və hadisələr barəsində məlumat kanalı. @Talibi_qomnam

👍 5 3🔥 2
Фото недоступнеДивитись в Telegram
🌙18 Zil-Hiccə. 🖇osmanın qətli. 🔰35ci hicri ilinin bu günü osman ibn əfvan evinin müsəlmanlar tərəfindən mühasirə olunmasından sonra 81 ya 90 yaşında misirli bir kişi tərəfindən öldürüldü.¹ ➖osmanı öldürəndən sonra evindən çıxartdılar və Mədinənin zibil atılan bir yerinə tulladılar.onun cəsədi qalmaqdan dəyişildi və iyləndi və itlər bir ayağınıda yemişdilər.² Mühacir və ənsarın qorxusundan onu bir nəfərdə dəfn etmirdi.3 gün sonra onu bir fırıldaqla yəhudi məqbərəsi "huşş kukəb"ə apardılar ki,ya yəhudilərin zibil atan yeri yada yəhudi məqbərəsi idi və dəfn etdilər.müaviyə öz xilafəti dövründə bu qəbristanlıq və bəqi arasında olan evləri xaraba etdi və onu müsəlman qəbristanlığına birləşdirdi.³ 🔰←osmanın qəsb etdiyi xilafəti. ➖osman ömərdən sonra onun yerinə oturdu.ömər həyatda olduğu zaman dəfələrlə demişdir ki,məndən sonra xilafət osmanındır.⁴Amma zahirdə xilafət əmrini şuraya qoydu və onu elə quraşdırdı ki,xilafər osmana çatsın.
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.