XƏBƏRLƏR l LİVE
Відкрити в Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Показати більше8 802
Підписники
-424 години
-397 днів
-22330 день
Архів дописів
8 803
🇦🇿 | "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Cəbəllütariqin "Linkoln" klubu olub.
t.me/xeberlerlive
8 803
❗️Azərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
t.me/xeberlerlive
8 803
⚡️⚡️Şahruddin Məhəmmədəliyev Azərbaycan klubuna keçir.
"Qarabağ" sabiq qapıçısı Şahruddin Məhəmmədəliyevin keçidini bu gün açıqlayacaq.
Ağdam təmsilçisi 30 yaşlı qolkiperlə rəsmi müqavilə bağlayacaq.
t.me/xeberlerlive | Report
8 803
‼️ Nikol Paşinyan ölkə Konstitusiyasında dəyişikliklərə başlamaqla bağlı Azərbaycan Prezidenti İlham Əliyevdən vaxt istəyib.
Bu barədə “Hraparak” qəzeti Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbəyə istinadən xəbər yayıb.
Qəzet yazır ki, Paşinyan Konstitusiyada dəyişikliklərə 2026-cı ildə keçirilən parlament seçkilərindən sonra başlamaq niyyətindədir.
t.me/xeberlerlive
8 803
🇦🇿🇦🇲Azərbaycan sərhədçiləri artıq Kirantsın ərazisindədir, yerli sakinlərdən biri Sputnik-ə bildirib.
Onlar kəndin (Azərbaycana keçir-red.) girəcəyindəki körpünün yanında, məktəbdən bir neçə on metr aralıda yerləşirlər. Kənd sakininin sözlərinə görə, indi sərhədçilər minaların olmasından ehtiyat edərək, çox güman ki, “xəttlə” gedirlər.
Qonşu Açarkut sakini Karen Qazaryan da öz növbəsində sosial şəbəkələrdə yazıb ki, kəndə gedən dolama yoldan azərbaycanlıların səsi eşidilir.
t.me/xeberlerlive
8 803
🥀Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub
1981-ci il təvəllüdlü, müddətdən artıq xidmət edən Yunis Abbasov uçqun altında qalaraq dünyasını dəyişib.
Əslən Zaqataladan olan hərbçimizin 3 övladı var.
t.me/xeberlerlive
8 803
‼️MN: Hərbi qulluqçumuz bədbəxt hadisə nəticəsində həlak olub
Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda vurğulanıb.
t.me/xeberlerlive
8 803
🇦🇿🇹🇷 Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
"Əziz Qardaşım, 15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm", - qeyd edilib.
Vurğulanıb ki, Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı.
Bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi, deyə dövlətimizin başçısı bildirib.
t.me/xeberlerlive
8 803
Orxan İrşad oğlu Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
t.me/xeberlerlive
8 803
⚡️İspaniya milli komandası İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək AVRO-2024-ün qalibi oldu
t.me/xeberlerlive
8 803
❗️YAYIM GECİKİR
Bu oyuna baxan minlərlə insan, futbol azarkeşləri var.Qısaca İTV gələcəkdən xəbər verir :)
t.me/xeberlerlive
8 803
⚡⚡⚡Reklamınızı bizə əmanət edin
🤝Ən sərfəli qiymətə günlük, həftəlik, aylıq və saatlıq paketlərimiz mövcuddur.
Reklam yerləşdirmək üçün əlaqə
➡️➡️ @xeberler_admin
8 803
❗️Donald Trumpın Pensilvaniyadaki mitinqində atəş açılıb. Trump ərazidən uzaqlaşdırılarkən qulağından qan açıldığı görünür. Atış səsi gələn anda qulağını tutmasından qulaqdan zərbə aldığını demək olar. Suiqəsd cəhdinə bənzəyir.
t.me/xeberlerlive
8 803
❗️Müdafiə nazirinin müavinlərinin sayı AZALDILDI
Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edilib.
Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.
Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb.
t.me/xeberlerlive
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
