H+ Media
Відкрити в Telegram
🗞️ Xəbərləri sizə ən doğru və ən sürətli şəkildə çatdıran rəqəmsal xəbər platforması. Tək bir mesajla gündəmi izləmək üçün bildirişləri aça bilərsiniz.
Показати більше3 071
Підписники
Немає даних24 години
-37 днів
-5030 днів
Архів дописів
3 069
♦️Rusiyanın Kiyevdəki yanacaqdoldurma məntəqələrinə hücumu nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər isə xəsarət alıb.
▪️Kiyev meri Vitaliy Kliçko bildirib ki, bu səhər şəhərin Dniprovski və Obolonski rayonlarındakı yanacaqdoldurma məntəqələri atəşə tutulub.
3 069
♦️Türkiyənin Daxili İşlər Nazirliyi TDT ölkələri arasında "TÜRKPOL" təşkilatının yaradılmasını təklif edib.
▪️ Təklifi üzv dövlətlər də təsdiqləyərsə, "TÜRKPOL" TDT ölkələri arasında "İnterpol" və "Europol"un alternativi olacaq.
▪️Türkiyə tərəfi TDT ölkələrinin bu təklifə müsbət yanaşdıqlarını bildirir.
3 069
♦️Körfəz xarici işlər nazirlərinin bazar ertəsi günü Omanın Salalah şəhərində İran xarici işlər naziri Abbas Araqçi ilə görüşərək Hörmüz boğazından keçmək üçün müvəqqəti razılaşmanı müzakirə etmələri gözlənilir.
3 069
♦️Qarabağa səfər edən diplomatik korpusun nümayəndələri Xankəndidə Zəfər abidəsi qarşısında foto çəkdiriblər
3 069
♦️Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikinti işləri davam etdirilir
▪️ Bu gün Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri görülən işlərlə tanış olublar.
▪️ Beşmərtəbəli kompleksin ərazisində iki dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulur.
3 069
♦️"PLC" (Prezident Rəhbərlik Şurası) tərəfdarı olan "Nəhəng Briqadalar" (Al-Amaliqa) Bab əl-Məndəb boğazı bölgəsinin "Ənsarullah" qüvvələrinin nəzarətinə keçdiyini təsdiqləyib.
▪️Onların rəsmi media orqanları "Əl-Husi" qüvvələrinin Mayun adasına və Murad qəsəbəsinə nəzarət etdiyini elan edib.
▪️ Moxa istiqamətindəki əməliyyatların başa çatdı. İndi Husilər Ədən istiqamətindəki əməliyyatlara başlayır. Ədən PLC-nin yerləşdiyi ən böyük şəhərdir. Bir çox ölkənin konsulluqları da məhz buradadır.
3 069
Repost from Caucasian Live
🇺🇸🇸🇦🇮🇷🇾🇪 Hazırda Səudiyyə Ərəbistanında təxminən 100–200 ABŞ hərbi müşaviri fəaliyyət göstərir; onlar husilərə qarşı real vaxt rejimində kəşfiyyat məlumatları və hədəf müəyyənetmə dəstəyi təmin edirlər.
🔻 İranın "Ənsarullah"a dəstəyini gücləndirməsindən — o cümlədən "Mocha"ya qarşı hərbi əməliyyatı əlaqələndirmək üçün Yəmənə yüzlərlə SEPAH zabitini göndərməsindən — sonra son həftələrdə birgə qüvvələr komandanlığı yaradılıb.
🔻 ABŞ "Maven" tipli hədəf müəyyənetmə vasitəsi ilə dəstək təmin edir. Lakin zərbələrdə birbaşa iştirak etmir və ya Səudiyyə təyyarələrinə yanacaq doldurmur.
- CNN | @CaucasianLive
3 069
♦️Səudiyyə Ərəbistanı Yəmənin Dhubab şəhərində Ənsarullah qüvvələrinə qarşı hava hücumları həyata keçirib.
3 069
♦️İsrail ordusu Ali Taher yeraltı kompleksində böyük söküntülər aparır və Livanın cənubunda güclü partlayışlar eşidilir.
3 069
♦️XİN: Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb.
▪️ Hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub
▪️Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər.
▪️Hal-hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir.
3 069
♦️Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
▪️ Müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək.
▪️11 hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.
▪️ Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
3 069
♦️Baş Prokurorluq: Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb.
3 069
♦️İranın Mehr Xəbərləri xəbər verir ki, Xarq adası lövbər məntəqəsi yaxınlığında bir neçə partlayış səsi eşidilib.
▪️Səbəb və ya mümkün ziyan barədə heç bir rəsmi məlumat verilməyib.
3 069
♦️“Gənclik Mall” ticarət mərkəzində həyəcan siqnalının verilməsinin səbəbi açıqlanıb.
▪️Ticarət mərkəzinin yaydığı məlumata görə, xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb.
▪️Bildirilib ki, hadisə zamanı ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilib.
▪️Hazırda “Gənclik Mall”da vəziyyət normaldır və hər şey qaydasındadır.
▪️Ticarət mərkəzinin rəhbərliyi yaranmış müvəqqəti narahatlığa görə üzr istəyib.
3 069
♦️Bakıdakı “Gənclik Mall”da həyəcan siqnalı verilib.
▪️Hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir. Siqnalın verilmə səbəbi hələlik məlum deyil.
