cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

FATİMEYİ ZƏHRA (s.ə) YOLU

Hərəmsiz anamızın cənnətdəki sarayına qonşu olmaq nəsibimiz olsun...

Більше
Рекламні дописи
719
Підписники
-124 години
-17 днів
+630 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

❓ Sual: - Namazı diqqətlə qılmaq və hüzuri qəlb tapmaq üçün nə etməliyik...?! Namazın qəbul olması üçün bəs nə lazımdır? Nə edək və ya necə edək ki, bizim qıldığımız namazları Allah Taala qəbul etsin? xahiş edirik bizə yol göstərəsiniz. ✍ Cavab: Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: “Allah dərgahında namaz qəbul olarsa o biri əməllər də qəbul olacaqdır...” 📚 Əyanuş şiə 4-cü cild 440-cı səhifə 🕋 Deməli, insanın əməllərinin Allah Taala tərəfindən qəbul olmasının əsas səbəbi namazın qəbul olmasıdır. 🔰 Qurani-Kərimin ayələrinə və eləcə də hədislərə əsasən, namazın qəbul olması üçün əsas şərt namazın diqqətlə, yəni “hüzuri-qəlb” (qəlbin Allah hüzurunda olmanı dərk etməsi) ilə olmasıdır. Hüzuri-qəlb iki əsas hissədən ibarətdir: “Xüzu” cismin Allah qarşısında təvazökarlığı “Xüşu” qəlbin diqqətinin Allaha tərəf yönəlməsi. 📝 İmam Cəfər Sadiq əleyhissalam buyurur: اَن العبدَ لیُرفعُ لهُ مِن صلاتهِ نصفُها او ثلُثها او ربعُها او خمسُها و ما یرفعُ لهُ الّا ما اقبلَ علیهِ بقلبهِ “İnsan namaz qıldıqda bəzən namazın ikidəbiri, bəzən isə üçdəbiri, dörddəbiri, beşdəbiri göyə qalxır. İnsanın namazının nə qədəri qəbul olursa həmin qədəri də göyə qalxır.” 📚 Biharul ənvar 84-cü cild 238-ci səhifə ✅ Namazı “hüzuri-qəlb”, “xüzu” və “xüşu” ilə qıla bilmək üçün nə etməliyik. 1- Əvvəlcə bunu bilmək lazımdır ki, namazı “hüzuri-qəlb”, “xüzu” və “xüşu” ilə qıla bilmək üçün zamana ehtiyac var. Əxlaq ustadları namazı hüzuri-qəlb ilə qılmağı xəttatlığa və rəssamlığa bənzədiblər. İnsan xəttatlıq və ya rəssamlıq sənətinə daxil olduqda elə ilk gündən gözəl xəttat və ya gözəl rəssam ola bilməz. Bunun üçün uzun zaman çalışmağa ehtiyac var. . 2- Namazının müqəddimatına ciddi yanaşmaq lazımdır. Namazın müqəddimatı dedikdə dəstəmaz, azan, iqamə və sair əməllər nəzərdə tutulur. Dəstəmazı düzgün almaq, dəstəmaz alarkən dəstəmazın dualarını oxumaq, dəstəmazın fəlsəfəsi barədə düşünmək, bir azdan Allah Taalanın qarşısında duracağını dərk etmək və sair. Həmçinin hər vacibi namazı başlamamışdan əvvəl azan və iqamə oxumağın insanın hüzuri-qəlb, xüzu-xüşu ilə namazı qılmasına böyük təsiri var. Bundan başqa Namazın ədəblərinə riayət edin. Dişinizi təmizləyin, ətir vurun, Kərbala türbəsinə səcdə edin, təsbehiniz yanınızda olsun, təmiz geyinin... . 3- Namaz qılmaq üçün münasib yer seçmək lazımdır. Səs-küylü yerlərdə, camaatın söhbətləri eşidilən yerlərdə namaz qılmaq insanın fikirini namazdan yayındırır... . 4- Namaz üçün münasib vaxt seçin. Ən münasib vaxt namazın əvvəl vaxtıdır. İmam Cəfər Sadiq əleyhissalam buyurur: “Namazın əvvəl vaxtının axır vaxtından üstünlüyü, axirətin dünyadan üstünlüyü kimidir.” Namazı əvvəl vaxtında qılmaq insanın diqqətinin namazda olmasına və namazı hüzuri-qəlb ilə qılmasına çox böyük təsiri vardır. . 5- Namazlarınızı çalışın ki, məscidlərdə, hüseyniyyələrdə və ya ziyarətgahlarda qılasınız. Xüsusilə də mənəvi cəhəti daha çox olan camaatla namaz qılın. . 6- Namazı aramla qılın, tələsməyin. Namazda Fatihə surəsindən sonra hansı surəni oxuyacağınızı əvvəlcədən təyin edin. Namazın sözlərinin mənasını və şərhini öyrənməyə çalışın. Nə dediklərinizi başa düşün. . 7- Namazda gözlərinizi o tərəf bu tərəfə baxmağa qoymayın. Çalışın qiyam halında olarkən möhürə baxasız, rükuda olarkən iki dabanınızın ortasına baxın, səcdədə olarkən burnunuza tərəf baxın, təşəhhüd halında möhürə və ya səcdə etdiyiniz yerə baxın, salamları deyərkən iki dizinizin ortasına və ya sinənizə baxın... . 8- Qəlbinizi dünya sevgisindən və dünya işlərindən boşaldın və onu Allah sevgisi ilə doldurun. Çünki insan nəyi ya kimi daha çox sevirsə əsas fikiri və diqqəti onda olur. Deməli, insanın namazının kamil olması üçün həmin insanın əsl sevgisi Allaha olmalıdır... . 9- Xəyal qüvvəsini cilovlamaq lazımdır. İnsan o qədər müxtəlif mövzularda xəyala dalır ki, zaman keçdikcə insan öz xəyal qüvvəsinə nəzarəti əldən verir. Özündən asılı olmadan və özü istəmədiyi mövzularda belə xəyala dalır. Ona görə də belə insanların fikirləri namazda o tərəf bu tərəfə yayılır.
Показати все...
Hətta bu xəstəliklərindən ləzzət də almaları və özlərinin haqqında: "Biz bəxtiqara insanlarıq və artıq şadlıq üzü görməyəcəyik!" deyə hökm verməkdən razılıq hissi keçirmələri də mümkündür. Lakin mömin və inanclı şəxs İmam Baqirin (ə): "Dünya işlərində tənbəllik edən şəxs axirət və mənəviyyat işlərində daha tənbəl olar." deyə buyurduğunu bilməlidir. Belə bir şəxs öz ibadətindən də ləzzət ala bilməz. İlahi! Qəm-qüssəmizi aradan apar, bizə daimi şadlıq, həqiqi və sabit əhvali-ruhiyyə bəxş et. Ruhun qüdrətli, enerjili olmasına nail olmaq, süstlük və məyusluğu ortadan qaldırmağın yolunu bizə göstər. Bizi başqalarının həqiqi sevincinə vəsilə et. Bizə sevinc dolu yaşayışın nəticəsində şükür edərək bəndəlik etmək müvəffəqiyyəti bəxş et! "Sevinc və şadlıq" mövzusu ilə namaz bəhsinə bir müqəddimə vermək istərdim, çünki Allah rəsulu (s) belə buyurmuşdur: "Namaz mənim gözlərimin nurudur". Yəni namaza dayandığım zaman səmimi qəlbdən xoşhal oluram. Yəni namaz mənim eşqimdir, ruhumun şadlığıdır və ruhiyyəmin canlanmasının səbəbidir. Əlbəttə, siz həmin mətləbə yaşayışda sevinc və şadlığın olmasının qeyri-zəruriliyi kimi başqa baxışla da yiyələnə bilərsiniz. İmam Sadiq (ə) buyurur: "Sizdən birinizə hansısa dünyəvi qəm-qüssə üz verən zaman dəstəmaz almasına və namaz qıldığı yerə gedib, iki rəkət namaz qılmasına, sonra dua etməsinə mane olan nədir? Məgər Allahın belə buyurduğunu eşitməmisinizmi: "Səbir və namaz- dan kömək alın". ↪️ Ardı var... T.me/MunacatTV
Показати все...
"NECƏ KAMİL NAMAZ QILAQ" 📚 İbadətin əhvali-ruhiyyə və şadlıqla rabitəsi İnsan şadyana həyat sürməli, həmişə gümrah və enerjili olmalıdır. Biz insanların həyat tərzi əsla qəm-qüssəli olmamalı və qəlb sınıqlığı ilə keçməməlidir. İnsan yalnız gözəl əhvali-ruhiyyədə olduğu zaman gözü daha yaxşı görür; yalnız bu halda ağlı yaxşı işləyir və yaradıcı qüvvəyə çevrilir; yalnız xoşbəxtlik hiss etdiyi zaman qəlbi yaxşı çalışır. Qəlb yaxşı işlədikdə başqalarına qarşı məhəbbət bəsləyir və hamı ilə mehriban olur. İnsan gözəl yaşayış tərzinin sayəsində Allahın nəzərində izzətli olur. Şükür edərək bəndəlik etmək ən gözəl ibadət növüdür. Lakin bu növ ibadət həyatı təravət və nemətlə dolu olan, şadlıq səbəbi ilə səcdə edən, səcdələrini uzadan xoşbəxt insanlara məxsusdur. Belə ki, onlar aləmin ləzzətlərinə daha çox qərq olduqlarına görə Allaha daha çox təşəkkür etmək istəyirlər. Bəs yaşayışımızdan zövq almaq, şirin həyat tərzi sürə bilmək və bunun nəticəsində bəndəliyin də şirinliyini dadmağımız üçün nə etməliyik? Qəlblərində yalnız ləzzət almaq hissi qalan, bu səbəbdən, hər günahın dalınca gedən, xəyali məstliklə həyat sürən və başını itirmiş insanlar kimi olmamaq üçün nə etməliyik? Cavab aydındır. Əgər ruhumuzu ibadət və Allahın yad edilməsi ilə qidanlandırsaq, həyatımız sevinc, şadlıq və enerji ilə dolacaq, ən az nemətlər və bəxşişlərlə də şirinləşəcək. Biz insanların əsl ehtiyacı Allahdan alacağımız nemətlərə deyil, yalnız Onun özünədir. Biz Onun özünə möhtacıq, birbaşa Onun özündən enerji və həyat almalıyıq. Əks təqdirdə, ruhumuzun enerjisi zəifləyəcək və yavaş-yavaş bitəcək, yəni qəlbimiz öləcək. Allahdan birbaşa enerji almağın yolu ibadətdir. İbadət ruhun qüdrət və həyat mənbəyinə qoşulması, insan ruhunun və sinir sisteminin arterial tənzimləyicisidir. İbadətin hətta cismimizə belə, yaxşı və müsbət təsirləri var. İbadətlə bədənimizin hüceyrələri də bizimlə daha mehriban olur, çünki həmin hüceyrələrin hamısı Allaha aşiq və ona təsbih deyənlərdir. İbadət daha çox şad və qüdrətli olmaq üçün ruhun enerjisidir. Təbii olaraq, ibadətin sayəsində yaşayış və bəndəlik daha şirin olacaq. İnsan yaxşı ibadətdən sonra, ana qucağında kifayət qədər aramlıq tapan uşaq kimi, həyatı daha yaxşı təcrübə etməyə və onu daha canlı yaşamağa hazırdır. Lakin ibadətimiz düzgün olmazsa, həyatımızda nə qədər ləzzət olsa və həmin ləzzətlərdən bəhrələnmə vasitələri bizim üçün hazırlansa belə, yenə də məyus və kədərli yaşayacağıq. Özümüz yetərincə təravətli və mötədil olmadığımıza görə heç bir ləzzət də bizi layiqincə sirab edə və canlandıra bilməz. Bəziləri ibadətin nəyə görə ruhun enerji və həyat mənbəyi olduğunun isbatı üçün dəlillər gətirməyimizə ehtiyac duya bilərlər. Sual yarana bilər ki, bəs dinsiz insanlarda gördüyümüz zahiri ləzzət və şadlıqları necə başa düşək? Lakin burada daha artıq izah vermək imkanına sahib deyilik, çünki bəhsimizin əsas mövzusu "Necə gözəl ibadət etməkdir və dərhal əsas mətləbə keçməliyik. Ümumiyyətlə, insanın dünya nemətlərindən minimum ləzzət almasına, həmçinin günah etməyə ehtiyac duymamasına səbəb olacaq məsələ ibadətdir. İbadətin xüsusi mənası bütün işlərdən ayrılıb Allahın qarşısında Onun dediyi kimi dayanmaq, Onu düşünmək və bütün fəaliyyətlərin Onun əmrlərinin əsasında olması deməkdir. Başqa sözlə desək, ibadətin xüsusi mənası "namaz"dır. "Bizim şövqlü və ruhiyyəli olmağa ehtiyacımız yoxdur!" deməyin, çünki buna sərt cavablar alacaqsınız. Bəli, səfalı olmağa ehtiyac duymayan və daha önəmli ehtiyacları olan bir qrup insan varsa, o da oğrulardır. Onların istəyi yalnız polisin onları yaxalamamasıdır. Başqa heç bir şey onları maraqlandırmır. Digər bir qrup isə peşəkar və kasıb narkomanlardır ki, yalnız narkotik maddə əldə etmək üçün lazım olan pulu düşünürlər, çünki narkotik maddələr olmasa, ağrının şiddətindən ölərlər. Beləliklə, onların bütün xoşbəxtlikləri adət etdikləri həmin öldürücü əzabdan qaçmaq, yəni narkotik maddələr əldə etməkdir. Onlar daha əldə edə bilməyəcəkləri digər ləzzətlərin barəsində düşünmürlər. Bəzi kədərli insanlar da öz qəm-qüssələrinə qərq olmaqdan narahat olmurlar.
Показати все...
01:01
Відео недоступнеДивитись в Telegram
Bəh -bəhhhh , MaşəAllah ...👏 Allahummə salli  ələ Muhəmməd  və ali Muhamməd. 🤲Əhsən qürur vericidi ..❤ Ya mövla ,ya Əmirulmu'minin (ə) salam ola pak cəddinə .Cəddin kömək ola bu günahkar bəndeyi fəğirə .🤲 ‌
Показати все...
6.79 MB
1
Фото недоступнеДивитись в Telegram
Həyat sənin içindəkilərdir: • İçində qorxu varsa, həyat səni qorxudar. • Əgər daxildə aqressiya varsa, həyat sənə “hücum” edəcək. • İçində döyüşmək istəsən - rəqiblər tapacaqsan. • İçində özünü günahkar hiss edirsənsə, həyat səni “cəzalandırmağın” yolunu tapacaq. • İçində kin varsa, həyat daha çox inciməyə səbəb verəcək. • İçində sevinc varsa, həyat sevinc üçün daha çox səbəb verəcək. • Əgər içində minnətdarlıq varsa, həyat sənə sahib olduqlarına görə minnətdar olmaq üçün daha çox səbəb verəcək.
Показати все...
4👍 3
İmam Əli (əleyhissəlam) buyurub: "Duanın gec qəbul olması səni əsla məyus etməməlidir. Çünki Allahın bəxşişi (bəndələrin) niyyət(i) miqdarındadır. Bəzən duanın qəbul olması onu edənin mükafatının artması, arzu edənlərin bəxşişini çoxaltmaq üçün gecikir. Bəzən də Allahdan bir şey istəyərsən və həmin şey sənə verilmir, amma qısa, ya uzun müddətdən sonra sənə ondan daha yaxşı şey veriləcək, yaxud Allah onu sənin üçün ondan daha yaxşı şeylə əvəz edəcək. Bəzən də Allahdan əldə edəcəyin təqdirdə dininin məhv olmasına səbəb olan şey istəyərsən (Allah da onu sənə vermir, əvəzinə sənə daha yaxşı şey verir). Buna görə də gərək həmişə Allahdan gözəlliyi sənə qalan, vəbal və pisliyi səndən uzaq olan şeyi istəyəsən. (Amma bil ki, dünya malı belə deyil) Mal sənə qalmır, sən də ona qalmayacaqsan". 📗"Nəhcül-Bəlağə", 31-ci məktubdan https://t.me/Haqq1400
Показати все...
FATİMEYİ ZƏHRA (s.ə) YOLU

Hərəmsiz anamızın cənnətdəki sarayına qonşu olmaq nəsibimiz olsun...

4
Показати все...
"Aşuradan Zühura" | Hacı Saleh (Muhərrəm məclisləri 2024)

👍 2
Фото недоступнеДивитись в Telegram
Rəvayət olunur ki, bir dəfə Allah Rəsulu (s), ailəsi (Əhli-Beyti (ə) ) və səhabələri ilə birlikdə yol gedirdilər (gəzirdilər). Yolda uşaqlar oynamaqla məşğul idilər. Və Peyğəmbər (s) uşaqlardan birinin yanında əyləşdi və alnından öpməyə başladı və bu uşağa xoş gəldi. Sonra Peyğəmbər (s) onu dizinin üstünə qoydu və çox öpdü (üzündən, gözündən, sinəsindən). Bunun Səbəbini Həzrət İmam Əli (ə), Peyğəmbərdən (ə) soruşduqda Allah Rəsulu (ə) Əliyə (ə) və yanındakılara bele dedi: “Həqiqətən mən bu uşağın bir dəfə Hüseynlə (ə) oynadığını görmüşəm. Gördüm ki, Hüseynin (ə) ayaqlarını yerdən qaldırıb, üzünü və gözlərini ayağının tozuna sürtürdü (ovuşdururdu). Oğlum Hüseynə (ə) olan sevgisinə görə onu sevirəm.” Cəbrayıl mənə bu uşaq barədə bele buyurub: “Bu uşaq Kərbəla döyüşündə, Hüseynin (ə) köməkçilərindən (tərəfdarlarından) biri olacaq.” (Biharul-ənvar, cild 44, səh 224.) Nə qədər ki, övladlarınız məsum qəlbini viran etməyiblər onların qəlbinə Məsumların (ə.s) məhəbbət toxumlarını əkin...
Показати все...
2
استوديو_قصيدة_محرم_كلدي_سيد_صادق_الموسوي_seyyid_sadık_Muharrem_Geldi.m4a9.34 MB
👍 3 1
Xanım Fatimeyi Zəhra (s.ə) ilə həzrət Muhəmməd (s) arasında keçən bir söhbətdə o Xanım, Allah Rəsulundan (s) soruşdu: – Ey ata, Hüseynə (ə) kim ağlayacaq və kim Hüseyn (ə) üçün əza-yas məclisi quracaq? Peyğəmbər (s) buyurdu: – Ey Fatimə (s.ə)! Ümmətimin qadınları Əhli-beytimin qadınları üçün ağlayacaq. Ümmətimin kişiləri Əhli-beytimin kişiləri üçün ağlayacaq. Onlar hər il nəsildən-nəslə ötürməklə Hüseynin (ə) əza məclislərini bərpa edəcəklər. Qiyamət günü sən o qadınlara şəfaət edəcəksən, mən də o kişilərə şəfaət edəcəyəm.
📚(Biharul-ənvar, cild 44, səh 293.) https://t.me/Haqq1400
Показати все...
FATİMEYİ ZƏHRA (s.ə) YOLU

Hərəmsiz anamızın cənnətdəki sarayına qonşu olmaq nəsibimiz olsun...

🕊 3
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.