cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Təhlil və Tənqid Tv

Elmi-Mədəni və ictimai-siyasi xəbərlərin təhlil və tənqidi

Більше
Азербайджан1 161Азербайджанська1 037Новини і ЗМІ
Рекламні дописи
3 491
Підписники
-524 години
+67 днів
+24230 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

00:23
Відео недоступнеДивитись в Telegram
🔖Sizlər üçün Ən faydalı  Siyasi,  Dini, Müqavimət Xəbərləri, Maarifləndirici kanalları bir araya gətirdik. Abunə olmaq üçün istədiyinizə toxunun, faydalanmaq fürsətini qaçırmayın.  Vaxt məhduddur...... Hazırladı : @Toplu_Kanalii @MosaferehGhareb
Показати все...
2.05 MB
İran Filmləri
Al Haqqa🔰
İlahi Rəng
Dünya və Müqavimət Xəbərləri
MBH Media
İslami Tv
14 NEWS
Şərhsiz Tv
İlahi Ədalət
Hicabım Mənim Tacım
𝐓𝐎𝐗𝐔𝐍 , 𝐓𝐎𝐗𝐔𝐍 , 𝐓𝐎𝐗𝐔𝐍
Фото недоступнеДивитись в Telegram
🔥‼️🇮🇱 İsrailin müharibə kabineti dağılmaq ərəfəsindədir Benny Gants, "İsrail" Müharibə Kabinetinin üzvü: "Əgər yaxın 24 saat ərzində israilli məhbusların azad edilməsi ilə bağlı razılaşmada ciddi dəyişiklik olmazsa, mən sabah axşam istefa ərizəmi təqdim edəcəyəm."
Показати все...
🔥‼️🇮🇷 İranın Ərdəbil şəhərində maraqlı hadisələr yaşanır: Ərdəbil sakinləri etiraz aksiyası keçirərək, imam cümələrini heç yerə buraxmayacaqlarını bildiriblər. Bu gün Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Ərdəbil üzrə nümayəndəsi, Ərdəbilin Cümə məscidinin hazırkı imamı,  Ayətullah Seyyid Həsən Amulinin Təbrizin Cümə məscidinə imam təyin ediləcəyi ilə bağlı yayılan xəbərlərdən sonra şəhərdə etiraz aksiyası keçirilib. Ərdəbil sakinləri Seyid Amulinin Ərdəbildə qalmasını tələb edərək, növbəti aksiyalara başlayacaqlarını bildiriblər. 📌Xatırladaq ki, mayın 19-da İran prezidenti Seyid İbrahim Rəisi ilə birlikdə Təbriz şəhərinin imam cüməsi Ayətullah Seyid Əli Ali-Haşım də helikopter qəzasında şəhid olub və bu baxımdan onun yerinə yeni imamın təyin edilməsi zərurəti yaranıb. ➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
Показати все...
10.18 MB
3👍 1
Фото недоступнеДивитись в Telegram
🔥‼️🇮🇷 Nə üçün Qalibaf prezidentlik üçün ən yaxşı seçimdir? Prezidentlik vəzifəsi siyasi və konsensual bir mövqedir ki, ona yiyələnən şəxsin ölkənin bütün məsələləri haqqında məlumatı olmalıdır. Başqa ifadə ilə desək iqtisadi, siyasi, təhlükəsizlik və sosial məsələlərə yiyələnməsi şərtidir. Amma hazırkı namizədlər arasında prezidentlik üçün bütün lazımi şərtlərə malik ola biləcək yeganə seçim Məhəmməd Baqir Qalibafdır... Qalibaf ölkənin ən uğurlu icraçı direktorudur, Tehran Bələdiyyəsi və Xatəmul-Ənbiya qərargahında olması səbəbindən icraçı və iqtisadi işlərə kifayət qədər təcrübəsi var və onun NACA-dakı komandanlığı sosial və mədəniyyət məsələlərlə sıx əlaqəsini göstərir. Həmçinin dörd illik təcrübə Parlamentin sədri kimi o, ölkənin müxtəlif partiyaları ilə tanışlığından xəbər verir. Bunu da qeyd edək ki, Qalibaf SEPAH Hərbi Hava Qüvvələrinə komandanlığı dövründə İranın raket sənayesinin əsas qurucularından biri olub və bu, onun təhlükəsizlik və hərbi məsələlərdən yüksək səviyyədə məlumatlı olmasını göstərir. Bütün bu hallar Qalibafın prezident kürsüsü üçün ən optimal variant olduğunu göstərən yüzlərlə səbəbin yalnız bir hissəsidir. 📌Məlumatı İran kanalları paylaşıb
Показати все...
🤔 4👍 1👏 1💯 1
🔥‼️🇸🇾🇷🇺🇺🇸 Suriya Ordusu rusiyalı müşavir və təlimçilərlə birlikdə Əl-Tənf bölgəsində ABŞ hərbi bazasına qarşı genişmiqyaslı əməliyyata başlayıb. ➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
Показати все...
👍 10
Sonunda Allahın vədə verdiyi bir həqiqətlə bu mövzuya nöqtə qoyaq. Quranda Allah buyurur ki, onlar öz ağızları ilə Allahın nurunu (dinini məhdudlaşdırmağı) söndürməyi düşünürlər. Lakin insanların xoşuna gəlməsə belə, Allah Öz nurunu tamamlayacaq. Bu, Allahın vədəsidir ki, dünyanı saleh bəndələrinə irs olaraq verəcək və onları dünyaya hakim edəcək. - Müsəlman Birliyi Hərəkatı.
Показати все...
👍 4 1👏 1
❗️Hədəf İslamdır❗️ 9-cu, sonuncu hissə Mövzuda açıq fikrlərə aydınlıq gətirilə bilən amillər diqqətə alınınca bu gün dünyada İslamın mövcud düşüncəsinin niyə hədəfə alınması aydın olur. Son nöqtə isə sadalanan xüsusiyyətlərin vahid konsepsiya ətrafında cəmlənməsi və işlək olaraq quruluş verilməsi ortaya fəqihin -din mütəxəssisinin- idarə etdiyi kiçik dini camiədən dövlətə qədər böyüyən bir nəzəriyyəni təqdim edir. Fəqihin rəhbərliyi (fəqih yəni, fiqh -dinin praktiki xüsusiyyətləri, gündəlik həyatda insan üçün lazım olan hər şey) kiçik ailə modelinin idarəçiliyindən başlayaraq böyük bir dövlətin idarə olunmasına qədər yüksələ bilir. Bunun üçün təqlid-praktiki əsasları incələyən şəxsin göstərişlərini icra etmək hər bir şiə inanclısı üçün vacibdir. O sadalanan gözəgörünməz mənəvi ipdir. Şiə dünyasında bir şəxs olsun tapmaq olmaz ki, fəqihin göstərişi altında həyat yaşamasın. Bunu dəyişmək qeyri-mümkündür. Hər bir inanclı şiə fəqihin varlığını qəbul edir və praktiki həyatında -dinin hökmlər daxil- onun dediklərini icra edir. Bu çərçivə böyüyərək genişlənib dövlət idarəçiliyinə qədər yüksələrsə fəqihin bir dövləti idarə etmək qədər gücə malik əsasları bu məzhəbin 500 il öncə təkmilləşən, lakin mənbəyi 1500 ilə gedib çıxan fəqihin vilayət idarəçiliyini ortaya qoyur. Bu gün Vilayəti-Fəqih (din bilicisinin rəhbərliyi) adlı nəzəriyyə islamın bu istiqamətdə gücünün və məntiqinin mümkünlüyünü göstərir. Praktiki olaraq İranda idarə olunan Fəqihin rəhbərliyi altında dövlət qeyri şiələr yaşayan ölkələrdə də eyni formada işləkdir. Sadəcə burada ölkə rəhbərliyinin fəqih olub olmaması fərqi var ki, bu da bir inanclının ailə səviyyəsində vilayət qurmasına maniə yaratmır. Hansı ki, Livan, Suriya, İran, Yəmən, Bəhreyn, Türkiyə və Azərbaycan da daxil şiələrin yaşadığı ölkələrin hər biri mənəviyyata əsaslanan qanunları icrasında ciddidirlər ki, bu qanunları da o fəqihlər tənzimləyir. Məsələnin mahiyyət baxımından hədəfə alınmasına səbəblər məhz qeyd edilənlərlə əhatələnir. Əlbəttə, birmənalı olaraq burada başqa səbəblər də ola bilər ki, bu gün dünya daxil ölkəmizdə İslam hədəfə alınsın. Lakin heç kəs üçün gizlin deyil ki, danışılan, iddia edilən səbəblərin əsil kökündə İslamın qüdrəti dayanır. Dünyanın artıq tükənməkdə olan institutlarının imkanları qəbul edir ki, onların güclərinin yetmədiyi iddialarının həqiqi sahibi İslamdır. İslam təkcə ibadi əsaslarla deyil, sadalanan ziddiyyətdoğurucu bir çox problemlərin həllini icra etmək gücünə malikdir. Haqlı olaraq hər kəsdə "əgər doğurdan da İslamda belə bir potensial varsa, niyə bunu ortaya qoymur" sualı yarana bilər. Şübhəsiz, bunun çox bəsit və sadə cavabı qərəzli olmayan, haqqı eşitmək istəyən hər kəsi razı salacaq. İslam dünyada hər tərəfli hədəfə alındığı, onun əqli, əxlaqi, mənəvi və bir çox potensialları böyük güclər tərəfindən məhdudlaşdırıldığı bir vəziyyətdə siz İslamın hansı gücə malik olduğunu deyil, təbii olaraq düşmənlərinin, onun varlığından qorxanların yaratdığı yalançı obrazları müşahidə etmiş olacaqsız. Ona görə də siz İslamın həqiqətdə nəyə qadir olduğunu görə bilmirsiz. Eyni ilə Azərbaycan kimi. Burada da bir çox qüvvələr dinin mümkün düşüncəsi, mühafizə və müdafiəsi, ədalət və bərabərlik tərəfdarı olduğunu anlayır. Bunun üçün qarşı tərəf bütün güclərdən istifadə edərək İslamın ləkələmə siyasəti üçün özünün yaratdığı səbəbləri ortaya qoymaqla bu işi kiçiltməyə çalışır. Birmənalıdır ki, İslamın varlığı şəxslərin siması deyil, İlahi təkamüldə əks olunduğu üçün bu ləkələr elə bir çox ləkəlilərin söylədiyindən kənar qəbul edilmir. Hakimiyyətdaxili güclərin də Azərbaycanda anti islam ruhu bir çox cinayətlərin hakim olduğu reallıqlara kölgə salmağa hesablanıb ki, bu mübarizədə təsirsizlik bu gün geniş həbslərə vüsət verib. Bəlli səbəblərdən İslam hədəfdədir və görünən budur ki, bu mücadilə davam edəcək.
Показати все...
👍 3 1👏 1
Фото недоступнеДивитись в Telegram
🆘‼️🇺🇳🇮🇱 SON DƏQİQƏ Birləşmiş Millətlər Təşkilatı İsraili rəsmən “uşaqları öldürən ölkələr” siyahısına əlavə edib. Bu siyahıya həmçinin İŞİD, Əl-Qaidə və Boko Haram kimi qruplar da daxildir. ➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
Показати все...
👍 17👏 1
00:17
Відео недоступнеДивитись в Telegram
🔥‼️🇵🇸🇮🇱 Dünən gecə Cenin şəhərində baş verən gecə döyüşləri zamanı müqavimət qüvvələri əldəqayırma partlayıcı qurğu ilə işğalçı ordunun avtomobilini göyə uçurublar.
Показати все...
2.64 MB
20👍 2👏 1
Фото недоступнеДивитись в Telegram
🔥‼️🇮🇱 Haaretz, İsrailin ən qədim gündəlik qəzeti: Geri sayım başladı və İsrailin nəhayət çöküşü an məsələsidir. ➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
Показати все...
💯 13👍 5👏 1