uk
Feedback
İlham Əliyev

İlham Əliyev

Відкрити в Telegram
5 255
Підписники
-1624 години
-1887 днів
-1 55230 день
Архів дописів
Azərbaycan və Slovakiya prezidentləri Şuşada

Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu #ShushaGlobalMediaForum

Xocavənd rayonunda sakinlərimizlə

Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərimiz ilə

Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Silahlı Qüvvələri! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

“Qarabağın bərpasında kömək Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisidir”. Türkmənistan xalqına ən xoş arzularla!

Doğma Qarabağ torpağında balalarımızla!

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında

photo content

Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindən birgə foto
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindən birgə foto

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü
15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha b
2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir. Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram. 🇦🇿Yaşasın Azərbaycan!

Əgər o vaxt Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir. Hər halda o vaxt Azərbaycan böyük fəlakətlə üz-üzə idi. O vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı. Mənim dövrümdə biz hər gün azadlıq gününü arzulayırdıq və hər gün onu yaxınlaşdırırdıq. Siz də, bu ərazilərdə yaşamış insanlar da yaxşı bilirsiniz, nə qədər çətin relyefdir həm buralar, həm də Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, orada yeddi müdafiə xətti, minalar var idi. Bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək, özlərini qurban verərək o xətləri yardılar və cəmi 44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik. Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq Qələbə olmamışdır.

Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasib
Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm. İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır. Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir. Əziz bacı və qardaşlarım! Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi (18.06.2026)

Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına işgüzar səfəri (15.05.2026)

Prezident İlham Əliyevin Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanışlığı #WUF13 #WUF13Azerbaijan

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan
Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.