uk
Feedback
XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Відкрити в Telegram

Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9

Показати більше
8 845
Підписники
-1124 години
-637 днів
-24530 день
Архів дописів
🇦🇿 Azərbaycan XİN: “Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq. Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq.” t.me/xeberlerlive

Repost from N/a
🇦🇿Güney Azərbaycan, Ərdəbil əyaləti, Meşgin rayonu, Savalan dağı ətəyi. t.me/vefadarmuallim

🛑 Əsgəran - Xocalı yolunda 7 itkin mülki şəxsə aid meyit qalıqları tapılıb Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb: "Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa - Laçın yolunun birləşməsində aşkar edilmişdi. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Əsgəran- Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar". t.me/xeberlerlive

🇦🇿🚅🇬🇪 Azərbaycan və Gürcüstan mayın 26-da Gürcüstanın Müstəqillik Günü və 28 May Azərbaycanın Respublika Günündə ilk qatarı yola salmaq barədə razılığa gəliblər. İlk sərnişin qatarı təxminən bu tarixlərdə yola salınacaq. ➡️ t.me/xeberlerlive

♦️Türkiyə may ayında Azərbaycana gözlənilən səfəri zamanı İsrailin baş naziri Netanyahunun təyyarəsinin Türkiyə hava məkanından uçmasına icazə verib. 🖇️ t.me/xeberlerlive | KİV

🇵🇰 Pakistanın informasiya naziri Tarar: “Hindistanın 24-36 saat ərzində hücum planlaşdırıb. İstənilən təcavüz aktı qətiyyətlə qarşılanacaq. Hindistan regionda baş verə biləcək hər hansı ciddi nəticələrə görə tam məsuliyyət daşıyacaq.” ➡️ t.me/xeberlerlive

🥀 Azərbaycan Dövlət Neft Akademiyasında törədilən faciədən 16 il ötür. 2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbay
🥀 Azərbaycan Dövlət Neft Akademiyasında törədilən faciədən 16 il ötür.
2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Hadisə nəticəsində 12 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu sonda özünü vurub. Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıblar.
➡️ t.me/MutluTurkum

Repost from Miriyev TV
YENİDƏN ⚡⚡⚡REKLAM QİYMƏTLƏRİMİZ HAZIRDA 50% ENDİRİMDƏDİR. (istənilən reklam) ƏLAQƏ ➡️ @miriyevelaqe

🇷🇺 Kreml: Putin faşizm üzərində qələbənin 80-ci ildönümü münasibəti ilə Ukraynada atəşkəs elan edib. Atəşkəs mayın 7-dən 8-nə keçən gecədən başlayaraq 10-11-i gecə yarısına kimi qüvvədə olacaq. ➡️ t.me/xeberlerlive

🇮🇱🇦🇿İsrailin baş naziri Benyamin Netanyahu mayın 8-də Bakıya gələcək. ▶️ t.me/xeberlerlive | KİV

🇦🇿Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub. Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. ▶️ t.me/xeberlerlive

🌐İNTERPOL Makronun Mühafizə rəisi Benallanı “Qırmızı Bülleten”lə axtarışa verib. ✅ t.me/xeberlerlive

❗️🇦🇿🚓DSX və DİN-dən İranla sərhəddə birgə əməliyyat - 7 nəfərdən 1-i zərərsizləşdirilib, 3-ü saxlanılıb.
Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilmişdir.  Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açmışlar.  Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək sərhəd pozucularından biri hadisə yerində zərərsizləşdirilmiş, silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olmuşdur.  Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər – Balakən rayon sakinləri, 1998-ci il təvəllüdlü İbrahimov Rəcəb Məhəmməd oglu, 1990-ci il təvəllüdlu İsayev İsa Maqomedoviç və 1982-ci il təvəllüdlü Uzunov Kamran Kamaldin oğlu saxlanılmışlar. Əraziyə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar olunaraq götürülmüşdür.  Baş vermiş hadisə ilə əlaqədar İran İslam Respublikasının sərhəd nümayəndələri ilə görüş keçirilmişdir. Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğu tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. 
➡️ t.me/xeberlerlive

🇦🇿 Azərbaycan XİN Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Məhəmməd İshaq ilə danışıb. 🇹🇷🇵🇰 Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb. Müzakirələr zamanı Pakistan və Hindistan arasında baş verən son hadisələr müzakirə olunub. ✅ t.me/xeberlerlive

❗️❗️❗️❗️Beynəlxalq Ədalət Məhkəməsi Vardanyan və digər 15 erməni əsilli şəxsin mühakiməsi ilə əlaqədar Ermənistanın bir sıra iddialarını rədd edib. ◀️ t.me/xeberlerlive

🇹🇷 Rəcəb Tayyib Ərdoğan mayda Azərbaycana gələcək. t.me/xeberlerlive

⛪️ Roma Papası Fransiskin dəfn mərasimində 130 nümayəndə heyətinin iştirakı təsdiqlənib. Onlardan təxminən 50-si dövlət başçısı, 10-u isə hakimiyyətdə olan monarxdır. ℹ️ Azərbaycanı Roma Papası Fransiskin dəfn mərasimində Milli Məclisin spikeri Sahibə Qafarova təmsil edəcək. ✅ t.me/xeberlerlive

⚠️Aİ-nin Ermənistandakı missiyası qondarma “erməni soyqırımı” ilə bağlı qeydləri SİLDİ Missiyanın sosial şəbəkə hesabında əvvəlcə “Bu gün, aprelin 24-də "erməni soyqırımı" qurbanlarının xatirəsini ehtiramla yad edirik” mesajı yerləşdirilib. Lakin daha sonra bu ifadə “1915-1923-cü illərin qurbanlarının xatirəsinə” ifadəsi ilə əvəz edilib. ✅ t.me/xeberlerlive

🇵🇰 🤺 🇮🇳Pakistanın baş naziri Şərif fövqəladə Nazirlər Kabinetinin iclasını keçirib: Hindistan Xarici İşlər Nazirliyi Pakistandakı bütün Hindistan vətəndaşlarına dərhal ölkəni tərk etməyi tövsiyə edir. Pakistan Hindistanı Hind Su Müqaviləsindən çıxmasını pisləyir və Pakistanın "su hüquqları"na edilən istənilən "pozulma" "müharibə elanı"na bərabər olacaq. Pakistan hava məkanını bütün Hindistan təyyarələri üçün bağlayıb. Pakistan üçüncü tərəflər vasitəsilə Hindistanla bütün ticarəti kəsdi. t.me/xeberlerlive

🇦🇿Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib. Masa üzərindəki limon, armudu stəkanda çay və Kəlb
🇦🇿Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib. Masa üzərindəki limon, armudu stəkanda çay və Kəlbəcərdə istehsal edilən "İstisu" brendinə məxsus su sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. ✅ t.me/xeberlerlive