cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Apollon

kanalda yalnız oxuduğum kitablar, baxdığım filmlər və dinlədiyim musiqiləri paylaşıram

Більше
Азербайджан2 523Азербайджанська2 203Книги14 208
Рекламні дописи
989
Підписники
Немає даних24 години
-67 днів
-3830 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Показати все...
Burcu Erbaş - Orospu Kırmızı

Yazar: Umay Umay Seslendiren: Burcu Erbaş

https://www.instagram.com/erbasburcu

#BurcuErbaş #UmayUmay #OrospuKırmızı

bir gün xəyalını arzuladığımız həyatı yaşasan əgər, yanında kimin olmasından asılı olmayaraq, bu mahnını aç, dinlə və heç kimə bildirmədən göy üzünə bax; mən səni görəcəm
Показати все...
Ali_Azimi_Pishdaramad_Official_علی_عظیمی_پیش_درآمدMP3_128K.mp34.75 MB
1😢 1
Cəmi bircə şəkli olan qocanın dediyi kimi, “sözlər də ikiüzlüdürsə…” və həm də “insan öz dilinin altında gizlidirsə…”, demək, hamımız qatilik bir az, ən azı dildə. (Mikrofonunuz işləmirdi, lütfən təkrar…)
Показати все...
Keren Ann - By The Cathedral(MP3_128K).mp32.69 MB
👍 1 1
gözlərini yumanda klip başlayır
Показати все...
Keren Ann - By The Cathedral(MP3_128K).mp32.69 MB
“Den Brysomme Mannen” filmi son zamanlarda izlədiyim mənə ən çox təsir edən filmlərdən oldu. Bəlkə də filmin uzun müddətdir daxilən məni qayğılandıran bir çox suallara oxşar problemləri qabartması ilə yolumuz kəsişib: sevdiyim bir yazarın sözü ilə desək, yazmaya bilməzdim. Dünyaya gəlmək öz seçimimiz deyil. Filmin açılış səhnəsindən son səhnəsinə qədər, hər kadrında müasir həyatın mənasızlığından fərdin “özaxtarış” probleminə keçidləri çox maraqlıdır. Filmdə belə keçidlər ola bilsin ki, daha da çoxdur, ancaq mənim fərqinə vardığım üç əsas istiqamət oldu ki, mənə görə filmin ana fəlsəfəsini bunlar təşkil edir: Bütün hadisələr Andreas adlı bir Norveçli dostumuzun indiyə qədər heç tanımadığı bir şəhərə gəlməsi, burada ona təmənnasız iş, ev, yeni dostlar və sevgili verilməsi ilə başlayır. Lakin, filmdəki hadisələr irəlilədikcə Andreasın inkişaf etmiş ölkələrdəki insanların əksinə, xüsusilə orta şərq insanlarının əksəriyyətinin yuxularını bəzədiyi belə bir “rifah” içərisində hərşeyə yadlaşmasına şahid oluruq. Filmin ikinci səhnəsində, biz Andreası haradan gəldiyi məlum olmayan, hansısa şəhərin ucqar nöqtəsində dayanan bir avtobusun içərisində görürük. Avtobusdan enən Andreası “Vilkommen” (xoş gəlmisən) yazılı bir afişanın qarşısında gözləyən naməlum bir adam Andreasın daha əvvəl heç olmadığı, tanımadığı bu şəhərə aparır və ona yeni ev, iş, dostlar və həyat yoldaşını təqdim edir. Əgər siz həm də Kafkanın Məhkəmə romanını oxumusunuzsa, düşünürəm ki, filmdəki bu hadisə ilə eyni məsələ barədə paralellik apara bilərik: dünyaya gəlmək! Heç bilmədiyimiz, haqqında heç bir təsəvvürümüz olmayan bu dünyaya qəfil göz açırıq və heç bilmədiyi, haqqında heç bir təsəvvürü olmayan bu dünyaya qəfil göz açan başqa insanların ətrafında həyatı yaşamağa məcbur edilirik. Film irəlilədikcə dostumuz Andreas özündə bu məcburiyyəti qıraraq özünü metro vaqonunun qarşısına atıb qaçmağa çalışsa da, buna müvəffəq ola bilmir. Filmi izləmək üçün: https://kultfilmler.com/the-bothersome-man-sorun-yaratan-adam/
Показати все...
👍 1
Фото недоступнеДивитись в Telegram
Tövsiyə film: Den Brysomme Mannen
Показати все...
1
gözəl şeylər yaşayanda bunun kontrastının olmasından qaçış yoxdur deyəsən
Показати все...
Wilsen - _Final_(MP3_128K).mp34.69 MB
👍 3
Adətən maşınla uzaqlığından keçəndə isti küləyin torpağın üstündəki xırda zir-zibili ordan ora tərpətdiyi, tək-tük yöndəmsiz ağaclarla bəzənən təpələrin sadəcə bir neçə saniyəlik mənzərəsi bizim diqqətimizi cəlb edir. Amma o təpələrin ardında bütün yavaşlığına baxmayaraq həm də həyat var. Başa düşüləcək, izah ediləcək yüzlərlə şey var, necə ki, günəbaxan günəşlə bəslənib həyata qara meyvələr bəxş edir, bu insanların da bəzən üzündən məsumluq yağsa da bir o qədər də qeyri adi hekayələri olur. Əlbəttə, hər şeyin və hamının bir-birinə qarışdığı, hamının harasa tələsdiyi şəhər həyatının insanları üçün, bu təpələrin ardındakı insanların həyatının hansı tempdə irəlilədiyini, onların hekayələrini düşünmək çox mənasız hadisədir. İncəsənət həm də buna görə var: sənin üçün adi həyatda mənasız fenomenlərə diqqətini cəlb edə bilmək ya da Nabokovun dediyi qədərilə, başqalarını başa düşmək üçün (understanding others). Ruminiyada belə təpələrin ardında olan bir ortodoks kilsəsində bir qrup rahibənin sıravi həyatına daxil olan “göz” bizi onların fərqli həyat hekayələri tanış edir. Bu incəsənət əsəri Ruminiyalı rejissor Cristian Mungiunun “Təpələrin ardında” (Beyond the hills) filmidir. Mungiu bu filmdə obrazların keçmişləri, xarakterləri, inancları ilə maraqlanmadan, heç bir obrazı mərkəzə qoymadan sadəcə hadisəni təsvir edir. Obrazların yaşadıqları gerçəklikdən uzaqlaşmadan onların daxili dünyasına işıq tutması filmin daha səmimi olmasına səbəb olub. Mungiu yaxşını və pisi, yaxşı və pis obrazlar yaradaraq deyil, obrazların daxilindəki yaxşıları və pisləri bir yerdə təqdim edərək analiz edir. Filmi izləyəndə görəcəksiniz ki, rejissor patolojik vəziyyətdə din ilə özünə təskinlik taparaq monastra sığınan qızla və özünü sevgisinə həsr edən, ondan başqa inancı qalmayan qızın sadə hekayəsini o qədər bəsitliyi ilə təsvir edib ki, filmin bir hissəsindən sonra bu bəsitlik sizi narahat etməyə başlayacaq. Filmi izləyə-izləyə beynimdə fırlanan ən narahatedici fikir isə, ailəsizliyin yaratdığı boşluğun insanları necə çarəsizliyə sürükləməsi oldu. Filmi izləmək üçün: https://unutulmazfilmler4.com/dupa-dealuri-tepelerin-ardinda.html
Показати все...
👍 1
Фото недоступнеДивитись в Telegram
Günün filmi: Ailəsizliyin yaratdığı boşluğu örtmək üçün – Beyond the hills (2012)
Показати все...
👍 2😢 1
✅• Buraxılış/Bloka ödənişsiz hazırlıq, Sınaq Pdfləri, Cavabları ↪️• Rus dilindən danışıq dərsləri, buraxılış sualları 🇬🇧• İmtahanlara sürətli hazırlıq, 30/30 nəticə 🗣• Ən böyük "English Conversation" Qrupu 🕊• Moodunu yüksəldəcək psixoloji sitatlar 💸• İstəyinizə uyğun təhsil kanallarının yığılması, satışı 📗• Axtarılan Pdflər, 2023-2024 nəşrli Dərsliklər 📕• Ən böyük Tarix Kanalı 👤• Abituriyentsən yoxsa tələbə? 🧩• Faydalı məsləhətlər, Maraqlı bilgilər, Tibbi biliklər 🧠• Maraqlı məqalələr və daha çoxu 🌐• Elmi faktlar, Qeyri-adi bilgilər, Faydalı məlumatlar 🖊• Kitablardan cümlələr, Müdrik kəlamlar, aforizmlər 👩‍🏫• DİM marker Ana dili və ədəbiyyat 🌟• Səsli kitab PDF-ləri və alıntılar ⏰• Şəxsi inkişaf üçün nələr etməliyik? 💟• 100lərlə online 11-ci sinif Blok Sınağı ‼️• Pulsuz PDF-lərin məkanı 🎞• Retro nəğmələrimiz və filmlərimiz ❇️• Anar İsayevin 2023 testləri ⚛• Fizika 100% nəticə 🔖• Gündəlik testlər işləyək ‼️• Müxtəlif dillər öyrənmək şansı 💻• İnformatika,Məntiq,Magistratura hazırlığı ❗️• Ödənişsiz bloka hazırlaşmaq şansı 📘• Ədəbiyyatdan testlər, izahlar 📓• Azərbaycan dili izahlı testlər 📈• 700 ballıq Suallar, testlər ✔️• Tarixi 0'dan öyrənin 🖋• Ruhunuzun hüzur tapacağı kanal 🔖• Bütün kurs sınaqlarının cavabları ☘• Biologiyanı bizimlə öyrən 📊• DİM proqramı əsasında testlər 🕋• Ölkənin ən böyük dini kanalı 🔍• Blok imtahanı əsas qeydlər 🔰• Tarixə dair konspektlər,quizlər 📘• Kurikulum Ramil Niftullayev 📙• Tarix Mahmudova Nuriyyə 🧑‍🎓• Tələbə olmaq arzusunda olanların kanalı 🇬🇧• İngilis dili Günay Muradlı 📊• Testlər.az saytına məxsus rəsmi kanal 💻• Təhsil üzrə ən son informasiyalar 🎧• Podcastlar, Dil öyrənmə metodları 📲• Faydalı Mobil tətbiqlərin Premium versiyaları 📚• Dərslik PDF Office ✅• Azərbaycan dili Güvən rəsmi kanal 🔎• Fəlsəfəçilərin N1 məkanı 🎓• İxtisas Seçimi, təhsil xəbərləri 🌿• Kitablardan motivasiyaedici alıntılar 🌍• Maraqlı məlumatlar, Faydalı Bilgilər, Dünyagörüşü 💰• Ödənişli proqramların pulsuz versiyaları 💎• Müxtəlif kitablardan anlamlı sözlər 🪴• Psixoloji motivasiya yazıları 🌎• Dünyagörüşünü artıracaq paylaşımlar 🔎• İnkişafa necə zaman ayırmalı? ‼️• I-IV qruplar üçün ödənişsiz fizika 🌾• Müxtəlif kitablardan anlamlı sözlər 🇬🇧• MİQ üçün ingiliscə pulsuz dərslər ✅• Müxtəlif ixtisaslar və keçid balları 📈• Riyazi düsturlardan ibarət konspektlər 🪴• Psixoloq məsləhətləri pulsuz ☘• Tibbi islam, Məsləhətlər, Xalq təbabəti 🇬🇧• Transkripsiyalı lüğətlər, Gündəlik idiomlar 💵• Müəllimlər üçün sərfəli reklam təklifi 🌿• Ödənişsiz psixoloji dəstək,söhbətlər 📌• İngiliscə Listeninglər/Mətnlər/Esse Qaydası/Speaking 📖• İstək pdflər, Kitabsevərlər üçün Müxtəlif Janrda Kitablar
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.